Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə99/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   95   96   97   98   99   100   101   102   ...   107

Ə L A V Ə   V I I I  
ƏBU HƏNİFƏ DİNƏVƏRİNİN »ƏXBAR ət-TİVAL» 
ƏSƏRİNDƏN 
(396)  Onun  (Mötəsimin]  xəlifəliyi  zamanı  elə  nailiyyətlər  [və  qələbələr] 
olmuşdur ki. bunlarnı misli heç bir xəlifə zamanında olmamışdır. Bunların arasında — 
Babək üzərində qələbə, onun əair alınması, edamı  və çarmıxa çəkilməsi,  Təbəristan 
qalasının hakimi Məzyər üzərində [qələbədir]; qalalarda və dağlardakı istehkamlarda 
gizlənən  Məzyər,  nəhayət,  tutulub  edam  edilmiş  və  Babək  ilə  bir  cərgədə  çarmıxa 
çəkilmişdir. 
Babəkin  işi  [hərəkatı]  Məmun  [hökmranlığının]  son  günlərində  başlanmışdı. 
Onun əsli və təlimi haqqında adamlar müxtəlif rəydədirlər. Fikrimiz- cə, ən dürüst və 
qəti  budur  ki,  o,  Obu  Müslimin  qızı  Fatimənin  oğlu  Mütəh-  hərin  nəslindən  əmələ 
gəlmiş və buna görə fatimilərə mənsub olan xürrəmi- lər adı almışlar; həmin Fatiməni 
rəsulallahın [Səllalahi əleyhi və səlləm] qızı Fatimə ilə qarışdırmamalı. 
Babək  [Xilafətdə]  arası  kəsilməyən  iğtişaşlar  və  çətinliklər  dövründə  meydana 
gəlmişdir.  O,  əl-Bəzzdə  öz  ətrafında  olanları  öldürməklə  işə  başlamışdı;  onu  əhatə 
edən  yerləri  ona  görə  dağıdırdı  ki,  ölkəni  ələ  keçirmək  və  [ərəblərin]  onu  və  ona 
yaxınlaşmaq  üçün  əlverişli  yerləri  ələ  keçirmələrini  çətinləşdirmək  istəyirdi.  Onun 
qüdrəti, doğrudan da. artdı və hərəkatı geniş vüsət aldı. 
Onun barəsində Məmuna xəbər çatanda o. Abdullah ibn Tahir ibn əl-Hü- seynin 
başçılığı ilə Babəkə qarşı böyük ordu göndərdi. Onun üstünə gedən [Abdullah] yolda 
Dinəvərdə və onun ətrafında bizim günlərədək “Abdullah ibn Tahir qalası” ilə məşhur 
olan yerdə qaldı; bu yer isə öz üzümlükləri ilə məşhurdur. Sonra buradan yola düşüb, 
əl-Bəzzə  çatdı.  [Bu  zaman]  Babək  hərəkatı  böyük  vüsət  almışdı  və  adamlar  ondan 
qorxmağa başladılar. Onunla vuruşdular, lakin ona üstün gələ bilmədilər. Babək onları 
[xəlifə  ordularını]  pərakəndə  saldı  və  onların  sərkərdələrini  Öldürdü.  Onun  bu 
vuruşmada  öldürdüyü  adamlardan  biri  (398)  Məhəmməd  ibn  Xalid  ət-Tusi  idi;  Əbu 
Təm- nıam ona həsr etdiyi öz qəsidəsində ağlayaraq, deyir: 
“Onun  ölümü  günündə  Bənu  Nəbhan  [tayfası]  arasından  bədr  gecəsinin  ayı 
düşmüş səma ulduzlarını xatırladır". 
285 


Yenə bu qəsidəsində deyir: “0, möhkəm  addımı ilə ölüm batlarına ayaq basdı. 
Ona isə dedi: "sənin altında [dibində] dirçəlmə vardır". 
Xilafət Əbu tshaq Mötəsim billaha keçəndə, o, bütün qüvvəsini bu tərəfə [Babək 
tərəfə]  çevirdi.  O,  vəsait  və  qoşun  hazırladı,  öz  mövlası  Afşin  Heydər  ibn  Kavusu 
yanına çadırdı. Böyük bir orduya başçılıq edən Afşin səfərə başladı, gəlib Bərzənddə 
qaldı  və  havaların  yaxşılaşmasını,  yollarda  qarın  əriməsini  gözlədi.  Sonra  Afşin  öz 
müavini Yubaranı [Buzbaranı] və Cəfər əl-Xəyyat adı ilə məşhur olan Cəfər İbn Dinarı 
böyük atlı qoşunu ilə onun [Babəkin) ordugaluna göndərib əmr etdi ki, orada istehkamiı 
xəndəklər qazdırsınlar, Onlar da gedib orada qaldılar va xəndəklər qazdılar. 
Xəndəklər  qazılıb  qurtarandan  sonra,  Afşin  Bərzənddə  Mötəsimin  mövlası 
mərzbanı  bəzi  sərkərdələrlə  öz  yerinə  qoydu,  [özü]  gedib  xəndəklərdə  dayandı. 
Yubaranı  və  Cəfər  əl-Xəyyatın  başçılığı  ilə  böyük  bir  qoşunu  böyük  çayın  başına 
göndərib  əmr  etdi  ki,  orada  başqa  xəndəklər  qazsınlar.  Onlar  gedib  orada  xəndək 
qazdılar.  Onlar  işi  qurtarandan  sonra  Afşin  oraya  gəldi.  Məhəmməd  ibn  Xalid 
Buxaraxudatı öz yerinə qoydu, (399) özü isə beş min atlının, iki min piyadanın və bir 
min fəhlənin başında Darvaza getdi. 0, Darvaz yaxınlığında qaldı və [əmr etdi] orada 
böyük xəndəklər qazıb yanında böyük divar hörsünlər. 
Babək  və  onun  adamları  uca  dağların  başından  çox  vaxt  [Afşinin]  ordugahına 
baxıb bərkdən qışqırırdılar. 
Sonra  şəbanın  axırına  üç  gün  qalmış  çərşənbə  axşamı  Afşin  hərbi  təchizat  və 
mancanaq götürüb səfərə başladı, Babək isə Adinə əmr etdi ki, əl-Bəzz şəhərinə aparan 
hakim təpəni [möhkəmlətsin] və yanında üç min adam saxlasın. 
O  [Adin]  olduğu  yerin  ətrafında  qabaqcadan dərin  çalalar  qazdırdı  ki,  düşmən 
atlılarım özünə  yaxın buraxmasın. Həmin gün  Afşin Öz xəndəklərinə qayıtdı. Ertəsi 
gün,  ramazan  ayınm  birində,  cümə  günü  Afşin  sərkərdələrin  və  komandirlərin  hər 
tərəfdən  mühasirə  etdikləri  şəhərə  (onun  hasarlarına]  qarşı  mancanaqlar  və  daş  atan 
maşınlar qurdu. 
Babək  cərgəyə  düzülmüş  öz  qoşununun  yanına  gəldi.  Onlar  dəhşətli  döyüşə 
girdilər, sonra da dağılışdılar. Afşin aitı gün bu vəziyyətdə [keçirtdi], bundan sonra isə, 
ramazan ayınan axırma yeddi gün qalmış, cümə axşamı onunla [Babəklə] vuruşmaya 
girişdi, Babak onu [qarşılamağa] hazırlaşdı. 0, əl-Bəzzin üstündə çoxlu böyük araba 
saxladı ki, bunları Afşinin qoşununun üstünə yuvarlatsın, Sonra Babək Musa əl-Əqta 
[Birqollu] adlı bir adamı Afşinin yanına göndərdi ki, öz yerindən çıxıb onun [Babəkin] 
qabağına  gəlməsini  ondan  xahiş  etsin,  ta  onunla  şəxsən  danışıb  ürək  sözlərini  ona 
desin: əgər Afşin onun arzusunu yerinə yetirsə [müharibəni dayandıracaqdır], əks halda 
onunla vuruşacaqdır. 
Afşin onun xahişini yerinə yetirdi, Babək də çıxıb, Afşinə yaxın bir məsafədə, 
onu  Afşindən  ayıran  [çayın]  kənarında  dayandı.  Babək  Afşini  görəndə  ona  qışqırdı, 
lakin Afşin onu sakit edib dedi ki, onun itaət etməsi həm bıı dünyada, həm də o dünyada 
onun xilası üçün [rəimdir]. Babək isə onun məsləhətinə qulaq asmadı, öz mövqeyinə 
qayıdıb tərəfdarlarına əmr etdi ki, vuruşmaya başlasınlar; [onlar] da onun əmrini yerinə 
yetirməyə  tələsdilər.  Onlar  arabaları  Afşinin  qoşunu  üstünə  yuvarlatdılar,  arabalar 
parçalandı və onun qoşununu dağın başından çəkilməyə məcbur etdi. 
Yubara  və  Cəfər  əl-Xəyyat  (400)  Babəkin  qardaşı  Abdullah  ilə  üz-üzə 
dayanmışdılar. Onlar düşmənin üzərinə atıldılar, onların ardınca hər tərəfdən [qalan] 
sərkərdələr de atıldılar və onların [babəkilərin] arasında dəhşətli qır 
286 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə