Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə100/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   96   97   98   99   100   101   102   103   ...   107

ğın  saldılar.  Onlar  qaçmağa  üz  qoyub  şəhərə  [əI-Bəzzə]  girdilər,  onların  ardınca 
ərəblər  də  oraya  soxuldular.  Vuruşma  şəhərin  meydanında  və  mərkəzində  davam 
edirdi. Bu, misli görünməmiş bir vuruşma idi. Evlərdə, bağlarda vuruşurdular. Babəkin 
qardaşı Abdullah da qaçdı. 
Babək  özünün  [ərəb]  qoşunu  ilə  mühasirə  olunduğunu,  çıxılmaz  vəziyyətə 
düşdüyünü, tərəfdarİEmımn ya öldüyünü və ya qaçdığını görəndə, Ermenistana qaçdı. 
Ruma  getmək  üçün  ər-Ras  çayını  keçdi.  O,  ər-Ras  çayını  keçəndən  sonra,  vilayətin 
hakimi Səhl ibn Sunbat ona tərəf getdi. 
Aişin  yaxın  vilayətlərin  hakimlərinə,  Ermənistan  kürdlərinə  və  patrik-  lərə 
məktub yazdı ki, Babəkin yolunu kəssinlər. Səhl ibn Sunbat onun yanına gəldi. Babək 
isə  öz  qiyafəsini  dəyişmiş,  başqa  paltar  geymişdi,  ayaqlarını  cındırla  dolayıb,  adi 
yəhəri olan qatıra minmişdi. 
Səhl ibn Sunbat onun üstünə atılıb onu əsir etdi və Afşinə göndərdi, burada onu 
həbs etdilər. Aişin qələbə haqqında Mötesimə məktub yazaraq, onun yanına gəlmək 
üçün icazə istədi. Xəlifə icazə verdi, o da Babək və onun qardaşı ilə yola düşüb onun 
yamna gəldi. Hamıya məlumdur ki, Mötəsim Babəkin edam edilməsini, əllərinin və 
ayaqlarının kəsilib bədəninin çarmıxa çəkilməsini əmr etdi. 
287 


Ə L A V Ə   I X  
KATOLİKOS İOANNESİN «TARİX» ƏSƏRİNDƏN 
(Moskva, 1853, səh. 64—65) 
Bu zamaıı‘ amirapet [xalife] bir nəfər vostikanı® böyük dəstə İlə Ermənistana 
göndərmişdi. O, gəldi və Dvin şəhərinə daxil oldu. İranlılar tayfasından Sevada adlı bİr 
nəfər  Baqratİlər  nəslindən  özünə  Arusyak  adlı  bir  arvad  alıb,  bununla  [bu  evlənmə 
sayəsində] ölkəmizin böyük hissəsini əlinə keçirtdi. Həmin Sevada vostikan Hola qarşı 
qəzəblənib qiyam qaldırdı və çoxlu qoşun topladı. Erməni sparapet Smbat  və Sünik 
hakimi [Saak], habelə azatlar dəstəsi də ona qoşuldu. Onun [Sevadanın] beyninə düşdü 
ki,  Holu  tutsun  və  ya  öldürsün.  O  zaman  Hol  Sevadın,  sparapet  Smbatın  və  Sünik 
hakimi [Saakın] yanına erməni katolikosu Ter-Davidi elçi göndərdi: “Nə üçün və nə 
səbəbə görə siz qiyam qaldırıb mənə qarşı qəsd düzəltmisiniz. Əgər siz məni [hakim 
olaraq] qəbul etmək istəmirsinizsə, [məni] buraxın və imkan verin buradan sağ-salamat 
gedim", 
Katolikos onları çox dilə tutdu və yalvardı, lakin onu dinləmək istəmədilər, 
0
 da 
kədərli  halda  buradan  getdi.  Onların  öz  pis  niyyətlərindən  əl  çəkmək  istəmədiyini 
görən  Hol  iki  min  seçmə  döyüşçünü  silahlandıra  bildi  və  onların  üstünə  getməyə 
başladı. Onların [üsyançıların) düşərgəsi Urazdan [Zəngi] çayının kənarında, Kavakert 
kəndinin qarşısında idi. Hol böyük bir qüvvə ilə onlara hücum etdi, onlar da vuruşmaya 
davam gətirməyib qaçmağa öz qoydular. 
288 


Ə L A V Ə   X  
MOVSES
 
KAQANKATVATSİNİN
 
(DASXURANSİNİN) 
K
AĞVAN
 
TARİXİ»
 
ƏSƏRİNDƏN 
(III kitab, XX fəsil) 
Erməni  tarixinin  270-ci  ili  [eramızın  821-ci  ili]  tamam  bitdikdə,  taciklə-  rin 
seçmə  əsgərləri  gizlicə  Partaxdan  səfərə  çıxıb  Amaras'  ətrafını  qarət  etdilər,  iki 
minədək adam əsir aldılar, sonra Mesaranka^ sərhəddində Şikanär adlanan qəsəbəyə 
gəlib  oranı  möhkəmləndirdilər.  Onda  Eranşahik  nəslindən  olan  hökmdar—mərd  və 
gözəl Səhli Srabatean öz şanlı qardaşları və qoşunu ilə səhər açılanda onlara hücum 
etdi, onları qırıb didərgin saldı və sanki şirin ağzından əsirləri xilas etdi. 
Yenə həmin ildə hər şeyi dağıdan, Ermənistan daxilində “Avaranşan” [qarətçi] 
adı  ilə  məşhur  olan  tacik  Sevada  bütün  ölkəni  qarət  etdi,  Sünikə  qayıtdı  və  Squk 
mahalında olan Şaqat qəsəbəsinin qalasında möhkəmləndi. Sü- nik hökmdarı Vasak isə 
iranlı Babanı gətirdi, onu [Sevadanı] məğlub edib qaçmağa məcbur etdi. 
Həmin  ildə  Sünik  hökmdarı  [Vasak]  öldü.  Babək  Sünik  hökmdarı  Vasa-  kın 
qızını Özünə arvad aldı. 
Bundan sonra Baqk vilayəti Babanın təqsiri üzündən hakimiyyətsiz qaldı. trandan 
səfərə  çıxan  [Baban]  ölkəni  alıb  viran  etdi,  Baqkın  qadın  və  uşaqlarını  qılıncdan 
keçirtdi. 
Sonrakı  ildə  Baban  Yeqrkuni"  vilayətinə  gəldi,  15  minədək  əhalini  qılıncdan 
keçirtdi, böyük Makenosas monastrmı yandırdı. [Burada] ancaq bir dəyirmandan başqa 
heç bir şey qalmadı. 
Erməni tarixinin 276-cı İli [eramızın 827-ci İli] idi, tki ildən sonra Baban Tavuşu^ 
dağıtdı və 150 minədək əhalini qovdu. O biri ildə isə Baban Let oğlu İbrahimi məğlub 
etdi.  Yenə  həmin  ildə [830/1] Davon  və  Şapux  dostluğu  və  sülhü  pozaraq,  Ablasad 
adlanan  Stepannosu  öldürdülər:  o.  Babanı  gətirmişdi  ki,  o  da  Bercor  vilayətində  və 
Ursas,  Karnakaş,  Xaxari,  Tapat  kəndlərində  Baqk  əhalisini  qırmışdı.  Sonra  onlar 
Babanın əleyhinə üsyan qaldırdılar və Qoroz qalasında möhkəmlənərək 12 il buranın 
vilayətlərini  əllərində  saxladılar.  Həmin  vilayətlər  isə  bunlardır:  Yuxarı  Vaykunik 
Bercor, Sisakan [və Kotak], Xaband [Mive], Amaras, Paznaik, Mxank* və Tri.° 
289 


Bundan sonra Ablaeadın qohumları onları [Davon və Şapuxu] tutub ga- bərtdilər 
və Ablasadın bacısı oğlu olub Əbu Musa adlanan, sülhsevər Yesai həmin vilayətləri ələ 
keçirtdi  və  bunların  hamısına  hökmranlıq  etdi.  Hamin  ildə  Baban  Arazdan  keçərək, 
Amaras vilayətində düşərgə saldı. O, sülh danışığına başladı və tələb etdi kl, qiyamçılar 
ona tabe olsunlar. Bəziləri tövbə edib Babana tabe oldularsa, sonra aldandıqlarını görüb 
ondan ayrıldılar. 
Baban oradan öz ölkəsi Atrpatakana qayıtdı. Rostom adlı sərkərdəsini öz yerində 
qoşunla birlikdə qoyub, əmr etdi ki, qalaya qarşı vuruşmasın, onları xoşluqla itaətə cəlb 
etsin. Rostom isa Babanın əmrinə qulaq asmadı, səfər edib, qala ilə vuruşmağa başladı. 
Onda qalanın döyüşçüləri tsanın gücünə arxalanıb, müqəddəslərin quru cəsədlərini və 
əllərində xaç tutaraq yeridilər, İran ordusunu ağır məğlubiyyətə düçar etdilər. 
D»rc edilməmiş hissədən 
Həmin ildə [ermənicə 286-cı il, eramızın S37-ci ili] eyni hökmdar Səhli Smbatean 
ölkələri  dağıdıb  ölümsaçan,  qaniçən,  yırtıcı,  qiyamçı  Babanı  tutdu  və  onu 
Əmirəlmöminin ixtiyarına verdi. O, öz səyinə görə [xəlifə sarayında] böyük mükafat 
aldı. Ermənistan, Iberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bütün bu 
ölkələrdə padşah kimi hökmranlıq etdi. 
290 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə