FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   45   46   47   48   49   50   51   52   53

Dəhnəz  və  Səhablı  kəndlərinə  özlərini  Banlı  və  Sasıınlu  adlan­
dıran  erməni  dəstələri  gəldi.  Bu  kəndlərin  əhalisini  qətlə  yetir­
məzdən  əvvəl  bir  neçə  yüz  qız  və  qadın  həmin  dəstə  tərəfindən 
əsir götürüldü, hansılar ki, indiyə qədər onların əlindədir.  Ermə­
nistan  palatasının  qarşısında  həmin  qadınların  azad  etdirilmə­
sini  tələb  etmək  üçün  Erevana  nümayəndələr  göndərilmişdir. 
Parlament tərəfindən qadınları qaytarmaq sözü verilmişdir.  La­
kin  onlar  azad  olunmadı.  Məndə  olan məlumatlara  görə  ermə­
nilər  onları  Yenibəyazit  qəzasına  göndərmək  istəyirlər,  lakin 
çoxlu  miqdarda  qar  yağdığından  və  yollar  bağlandığından  Y e­
nibəyazit  qəzası ilə əlaqə saxlanıla bilmədi  və plan baş  tutmadı. 
Müsəlmanlar  qadınların  ermənilərin  əlində  olmasına  dözə 
bilmirdilər.  Vedibasarlılar  ingilislərdən  qadınları  azad  etmələri 
barədə yalvarırdılar.  Lakin bu cəhdlər də nəticə vermədi.
Yanvar  ayının  sonlarında  döyüşən  tərəflər  arasında  ingilis 
generalı  Ginonun  vasitəçilik  etməsi  ilə  müəyyən  şərtlər əsasın­
da barışıq əldə edildi.  General Ginon bəyan  etdi ki, yeni döyüş 
əməliyyatlarının başlanması müttəfiq dövlətlərə qarşı düşmən­
çilik  aktı kimi  qəbul  ediləcək.
Ginonun  bəyanatından  8-10  gün keçəndən sonra erməni  niza­
mi  qoşunları  Dəvəli  kəndindən  1-1,5  verst  məsafədə  olan  Avşar 
kəndinə  hücum etdilər.  Həmin  kənddə əhalinin  bir qismi  evlərin- 
dəcə öldürülmüş, bir qismi isə qaçaraq canlarım qurtarmışlar. Av­
şar  hadisələrindən  sonra  zirehli  maşınlar  və  arteleriya  ilə  Avşar 
kəndi  və  bir  sıra  başqa  kəndlər:  Xalis,  Çatqıran,  Şirazlı,  Taralak 
kəndləri  bombardman  edildi.  Həmçinin  bizim Böyük Vedi  kəndi 
də hücuma məniz qaldı, lakin ermənilər geri oturduldu.  Bombar­
dman altı gün davam etdi və ingilis polkovniki hal-hazırda Naxçı­
vanın general- qubernatoru olan Lauxin tərəfindən dayandırılıb.
Polkovnik mənim tərəfimdən döyüş əməliyyatları yerinə gə­
tirilmişdir  və  dağıdılmış  kəndləri  və  daşınılmış  əmlakı  şəxsən 
görmüşdür.  Lauxin  həmçinin  Avşar  kəndindən  yuxarıda  qo­
yulmuş və Böyük Vediyə istiqamətlənmiş topları və zirehli ma­
şınları da gördü.  Erməni hökümətini qoşunları Davalı kəndin­
dən çıxarmağa məcbur  etmək üçün  general döyüş  bölgəsindən 
birbaşa Erevana getdi.
Lauxinin Erevana getdiyi günün ertəsi ermənilər Böyük Ve-
172


dini  mühasirəyə  aldılar  və  bombardmana  başladılar.
Mən  dərhal  bu  haqda Naxçıvan  müsəlman  drujinasınm ko­
mandiri  Kalbalı  xana  xəbər  verdim,  o  isə  öz  növbəsində  ulti­
matum verərək erməniləri hücumu dayandırmağa məcbur etdi. 
Ermənilər  isə  atəşi  dayandıraraq  adı  çəkilən  kəndləri  talan  et­
məyə  başladılar.
Məni  bura  göndərən  Milistamn  Vedibasar  rayonunun  müsəl­
manları mənim vasitəmlə Azərbaycan hökumətindən xahiş edirlər.
1.  Növbəti  qan  tökülməsinin  qarşısını  almaq  üçün  erməni 
hökuməti  qarşısında  erməni  əsgərlərinin  qaçırdıqları  qadınları 
azad  etmək  üçün  qəti  tədbirlər  görmək.
2.  Xüsusi  fərman verərək Vedibasar rayonunu və Erevan  qə­
zasının  Millistanmı Azərbaycanın  ayrılmaz hissəsi elan  etmək.
3.  Avşar,  Xəliş,  Çatqıran,  Şirazlı,  Xalar,  Şahablı,  Qadılı,  Qa- 
raağac,  Yuxarı  Qarabağlar,  Dəhnaz,  Keşişdağ,  Xaraba  Kotanlı, 
Seyid  Kotanlı  və  Şəhərab  kəndlərinin  sakinlərinə  dəymiş  zərəri 
ödəmək üçün  erməni hökuməti qarşısında qəti  tədbirlər görmək.
B akı şəhəri,  10 m art  1919-cu il
Əliyev  M.
NMRDA.  3 1 4 - 5 - 7 1 .
29.  III.  1920
Ə Z İ Z   F İ R U Z   B Ə Y
Novruz bayramının birinci günündə 21  mart səhər saat  10 - da 
Kərb.  Tağı  Yusifov  Culfadan  mənə  zəng  edib  və  aşağıdakı  pis 
xəbəri  verib.  10.000  nəfərdən  artıq  erməni  silahlı  qüvvələri  qəf­
lətən  Düylün,  Vənənd,  Vələver,  Xanağa,  Bəysar,  Ağrı  və  Dizə 
kəndlərinə  hücum  ediblər.  Bu  kəndləri  işğal  ediblər,  tamamilə 
yandırıblar,  indi  Ordubada  doğru  irəliləyirlər  və  Naxçıvandan 
Ədib  bəyin  rəhbərliyi  ilə  800  əsgər  ordubadlılann  köməyinə 
gedib, indi onlar Aza kəndində Ordubadın yolunu kəsmiş erməni 
qüvvələri  ilə  döyüşürlər.  Ordubad  təhlükədədir.  Ordubadla 
telefon  əlaqəsi  kəsilib,  yalmz  Azadan  atəş  səsləri  gəlir.  Mən  bu 
haqda  Tehrana  Azərbaycan  missiyasına  aşağıdakı  mətnli  tele­
qram göndərmişəm:  Bakı sədr-nazirə, etibarlı mənbələrdən  xəbər
173


verirlər  ki,  10.000  nəfərdən  artıq  erməni  qüvvələri  müsəlman 
Düylün, Vənənd, Vələver, Xanağa, Dizə, Ağrı, Bəysar kəndlərini 
işğal  edib,  əhalisini  tamam  məhv  etdikdən  sonra  Ordubada 
hücum ediblər və Ordubadı da həmin təhlükə gözləyir.  Ordubadı 
və müsəlman əhalisinin namusunu  qurtarın.  Əsgərxanov  .
Təəssüf  ki,  teleqraf  işləmədiyindən  teleqramı  göndərə  bil­
mədim.  Bundan  sonra  general-qubernatorun  vəzifəsini  icra 
edən Sərdar İntizara  müraciət edərək xahiş etdim ki,  ordubad- 
lılara  kömək  etmək  üçün  əlindən  gələn  tədbirləri  görsün.  Sər­
dar bu yaxınlarda Təbrizdə Təbriz qoşunlarının  baş  komanda­
nı  vəzifəsinə  təyin  edilib,  lakin  Tehrandan  təyin  olunmuş 
general-qubernator gəlmədiyindən  müvəqqəti  olaraq  onun  və­
zifələrini  icra edir.  Çox  fəal  və qətiyyətçi  siyasətçidir.  Təhsilini 
Almaniyada  alıb,  alman  və  fransız  dillərində  yaxşı  danışır. 
Bayramın  3-cü günü Ordubad məsələsinə görə mən onun evin­
də  oldum.  Bayram  münasibəti  ilə  orada  bir  neçə  baş  molla  və 
yüksək rütbəli şəxslər vardır, söhbətlər erməni vəhşilikləri haq- 
qındaydı.  Sərdar  deyirdi  ki,  əsaslı  tədbirlər  görmək  lazımdır, 
nə  qədər  ki,  bu  diyarın  statusu  təyin  olunmayıb  bu  hadisələr 
davam  edəcək.  Bu  zaman  baş  mollalardan  biri  (Mirzə  Sadıx 
ağa)  dedi  ki,  İranla  birləşmək  lazımdır.  Bu  zaman  mən  dedim 
ki,  cənab  Sərdar,  inanın  ki,  əgər  ordubadlılara  uşaqlarımızı, 
qocalarımızı  öldürmüş  ermənilərə,  yoxsa  İrana  birləşmək  tək­
lif olunsa  biz  düşmənlərimiz  olan  ermənilərə  birləşməyi  üstün 
hesab  edirik.  Bunun  səbəbini  isə  siz özünüzdə  axtarın.
Bilmirəm,  siz  bizə  göstərdiyiniz hansı yardımlara  görə  bu  hü­
ququ bizə verirsiniz. Çünki birinci siz öz vətəndaşlarınızı müdafiə 
edə bilmirsiniz, bunun Səmaşeı və Urşix hadisələri göstərdi. İkinci 
də  ki,  bu  qanunsuzluqlar  bizdə  müvəqqətidir,  gec-tez  onlar 
aradan  qaldırılacaq  və  biz  müvəqqəti  qanunsuzluqdan  ötəri 
həyatımızı  birdəfəlik  məhv  edə  bilmərik.  Sonra  o  dedi  ki,  əgər 
sizin həmvətənləriniz bizə birləşmək istəmirlərsə, onda biz sizə heç 
bir  kömək  edə  bilmərik.  Sənə  Ordubaddan  son  teleqramın 
surətini  göndərirəm.  İndi  Ordubad  kəndləri  ermənilərdən 
təmizlənib.  Həm  müsəlmanlar,  həm  də  ermənilər  tərəfindən 
böyük  itkilər var.  Ordubadda  bir  sıra  ev  dağıdılıb.  Ordubadlılar 
şəhəri  çox  yaxşı  qoruyurdular,  buna  görə  də  ermənilər  şəhərə
174


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə