Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

 
99
Bəlkə, bəlkə... bu bəlkələr alsın canımı, 
göndər, bəlkə Əzrayılın kəssin yanımı? 
Çünki daha Adın boyda səbrim tükənmiş
çünki daha ümid adlı çırağım sönmüş! 
Ümid odu sönmüşlərin qalmaz inamı, 
nə bu ömrü istəyirəm, nə o dünyanı... 
 
Ay haray, bala dağı, 
baş közü, qala dağı. 
Bütün dağlar ağrıdar, 
çərlədər bala dağı.  
 
Aprel, 2005 
 
 
 
KİM İDİN, KİM OLDUN 
 
Sən əvvəllər bir səmimi insan idin, 
ara-sıra ətrafını anlayardın, 
doğmaların möhnətini çəkərdin. 
 
Böydükcə manqurtlaşdın, xəbisləşdin, 
pullandıqca harınladın, xəsisləşdin, 
anlaşılmaz bir varlığa çevrildin. 
 
Sən gözümdə bar-bəhrəli, 
sıx kölgəli ağac idin. 
Qurulduqdan, təkəbbürdən 
xəzəl olub töküldün. 
 
Sən könlümdə bir möhtəşəm 
inanc yeri, məbəd idin. 
Nadanlığa qurşanandan 
kərpic-kərpic söküldün! 
 
     Mart, 2001 
 


 
100
BƏDBİN ŞEİR 
 
Bir doğmamızı da itirdik 
qəbirstanlıq yollarında. 
Sıramız bir nəfər azaldı 
ömrün qəhərli dolayalarında. 
Bu təqvimdə artdı adımızla bağlı 
bir qəbir də. 
Qayıtdıq, kədər və nisgil 
ruhumuzda, baxışlarımızda. 
Ürəyimizi isə qoyduq 
onun uyuduğu yerdə. 
Heç vaxt ölümü belə yaxından 
duymamışdım. 
Heç vaxt ürəyimi bu cür, 
qəbirstanlıqda qoymamışdım. 
Nə tez ötüb keçdi ömür qədər 
sayılan zaman. 
Məndən yaşlı nəslin çoxu bir-bir 
çıxır sıradan. 
Belə az müddətdə böyüyüb, gözəlləşib 
məzarıstan dediyimiz bu meydan. 
Bu yol da günü-gündən 
genişlənir, abadlaşır. 
Bizi son mənzilə tez ötürməkçünmü 
yaradılır bu rahatlıq? 
Bəlkə yubansaydıq bu yolda, 
yaxşı olardı, 
heç olmasa, bir neçə saatlıq? 
Gözlərimi yumub sayıram son on ildə 
dünyadan köçənlərimin adlarını. 
Bir ..., beş ..., on ... , on yeddi. 
Pah, atonan, bu qədər insan 
nə tez vida etdi?! 
Sayıram, nəsildə məndən yaşda 
böyük olanlarımı. 
Bir, iki, üç ... 
Az qala nəfəsim təntiyir, 
ürəyim titrəməyə başlayır... 


 
101
İçimdən haray səsi gəlir, 
dayan, bir təzyiqini ölç! 
Deyəsən, lap az vaxt qalır, 
gəlib məni haqlamadadır bu köç! 
Sentyabr, 2007 
 
 
MƏZARISTAN EVİMİZ 
 
Bütün tikililərin əzəlisi, əzəmi, 
bu cür müqəddəs olmaz yaratsan da yüzünü. 
Əbədi qoyduğunçün bu torpağa üzünü, 
son ümid, son təsəlli – məzarıstan evimiz, 
adı, ünvanı bəlli, məzarıstan evimiz. 
 
Nə əvvəli bilinməz, nə görünməz son ucu, 
burda sevinc dilucu, burda qəhər boğucu. 
Kim gəlmişdir birinci, kim olacaq sonuncu? 
Bir məchul yolayrıcı – məzarıstan evimiz, 
anlamı ağır, acı, məzarıstan evimiz. 
 
Bura sirrli bir ünvan, bura ovsunlu məkan, 
burda uyusa, sanki haqqa qovuşar insan. 
Bəni-adəm binadan möcüzələr yaradan, 
fəqət sındığı meydan – məzarıstan evimiz, 
cismi candan ayıran, məzarıstan evimiz. 
 
Siz ey dərdli insanlar, gəlin, burda yas qurun, 
içində güllər əkin, yolunda sərv basdırın. 
Amandı, qəribləri öz yurdunda basdırın, 
qürbətdə güvənc yeri, məzarıstan evimiz, 
soykökə söykənc yeri – məzarıstan evimiz! 
 
May, 2000 


 
102
CAN, BACIM 
 
Ağlı  kəsəndən ömrü məşəqqətlərdə keçmiş, olmazın  əzab-əziyyətlə 
övladlarını böyütmüş və ömrünün ixtiyar çağında iki cavan oğlu namərd 
gülləsinə tuş  gəlmiş, özü isə bundan xəbərsiz halda, bir orucluq günü, 
sübh çağı, namaz üstündə  əllərini uca göylərə açıb, ulu Tanrıdan qərib 
övladlarına iltimas diləyərkən, fəryad səsinə eyvana çıxıb həyətində bö-
yük izdiham və iki tabut görən, lakin soyuq ağlını və müdrik düşüncəsini 
itirməyən, heç vaxt əqidəsindən dönməyən,ibadətindən qalmayan polad 
iradəli əziz bacım Reyhan xanıma dərin hüzn və məhəbbətlə ithaf edirəm. 
 
Dilim gəlmir sənə: – toxta – deməyə, 
Ağla, bacım, sızla, bacım, yan, bacım. 
Necə baxdın sən o müdhiş səhnəyə, 
kaş dolaydı gözlərinə qan , bacım, 
ağla bacım, sızla, bacım, yan, bacım.?! 
 
Boyanmışdı al qanına hər biri, 
yandırırdı qan tabutu, qan yeri. 
Yubanırdı sökülməyə dan yeri, 
həyətində sökülürdü dan, bacım, 
ağla, bacım, sızla, bacım, yan, bacım. 
 
Uşaqlıqdan min əzaba alışdın, 
kirpiyində od götürdün, alışdın, 
sən taleyin hər hökmüylə barışdın, 
Kubra bacım, Bəyim bacım, Xan bacım, 
ağla, bacım, sızla, bacım, yan, bacım. 
 
Orucluqmuş o günləri, sən demə, 
oruc tutdun, zəkat verdin, xeyri nə? 
Sübh namazı yalvararkən Rəbbinə 
övladların can verirmiş, can bacım, 
ağla, bacım, sızla, bacım, yan, bacım. 
 
Gör, nə böyük əzab verdi o nakəs
ölüb getdi Rəyasətlə hər həvəs, 
nə var imiş bu dünyada müqəddəs? 
Bütün ülvi hisslərini dan, bacım, 
Ağla, bacım, sızla, bacım, yan, bacım. 
Ötər aylar, qovuşacaq il - ilə, 


 
103
Füzulidən qalar acı xatirə. 
Yuxularda qovuşarsız bir yerə, 
yuxuları ömrünə pay san, bacım, 
ağla, bacım, sızla, bacım, yan, bacım, 
Kubra bacım, Bəyim bacım, Xan bacım. 
 
Fevral, 1997 
 
AYRILIQ 
 
Xumar Qədimova musiqi bəstələmişdir. 
 
Dad sənin əlindən, aman, ayrılıq, 
məndən can cövhəri uman ayrılıq. 
Qəlbimi zülmünlə ram eylədikcə, 
içimdə inləyən kaman ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
 
Gör, mən nə sayırdım, fələk nə saydı, 
bəlkə bu, bəxtimə kəsilən paydı? 
Sən mənim yaramı sızlatmasaydın, 
məni sındırmazdı zaman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
 
O getdi, dərdimin dərmanı getdi, 
gələn xoş günümün fərmanı getdi. 
Olum yollarının qurbanı, getdi, 
doldu gözlərimə duman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
 
Mən son nəfəsdəyəm, sən can həvəsdə, 
mən qan ağlayıram, sən kam həvəsdə. 
Qəlbim səksəkədə, qulağım səsdə, 
sın, ey çərxi fələk, dayan, ayrılıq, 
dayan bircə anlıq, bir an, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
 
27.09.99 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə