FəSİl azərbaycanda qeyri-neft sənayesiNİN İNKİŞafinin əHƏMİYYƏTİ, İSTİqaməTİ VƏ ZƏruriLİYİ


Cədvəl 1.3: 2021-2025-ci illər üçün Azərbaycanda ÜDM-un proqnozlaşdırılan həcminin və ÜDM-da qeyri- neft və neft sektorlarının xüsusi çəkisi



Yüklə 0,61 Mb.
səhifə6/7
tarix01.05.2022
ölçüsü0,61 Mb.
#86359
1   2   3   4   5   6   7
Diplom işi İlkin Hacızadə

Cədvəl 1.3: 2021-2025-ci illər üçün Azərbaycanda ÜDM-un proqnozlaşdırılan həcminin və ÜDM-da qeyri- neft və neft sektorlarının xüsusi çəkisi

Rusiyanın Qazprombankı bazar konyukturasının təhlili Departamentinin rəis müavini Gülnarə Heydərqızının qeyd etdiyinə görə: “Ortamüddətli perspektivdə Azərbaycanın qeyri-neft-qaz ixracının daha nikbin artım ssenarisinin gerçəkləşdirilməsi ehtimalı yüksəkdir. Onun sözlərinə görə, 3,6 milyard dollar plan göstəricisinə nail olmaq üçün 2025-ci ildə dörd il ərzində artım 1,2 milyard dollar təşkil etməlidir. O, qeyd etmişdir ki, bu həcm Azərbaycanın yüksək ixrac potensialı və Qarabağda yeni ixracyönümlü istehsal sahələrinin gözlənilən tikintisi nəzərə alınmaqla asanlıqla əldə edilə bilər. Qeyri-neft-qaz ixracının rekord səviyyədə artdığını nəzərə alaraq, reallaşdırılan tədbirlərin dəstəyi ilə ortamüddətli perspektivdə neft-qaz ixracının müqayisə edilə bilən dinamikasının qorunub saxlanması 2025-ci ilə qədər ixracın ümumi həcmində payını 20 faizə yaxın səviyyələrə qədər artırmağa imkan verəcək. Həmçinin, metallurgiyanın gələcək inkişafı potensialı da mövcuddur ki, bunun üçün də Azərbaycan lazımi təbii ehtiyatlara və enerji güclərinə malikdir.”

2030-2035-ci illərdə gözlənilən qlobal enerji keçidi, qazılan enerji resurslarına tələbatın azalmasına və neft-qaz xammalının qiymətlərinin qaçılmaz azalmasına gətirib çıxaracaq. Qaçılmaz dəyişikliklər gözləyərək, Azərbaycanda istehsalın strukturunu keyfiyyətcə dəyişmək, qeyri-neft sənayesi məhsullarının ixrac həcmini artırmaq məqsədi qarşıya qoyuldu. Ötən yarımilliyin statistikası göstərir ki, xüsusi iqtisadi klasterlərdə cəmləşən yeni sənaye bazası nəinki pandemiya böhranın sınağından çıxa bilib, həm də görünməmiş artım göstəricilərini nümayiş etdirir. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, artıq 2025 - ci ilə qədər ÜDM-də qeyri-neft sektorunun payı 72,9 faiz, neft sektorunun payı isə 27,1 faiz təşkil edəcək.

Son illər Azərbaycanda iqtisadi sabitliyin təmin olunması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi üçün sahələrarası balansın yaradılması aktual məsələ olaraq qalır. Dövlət proqramları və hökumət tərəfindən həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafı üçün zəmin yaratmışdır. Hazırda dövlət qeyri-neft sektorunun inkişafını prioritet istiqamət kimi seçib. Buna görə də ölkənin diqqəti əhalinin rifahının yüksəldilməsinə, ixraca istiqamətlənmiş iqtisadiyyata keçilməsinə və onun rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib. Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsini tələb edir. Bununla əlaqədar olaraq, dövlət qarşısında duran vacib məsələlərdən biri də şaxələndirmə prosesinin sürətləndirilməsidir. Bu sahədə ayrı-ayrı regionların inkişafı da az rol oynamır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması dövlət qarşısında duran mühüm vəzifələrdən biridir. Demək olar ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın milli iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə