Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə101/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   97   98   99   100   101   102   103   104   ...   107

Ə L A V Ə   X I  
STEPANNOS
 
ORBEÜANİN
 K
SU
N
İK
 
TARİXİ» 
ƏSƏRİNDƏN 
(XXXIII fəsil, səh. 95-97) 
Müsəlman  sərkərdəsi  Mruvan  Sünik  üstünə  gedir.  İranlı  Baban  bu  ölkənin 
hökmdarı Vasakın kürəkəni olur, Makenik monastnnı yandırır, Geqar- kuıü vilayətini, 
habelə Baqasakanı qarət edir. 
Erməni tarixinin 176-cı ili qurtaranda' dünyanı viran qoyan məlun Mruvan çoxlu 
müsəlman qoşunu ilə Ermənistana soxuldu və ölkədə yaxşı nə vardısa, hamısım böyük 
bir  atəş  kimi  məhv  etdi.  Buna  görə  o,  Avaranşan,  yəni  dağıdıcı  adı  ilə  məşhur 
olmuşdur. Böyük bir qarətdən sonra, o, Sünikə soxuldu və istehkamh Şaqat qalasında 
dayandı. O, gözəl Sİsakan ölkəsini də viran etmək istədi, buna görə öz qoşununu Squk 
vilayətində topladı. 
Onda Sünik hakimi və knyazlar başçısı Vasak təcili olaraq yola düşdü və iranh 
Babanı  çoxlu  qoşunu  ilə  Azərbaycandan  çağırdı.  [Baban]  da  Mruvanı  dəhşətli 
məğlubiyyətə uğratdı və qaçmağa məcbur etdi. 
Vasak həmin ildə öldü. Baban onun qızı ilə evləndi və o gündən onun vilayətini 
idarə etməyə başladı. 
Bundan sonra Baqasakan vilayəti daha Babana tabe olmadı. Onda Baban gəlib 
albaniyalı  Ablasadın  köməyi  ilə  Baqasakan  vilayətində  dəhşətli  qırğın  törətdi,  hətta 
qadınları və balaca uşaqları da qırdı. 
Sonrakı  İldə  (828)  Baban  Geqarkuni  vilayətinə  getdi,  15  min  nəfər  əhalini 
qılıncdan keçirdi, məşhur və gözəl Makenosas monastırını qarət edib bütün əmlakını 
yandırdı və bütün tikililərini yıxıb uçurtdu. Lakin rahiblər [onun gəldiyini] qabaqcadan 
bilib  iki  qrupa  ayrıldılar.  Bir  qrup  keşik  Soqo-  monun  başçılığı  ilə  Şirak  vilayətinə. 
Zresk  adlanan  müqəddəs  kilsəyə  getdi,  o  biri  qrup  Albaniyaya  gedib,  Ners-Mirxa 
monastırında yerləşdilər. 
291 


Ə L A V Ə   X I I  
VARDAPERT
 
VARDANIN
 K
ÜMUMİ
 
TARİX» 
ƏSƏRİNDƏN 
(səh. 101) 
Həmin  günlərdə  Bağdaddan  bir  adam  gəldi  ki,  özü  tranda  doğulmuş,  adı  da 
Bab[an]  idi;  o,  ismaililəri  kəskin  məğlubiyyətlərə  uğradırdı,  çoxunu  əsir  aparırdı, 
özünü  isə  ölməz  adlandırırdı.  Bir  vuruşmada  o,  ismailllərdən  30  min  qırmışdı.  O, 
Geqarkuniyədək irəlilədi, böyüyü də, kiçiyi də qılıncdan keçirdi. 
Məmun  öldü  və  hakimiyyəti  onun  qardaşı  Əbu  Saak  [Mötəsim]  öz  əlinə  aldı, 
Apşini böyük bir qüvvə ilə Babanın üstünə göndərdi. Apşin Ermənistana yola düşdü və 
Babanın qoşununu məğlubiyyətə uğratdı. Sunbat oğlu Səhl isə Babam əsir tutdu, buna 
görə də Apşindən min dəfə min kşir gümüş və bir daha yüz min aldı. Babanın əllərini 
və ayaqlarını kəsdilər, özünü də dirəkdən asdılar. 
292 


Ə L A V O   X I I I  
ƏHMƏD İBN ƏSƏM əl-KUFİ. KİTAB əl-FÜTUH 
(Bakı, 1981, səh. 70-77.) 
Əl-Əfşinin hakim təyin olunması. Onun Babək əl-Xürrəmi 
ilə müharibələri 
[Müəllif] deyir: Xəlifə Mötəəİmin işləri sahmana gələn kimi o, öz vergi toplayan 
məmurlannı  bütün  ölkələrə  göndərdi.  Sonra  o,  Afşini  Azərbaycan  və  Ərməniyyəyə 
hakim təyin edib əmr etdi ki, Babək əl-Xürrəmi Uə müharibəyə başlasın. 
Afşin  öz  qərargahını  keçmişdə  Bərzənd  adlı  şəhər  olan  yerdə  saldırdı.  O, 
Bərzəndi  bərpa  etdi  və  onu  yolların  birləşdiyi  yerdə  istehkama  çevirdi.  Burada 
əl-Bəzzdən,  Muğandan,  Ərdəbildən  və  Vərsandan  başlanan  dÖrd  yol  birləşirdi.  O, 
burada  ikən  onun  yanına  əsgərlər  gəldi  və  o,  Babək  əl-Xürrəıni  ilə  müharibəni 
başlamağı qərara aldı. 
[Müəllif] deyir: Afşİnin Babəklə birinci döyüşü Ərdəbil şəhərindən yeddi fərsəng 
aralı olan Ərşəq adlanan yerdə baş vermişdi. Babək məğlub olub əl-Bəzzə qaçmışdır. 
Afşin  Məhəmməd  ibn  Süleyman  əs-Səmərqəndi  adlı  şəxsi  Arrana  hakim  təyin 
edib  onu  Bərdəyə  göndərdi,  özü  isə  Babəklə  müharibəni  davam  etdi.  O,  Babəklə 
arasıkəsilməz  döyüşlərdə  idi.  Xəlifə  Mötəsim  ona  yazdı  ki,  o,  Babəklə  müharibədə 
daha  da  mətin  olsun  və  onun  (xəlifənin)  göstərişlərini  ainıa-  yana  qədər  tələsməsin. 
[Müəllif] deyir: Afşin də Babəklə döyüşləri davam etdirirdi. 
Mötəsim Bağdadda iki il qaldı, sonra isə 220 (835}-ci ildə əl-Qətul adlanan yerə 
köçdü və burada Samirə adlı şəhərin əsasının qoyulmasına əmr etdi. Şəhərin tikilməsi 
qurtaran kimi o, Samirəyə köçdü. 
[Müəllif] deyir: bütün bu vaxt ərzində Afşin Babəklə müharibə edirdi. O, mətinlik 
göstərib Babəki əl-Bəzzə çəkilməyə məcbur etdirdi və orada onu mühasirə etdi. 
Babək görür ki, önun daha müharibə etməyə gücü yoxdur və şəhərindən çıxıb 20 
nəfər öz yaxın adamları ilə qaçır. Babək tanınmamaq üçün paltarım dəyişir və az bir 
vaxtdan sonra Gəzəc adlı şəhərə çatır. 
293 


[Müəllif]  deyir:  Gəzəc  əhlİ  Babəkə  baxıb  onu  tanımadılar,  hətta  ona  qarət 
məqsədilə hücum da etdilər. [Müəllif] deyir; Babək qarətçilərin üzərinə atılıb onları 
qırdı. [Müəllif] deyir: hadisənin sədası Səhl ibn Sumbat adlı şəhər hakiminin qulağına 
çatdı. O, öz adamları ilə hadisə yerinə gedir, Babəki görən kimi onu tanıyır və başa 
düşür ki, Babək özünü tanıtmaq istəmir. Səhl Babəkə itaət göstərib ona qulluq etdi. 
Səhlin nəzakətli rəftarı Babəkin xoşuna gəlir və Səhl onu öz qalasına gətirir. Sonra o, 
Babəki şəraba qonaq edir. Babək içdi və yedi. Babək məst olur və Səhl əmr edir ki, onu 
buxovlasınlar və sağ eiini boynuna bağlasınlar. Sonra o, Babəki öz xadimlərinə tapşırıb 
onu Afşinin yanına göndərir. 
Afşin  Babəki  görən  kimİ  çox  sevindi.  Sonra  o,  Səhl  ibn-Sumbata  bir  milyon 
dirhəmlik hədiyyələr göndərdi, 
[Müəllif]  deyir:  xəlifə  Mötəsim  Səhl  ibn  Sumbatın  Babəkin  başına  nə  oyun 
gətirdiyini  bilən  kimi  ona  mirvari  və  bahalı  qaş-daşla  bəzənmiş  qızıl  tac  göndərir. 
Tacın  qiyməti  500  min  dirhəm  idi.  Bundan  başqa  xəlifə  Səhl  ibn  Sumbatı  bütün 
patriklərin başçısı təyin etdi. 
[Müəllif] deyir; Afşin Babəklə birlikdə xəlifənin  yanına getdi və MÖtəsi- min 
əmrilə Babəkin başı vuruldu, 
Babək 201 (30.VII.816-19.VII.817)-ci ildə zühur edib. 
Başqa rəvayot 
Mötəsim Afşini əl-Cibəl vilayətinə vali təyin edib, ona Babəkə qarşı müharibə 
aparmağı əmr etdi. Bu əhvalat 220-ci ilin cumada ayının qurtarmasına iki gün qalmış 
(28.V.835) olmuşdur. 
Mötəsim  Əbu  Səid  Məhəmməd  ibn  Yusifi  Ərdəbilə  göndərib  ona  Zəncanla 
Grdəbil  arasında  olan  və  Babək  tərəfindən  dağılan  qalaları  bərpa  etməyi  əmr  etdi. 
Babək  onun  üzərinə  bir  süvari  dəstəsi  göndərir,  lakin  Məhəmməd  ibn  Yusif  onu 
darmadağın edir. 
Bu, Babək ordusunun birinci məğlubiyyəti idi. 
Afşin Bərzəndə qoşun göndərir və ərəblər oranın qalalarını alırlar. Məhəmməd 
ibn Yusif Xuşşda yerləşib orada xəndək qazıtdırır. Mötəsim Böyük  Buğa  vasitəsiylə 
Afşinə pul göndərir. Babək qərara gəlir ki, ona hücum edib pullarını əldə etsin. Aişinlə 
Babək  arasında  şiddətli  döyüş  baş  verir  və  Babək  uğursuzluqla  geri  çəkilir.  Babək 
İstəyirdi  ki,  onun  Afşinlə  işi  uzun  çəksin  və 
0
,  Afşinlə  dağlara  qar  düşənə  qədər 
döyüşlərə girmirdi, O istəyirdi ki, Afşin tərəddüd edib sərt şaxtalara davam gətirməyib, 
çıxsın getsin. 
Afşinin bir döyüşçüsü deyir: "Mən yuxuda Allahın elçisini gördüm.  O deyirdi: 
Sən bu adamla müharibə etməli və bu işdə səy göstərməlisən. Əks lıalda mən dağlara 
əmr edərəm ki, səni daşqalaq etsinlər”. 
Bunu eşidən döyüşçülər bu yuxu haqda cürbəcür şayiələr yaydılar.  Afşin yuxu 
görən döyüşçünü yanına çağırıb ona dedi: "Allah mənim niyyətlərim və qoşunlar üçün 
yaxşı  fikirlərim  haqda  xəbərdardır.  Və  əgər  Allah  kiminsə  üstünə  dağlan  uçurmaq 
istəyirsə, qoy bu kəslər allahsızlar olsun!”. 
Gələn döyüşçülərin birisi dedi: “Ya əmir! Bizim artıq çatdığımız şahidliyə mane 
olma! Və biz uca Allahın mükafatına layiq olmaq istəyirik. Hamınu- zı çağır və biz 
sənin əmrinlə irəliləyərik. Bəlkə də uca Allah qələbə çalmağımıza kömək edər!”. 
Afşin dedi: “Allahın mərhəmətinə ümid bəsləyin və istədiyiniz və seçdiyiniz gün 
haqda ondan kömək diləyiniz!”. 
294 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə