FəSİl azərbaycanda qeyri-neft sənayesiNİN İNKİŞafinin əHƏMİYYƏTİ, İSTİqaməTİ VƏ ZƏruriLİYİ



Yüklə 0,61 Mb.
səhifə5/7
tarix01.05.2022
ölçüsü0,61 Mb.
#86359
1   2   3   4   5   6   7
Diplom işi İlkin Hacızadə

Bitkiçilik

Heyvandarlıq

Cəmi

2011

2339.8

2185.4

4525.2

2012

2458.2

2386.4

4844.6

2013

2629.6

2615

5244.6

2014

2449.4

2776.4

5225.8

2015

2761.1

2874.2

5635.3

2016

2577.2

3055.2

5632.4

2017

3019

3561

6580

2018

3186

3824

7010

2019

3751.2

4085.5

7836.7

2020

4028.4

4400.5

8428.9

Cədvəl 1.2: Kənd təsərrüfatının ümumi məhsulu, milyon manatla (2011-2020-ci illər üzrə) www.etsim.az

Dövlət kənd təsərrüfatı istehsalçılarına birmənalı şəkildə dəstək göstərir. Beləki, qabaqcıl tədbirlərə subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında davamlı işlərin yerinə yetirilməsini stimullaşdırmaq, sığortalanmaya şərait yaratmaq, ekoloji təmiz olan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını həyata keçirmək, yeni texnologiyalara əsaslanan iri təsərrüfatlarin yaradılmasını misal görtərmək olar olar. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesinə xüsusi əhəmiyyət vermək, müasir texnologiyaların tətbiqi vasitəsilə hazırki kənd təsərrüfatı emal mərkəzlərinin istehsal gücünü yüksəltmək və bu sahədə yeni müəssisələrin yaradılması uğrunda mühüm tədbirlər görülməkdədir.

Bu sahədə aparılan islahatların və müasir texnika ilə təminatın nəticəsində 2016-2020-ci illər ərzində böyük və davamlı artımı müşahidə etmək olar. Həmin 5 ili müqayisə etsək, bitkiçilik və heyvandarlıqda istehsal olunan məhsulun dəyərinin həcminə görə müvafiq olaraq 56.1 faiz və 44 faiz artım görmək mümkün olar. Bundan əlavə idxal olunan taxılyığan kombaynlar, traktorlar və digər texnikalar kənd təsərrüfatı istehsalçılarına verilmişdir. Onların böyük qismi Avropanın ən tanınmış şirkətlərindən alınmışdır. Bunu da qeyd etmək olarki, 2011-2015-ci illərdə ölkəyə gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların 50 faiz güzəştlə lizinqə alınması nəticəsində məhsulların maya dəyərində əhəmiyyətli dərəcədə azalma baş vermiş, bununla da investisiya imkanlarının və fermerlərin gəlirlərinin çoxalması böyük müsbət təsirini göstərmişdir. 2020-ci ildə heyvandarlıqda əsas yer tutan heyvanlardan quşlar, qoyun və keçilər, iribuynuzlu mal-qara və inəklər, istehsal olunan məhsullardan isə süd (2192.5 min ton), yumurta (1906.2 milyon ədəd), ət (937.1 min ton) və baramanı (446.6 min ton) qeyd etmək olar. Bitkiçilik məhsullarının əsasını isə həmin ildə dənli və dənli paxlalı bitkilər (3257.1 min ton), tərəvəz (1738.9 min ton), kartof (1037.6 min ton), pambıq (336.8 min ton), şəkər çuğunduru (233.8 min ton), günəbaxan (23.9 min ton) və tütün (6.9 min ton) təşkil etmişdir.

Şəkil 1.5: İnformasiya və rabitı üzrə yaradılmış əlavə dəyər və artım tempinin dinamikası www.economy.gov.az

2021-ci ildə, pandemiya dövründə informasiya və rabitə texnologiyalarından istifadəyə tələbin artması və müasir texnologiyalardan istifadənin genişləndirilməsi bu sahədə 6.1 faiz artımın stabil qalmasına səbəb olmuşdur. Həmin ildə, alış-verişlərin və təhsil sisteminin onlayn şəkildə həyata keçirilməsi, müvafiq iş yerlərində “evdən işləmək” prinsipi kimi amillər ölkədə daha sürətli və keyfiyyətli internetin tətbiqinə tələbi artırmışdır. Bu da müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin işgüzar aktivliyinin artmasını, tələbin qarşılanması istiqamətdə işlərin görülməsini şərtləndirmişdir.

Resessiyadan çıxan qlobal iqtisadiyyat, demək olar ki, bütün xammal növlərinə və sənaye məhsullarına tələbatı artırdı və bu tendensiya 2021-ci ilin yazından Azərbaycanda xüsusilə nəzərə çarpmağa başladı. Həmin ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8 faiz artmışdır. Qeyri-neft sənayesinin 2021-ci ildə qeyri-neft ÜDM-də xüsusi çəkisi 9,6 faizə çatmışdır ki, bu da 2020 (8,5 faiz) və 2019-cu illərin (7,6 faiz) göstəricilərindən çoxdur. 2021-ci ildə dünya ticarətinin artım proqnozu ilə Azərbaycanın qeyri-neft ixracı 10,8 faiz səviyyəsində 47,2 faiz artmışdır. Qeyri-neft ixracının bu cür artması rekord göstəricidir. Bu tərəqqinin əsasında emal sənayesi, neft – kimya, əlvan metallurgiya, toxuculuq sənayesi məhsullarının ixracının artması, eləcə də sement və digər tikinti materiallarının və s. artması ilə nəticələndi. Maraqlıdır ki, ixrac sənayesinin mühərriki rolunda müəssisənin texnoparklarında və sənaye məhəllələrində yerləşən məhsullar çıxış edib: 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 870 milyon dollar 2020-ci ilə nisbətən artaraq 2,7 milyard dollar təşkil etmişdir. Ötən ilin yekunlarına görə qeyri-neft ixracında meyvə-tərəvəz məhsullarının payı 630,4 milyon dollar təşkil edib. 2021 – ci ildə Azərbaycanda qara metalların və onlardan məmulatın, pambıq ipliyinin ixracının iki dəfə, şəkərin 3,1 dəfə, şəkərin 19,2 faiz, kimya sənayesi məhsullarının 2,9 dəfə, pambıq lifinin 58,3 faiz, alüminiumun və ondan hazırlanan məmulatın 66,2 faiz artması qeydə alınmışdır.

Burada, çox güman ki, eyni zamanda, bir neçə baza ssenarisinin inkişafı görünəcək. Birincisi, ölkədə rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması üzrə proqramlar nəzərəçarpacaq dərəcədə gücləndiriləcək və bu bazada, 4-cü sənayenin formalaşdırılması üçün müasir innovasiyaların cəlb edilməsi sürətləndiriləcəkdir. Xüsusilə, ölkənin regional internet-mərkəzə çevrilməsi, DATA mərkəzlərin tikintisi üçün investisiyalar nəzərdə tutulub ki, bu da informasiya və kommunikasiya texnologiyaları sahəsinə, proqram təminatı şirkətlərinin, startapların və inkubasiya mərkəzlərinin inkişafına əlavə təkan verəcək. Güman ki, bununla "ağıllı" şəhər və kənd layihələrinin gerçəkləşdirilməsinə artıq start verilən Qarabağ regionunun azad edilmiş ərazilərində də dominant istiqamət olacaq. Əhəmiyyətinə görə ikinci sənaye artım mənbəyi Qarabağ regionunun dirçəldilməsi üzrə irimiqyaslı işlər olmalıdır. Artıq bu gün burada aparılan infrastruktur işləri tikinti materialları istehsal edən müəssisələr üçün katalizator rolunu oynamışdır. İşlərin miqyasını nəzərə alaraq, Qarabağ tikintisi uzun illər ərzində yerli müəssisələri elektrik enerjisi avadanlıqlarına, kabellərə, borulara, yük maşınlarına, traktorlara və digər nəqliyyat və kommunal texnikaya sifarişlərlə təmin edəcəkdir.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də yeni beynəlxalq nəqliyyat dəhlizləri yaranır. Belə nəqliyyat dəhlizlərinin gələcəkdə rəqabətqabiliyyətli fəaliyyətinin təmin olunması üçün regionda logistika im­kanlarının artırılması vacibdir. Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu imkanların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və tranzit daşımalarının həyata keçirilməsi üçün perspektivlər inves­torların bölgəyə sərmayə yatırmaqda marağını artırır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xüsusilə, iqti­sadi artımın mühüm təkanverici qüvvəsi olan logistika və ticarət imkanlarının yüksək olması irihəcimli xarici investi­siyaların cəlb edilməsinə şərait yaradır. Səmərəliliyin artırılması məqsədilə bu Sənaye Parkında yaradılan logistika və ticarət mərkəzlərində rəqəmsal proqram təminatlarından istifadə etməklə, ən qabaqcıl əməliyyat modellərinin tətbiqi planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, iş adamları tərəfindən indiyədək sənaye zonalarına 6,2 milyard manat­dan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulub. Sənaye zonaları üzrə indiyə kimi ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı (28 faizi) ixrac olunub.

Hazırda sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə edilir. Statistik göstəricilərə əsasən, 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin eyni dövründə 56,7 faiz çox (1,5 milyard manatlıq) məhsul istehsal olunub. İxrac isə 2020-ci ilin müvafiq dövrü (269 milyon manat) ilə müqayisədə 102,6 faiz (2 dəfə) artaraq 545 milyon manat təşkil edib.

2020-ci ilin 9 ayında 1,5 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracın­da 25,9 faiz, 545 milyon manat olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib. Həmçinin qeyd etmək lazımdır ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parkla­rında rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, gəlir və torpaq vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlığın və qurğuların idxalı zama­nı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Bütün bu göstəricilər Azərbaycanın hazırda 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olmasından xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat stan­dartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır.

Elm tutumlu sahələrə ölkədə formalaşan əczaçılıq sənayesini də, perspektivdə isə farmakoproduksiya istehsalını da aid etmək olar: tutumlu daxili tələbatı nəzərə alaraq bu seqment investorlar üçün olduqca cəlbedici ola bilər. Yerli iqtisadiyyatın industrial bərpasının növbəti addımı bərpaolunan enerji mənbələrinin (BTİ) və bütövlükdə "yaşıl" sənayenin inkişafı üzrə tədbirlər olacaq. Bu istiqamətlər olmadan Azərbaycan yaxın gələcəkdə qlobal enerji keçidinin qaçılmaz olması fonunda autsayder ölkələr sırasında qalmaq riski ilə çıxış edir. Burada ilk addımlar da atılıb: müvafiq normativ aktlar qəbul edilib, ölkənin enerji sisteminə BTİ mənbələrinin qoşulması mexanizmləri formalaşdırılır, həmçinin dünya şirkətlərinin dəstəyi ilə tezliklə iri günəş və külək stansiyalarının tikintisi üzrə bir neçə layihənin gerçəkləşdirilməsinə start veriləcək. Digər bir addım isə tullantısız sənayenin və bərk sənaye və üzvi tullantıların emalı sektorunun inkişafı olacaqdır. Bu istiqamətin hərəkətverici qüvvəsi texnoparklar olacaq ki, orada artıq bu gün üzvi gübrələrin istehsalı, polimer, ağac və kağız tullantılarının emalı, eləcə də ağır metalların və təhlükəli kimyanın utilizasiyası və emalı üzrə müəssisələr fəaliyyət göstərir.

Həmçinin, yaxın on ildə sənayenin Azərbaycan üçün ənənəvi istiqamətlərində istehsalın iki-üçqat artımına nail olmaq, onun ÜDM-də payının yarısına, hətta üçdə ikisinə qədər artırılması nəzərdə tutulur. Ölkə bu məqsədlərə iki əsas vektora istiqamətlənərək nail ola bilər: onlardan biri postsovet məkanı ölkələrinə ixracın artması, həmçinin Türkiyə, Yaxın Şərq ölkələri, Şimali Afrika və s. bazarlara çıxışın artmasıdır. Bu baxımdan uzun illər irəli gedən aparıcı trend statusunu neft kimyası (o cümlədən onun xarici komponenti), həmçinin tikinti materiallarının istehsalı və ölkənin dağ-mədən potensialının mənimsənilməsi saxlayacaq. Yüksək ixrac potensialına rəngli və qara metallurgiya seqmentləri də malikdir, lakin bir şərtlə ki, ölkə konsentrat və yarımfabrikatların ixracından əlavə dəyəri yüksək olan məhsulların istehsalına keçsin. Eyni prinsip pambıq və ipək emalında istifadə olunmalıdır: xammal ixracını məhdudlaşdırmaqla, toxuculuq və tikiş sənayesinə istehsalı genişləndirilməli, xarici tələbata əsaslanmalıdır.

 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də vurğulanır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyya­tın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıq­lara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Vətən müharibəsində əldə edilən parlaq qələbə nəticəsində işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitek­turasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.



İl

ÜDM-in həcmi (milyard manat)

ÜDM-də qeyri-neft sektorunun payı və həcmi (milyard manat və faiz)

ÜDM-də neft sektorunun payı və həcmi (milyard manat və faiz)

2021

82.2

55.1 milyard manat (67%)

27.1 milyard manat (33%)

2022

87.5

59.6 milyard manat (68.1%)

27.9 milyard manat (31.9%)

2023

92.4

64.5 milyard manat (69.8%)

27.9 milyard manat (30.2%)

2024

97.9

69.5 milyard manat (71%)

28.4 milyard manat (29%)

2025

102.6

74.8 milyard manat (72.9%)

27.8 milyard manat (27.1%)


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə