FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə20/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   16   17   18   19   20   21   22   23   ...   130
[kitabyurdu.org]-KY0000338

qədər yüksək və proqressiv
vergi 
dərəcələrinin zəruriliyini əsaslandırırdı. Onun fikrincə proqressiv vergi 
sistemi istehsalçını investisiya sahəsində riskli qərarlar qəbul etmək 
üçün stimullaşdırmalıdır. Bundan başqa aşağı vergilər dövlət xəzinəsinə 
daxilolmaları azaldır və bununla da iqtisadi dayanıqsızlığı gücləndirir. 
Bununla, Keyns nəzəriyyəsinə görə vergilər dövlət tənzimlənməsi 
sistemində mühüm rol oynamalıdırlar. Yüksək vergilər iqtisadi fəallığı 
stimullaşdırır, iqtisadiyyatdakı balanslaşmaya təsir edir. 
C.Keynsin iqtisadi nəzəriyyəsi böyük tətbiqi əhəmiyyət də kəsb
etmişdir. Məsələn, I Dünya müharibəsi ərəfəsində İngiltərə hökuməti 
ondan istifadə etmişdir. 
KitabYurdu.az 
20


Ötən əsrin 50-ci illərində Çikaqo Universitetinin iqtisadiyyat 
professoru 
Milton Fridman
tərəfindən irəli sürülən 
monetarizm 
vergi 
nəzəriyyəsi 
pulun kəmiyyət
nəzəriyyəsinə əsaslanırdı. Onun fikrinə 
görə iqtisadiyyatın tənzimlənməsini 
pulun miqdarından və bankların 
faiz dərəcəsindən asılı olan pul dövriyyəsi vasitəsi ilə həyata 
keçirmək olar
. O, vergilər vasitəsi ilə artıq pulları dövriyyədən 
çıxarmaqla pul kütləsinin tənzimlənməsinə kömək edə bilərlər. 
Beləliklə, monetarizm və Keyns nəzəriyyələrində vergilər iqtisadiyyatın 
inkişafına əngəl törədən amillərin təsirini azaldır. Lakin 
birinci halda 
bu amillər artıq pul kütləsidirsə, ikinci halda artıq yığımlardır.
Ötən əsrin 80-ci illərində amerikalı alimlər M.Berns, Q.Stayn və 
A.Laffer 
tərəfindən 
işlənib hazırlanmış təklif iqtisadiyyatı
nəzəriyyəsində vergilərə iqtisadi inkişafın və tənzimləmənin əsas 
amillərindən biri kimi baxılır.
Bu nəzəriyyəyə görə vergitutma 
səviyyəsinin yüksək olması sahibkarlıq və investisiya fəallığına mənfi 
təsir göstərir, bu isə son nəticədə vergi ödənişlərinin azalmasına gətirib 
çıxarır. Vergitutmanın proqressivliyi və büdcə gəlirləri arasındakı 
kəmiyyət asılığının parabolik əyrisini quraraq, A.Laffer belə bir nəticəyə 
gəldi ki, vergilərin azaldılması investisiya fəallığına müsbət təsir 
göstərir. O yazırdı ki, «Əyrinin əsasında duran fundamental ideya ondan 
ibarətdir ki, vergi dərəcələrinin son həddi nə qədər yüksək olarsa, ayrı-
ayrı fərdlərdə ondan yayınmanı doğuran motivlər bir o qədər güclü 
olacaq. İnsanlar vergi ödəmək üçün işləmirlər. Vergilər çıxılmaqla xalis 
gəlir bu adamın işlədiyini və ya yerində durduğunu müəyyən edir». 
İqtisadiyyatda daha tez-tez müraciət edilən, lakin hələ də öz həllini 
tapmamış əsas problem 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə