FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   45   46   47   48   49   50   51   52   53

şunları  geri  oturulmuşdur  nöqtə  Kəndləri  dağıtmaq  üçiin  hö­
kümət qoşunla birlikdə Dro yollayır nöqtə Siz məsləhət görür- 
sünüzmü  bu  barədə  mən  ari  ilə (yəqin Kori)  danışım № 2785.
D iplom atik Nümayəndənin müavini  Vəkilov. 
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Azərbaycan Respublikasının Cənubi-Qərb 
Azərbaycanının  General - Qubernatorluğu
Sülh Konferensiyasının sədri Əlahəzrət 
Amerika polkovniki cənab Şelliyə
10 yanvar  1920-ci il.
№  184 
Naxçıvan şəhəri
Bu  surətə  əlavə  olunan  Ordubad  Mahalının  rəisinin məluma­
tından  görünür  ki,  Zəngəzur  Mahalının  erməniləri  yenə  də  on­
ların  arasında  və  ya  qonşuluqlarında  yaşayan  köməksiz  müsəl­
manları məhv etmək işləri üzrə öz vəhşiliklərini davam etdirirlər.
Bu  qeyri  insani  münasibətlərin  və  qırğının  nəticəsində  hə­
min dağıdılmış kəndlərin qaçqınları Naxçıvan rayonuna gedir­
dilər.  Onlar  gördükləri  bütün  qırğınları  və  digər  vəhşilikləri 
danışaraq ümumi atmosferi gərginləşdirir və yerli müsəlmanla­
rı  ermənilərə  qarşı  həyəcanlandırırlar.
Bu  məlumata  həmçinin  Zəngəzur  mahalının  komissarının 
ultimatum  münasibətinin  surətini  də  əlavə  edirəm.  Xahiş  edi­
rəm əlahəzrət Qaskelin qarşısında ermənilərin deyilən vəhşi hə­
rəkətlərinə  qarşı  tədbirlər  görülsün.  Əks  halda  bu  hərəkətlər 
həm  bizim  və  həm  də  onlar  üçün  faciəli  nəticə  verər.  Hər  iki 
millətin  daimi  düşmənçiliyinə səbəb olar.
Cənubi -  Q ərbi A zərb ay canın 
general qubernatoru 
D əftərxana rəisi: A.M am edov,
NM RDA.  3 1 4 - 5 - 1 2 .
161


Ermənistan Respublikasının 
X arici işlər nazirliyinə.
Azərbaycan R espublikası 
X arici işlər nazirliyi
22 yanvar  1920-ci  il.  №301.
Hökumətimiz  tərəfindən  mənə  məlumat  çatıb  ki,  yanvarın 
19-da erməni  hökumətinin qoşunları Zəngəzurdan Şuşa  qəzası 
istiqamətində hücum əməliyyatları aparıblar,  9 kənd dağıdılıb.
Bu  hadisələrə  qəti  etirazımı  bildirirəm və  sizi  məlum edirəm  ki, 
Azərbaycan və Ermənistan hökumətləri tərəfindən 28 noyabr  1919 
- cu il tarixli sülh müqaviləsi bağlandıqdan sonra və son vaxtlaradək 
Zəngəzur qəzasında erməni ordusu tərəfindən 40 kənd dağıdılıb.
Bir  daha  ermənistan  respublikası  hökumətinin  bu cür  hərəkət­
lərin qətiyyətlə qınayırıq və ermənistan ordusunun bu cür aqressiv 
hərəkətlərinin  dayandırılmasım  tələb  edirik.  Dinc  müsəlman  əha­
liyə qarşı hərbi əməliyyatlar dayandırılmazsa hökumətim öz vətən­
daşlarım qorumaq üçün qəti addımlar atacaq.  Bu zaman  baş  verə 
biləcək hadisələrin məsulliyətini Ermənistan hökuməti daşıyacaq.
X arici İşlər N azirliyi.
NM RDA.  3 1 4 - 5 - 7 2 .
%
Erivandan şifrələnmiş teleqram 01896,  244,  25/6,  15.55
B A K I
27  iyun  1919
Sədr -  nazirinə
Surəti xarici  işlər nazirinə
Dünən yanıma  ermənilərin  törətdikləri  vəhşiliklərdən şikayət­
çi  bir  qrup  müsəlman  gəlmişdi.  Müsəlmanların  vəziyyəti  günü  - 
gündən  pisləşir.  Qoy Azərbaycan lazım olarsa Gürcüstanla  birgə 
bütün  bu zorakılıqların  qarşısının alınması,  kəndlilərin  öz kənd­
lərinə  qayıtması  və  hökümət  tərəfindən  icarəyə  verilmiş  torpaq­
ların  müsəlmanlara  qaytarılması  barədə  ultimatum  versin.  Qoy, 
Azərbaycan bütün dünya qarşısında öz etirazını bildirsin.  Hər bir 
zorakılıq aktı barəsində əlimdə faktlarım var.  Bunları iyun ayının 
30-da Xatisova  göndərəcəyəm, məktubda göstərəcəyəm.
D iplom atik  nümayəndə  T əkiııski.
NM RDA.  3 1 4 - 5 - 7 4 ;   ARDA.  970  -  1  -  54.
162


Cəbrayıldan Bakıya, Parlamentə göndərilən
teleqramın 
surəti
№  160 
23.01.1920-ci  il
Birbaşa  müraciətdən  üzr  istəyirəm.  19  şəhərdən  ermənilər 
Xocakənddən  Qaladarəsi  boyunca  hücuma  keçiblər.  Onların 
artileriya və pulemyotları ilə Fərəcan, Qonyal, Qoçamusaxlı və 
Əliqulu  Uşağı  kəndləri  məhv  edilib.  8  kənd  yanır,  tüstü  bulud 
kimidir.  Mən  Zəngəzura  300  silahlı  adam  göndərdim.  Lakin 
bu, dəryada damcıdır. Xahiş edirəm qəti tədbirlər görün, bizim 
qüvvələrlə  onları  saxlamaq  mümkün  deyil.
C əbrayıl qəza 3-cii sahənin prist avı
NMRDA.  3 1 4 - 5 - 7 2 .
Cəbrayıldan  Bakıya,  Parlamentin sədrinə teleqramın surəti
№  184 
24.01.1920-ci  il
Əvvəlki  teleqramlarıma  əlavə  olaraq  Zəngəzurdakı  hərbi 
əməliyyatlar  yerindən  məlumat  verirəm.  Ermənilər  Cəbrayıl 
qəzasının sərhəddındə, Axara çayının boyunca  toplanırlar.  Er­
mənilərin  qüvvələri  çox  böyükdür.  Qarabağı  xilas  etmək  la­
zımdır.  Ermənilərin qurbanları  saysız -  hesabsızdır.
Parlamentin  üzvü  Cəlil  Sultanov 
NM RDA.  3 1 4 - 5 - 7 2 .
Cəbrayıldan  Bakıya, Parlamentə teleqram
23  yanvar  1920-ci  il 
№  186
Qətlə  yetirilmiş  Zəngəzur  müsəlmanlarının  ah-  nalələri  dağ­
lar,  dərələr arasında qaldı,  heç yerə çatmadı.  Onların köməyinə 
heç  kəs  gəlmədi.  Qadınların  döşləri  kəsiimiş,  uşaqların  başları 
kəsilmiş,  qanlı  bədənləri  yerdə  qalıb.  Ermənilərin  əlinə  düşən 
gözəl qızlar zorlanıb. Zəngəzur kəndində müqavimət göstərmək 
üçün çox az kişi var, kənardan da kömək gəlməsinə heç bir ümid 
yoxdur.  Erməni  qüvvələrinin  sayı  10  mindən  çoxdur  və  daimi 
Ararat  tərəfindən  yeni  qüvvələr  gəlir.  Onların  10-dan  çox  topu
163


və 60-a yaxın  pulemyotu var. Topların səsi Cəbrayıla kimi gəlib 
çatır.  On minlərlə qaçqın Cəbrayıl qəzasında məskunlaşıb.  Dör­
düncü  gündür  ki,  hökümətdən  heç  bir  kömək  gəlmir.  Müsəl­
mançılıq  bundadırmı?  Azərbaycandakı  bütün  müsəlmanlara 
müraciət  edirik  və  vəhşicəsinə  öldürülmüş  uşaqlara  dərindən 
kədərləndiyimizi  bildiririk.  Onların  ruhları  rahathq  tapsa  da 
sizə  müraciət  edərək:  Kömək  edin  deyirlər.  Ermənilər  Zən­
gəzuru dağıtdıqdan sonra öz qüvvələrini Cəbrayıla, Şuşaya, Ca­
vanşirə  doğru  yönəltməyi  planlaşdırırlar.  Beləliklə,  onlar  bu 
qəzaların erməniləri ilə birləşərək bizi Naxçıvandan ayıracaqlar. 
Əgər hökümət  qəti  tədbirlər görməsə,  müsəlmanların  işi  bitdi.
Müəllim  Hiiseyn Axundzadə və  3-cii
C əbrayıl qəzasının əhalisi
NMRDA.  3 1 4 - 5 - 7 2 .
Ordubaddan Naxçıvan general qubernatoruna
Teleqram №  11  06.01.20-ci  il
Zəngəzur  qəzasının  erməni  kəndlərində,  həmçinin  Karcevan 
kəndində  ermənilərin  yanında  çoban  işləyən  çoxlu  sayda  müsəl­
man yaşayırdı.  Üç gün  bundan əvvəl ermənilər bütün müsəlman­
ları  bir  yerə  yığıb,  qadın  və  uşaqları  vəhşicəsinə  qətlə  yetiriblər. 
Müsəlmanlardan  ikisi qaçıb,  100 nəfərdən çoxu qətlə yetirilib.
Q əza rəisi  Tahirov
NMRDA.  3 1 4 - 5 - 7 2 .
Cəbrayıldan  Bakıya,  Parlamentin sədrinə 
göndərilən teleqramın surəti
№ 240/107,  21  yanvar  1920  -  ci  il
Zəngəzur  qəzası  dördüncü  gündür  ki,  erməni  bandalarının 
nizami qoşunları ilə birlikdə artileriya və pulemyot atəşinə mə­
ruz  qalır.  Cəbhə  xətti  Qubadlıdan  Xocavəndə  50  km  uzunlu- 
ğundadır.  Qurbanlar  çoxdur.  Əhali  panika  içərisində  qaçır. 
Xahiş  edirəm  çoxlu  miqdarda  qoşun  və  patron  göndərmək 
haqqında  təcili  tədbirlər  görəsiniz.  Bədbəxt  əhali  adından  siz­
164


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə