FəSİl azərbaycanda qeyri-neft sənayesiNİN İNKİŞafinin əHƏMİYYƏTİ, İSTİqaməTİ VƏ ZƏruriLİYİ



Yüklə 0,61 Mb.
səhifə2/7
tarix01.05.2022
ölçüsü0,61 Mb.
#86359
1   2   3   4   5   6   7
Diplom işi İlkin Hacızadə

Neft-qaz sektoru

Qeyri-neft sektoru

Ümumi daxili məhsul - cəmi

2011

25,829.9

23,196.1

49 026

2012

24,487.3

26,864.4

51 351.7

2013

23,778.1

30,525.9

54 304

2014

21,405.2

33,195.9

54 601.1

2015

15,382.2

34,138.8

54 380

2016

19,552.6

35,951.1

60 425.2

2017

25,005.4

40,328.0

70 337.8

2018

32,231.7

41,662.0

80 092

2019

30,051.9

44,481.8

81 896.2

2020

20,417.5

45,312.2

72 578.1

2021

33,930.6

51,082.9

92 857.7

Cədvəl: 1.1. İqtisadiyyatın neft və qeyri-neft bölmələrində Ümumi Daxili Məhsul istehsalı,

milyon manatla (2011-2021-ci illər üzrə) www.economy.gov.az


Ölkədə aparılmış dərin iqtisadi islahat tədbirləri nəticəsində ötən bir neçə il ərzində ölkə iqtisadiyyatındakı durğunluq aradan qalxmış, 2016-cı ildə ÜDM-in 3,1 faiz enməsinə baxmayaraq, 2017-ci ilin yekunları üzrə artım qeydə alınmışdır. 2015-ci ilin sonundan etibarən həyata keçirilən makroiqtisadi manevrlər və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin qismən yüksəlməsi Azərbaycanın tədiyə balansının möhkəmlənməsini təmin etmiş, həmçinin ölkədə fəaliyyət göstərən makroiqtisadi institutların sıx koordinasiyalı fəaliyyəti iqtisadiyyatın çevik tarazlaşmasını təmin edərək ölkənin makroiqtisadi dayanıqlığını gücləndirmişdir. Cədvəlin təhlilinə əsasən deyə bilərik ki, 2011-ci ildən sonra ÜDM-un həcmində neft-qaz sektorunun payı azalmağa doğru, qeyri-neft sektorunun payı isə artmağa doğru başlamışdır. 2012-ci ildə neft-qaz sektorunun ÜDM-da payı 5.2 faiz, 2013-cü ildə 2.9 faiz, 2015-ci ildə isə 28.14 faiz azalmışdır. Qeyri-neft sektoru isə həmin illərdə uyğun olaraq 15.8 faiz, 13.62 faiz, 2015-ci ildə isə 2011-ci illə müqayisədə 47.17 faiz artmışdır. Rəsmi məlumatlara əsasən 2012-ci ilə qədər neft-qaz sektorunun payı ÜDM-un 40-60 faizini əhatə etmişdir. Halbuki, dünyadakı texnoloji tərəqqilərin olması, ölkənin qlobal bazarlardakı məhsul və xidmətlərə uyğun baza yaradıb, iqtisadiyyatı şaxələndirmək, ixracı və investisiyaların sayını artırmaq üçün qeyri-neft sektorunun ÜDM-da payını kifayət qədər artırmışdır. Nəticədə, 2017-2021 illərdə qeyri-neft sektorunun payı 26.66 faiz, 2011-ci illə müqayisə etsək bu göstərici 2 dəfədən də çox, 120.22 faiz artım müşahidə olunur. Bu göstəricilərlə qeyri-neft sektoru 2021-ci ildə ölkənin ÜDM-nun 55 faizini əhatə edmişdir. 2021-ci ildə COVID-19 pandemiyasının mənfi təsirləri davam etsə də, beynəlxalq konyunkturun nisbətən yaxşılaşması, sahibkarlığın dəstəklənməsi, peyvəndləmə prosesinin sürətlə davam etdirilməsi və karantin rejimindəki yumşalma 2021-ci ilin əvvəllərindən başlayaraq iqtisadi aktivliyin bərpasında özünü göstərmişdir. Belə ki, 2021-ci il üzrə həm neft-qaz sektorunda, həm də qeyri neft-qaz sektorunda iqtisadi artım müşahidə olunub. Nəticədə 2020-ci il ilə müqayisədə 2021-ci ildə ÜDM real ifadədə 5.6% artaraq cari qiymətlərlə 92.9 mlrd. manat təşkil etmişdir.

2020-ci ildə ölkənin qeyri-neft sektoru­nun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında, habelə əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində sənaye parkları mühüm rol oynayıb.  Bu gün ölkədə 5 sənaye parkı – Sumqayıt Kimya, Piral­lahı, Mingəçevir, Qaradağ və Balaxanı sənaye parkları fəaliyyət göstərir. İqtisa­diyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına ötən il Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulmaqla, hazırda Azərbaycanda 7 sənaye parkı var. Həmçinin, Qarabağ bölgəsində istehsal sahələri üzrə infrastrukturun ya­radılması məqsədilə 2020-ci ilin mayın 28-də dövlətimizin başçısı tərəfindən Ağdam Sənaye Parkının da təməli qoyulub. Bu park investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olma­sı, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxı­mından mühüm önəm daşıyır. Belə bir sənaye obyektinin yaradılması ilə sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır. Burada əhalinin daya­nıqlı məşğulluğunun təmin edilməsi məqsədilə 5 potensial layihə üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Artıq Ağdam Sənaye Parkında sosial təminatı dəstəkləyəcək infrastruktu­run qurulması istiqamətində də işlərə başlanılıb. Burada subartezian quyusu qazılıb ki, bu da ərazinin suya olan tələbatının ödənilməsi imkanı yaradıb. Həmçinin əraziyə çəkilən 10 kV-lıq elektrik xətti və quraşdırılan 630 kV-lıq komplekt transformator məntəqəsi enerji təminatının yaxşılaşdırılmasını şərtləndirib.



Şəkil 1.1: Ümumi Daxili Məhsulun strukturu (2021-ci il) www.economy.gov.az

Sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2021-ci ildə 54.480,5 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində 2020-ci ilə nisbətən 5,2% artmışdır. Qeyri-neft sənayesində artım əsasən tikinti materiallarının istehsalında 80,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,3 faiz, tütün məmulatlarının istehsalında 54,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 29,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalında 26,8 faiz , kağız və karton istehsalı 26,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,5 faiz, mebel istehsalı 24,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında 16,9 faiz, qida məhsullarının istehsalında 10,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalında 8,3 faiz, içki istehsalında isə 2,3 faiz müşahidə olunmuşdur. Bundan əlavə, 2021-ci ildə karantin rejiminin yumuşaldılması maliyyə və sığorta fəaliyyəti, elmi və texniki fəaliyyət, peşə, təhsil, səhiyyə, sosial təminat, əyləncə, istirahət və incəsənət sahələrində fəaliyyət və digər xidmətlər sahələrində 5.1 faiz stabil artım təmin edilmişdir.






Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə