Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə102/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   99   100   101   102   103   104   105   106   107

Afşjn qoşunları nizama  saldı  və  Babəkin  sərkərdələrindən  biri  Azinin  müdafiə 
etdiyi  təpəni  mühasirə  etdirdi.  Hər  tərəfdən  təpə  üzərinə  Əbu  Səid  Məhəmməd  ibn 
Yusif, Cəfər əl-Xəyyat və Əhməd ibn əl-Xəlil adlı sərkərdələr hücuma keçdilər. Əbu 
Səid qoşunlarının başında hücuma birinci keçdi. 
Azin  dağ  başında  qaya  parçaları  və  daşla  dolu  ərəbələr  düzmüşdü  və  ərəblər 
hücuma keçən kimi, ərəbələri qabağa itələdi. Ərəb döyüşçüləri ərəbə- ləri görən kimi 
ara verdilər və ərəbələrin təhlükəsi sovuşdu. 
Ərəb  qoşunlarının  onu  hər  tərəfdən  əhatə  etdiyini  və  ərəblərə  qarşı  işlətdiyi 
fəndin  boşa  çıxdığını  görən  Babək  Afşinin  yanına  öz  adamını  danışığa  göndərib 
Əmirəlmöminindən  aman  dilədiyini  arzuladı.  Əl-Afşin  amanı  ona  vəd  verdi,  ancaq 
əvəzinə  ondan  rəhn  istədi.  Lakin  bu  vaxt  əl-Afşin  xəbər  aldı  ki,  müsəlmanların 
bayraqları  artıq  əl-Bəzzə  daxil  olub  Babəkin  sarayları  üzərinə  sancılmışdır.  Babəkin 
sarayları içində 600 nəfər sığınacaq tapmışlar. Saraylar isə dörd idi. 
Birdən saraylarda gizlənmiş Babək döyüşçüləri darvazaları açıb bayıra çıxdılar 
və ərəbləri qılıncdan keçirməyə başladılar. 
O ki qaldı Babəkin özünə o, həmin vaxt qaladan qaçıb bir dərədə gizləndi. 
Afşin neftatanlara (ən-nəffatin) və başqa döyüşçülərə şəhəri və həmin sarayları 
yandırmağı  əmr  etdi.  Şəhərdə  hər  şey  yandı,  uçuldu,  hamar  və  boş  yerə  döndü. 
Sarayların içində qalmış Babəkin döyüşçülərinin hamısı  qılıncdan keçirildi. Babəkin 
uşaqları və arvadları əsir alındı. 
Babək Ərminiyyə tərəfə qaçdı. Əl-Afşin ətrafdakı hakim və patriklərə məktublar 
göndərib  əmr  etdi  ki,  öz  vilayətlərində  yollara  nəzər  salıb  heç  kəsi  buraxmayıb, 
müayinə  edilmək  üçün  yoldan  keçən  şəxsləri  tutsunlar.  Əl-Af-  şinin  yanına  gələn 
casuslar  xəbər  verdilər  ki,  Babək  bir  dərədə  filan  yerdədir.  Bu,  böyük,  içərisi  sıx 
yaşıllığı  və  ağacları  çox  olan  dərə  idi.  Dərənin  bir  ucu  Ərməniyyəyə,  digəri  isə 
Azərbaycana çıxırdı. Atlı bu dərədən keçə bilməzdi və Babək qalın meşədə bataqlığın 
içində gizlənmişdi. 
Əl-Afşin  bütün  yollan  400—500  atlıdan  ibarət  olan  dəstələrlə  kəsdirmişdi. 
Həmin  vaxt  xəlifə  əl-Mötəsimdən  qızıl  möhürlə  möhürlənmiş  bir  məktub  gəldi.  Bu, 
Babəkə verilən və dilədiyi aman fərmanı idi. Əl-Afşin yanına bir adam çağırıb həmin 
fərmanı Babəkə çatdırmağı təklif etdi. Lakin nə Babəkin uşaqları, nə də döyüşçülərdən 
kimsə bu fərmanı Babəkə çatdırmağı cürət etmədi. Onda iki nəfər durub dedilər: “Bizə 
vəd ver ki, sən biz həlak olandan sonra ailələrimizi ac qoymayacaqsan”. O, buna söz 
verdi. Bu iki nəfər məktubu götürüb Babəkin yaıuna getdilər. Onlarla öz məktubunu 
Babəkin böyük oğlu da göndərdi. 
Oğlu atasına olmuş hadisələrdən yazıb xahiş edirdi ki, o, aman fərnıanı- lu qəbul 
edib özünü xilas etsin. 
Babək  oğlunun  məktubunu  oxuyandan  sonra,  məktubu  gətirən  şəxsin  başını 
vurdurdu. Babək xə Uf ənin fərmanını açmayaraq sinəsi üstə asdı və məktubu gətirən 
ikinci adama dedi: “Get oğlumun yanına və ona de: "Bir gün hakim kimi yaşamaq qırx 
il qul qalmaqdan yaxşıdır!". 
Babək  həmin  qalın  meşədə  ərzağı  qurtaran  vaxta  qədər  gizləndi.  Əl-Af-  şiniıı 
silahlı  adamları  isə  ətraf  yolları  kəsməkdə  idilər.  Babəki  aclıq  taqətdən  saldı  və  o, 
ətrafları seyr etməyə başladı. Birdən bir çəməndə bir cüt öküzlii kəndli gördü. Babək öz 
qulamına  dedi:  "özünlə  bir  neçə  dinar  götürüb, düş  bu  kəndlinin  yanına.  Əgər  onun 
çörəyi varsa onu al!". 
Kəndlinin bir şəriki də var idi. O, uzaqdan gördü ki, Babəkin adamı kəndlidən 
çörək alır və düşündü ki, həmin adam çörəyi güclə alır. Şərik ge 
295 


dir pusquda duranların yanına və xəbər verir ki. bizim yanımıza bir silahlı adam gəlib. 
Pusquda duranlar dəstəsinin başçısı atlanır və hadisə Səhl ibn Sumbatın dağlarında baş 
verdiyi  üçün  gedir  Səhlin  yanına.  Səhl  və  onun  adamları  atlanıb  Babək  tərəfə 
yönəldilər.  Səhl  ibn  Sumbat  atdan  düşüb  Babəkin  qarşısında  yeri  öpüb  dedi:  “Ey 
mənim ağam! Yolun harayadır?” Babək dedi: “Ruma!” Səhl ibn Sumbat dedi: “Səni 
mənim kimi başa düşəni sən heç yerdə tapmazsan. Bizim münasibətlərdən xəlifəyə heç 
bir dəxli yoxdur. Yanıma da heç kəs gəlmir. Sən mənim  vəziyyətimdən xəbərdarsan. 
Bu  qışı  mənim  qalamda  keçir,  sonra  da  nə  lazım  gələcək  baxarıq.  Axı,  mən  sənin 
qulunam!”. 
Babək  Səhlin  dediklərinə  inanıb  onun  qalasında  qaldı.  Səhl  ibn  Sumbat  isə 
əl-Afşinə xəbər göndərir ki, Babək və onun adamları onun qalasındadır, amma Babəkin 
qardaşı  Abdullah  tsa  ibn  Istifanusun  qalasında  gizlənib.  Əl-Afşin  Səlilə  belə  cavab 
yazdı: “Əgər bunlar doğrudursa, onda sən məndən və Əmirəlmöminindən nə istəsən 
alarsan!”. 
Əl-Afşin  öz  adamlarının  birinə  Babəki  təsvir  edib,  onu  Səhl  ibn  Sumba-  tın 
yanına göndərdi. O, Səhl ibn Sumbata bildirdi ki, yanına adanum göndərir və bu adam 
Babəki şəxsən görməlidir. Səhl İbn Sumbat bu adama dedi: “Sən Babəki yalnız səhər 
yeməyi vaxtı görə bilərsən. Görəndə ki, biz onun üçün səhər yeməyini tələb edirik, sən 
bizim aşpazlar libasını geyib, içəri daxil olub onun nə tələb etdiyini öyrənərsən”. 
Bu adam elə də etdi. Babək üzünü döndərən zaman onu tanımadı və soruşdu: “Bu 
adam kimdir?” Səhl ibn Sumbat dedi: “Bu xorasanh bir xaçpərəstdir və yanımıza filan 
ildə  gəlib”.  Babək  soruşdu:  “Bəs  səni  burada  saxlayan  nədir?”  O  cavabında  “Mən 
burada  evlənmişəm”,  —  dedi.  Babək  dedi:  “Sən  haqlısan,  çünki  misalda  deyilir: 
"Birindən soruşanda ki, haralısan, cavab verdi ki, arvadım olan yerdənəm!". 
Sonra həmin adam əl-Afşinin yanına qayıdıb ona gördüklərini izah etdi. Əl-Afşin 
Əbu Səidi və Buzbaranı məktubla Səhl ibn Sumbatın yanına göndərdi. Əl-Afşin onlara 
tapşırdı ki, Səhl ibn Sumbatın bütün sərəncamlarını  yerinə  yetirsinlər. Onlar belə də 
etdilər. Səhl ibn Sumbat onlara təyin edilən yerdə qalmağı əmr edib özlərinə kifayət 
qədər ərzaq da verdi. 
Bundan  sonra  o,  Babəkə  dedi:  “Sən  bu  qalada  nədənsə  kefsizsən!  Yaxınlıqda 
yaxşı bir çöl var. Etiraz etməzsən ki, bir şahin götürüb nahara qədər ova çıxaq?”. Babək 
dedİ: “İstəyirsənsə gedək!”. 
[Müəllif] deyir: Səhl İbn Sumbat əhvalatı Əbu Səidə və Buzbaraya xəbər verib, 
nə edəcəyi haqda onlara yazdı. Birinə öz döyüşçüləri ilə bir tərəfdə pusquda durmağı, 
ikincisinə isə — ayrı yerdə. Sonra səhər çağı yola düşüb filan yerə gəlsinlər və atlardan 
düşüb Babəki yaxalasınlar. 
Babək  onları  görənə  qədər  onlar  Babəki  dövrəyə  alıb  ona  qışqırdılar:  “Düş 
atdan!” O soruşdu: “Siz kimsiniz?" Onlardan birisi dedi: “Mən Əbu Səidəm". O birisi 
də: “Mən Buzbarayam!" — dedi. Babək dedi “Aydındır!” və ayağını əyib atdan düşdü. 
Sonra o, Səhl ibn Sumbata baxıb onu söyərək dedi: “Sən məni yəhudilərə qara quruşa 
satdın!  Əgər  sənə  pul  lazım  idisə  mənə  de-  yəydin,  mən  sənə  iki  dəfə  çox  pul 
verərdim!”. 
Əbu  Səid  dedi:  “Gəlsənə  ata  minəsən!”  və  bundan  sonra  Babəki  əl-Afşi-  nin 
yanına apardı. Babəkin çiynində ağ geyim və ayağında yüngül ayaqqabı var idi. Babəki 
əl-Afşinin hüzuruna gətirəndən sonra o, Babəki və qardaşını xüsusi otağa saldırdı və 
otağı  kilitlətdirdi.  Babəki  əl-Afşinin  yanına  o,  Bər-  zənddə  ikən  gətirdilər  və  bu  da 
222-ci ilin şəvval ayının 10-da olub (15.IX.837). 
296 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə