FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə17/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   13   14   15   16   17   18   19   20   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
17


artıran proqressiv şkala üzrə vergi ödəyirlər. Beləliklə, dövlət çalışır ki, 
gəlirləri çox yüksək və çox aşağı olan vətəndaşlar arasında disproporsiya 
qismən də olsa tarazlaşsın. 
Yenidənqurma və təsərrüfatçılığın yeni mexanizmlərinə keçid 
SSRİ-də vergitutmanın dirçəlməsinə səbəb oldu. Artıq 80-ci illərin 
sonlarında kooperativlərin mənfəətindən tutulan verginin dərəcəsinin 
yüksəldilməsinə ciddi cəhdlər edildi.
5. Vergitutmanın nəzəriyyələri 
Vergi nəzəriyyəsi – vergilərin təbiəti və mahiyyəti, onların 
cəmiyyətin həyatındakı rolu və əhəmiyyəti barədə elmi biliklərin 
sistemidir. Vergiqoymanın nəzəri cəhətdən əsaslandırılması çox da dərin 
tarixi köklərə malik deyil. XVII əsrə qədər vergilər haqqında bütün 
təsəvvürlər təsadüfi və sistemsiz xarakter daşıyırdı. Bu isə həmin 
təsəvvürləri vergitutma sahəsində ciddi nəzəri işlərə aid etməyə əsas 
vermir. Əsas vergi nəzəriyyələri bitkin bir təlim kimi XVII əsrdən 
başlayaraq formalaşmışdır. 
Ən ilk ümumi vergi nəzəriyyələrindən biri vergitutmanın qarşılıqlı, 
əvəzli xarakterinə əsaslanan 
mübadilə nəzəriyyəsidir
. Bu nəzəriyyənin 
mahiyyəti ondan ibarətdir ki, vergilərin müqabilində vətəndaşlar 
dövlətdən xarici müdaxilədən mühafizə, ictimai asayişin qorunması və s. 
kimi xidmətlər alırlar. Ancaq bu nəzəriyyə yalnız orta əsrlər şəraitində 
tətbiq oluna bilərdi. O dövrlərdə toplanmış yığım və rüsumlarla hərbi 
kömək alınırdı və bu da elə bir təsəvvür yaradırdı ki, sanki kral ilə onun 
təbəəsi arasında həqiqətən bu barədə müqavilə bağlanıb. Belə bir 
şəraitdə mübadilə nəzəriyyəsi mövcud münasibətlərin formal əksi idi.
XVI əsrin sonları XVII əsrin əvvəllərində mübadilə nəzəriyyəsinin 
bir növü kimi 
atomistik nəzəriyyə
yarandı. Onun nümayəndələri fransız 
maarifçiləri Sebastyen Le Pretr de Voban (1633 – 1707) və Şarl Lui 
Monteskye (1689 – 1755) idilər. Bu nəzəriyyəyə görə vergilər 
vətəndaşlarla dövlət arasında olan müqavilənin nəticəsidir ki, bunun da 
əsasında onlar müəyyən xidmətlərə görə dövlətə haqq ödəyirlər. 
Vergilər vətəndaşların mühafizəsi və ölkənin müdafiəsi müqabilində 
məcburi ödəniş kimi çıxış edirlər. Son nəticədə belə bir mübadilə 
əlverişlidir, çünki ən bacarıqsız hökumət belə təbəələrin onların hər 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə