FəXRƏDDİn cəFƏrov


DAŞNAKSÜTYUN  YENİ BİR AVANTÜRASI



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   45   46   47   48   49   50   51   52   53

DAŞNAKSÜTYUN  YENİ BİR AVANTÜRASI
Heç kəsin  ağlına  belə  gəlməzdi  ki,  daşnakların  Gürcüstan  sər­
hədlərində  başlatdıqları  avantüra  eyni  vaxtda  İrəvan  quberni- 
yasınm  müsəlman  hissələrində  də  başlamışdır.  Mən  heç vaxt daş­
naklara  inanmasam  da,  şəxsən  buna  da  inanmırdım.  Lakin  mü­
səlman həmyerlilər birliyinin üzvü N.N.Jordanyiamn yamnda olar­
kən  biz  öyrəndik  ki,  Gürcüstanla  sülh  müqavüəsi  bağlayarkən, 
Ermənistan nümayəndələri bildiriblər ki, İrəvan quberniyasında öz 
qoşunlarım  demoblizasiya  edə  bilməzlər,  çünki  orada  müsəlman­
ların  üsyam  baş  verir.  Bundan  sonra  bizim  şübhəmiz  qalmır  ki, 
orda  avantüra  başlanıb  və  Şərur  -  Dərələyəz  -  Naxçıvanın  acı­
nacaqlı vəziyyətdə olması haqda şaiyələr həqiqətə uyğundur.
Həqiqətən  də  ingilis  əsgər və zabitlərinin müşaiyəti ilə Nax­
çıvandan gəlmiş  Bəhrəm Xan Naxçıvanski,  hansının ki,  düzlü­
yünə  heç kim şübhə  etmir,  İrəvan və  Şərur -  Dərələyəz qəzala­
rında  ermənilərlə  müsəlmanlar  arasında  baş  verən  toqquşma­
ları tam aydınlığı ilə izah edir.  Bəhrəm Xan Naxçıvanski bir il­
dən  artıqdır  ki,  mərkəzdən  ayrılmış  və  öz  taleyinə  buraxılmış 
Şərur və Naxçıvan qəzalarının müsəlman bölgələrinin xarici iş­
lər  komissarı  kimi  yerli  hökumət  tərəfindən  Azərbaycan  Res­
publikasının  nümayəndəsi  ilə  birlikdə  ingilis  ali  komandanlığı 
ilə danışıqlar  aparmaq  üçün səlahiyyətləndirilib,  çünki  Şərur - 
Dərələyəz  və  Naxçıvan  qəzaları  Azərbaycanın  ayrılmaz  hissə­
sidir.  Buradan  aydındır  ki,  Ermənistan  nümayəndələrinin  bil­
dirdiyi  kimi,  Şərur  və  Naxçıvanda  baş  verənlər  üsyan  yox, 
planlı  surətdə  öz ərazilərinin və siyasi  hüquqlarının müdafiəsi­
dir və ermənilərin  müsəlmanların  hüququna  təcavüzü Vediba- 
sarda qanlı  toqquşmalara  səbəb  olmuşdur.
Erməni  qoşunları  müsəlmanlar  yaşayan  ərazilərə  hücum 
edərək  Vedibasarın  7  kəndində  məskunlaşmış  müsəlman  qaç­
qınlarını  qırıblar,  sonra  Şərura  doğru  istiqamət  alıblar.  Məlu­
matlar  hökumətə  çatandan  sonra  Naxçıvanda  ermənilərin  gə­
ləcək  hücumlarının  qarşısını  ahnaq  üçün  əmr  verilmişdir.  Bu­
nun üçün Qurd Qapısmda yerli müsəlmanlardan  ibarət qoşun­
lar  yerləşdirilmişdir.  Eyni  zamanda  erməni  komandanlığı  ilə 
danışıqlara  başlanmışdır,  lakin  bu  danışıqlar  heç  bir  nəticə
169


vermədiyindən  hər  iki  tərəf hərbi  hərəkatlara  başlamışdır.  Bu 
toqquşmalarda  müsəlmanlar  itki  verərək  hər  şeyi  qoyub  özlə­
rini  xilas  etmək  üçün  qaçmağa  başlamışlar.  Döyüşlərə  Məşədi 
Ələsgər Qasizadə başçılıq  edirdi,  hansı ki,  öz dəstəsindən əvvəl 
əhalini də dalınca apararaq İrana qaçmışdır.  Qaçqınlar İranda 
kürdlər  tərəfindən  qarət  edilsələr də,  onların  taleyi  Vedibasar- 
da qalmış və erməni hökumətinə tabe olduqdan sonra qətlə ye­
tirilmiş  əhalinin taleyindən yaxşı oldu.
Əhali təslim olduqdan sonra onu qətlə yetirmək elə bir cina­
yətdir ki, bu daşnakstitün partiyasına qarşı hansının ki, siyasə­
ti  nəticəsində  erməni  və  müsəlman  zəhmətkeşləri  qırılır,  ümu­
mi narazılığa səbəb  olmalıdır.
Şərurluların məğlubiyyəti haqqında xəbərlər Naxçıvana çat­
dıqda  oradan  polkovnik  Kəlbəli  xan  Naxçıvanskinin  başçılığı 
altında erməni qoşunlarına qarşı böyük bir dəstə yaradılır.  Ey­
ni  zamanda  hökumət  gələcək  qarşıdurmaların  qarşısını  almaq 
üçün  mənəvi  kömək  üçün  Təbrizdəki  Vəliəhdə  müraciət  edib, 
o  da Tehranla əlaqəyə girərək döyüşən  tərəflər  arasında  qarşı­
durmanın  qarşısını  almaq üçün  nümayəndə  göndərib.
Polkovnik Kəlbəlixan  hökumətdən  aldığı  tapşırıqlar əsasın­
da  erməni  hissələrinin  komandanlığına  tapşırır  ki,  Təbrizdən 
nümayəndə gələnədək döyüşlər dayandırılsın,  lakin  onu  dinlə­
məyərək onlar hücuma keçirlər.
Beləliklə, polkovnik Kəlbəli xan döyüşə girmək məcburiyyə­
ti  ilə  öz dəstəsinə  hücuma keçmək  əmri verir və Zeyvə  kəndin­
dəki  döyüşdə düşməni  məğlub edir.
Bu  zaman  Bakıdan  general  Tomson  tərəfindən  göndərilmiş 
Çippon yetişir (mən Bakıda olarkən bunu Tomsondan şəxsən xa­
hiş etmişəm),  o,  da danışıqlar yolu ilə toqquşmaları dayandırır.
Erməni  qoşunları  Yaycı  kəndini,  müsəlman  qoşunları  İrə­
van qəzasının  Arazədəyən  stansiyasını işğal  edirlər.
İrəvan  quberniyasında  faktiki  vəziyyət  belədir.  Biz  orada 
daşnaksütün  avantürası  ilə  qarşı  qarşıyayıq,  hansı  ki,  bir  çox 
müsəlmanın  və erməninin  həyatına  başa gəlib.
Bu qurbanların qarşısında mən  və mənim həmkarlarım daş­
naksütün  partiyasına  öz etirazımızı  bildiririk.
Biz, müsəlman sosial - demokratlar daşnaksütyun partiyası-
170


mn  bu cür çıxışlarına  etirazımızı bildiririk və inanırıq  ki,  həqi­
qət və  tarix  bizim tərəfimizdədir.
Azərbaycan parlamentinin üzvü  K.Cantalbəyov 
NM RDA.  3 1 4 - 5 - 3 3 ;
AZƏRBAYCAN RESPUBLİKASI 
NAZİRLƏR SOVETİNİN SƏDRİNƏ
İrəvan qəzasının  Vedib asar  və 
M əllistan rayonunun m üvəkkili 
M əhərrəm   Əliyev  tərəfindən 
Ə R İ Z Ə
Bağlanmış sülh müqaviləsinin şərtlərinə görə türklər Qafqaz­
dan  çəkilərkən  Erevanı  da  tərk  etməyə  başladılar.  Müsəlman­
ların  vəziyyəti kəskin  pisləşdi,  çünki  aydın  oldu  ki,  onların  qır­
ğını başlayır.  Türklər Erevan  quberniyasım tərk etdikdən sonra 
orada yaşayan  müsəlmanları tabe etmək üçün oraya polkovnik 
Doluxanovun komandanlıq etdiyi güclü  silahlı dəstə göndərildi. 
O,  müsəlmanlara müraciət edərək onları tabe olmağa çağırdı və 
söz  verdi  ki,  Erevan  quberniyasını  tutduqdan  sonra  orada 
qayda - qanun və müsəlmanlarla dostluq münasibəti yaradacaq.
Biz,  Vedibasar rayonunun müsəlmanları polkovnikin sözlə­
rinə  inanaraq,  onun  dəstəsini  Dəvəli kəndinə  buraxdıq.
Polkovnik  Doluxanov  müsəlmanlara  verdiyi  sözü  tutmadı, 
onuri  dəstəsində  olan  Artur  adlı  şəxs  silahh  hissələri  ilə  Se- 
yidkətanh, Xaraba - Kətanh,  Şəhaı ab kəndlərində yaşayan mü­
səlmanları  qırdı.  Həmin qırğının  vəhşiliklərini  ifadə  etmək  belə 
mümkün  deyil,  qoca,  qadın  və  uşaqların  meyidləri  üzərində 
insafsızcasmu  istehza  olunurdu,  qarınları  kəsilirdi,  gözləri  oyu­
lurdu,  meyidlər  yandırılırdı.  Həmin  kəndlərdə  məskunlaşmış 
qaçqınlar da vəhşicəsinə  qətlə yetirilirdi.  Polkovnik  Doluxanov 
yanma gələn nümayəndələrə söz vermişdi ki,  bu qırğının qarşısı 
alınacaq,  lakin  sözünün  üstündə  durmadı.  Şərur  istiqamətində 
irəliləyən  Doluxanova  müsəlmanlar  tərəfindən  ağu  zərbə  edildi 
və  o,  Dəvəli  kəndinə  geri  çəkilməyə  məcbur  oldu.  Təqribən  bu 
vaxtlarda  Qaraqac,  Qadılı,  Yuxarı  Qarabağlar,  Ağasıbəyli,
171


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə