FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   45   46   47   48   49   50   51   52   53

dən xahiş edirəm,  kağız üzərindəki etirazlarınızı bir kənara qo­
yub  fəal  hərəkətlərə  keçin.  Azərbaycanın  ən  gözəl  güşəsini 
məhv olmaqdan xilas edin.  Zəngəzurdan sonra növbə Qaraba­
ğındır.  Bu itkilərə görə türk xalqı və Azərbaycan qarşısında siz 
cavabdehsiniz.
Parlamentin üzvii  C əlil Sultanov
NM RDA.  3 1 4 - 5 - 7 4 .
T E L E Q R A M
Cəbrayıldan, №  151 
Bakı,  Parlament
22.01.1920- c i  il
19 səhər. Zəngəzur kəndinin erməni hissələri bütün cəbhə bo­
yunca Maqandan  Qala dərəsinə kimi  top və pulemyotlarla  mü­
səlmanlara  atəş  açıb.  6  kənd  məhv  edilib,  9-u  yanır.  Ermənilər 
müsəlmanları amansızcasına qətlə yetirir, qadın, uşaq  demədən. 
Müsəlmanların onlara qarşı çıxmağa qüvvələri yoxdur və ancaq 
mülklərini ermənilərə qoyub qaçmaqla canlarını qurtarırlar.
Bu  hadisələr haqqında  hökumət qəti  tədbirlər  görməlidir.
C əbrayıl kənd m əktəbinin  baxıçısı Axundov.
N M RDA.  3 1 4 - 5 - 7 4 .
Erivandan verilən şifr teleqram. 01499,  277,  20,  16,  30
Teleqram  alınıb  21  iyun  1919-cu il  tarixdə
B A K I
Məxaric №  1790
Təcüi
Xarici  işlər nazirinə.
Sizin  1695 nömrəli teleqramınıza cavab verirəm. Naxçıvan, Şə­
rur,  Vedibasar,  Şahtaxtı  rayonlarım  ermənilərin  hərbi  hissələri 
tutublar - zəbt ediblər.  Naxçıvanın  Milli şurası xahiş  edir ki,  itti­
faq Komandanlığına çatdırılsın ki, Ermənistan hakimiyyəti ingilis 
generalları  Devinin  və  Xatisovun  vədlərinə  görə  burada  axtarış 
aparmağa  başlamış  və  silahları,  mebelləri,  dirəkləri,  taxta  -  şal- 
banları  və  başqa  predmetləri  zəbt  edib,  zorakılıqla  daşıyıb  apa­
165


rırlar.  Milli Şura xahiş edir ki, İttifaq komandanlığı bu qanunsuz 
və tam pozğun hərəkətləri  dayandırsın.  Culfa ermənilərin  əlində­
dir.  Siz Naxçıvan  şurasının  bu  xahişinin  yerinə yetirilməsinə  im­
kan  tapa bilərsinizmi? Ordubad erməniləri hələ öz ərazilərinə bu­
raxmır.  Bu barədə ordubadhlar on bir gün bundan əvvəl öz fikir­
lərini  ermənilərə  açıqcasına  bildiriblər.  Müsəlman  hərbi  hissələri 
buraxılıb.  Üç yüz nəfərdən ibarət ancaq çətəçi vardır. №  184
D iplom atik niimayəncld  T əkin ski
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Teleqramın  təsdiq  olunması
Ənzəli
Azərbaycan Konsulunun müavinləri Xəlilov və Rəcəbliyə
Xarici işlər nazirinə təcili çatdırın ki, mən bu gün Naxçıvan­
dan  bu  teleqramı  almışam.
Tehran.  Azərbaycanın  nəzərinə,  martın  on  doqquzunda  er­
mənilərin  nizamlı  qoşunları  bizim  üzərimizə  üç  tərəfdən  çox 
güclü  hücuma  başlamışlar.  Birinci  Böyük  Vedi,  ikinci  Tivi 
kəndi,  üçüncüsü  Ordubad  tərəfdən.  Xahiş  edirəm  bu  barədə 
vəziyyəti  çatdırasınız bizim  hökümətimizə  .
№  125,  20  mart 
General  qubernator  Cəmlinski
№ 49 
Diplomatik  nümayəndə  Ziyatxan
Əsli ilə  düzdür.  İmza.
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Erivandan şifrələnmiş teleqram
Almıb 4 may  1919
Gəncədən  16 may  1919 - cu ildə göndərilib,  Qazaxda  alınıb.
.  V 
B A K I
%
Sədr  - nazirə.
Surəti Xarici  işlər  nazirinə.
İkisində  Naxçıvana  erməni  polkları  hücum  edib,  ona  görə 
də  Ermənistana  təzyiq  göstərmək  lazımdır.  Bizim  polklarımı- 
zm  dərhal  Ermənistan  sərhəddində  yerləşdirilmələrini  məqsə-
166


dəuyğım  hesab  edirəm.  Naxçıvan  rayonunun  əhalisi  müqavi­
mət  göstərməyə  hazırdır.  Lakin  ingilislərin  Ermənistanın  lehi­
nə  olaraq  hadisələrə  qarışmasından  ehtiyat  edir.  Mayın  2-də 
general  Devi  Erivandan  Naxçıvana yola düşüb.  Dilicanda  na­
tamam  tərkibli 4 -  cü  alay dayanıb.
D iplom atik  nümayəndə  T əkinski
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Şifrələnmiş teleqram 27 iyun  1919-cu ildə № 1767 ilə göndərilib
E R İ V A N
Azərbaycan diplomatik nümayəndəsi Təkinskiyə
№  184
Naxçıvan  və  Ordubad  rayoniarındakı  müsəlmanların  ma­
raqlarını  müdafiə etmək üçün əlinizdən gələni edin.  İyulun  16- 
da  Sizə  Ermənistanın  notasına  şifrələnmiş  cavab  göndərilib. 
Müsəlmanlara  qarşı  törədilən  hər  hansı  bir  vəhşilik  aktı  haq­
qında  bizə  məlumat verin.
X arici işlər nazirinin miiavini
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Erivandan şifrələnmiş teleqram  011090, 279,  20/12,  15,  1.
22  dekabr  1919- cu  ildə alınıb  № 203
B A K I
Xarici  İşlər  Nazirinə.
Dünən  Naxçıvan  qubernatorunun  məktubunu  aldım  və  bir 
hissəsini sizin nəzərinizə çatdırıram, xahiş  edirəm görülən  tədbir­
lər haqqında Naxçıvana məlumat vermək üçün mənə bildirəsiniz.
İran  hər  cür  yalanlarla  Naxçıvan  diyarından  qaçqınları  cəlb 
etməyə çalışır. Əgər altmış minə yaxın qaçqın İrana keçərsə,  on­
da  ermənilər  buranı  işğal  edib,  Zəngəzurla  birləşəcəklər.  Yüz­
lərlə  qaçqın  soyuqdan  və  acından  ölür.  Etibarlı  mənbələrdən 
mənə məlumdur ki,  ingilislər həmin yerlərdə əhalini  qaçırdaraq, 
ermənilərin  gəlişi  üçün  əlverişli  şərait  yaradırlar.  Əgər  hö­
kümətiniz bu  diyarı  özündə saxlamaq  istəyirsə,  onda  qaçqınları
167


saxlamaq üçün təcili olaraq  insan və pul göndərilməlidir.
№  1852 
Sədr miiavini M irbabayev
NM RDA.  3 1 4 - 5 - 7 2 .
Şifrələnmiş teleqram 0518,  229,  10/5,  11,  15
Dilicandan  alınıb 25/5
İ
Sədr -  nazirinə,
Surəti Xarici  işlər Nazirinə.
Şaiyələrə görə əgər Ermənistan Qarabağın Azərbaycanın ol­
duğunu  tanısa,  onda  ingilislər  Şərur  -  Naxçıvan  ray.onunu  Er­
mənistana  verəcəklər.  Bu  şaiyələri  ermənilər  buraxır.  Mənim 
fikrimcə,  Qars  Ermənistana kifayətdir və əhalisi  tamamilə mü­
səlmanlar  olan  Şərur  -  Naxçıvanı  onlara vermək  olmaz,  çünki 
buranın  əhalisi  də  Ermənistanın  müsəlman  əhalisi  kimi  acına­
caqlı  vəziyyətə  düşəcək.  Müsəlmanların  acınacaqlı  vəziyyəti 
barədə  sübutlarım  var.  Bunu  hərtərəfli  şəkildə Tiflisdə  Müttə­
fiq  komandanlığa  izah  etmək  və  onlarla  daim  əlaqədə  olmaq 
lazımdır.  Əks  halda bizim  diplomatiyamız uduzacaq.
№  93 
D iplom atik nümayəndə  Tə kins k i
NM RDA.  3 1 4 - 5 - 7 1 .
Şifr teleqram göndərilib.
17 iyun  1919 - cu  il tarixdə
Məxaric №  1695 
E R E V A N
Azərbaycan Diplomatik  nümayəndəsi Təkinskiyə
Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı və Ordubad rayonlarında 
mövcud vəziyyət barədə  təcili  xəbər verin.  Culfa kimin əlindədir? 
Vedibasar  ölkə  komitəsinin  rəhbərləri,  Xəlilovun,  Hacılarov  və 
Abbasəli ağa Şabanskinin azad olunmasına təsirli kömək edin.
№  1695 
Xarici İşlər Naziri əvəzi  - imza
Şifr edən M.Vəzirov
NM RDA.  314 -  5  -  74;  ARDA.  970  -  1  -  54.
168


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə