Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə97/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   93   94   95   96   97   98   99   100   ...   107

Ə L A V Ə   I V  
İBN əl-İBRİ ADI İLƏ MƏŞHUR OLAN 
QRİQORİUS ƏBU-I FƏRƏC İBN ƏHRUNUN 
«TARİXİ-MÜXTƏSƏR əd-DÜVƏL» ƏSƏRİNDƏN 
(240)  Əl-Cibal,  Həmədan,  İsfahan,  Masabzan  və  digər  yerlərin  çoxlu  əhalisi 
xürrəmilərin  dinini  qəbul  etdi.  Onlar  Həmədan  vilayətində  toplanıb  silahlandılar. 
MÖtəsim onların üstünə qoşun (241) göndərib onları [xürrənıi- ləri] darmadag'in etdi, 
onlardan 60 rnin nəfər qırdı, qalanları isə Rum ölkəsinə qaçdılar. 
220-ci  ildə  Mötəsim  Afşin  Heydər  ibn  Kavusu  əl-Cibala  hakim  təyin  etdi  və 
Babəkə qarşı müharibəyə göndərdi, oda Babəkin üstünə getdi. 
Babəkin  hərəkatı  201-ci  ildə  başlanmışdır.  O,  sultanın  [xəlifənin]  bir  neçə 
ordusunu məğlub etmiş, onun bəzi sərkərdələrini öldürmüşdüi'. Xalq liədsiz dərəcədə 
qorxu  və  böyük  dəhşət  keçirirdi,  O  böyüdü,  quldurlar  və  qiyam  həvəskarları  onun 
ətrafına yığışdılar. Onun adamlarmın sayı artdı, piyada qoşun hesaba alınmadan onun 
athlarımn sayı, nəhayət, 20 minə çatdı. O da camaata əziyyət verməyə başladı. Onun 
tərəfdarları  nə  kişiyə,  nə  qadına,  nə  cavana,  nə  də  uşağa  rəhm  etmirdilər,  həm 
müsəlmanları, həm də ziınınUəri qırıb öldürürdülər. Onların əli ilə qırılanları saydılar 
— 255500 nəfər oldu. Afşin Babəkə qarşı müharibəyə göndəriləndə, onunla tam bir U 
mübarizə etdi, [bu müddət ərzində] ondan [Babəkdən] bir neçə dəfə (laçdı,  yemdən 
qayıtdı, tş onunla bitdi ki, Babək öz şəlıəri əl-Bəzzə çəkildi. Onun vəziyyəti çıxılmaz 
olmağa  başladıqda,  [əl-Bəzzdən]  getdi,  tacir  paltarında  öz  ailəsi  İlə  birlikdə  Rum 
Ölkəsinə tərəf qaçdı. Lakin erməni patrik (patriorx) Səhl İbn Sunbat onu tanıdı və əsir 
etdi. 
(242)  O  istəyirdi  ki,  çoxlu  pul  verib,  canım  qurtarsın,  lakin  Səhl  bunu  qəbul 
etməyərək, onu Afşinİn  yanma göndərdi, bundan əvvəl isə ermənilər onun gözünün 
qabağında  anasının,  bacısının  və  fahişə  arvadının  namusuna  təcavüz  etdilər.  İblis 
[Babək] də adamları arvadları ilə əsir etdikdə onların başına eyni işi gətirirdi. 
Afşin  də  Babəki  Saniarrada  olan  Mötəsİmin  yanına  apardı.  O  əmr  etdi  ki, 
Babəkin cəlladı gəlsin. O gəldi və [xəlifə] əmr etdİ ki, Babəkin əllərini və ayaqlarını 
kəssin, o da kəsdi, Babək yıxıldı. Xəlifə əmr etdi ki, onu doğrayıb qarnını yırtsınlar. O, 
Babəkin başını Xorasana göndərib, bədənini isə Sa- marrada çarmıxa çəkdi. 
278 


Ə L A V Ə   V  
MƏSUDİNİN «KİTAB-i MURUC əz ZƏHƏB» ƏSƏRİNDƏN 
(123)
 
Ər-Ran ölkəsində və Beyləqanda Babək əl-Xürrəm in in işi böyüdü və bu 
ölkədə onun qoşunu çoxaldı. O, öz qoşununu həmin şəhərlərə tərəf, müxtəlif yerlərə 
göndərdi.  O,  orduları  [ərəb]  məğlub  etmiş  və  hakimləri  qırmışdı;  o,  xalqları  məhv 
edirdi,  Mötəsim  Afşinin  başçılığı  ilə  ona  qarşı  qoşun  göndərdi.  Onun  vuruşmaları 
intəhasız uzandı. Babək də öz ölkəsində elə sı- xışdırıldı ki, adamları azaldı və qoşunu 
qırıldı. O, ər-Ran ölkəsində əl-Bəz- zəy [adı ilə] məşhur olan dağlarda gizləndi; bu da 
Babəkin ölkəsidir ki, indiyədək onun adı ilə məşhurdur. 
(124)
 
Bu əhvalat 223-cü ildə baş verdi, 
Babək başına nə gəldiyini hiss edəndə, öz sığınacağından qaçmaq qərarına gəldi. 
O, paltarını dəyişdirib öz yerindən qaçdı. Qardaşı, arvadı, oğlu və bəzi yaxın adamları 
da  onunla  qaçdılar.  Onlar  səyyah,  tacir  və  sarvan  paltarında  getdilər.  Onlar  erməni 
patriklərindən biri olan Səhl ibn Sunbatın vilayətinə çatıb, bulaqlardan birinin yanında 
dayandılar. Onlara yaxın yerdə bir çoban qoyun otarırmış, ondan bir quzu satın aldılar; 
həm  də  istəyirdilər  ki,  ondan  yeməli  şeylər  satın  alsınlar,  lakin  çoban  onlara 
[satmaqdan]  imtina  etdi  və  bulaqdan  gedib,  Səhl  ibn  Sunbatın  yanına  çatdı  və  ona 
xəbər verdi ki, bu adam, şübhəsiz, Babəkdir. 
Məsələ ondadır ki, Babək öz şəhərindən qaçıb, olduğu dağı tərk edəndə, Afşin 
qorxurdu  ki,  o,  əlçatmaz  dağlardan  birindəki  qalada  özünü  möhkəmlədər, 
0
  tərəfdə 
yaşayan bəzi adamlar ona qoşular, onun camaatı artar, qoşunun qalıqları (1273) yenə 
onun başına toplanar, bundan sonra öz əvvəlki yerinə qayıdar və öz işlərini yenidən 
başlayar — buna görə də Afşin bütün yolları tutdu. Ermənistan, Azərbaycan, ər-Ran və 
Beyləqan ölkələrində bütün qalaların və məntəqələrin patriklərinə məktub yazıb vəd 
etdi ki, [kömək üçün] nə istəsələr onlara verəcəkdir. 
Səhl çobanın dediklərinin hamısını eşidəndə, dərhal öz yaxın adamları ilə gedib, 
Babək olan yerə çatdı. Səhl atdan düşüb, ona yaxınlaşdı, onu bir padşah kimi salamladı 
və belə dedİ; “Ey hökmdar, qalx, sənin mövlan yaşayan öz sarayına get, burada allah 
səni öz düşmənindən qoruyar”. Babək Səhl ilə getdi, onlar Səhlin qəsrinə gəldilər. Səhl 
Babəki öz taxtına oturtdu, ona çox hörmət göstərib qarşısında boyun əydi. 
279 


Süfrə salındı. Səhl də Babək ilə yeməyə oturdu. Babək nə vəziyyətdə olduğunu 
və onun nə gözlədiyini bilmədiyi üçün Səhlə belə dedi: “Məgər sənin kimi bir adam 
mənimlə bir süfrə başında otura bilərmi?”. 
Səhl dedi: “Ey hökmdar, bağışla, məni bağışla! Doğrudan da mənim vəziyyətim 
elə deyil ki, padşahlarla oturum”. Sonra Səhl dəmirçini çağırdı və Babəkə müraciətlə 
dedi:  “Hökmdar,  uzat  ayaqlarını!".  Dəmirçiyə  isə  əmr  etdi  ki,  onu  dəmir  [zəncirə] 
vursun. 
Babək soruşdu: “Səhl, bu nədir, xəyanətdir?”. 
Səhl ona belə dedi: “Sən qoyun və inək otaran adi çobansan. Sən hara, dövləti 
idarə  etmək  və  siyasətlə  məşğul  olmaq  hara?”.  O  əmr  etdi  ki,  Babəklə  gələnlərin 
hamısını  [zəncirə]  vursunlar,  Afşinə  isə  adam  göndərdi  ki,  Babəkin  onun  yanında 
olmasını xəbər versin. 
[Həmin xəbəri alan kimi] Afşin öz köməkçisi Bumadamn [Buzbaranın] başçılığı 
ilə 400 zirehli atlı göndərdi. Bumada Babəki və yanındakı adamları təhvil alıb Afşinin 
yanına gətirdi, tbn Sunbat da onunla gəlmişdi. Afşin onun rütbəsini yüksəldərək, ona 
[qiymətli hədiyyələr] bağışladı, əyninə fəxri paltar geydirib, başına tac qoydu, qoşunu 
onun qarşısından keçirtdi, onun üstündən xəracı götürdü, sonra isə özünü buraxdı. 
(128)
 
Mötəsimin  yanına  bir  neçə  quş  [göyərçin]  göndərilib  qələbə  haqqında 
məlumat verildi. Bu xəbər Mötəsimə çatan zaman, xalq bu xəbəri gurultu ilə qarşıladı, 
onu (xəlifəni) isə sevinc bürüdü və o. Öz sevincini açıq bi- ruzə verdi. Qələbə [Babək 
üzərində  qələbə]  xəbəri  ölkənin  hər  yerinə  çatdırıldı,  çünki  Babək  sultanın  çox 
qoşununu məhv etmişdi. 
Afşin  atlıların  müşayiətilə  Babəki  götürüb  yola  çıxdı  və  nəhayət,  223-cü  ildə 
Saniarraya  çatdı.  Afşini  Mötəsimin  oğlu  Harun,  xəlifənin  ailəsi  və  [yüksək]  rütbəli 
dövlət adamları qarşıladılar. Afşin Samarraya beş fərsəx qalmış Qatul adlı bir  yerdə 
dayandı.  Mötəsim  bir  hind  padşahının  hələ  əl-Məmuna  bağışladığı  boz  fİli  oraya 
göndərdi. Bu, qırmızı və yaşıl dibac və əlvan ipək parça İle örtülmüş böyük bir fil idi. 
Fil ilə yanaşı, eyni parça ilə örtülmüş böyük bir inək də göndərildi, 
Afşinə [xəlifə] qınıuzı dibacdan bir qaftan göndərdi; bu, zərlə toxunmuş, döşü 
əlvan  daş-qaş  və  qiymətli  cavahiratla  örtülmüşdü,  başqa,  nisbətən  pis  bir  qaftan  və 
üstündə əlvan daş-qaş olan iki uzun papaq da [ona göndərdi]. Qaftanın birini Babəkə, o 
birisini  isə  qardaşına  geyindirdilər.  Papağın  birini  Babəkin  başına,  digərini  isə 
qardaşının başına qoydular. Babəki filə, qardaşını isə inəyə mindirdilər. 
Babək  fili  görüb  təəccüblə  soruşdu:  “Bu  heyvərə  heyvan  nədir?”  Qaftan  onun 
xoşuna gəldi və dedi: "Bu — böyük və əzəmətli bir padşahın şöhrətdən məhrum olan 
əsirə,  miskin,  taleyin  aldatdığı,  bədbəxt  və  məşəqqətlərə  məruz  qalmış  bir  adama 
hədiyyəsidir. Bu, elə bir sevincdir ki, dalınca kədər gətirir”. 
Babəkin  gəlib  keçməsi  üçün  Qatuldan  Samarrayadək  yolda  iki  cərgə  adam 
düzülmüşdü. Bu iki cərgənin ortasından Babək filin üstündə, qardaşı da inəyin üstündə 
keçirdilər. Babək sağa-sola baxır, kişilərə nəzər salır, onların sayını [müəyyən] edirdi. 
(129)
 
Bu,  223-cü  il  səfər  ayının  qurtarmasına  iki  gün  qalmış  cümə  axşamı  baş 
verirdi. Camaat belə bir günü və belə təntənəli yerişi heç vaxt görməmişdi. 
Afşin  Mötəsimin  hüzuruna  getdi,  o  da  Afşini  təntənəli  surətdə  qəbul  edib ona 
xüsusi  iltifat  göstərdi.  Onun  yanına  Babəki  gətirdilər;  ondan  soruşdu:  “Babək 
səninisən?” Babək isə cavab vermirdi. Onda Afşin ona tərəf əyi- 
280 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə