FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   45   46   47   48   49   50   51   52   53

min  rayonlarda  xalqın  narazılığına  səbəb  olur.  Ermənistan  hö­
kümətinin  nizamla  qüvvələri  tərəfindən  Naxçıvandan  altı  verst 
aralı  olan  Buman  kəndi  atəşə  tutulub.  Əhali,  erməni  qoşunları­
nın qarətindən qorxaraq, açıq hava altında yaşayır.  Bu hadisələr 
barəsində  sizə  məlumat  verərək  sizdən  xahiş  edirəm  erməni 
hökümətinə  etirazınızı  bildirəsiniz,  həmçinin  ingilis  koman­
danlığının  nəzərinə çatdırasınız ki,  erməni  hökümətinin  düzgün 
olmayan  hərəkətlərinə  qarşı  qəti  tədbirlər  görsünlər.  Bir  həftə 
belə yubanmaq  müsəlman  kəndlərinin məhvinə  səbəb  olacaq.
Erivan quberniyası  müsəlmanlarının
yurddaşlığımn sədri Şeyxov
Əslinə uyğundur.
NMRDA.  3 1 4 - 5 - 7 4 .
Vedibasar,  Şərur,  Ordubad, Naxçıvan  rayonları
müsəlmanlarının yurddaşlığımn rəyasət heyəti.
16  iyun  1919  - cu  il.
Parlamentin sədri  cənablarına.
Vedibasar,  Şərur,  Naxçıvan,  Ordubad  rayonlarının  əhalisi­
nin  böyük hissəsini müsəlmanlar təşkil edir və qeyri-müsəlman 
əhalisinin  sayı  cüzidir.  Bu  rayonlarla  Ermənistan  raspublikası 
arasında  sərhəd  kimi  Şirazlı  müəyyən  edilib.  Ölkədə  kənar 
qüvvələrin  qarışmasına  səbəb  olan  heç  bir  qanunsuzluq  olma­
yıb.  Ermənilərin  fitnələrinə  uyaraq,  bizə  məlum  olmayan  sə­
bəblərdən  ingilis  komandanlığı  bu  rayonları  bizə  qarşı  düş­
mənçilik münasibəti bəsləyən və rəhbərləri öz qarşılarına bizlə­
ri tamamilə məhv etmək məqsədi  qoymuş ermənilərə verdi.  Bu 
hal  bizim  hüquqlarımızın  və  fiziki  varlığımızın  tamamilə  po­
zulması  və  heçə  sayılması  aktıdır,  ədalət  prinsiplərinə  və xalq­
ların  öz müqəddəratım  təyin  etmə  şüarına  ziddir.
Bu  rayonların  ermənilərə  verilməsi  faktı  kim  tərəfindən 
olursa  olsun  ermənilərin  müsəlmanlara  olan  münasibətinə  şə­
rik  olduğunu  göstərir.
Bu  rayonların  əhalisinin  xahişini  və  Müsəlman  Naxçıvan 
Milli Şurasının  müsəlmanların soyqırımına olan etirazını nəzərə
158


alaraq,  Vedibasar,  Şərur,  Naxçıvan,  Ordubad rayonlarının mü­
səlmanlarının  yurddaşlığı  erməni  bandalarının  bu  rayonlara 
soxulmasına qəti etirazım bildirir və oradan çıxmasını tələb edir.
Biz  inanırıq  ki,  ingilis  komandanlığı  müvəqqəti  olaraq  itir­
diyimiz hüquqlarımızı  bizə qaytaracaq.
Ve dib as av,  Şərur,  Ordubad,  N axçıvan 
rayonları  müsəlmanlarının yurddaş lığının 
rəyasət heyəti
NM RDA.  3 1 4 - 5 - 7 .
Tiflisdən  teleqram
4199/   5,101,26  /6, 16/  30.
Teleqram  alınıb  28  iyun  1919  - cu ildə.
Daxil  olma №  1891
J
B A K I
Azərbaycan  Respublikasının  Baş  Nazirinə
Alman məlumatlara görə Naxçıvanda,  Şərurda,  Ordubadda 
erməni  höküməti  tərəfindən  müsəlman  xadimlərinin  həbs 
olunması  artıq  başlanmışdır.  Hər  addımda  müsəlmanların  ev­
lərini  axtarır,  bəhanə-sıxışdırma  edir,  əmlaklarını  müsadirə 
edirdilər.  Erməni  hökümətinin  belə  çıxışı  həmin  rayonlarda 
əhali  arasında  qanun-qaydalarm  açıqcasına  pozulmasına  sə­
bəb  olur,  həm  də  erməni  hökümətinin  nizami  ordusu  tərəfin­
dən  müsəlman  kəndləri  Naxçıvandan  altı  verst  uzaqda  olan 
Bulqan  kəndi  də  atəşə  tutulmuşdur.  1  verst  =   400  metr.
Erməni  qoşunlarının  qırğınından  çıxaraq  əhali  panikaya 
düşmüş  açıq  havaya  toplaşmışlar.
Yuxanda  qeyd  olunanları  Sizə  məruzə  edərək xahiş  edirəm 
ki,  erməni  hökümətinə bizim etirazımızı  elan  edəsiniz,  eləcə də 
İngilis komandanlığına çatdırasınız ki, erməni hökümətinin bu 
qəti heç bir qanuna sığmayan hərəkətinin qarşısını almaq üçün 
ciddi  tədbir  görsün.  Əgər  bu  bir  həftə  belə  yubadılsa  onda  bu 
müsəlman kəndlərinin  dağıdılmasının  əsas  səbəbi  olacaqdır.
Erivan  quberniyası Ş eyx ov.
NM RDA.  3 1 4 - 5 - 7 4 .
159


ŞİFRƏLƏNM İŞ TELEQRAM
8  iyul  1919-cu ildə  göndərilib.  №  1999 
E R İ V A N
Azərbaycanın  diplomatik  nümayəndəsi  Təkinskiyə.
İndi Tiflisdən  iki  teleqram alınıb.  Birincisi:  Hadisə yerindən 
gəlmiş  şahidlər  erməni  qoşunlarının  Vedibasar  rayonunda  tö­
rətdikləri  vəhşiliklərdən  danışırlar.  Müsəlman  sərnişinlər  qa­
tarlardan  endirilib,  onların  taleləri  isə  məlum  deyil.  Məsələn, 
Kəmərli  stansiyasından  4  nəfər  endirilib.  Xalq  narazıdır  və  is­
tintaq  aparılmasını  tələb  edir.  Əli  Səbri  Qasımov  .
İkincisi:  Erməni hökümətinin Şərur - Naxçıvanda  represiyaları 
başlayıb. Heç bir ittiham təqdim edilmədən Mirzəli bəy Bəktaşov, 
Hüseyn  Ağa  Novruzov,  Cəfər  bəy  Erivanski,  Teymur  Həsən 
Kazımov  Naxçıvandan  Aleksandropola  aparılıblar.  Xahiş  edirik 
onların şərtsiz azad edilməsi üçün  tədbirlər görəsiniz.  Əli Səbri.
Xahiş  edirik  faktları  yoxlayasınız və  əgər  onlar təsdiqlənərsə 
erməni  hökümətinin  arzusunda  olduğu  dostluq  münasibətləri­
nin  bərqərar olmasına xətər gətirən  bu  faktların  qarşısının  alın­
ması üçün  erməni  höküməti qarşısında qəti  addımlar  atasınız.
Xarici İşhr Naziri
.
NM RDA.  3 1 4 - 5 - 7 1 .
Tiflisdən gəlib - Şifr teleqram.  901,  206,  8,  22 /  15 
Teleqram alınıb  1919  -  cu  il  9  iyulda.  № 2031
B A K I
Xarici  İşlər Nazirinə
Naxçıvanlı  Hacı  Mehdi  Bağırov  iyulun  7-də  mənə  çatdırdı 
ki;  ingilislər  Naxçıvanda  elan  ediblər  ki,  onların  icazəsi  ol­
madan axtarış aparmağa  və eləcə də əhalidən  silah  almağa  heç 
kəsin  hüququ  yoxdur  nöqtə  Buna  baxmayaraq  erməni  hökü­
məti  qoşun  göndərib  ki  Vedibasar  rayonunu  tərksilah  etsin 
nöqtə  Böyük  -  Vedi  kəndi  üç  gün  müddətində  atəşə  tutulmuş­
dur nöqtə Qonşu müsəlman  kəndlərinin köməyi  ilə erməni  qo-
160


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə