FəSİl azərbaycanda qeyri-neft sənayesiNİN İNKİŞafinin əHƏMİYYƏTİ, İSTİqaməTİ VƏ ZƏruriLİYİ


Şəkil 1.2: Sənayenin struktur bölgüsü (2021-ci il) www.economy.gov.az



Yüklə 0,61 Mb.
səhifə3/7
tarix01.05.2022
ölçüsü0,61 Mb.
#86359
1   2   3   4   5   6   7
Diplom işi İlkin Hacızadə

Şəkil 1.2: Sənayenin struktur bölgüsü (2021-ci il) www.economy.gov.az

Qeyri-neft sənayesindəki artım daha çox bu 4 sahənin hesabına baş tutmuşdur. Mədənçıxarma sektorunda istehsalın həcmi 2020-ci illə müqayisədə 1.9 faiz, emal bölməsində istehsalın həcmi 19.8 faiz, elektrik enerjisi, buxar və qaz istehsalı, onların bölüşdürülməsi və təchizatı müəssisələrinin istehsal həcmi 7.1 faiz, su təchizatı, tullantıların təmizlənməsi, emalı və yenidən emalı bölməsində isə 118.2 faiz artım qeydə alınmışdır.

Qeyd etmək lazımdır ki, ölkədə olan investisiya qoyuluşları iqtisadi artım tempinə təsir edən əsas qüvvələrdən biridir. Daha çox investisiya edilən sahələrin artım tempi bir o qədər də yüksəkdir. Dünya bazarında neftin qiymətinin düşməsi və milli iqtisadiyyatının birtərəfli inkişafı, yəni, onun neft amilindən asılılığı iqtisadiyyatda qeyri-neft sektoruna diqqətin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu səbəbə görə də investisiya qoyuluşlarının böyük hissəsi qeyri-neft sektoruna yönəldilmişdir.

Şəkil 1.3: 2021-ci ildə əsas kapitala yönləndirilmiş investisiyalar, faizlə. www.economy.gov.az

İnvestisiyaların ən böyük həcmi tikinti, qeyri-neft sənayesi, nəqliyyat və anbar təsərrüfatı və digər sahələrə yönəldilmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 783,4 mln. manat olmaqla, əvvəlki il ilə müqayisədə 83,7 faiz artıb. Dövlət Statistika Komitəsində göstərilən məlumata görə, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, sementdən, betondan tikinti blokları və kərpiclərinin istehsalı 60,3 faiz, mərmər,travertin və onlardan məmulatların istehsalı 55,8 faiz , tikinti gipsinin istehsalı 43,8 faiz , kərpicin istehsalı 34,2 faiz, asfaltın istehsalı 13,9 faiz, tikinti əhənginin istehsalı isə 4,8 faiz artım qeydə alınmışdır. Nəticə etibarilə, 2020-ci ildə tikinti sektorunun payı 18.5 fazi olduğu halda, 2021-ci ildə bu göstərici 37.7 faiz olmuşdur. Pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər yük və sərnişin daşınmasına da təsir göstərib. Belə ki, 2021-ci ildə sahibkarlıq subyektləri tərəfindən daşınan yük 2020-ci il ilə müqayisədə 2.8% yuxarı olub. Eyni zamanda sərnişin daşınmasında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox sərnişinə xidmət göstərilmişdir. Ümumilikdə isə nəqliyyat və anbar təsərrüfatının həcmində 14.6 faiz artım mövcud olmuşdur. 2021-ci ildə satılmış mallar və göstərilən xidmətlərdə 2020-ci il ilə müqayisədə 3.7 faiz artıma nail olunmuşdur. 2021-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.2 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 3,9 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2.5 faiz qeydə alınmışdır.

“Böyük İpək Yolu”nun  Azərbaycan ərazisindən keçməsi ölkəmizin dünyaya inteqrasiyasına təkan vermiş və bu yolun yenidən bərpası başqa ölkələrin də beynəlxalq turizmdə iştirak etməsinə şərait yaratmışdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bütün sahələrdə beynəlxalq aləmə  inteqrasiya olunaraq həm dünyada keçirilən  mühüm tədbirlərə qatılmış, eyni zamanda bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Bu, ölkəmizdə mədəni və işgüzar turizmin inkişafına təkan vermişdir. Müasir dövrdə işgüzar turizm yüksək dinamikliyi, turizm biznesinin və ondan əldə edilən gəlirlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin möhtəşəm coğrafi mövqeyi ona bir çox turizm növlərinin olmasına imkan verir. Beləki, ölkədə dağ, idman, , tarix, mədəni, biznes, qış və xizək, ekoloji, sağlamlıq və başqa növlərini misal göstərmək olar. Ümumdünya Turizm Təşkilatı tərəfindən müəyyənləşdirilən turizmə qurultayı, elmi konfranslarda, seminar və müşavirələrində, , sərgilərdə iştirak məqsədilə həyata keçirilən səyahətlər, həmçinin danışıqların aparılması və müqavilələrin bağlanması üçün edilən səfərlər aid edilir. İşgüzar və mədəni turizmdə kiçik qruplar üçün öyrədici verən turlar və istirahət edən şəxslərin mədəni abidələrə səyahətlərini özündə birləşdirən birgünlük ekskursiyalar təşkil olunur. Bununla əlaqədar mədəni abidələrin qorunub saxlanması üzrə tədbirlərin həyata keçirilməsi və göstərilən ərazilərə turist axınlarının idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın uğurlu siyasətləri nəticəsində, statistikaya görə ölkəyə turist axını və onlardan qazanılan gəlirlər 2019-cu ilə doğru əhəmiyyətli dərəcədə, 2010-cu il ilə müqayisədə 4 dəfədən də çox, 325.1 faiz artmışdır. Lakin, 2020-ci ildə baş vermiş qlobal pandemiyaya görə turizmdən əldə edilən gəlirlər təxminən 285 faiz azalmışdır. Lakin pandemiya qaydalarının yumşaldılması nəticəsində turist axını yenidən çoxalmağa doğru başlayır.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə