Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
#17935
1   ...   5   6   7   8   9   10   11   12   13

 

34 


Təcrübələrdən məlum olur ki, tədris işi  yüksək təşkil 

edilən  ali  məktəblərdə  tələbələr  elmi-tədqiqat  işlərinə  də 

böyük  həvəs  göstərir,  “Sərbəst  iş”  üzərində  də  fəallıqla 

çalışırlar.         

“Sərbəst  iş”  mövzuları  tələbələr  tərəfindən    sərbəst 

şəkildə seçilir. Fənn müəlliminin təklifi ilə də tələbə mövzu 

götürüb  üzərində  işləyə  bilər.  “Sərbəst  iş”  tələbənin  kiçik 

elmi  tədqiqat  işidir  –  deyə  bilərik.  Tələbə  mühazirədən 

eşitdiklərini,  seminar  məşğələlərindən  öyrəndiklərini,  əlavə 

materiallardan  mənimsədiklərindən  istifadə  edərək,  sərbəst 

iş  üzərində  müstəqil  olaraq  yaradıcı  fəaliyyət  göstərir. 

Tələbənin  sərbəst,  müstəqil  şəkildə  çalışması    bir  tərəfdən 

proqram  materialının  nə  dərəcədə  mənimsədiyinin,    o  biri 

tərəfdən  isə  öz  biliyini  təcrübədə  tətbiq  etmək  bacarığına 

malik olub-olmadığının bariz  göstəricisidir.   

Ali məktəblərdə fənlərin tədrisi prosesində, tələbələr 

müstəqil 

işləməyi, 

ilk 

mənbələrdən 



baş 

açmağı 


bacarmalıdırlar.  Aparılan  elmi-pedaqoji  tədqiqatlardan 

məlum  olur  ki,  ali  məktəb  tələbələri  hər  gün  5-6  saat 

müstəqil  zehni  işlə  məşğul  olmalı,  mütaliə  etməli,  elmlə 

məşğul olmalıdır. 

Tələbə  kitab  və  ya  başqa  material  üzərində  sərbəst  

çalışan  vaxt  oradakı    faktlar,    həqiqətlər  artıq  onun    malı 

olur;  o  əldə  etdiyi  biliklərə  möhkəm  inanır.  Belə  bilik  isə 

tədricən  əqidə  və  inama    çevrilir.  Buradan  belə  nəticə 

çıxarmaq    olar  ki,  biz  ali  məktəb  tələbələrini    biliklər 

üzərində dərindən,  sərbəst, müstəqil işləməyə sövq etməklə, 

eyni  zamanda  onlarda  elmi  dünyagörüş    də  formalaşdırmış 

oluruq.  Yalnız məsələdən müstəqil surətdə baş  çıxaran öz 

qüvvəsinə  inanır  və  bunu  başqalarının  qarşısında 

müvəffəqiyyətlə müdafiə edir.  

Tələbə  kitab  üzərində  bu  və  ya  digər  material 

üzərində  sərbəst  çalışan  vaxt  oradakı  həqiqətlər  onun  bilik 

və  əqidəsinə  çevrilir  və  onda  biliyə  möhkəm  inam  yaranır. 



 

35 


Tələbələrin  öz  üzərində  müntəzəm  və  müstəqil  işləmələri 

onlarda  geniş  dünyagörüş    formalaşdırmaqla  bərabər,  həm 

də  faydalı vərdişlər yaradır.  

Tələbələrə  bir  deyil,  bir  neçə  mənbədən  istifadə 

etməyi    öyrətmək  lazımdır.  Çünki  təcrübə  göstərir  ki,  orta 

məktəbi  qurtaran  şagirdlərin    heç  də  hamısı  sərbəst  şəkildə 

elmi  mənbələr  üzərində,  müxtəlif  kitablar    üzərində    işləyə 

bilmirlər.  Ona  görə  də  fənn  müəllimi  tələbələrə  müstəqil  

çalışmaq üçün, elmi mənbələrdən istifadə etmək üçün lazımi 

məsləhətlər verməli, tədris etdiyi mövzularla bağlı ədəbiyyat 

siyahısı      verməli  və  onlardan  istifadə  yollarını  da 

göstərməli,  hətta    mövzu  ilə  bağlı  slaydlar  hazırlamağı 

tövsiyə edə bilər.  

Tələbə mövzunu seçdikdən sonra   fənn müəllimi ilə 

birlikdə  plan  və  ədəbiyyat  siyahısını  müəyyənləşdirməlidir. 

Mövzu  ilə  bağlı  ədəbiyyat  oxunur,  təhlil  edilir,  qeydlər 

götürülür,  çıxarışlar  edilir,  məntiqi  nəticələr  çıxarılır, 

ümumiləşdirmələr aparılaraq yazıya alınır.  

Sərbəst  iş  yaradıcı  şəkildə  yerinə  yetirilməlidir. 

Kitabların, 

qəzet 

və 


jurnal 

məqalələrinin 

üzü 

köçürülməməli, 



müəlliflərin 

fikirləri 

olduğu 

kimi 


götürülməməlidir.  Bütün  mətnin  başlıca  məzmununu 

səciyyələndirən fikrin əsas məqamları aşkarlanmalı, oxunan 

materiala,  müəllifin  fikirlərinə  yaradıcı  münasibət 

göstərilməli,  ümumiləşmiş  fikirlər,  lakonik  ifadələr  

yazılmalıdır.  

Əlbəttə, hər hansı bir  “Sərbəst iş” mövzusu  girişlə 

başlayır, sonra  mövzunun əsas hissəsi işlənilir, daha  sonra 

isə  mövzuya    nəticə  vurulur,  istifadə  olunmuş  ədəbiyyat 

siyahısı sonda göstərilir.  

Tamamlanmış  “Sərbəst  iş”  fənn  müəlliminə  təhvil 

verilir. Müəllim onu oxuyur və qiymətləndirir. 

Bunu  da  xüsusi  olaraq  qeyd  edək  ki,  təklif  olunan 

“Sərbəst  iş”  mövzularından  tələbələr  elmi  iş,  kurs  işi, 



 

36 


referat,      yaxud  hər  hansı  bir  pedaqoji  konfransda,  Tələbə 

Elmi Cəmiyyətində məruzə mövzusu kimi də götürüb işləyə 

bilər.      

        


 

Sərbəst iş üçün təklif olunan mövzular. 

 

1.

 



Azərbaycanda 

ilk  müəllim  seminariyaları, 

seminariyalara  qəbul  qaydaları  və  onların  tədris 

planları. 

2.

 

Azərbaycanda  XIX  əsrə  qədərki dövrün  pedaqoji 



fikrinə dair qısa xülasə. 

3.

 



Seyid  Əzim  Şirvaninin  maarif  sahəsindəki 

fəaliyyətinə dair. 

4.

 

M.T.Sidqinin məktəbdarlıq fəaliyyəti və pedaqoji 



fikirləri. 

5.

 



A.Q.Bakıxanovun  müəllim  haqqında  pedaqoji 

görüşləri. 

6.

 

Həsən Bəy Zərdabinin tərbiyə haqqında fikirləri. 



7.

 

M.F.Axundov real və dünyəvi təhsil haqqında. 



8.

 

Məhəmməd  Ağa  Şahtaxtlınln    təhsil  və  tərbiyə 



haqqında  fikirləri. 

9.

 



Hüseyn  Cavidin  pedaqoji  fikirləri    və  pedaqoji 

fəaliyyəti. 

10.

 

Mirzə  Ələkbər  Sabirin  pedaqoji  fəaliyyəti  və 



pedaqoji düşüncələri. 

11.


 

XIX  əsrin  sonu  ,  XX  əsrin  əvvəllərində 

Azərbaycanda qadın təhsili və inkişafı. 

12.


 

Azərbaycanda  yeni  məktəblərin  yaradılmasında 

A.O.Çernyayevskinin xidməti. 

13.


 

XIX  əsrin  axırlarında  və  XX  əsrin  əvvəllərində 

Azərbaycanda yeni məktəbin təşkilində Rəşid bəy 

Əfəndiyevin xidmətləri. 




Yüklə 369,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə