Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

– Açın! – əmisi qışqırdı və yumruğu ilə qapını döyməyə başladı. – Cənab vəkilin dostlarıyıq! 
– Cənab vəkil xəstədir, – deyə kimsə arxa tərəfdən pıçıldadı. Balaca dəhlizin o biri başındakı 
qapının ağzında gecə xalatında olan bir cənab dayanmışdı və bu sözləri də çox alçaqdan dedi. 
Çox gözlədiklərinə əsəbiləşən əmisi qəflətən geri dönüb ucadan dedi: 
– Xəstədir? Deyirsiniz xəstədir? 
Və acıqlı-acıqlı ona tərəəf getdi, elə bil onu bu kişi xəstələndirmişdi. 
– Açdılar! – deyə kişi vəkilin qapısını göstərdi və xalatının ətəklərini yığışdıraraq gözdən itdi. 
Qapı doğrudan da açılmışdı və uzun, dümağ önlük taxmış gənc bir qız da – K. həmin o qara, 
bir az da bərəlmiş gözləri tanıdı – əlində şam ön otaqda dayanmışdı. O, yüngülcə təzim etdi 
və kişi də salam əvəzinə dedi: 
– Gələn dəfə tez açarsınız! – sonra da qızın yanından sivişib keçmək istəyən K.-ya tərəf 
döndü: – Gəl, Yozef! 
Kişinin dayanmadan qapıya tərəf getdiyini görən qız dilləndi: 
– Cənab vəkil xəstədir. 
K. təəccübləndi ki, qız belə tez geri dönüb qapının ağzını kəsdirib. Onun sifəti gəlincik sifəti 
kimi yumru idi və yalnız solğun yanaqları, çənəsi deyil, gicgahları da, alnının kənarları da 
yumrulanmışdı. 
– Yozef! – deyə təzədən qışqıran əmisi qıza tərəf döndü: – Ürəyidir? 
– Deyəsən elədir... – qulluqçu bu arada vaxt tapıb əlində şam qapıya yaxınlaşaraq onu 
açmışdı. Otağın şam işığı çatmayan küncündən saqqallı bir sifət çarpayıda dikəldi. 
– Leni, kimdir gələn? – şam işığı gözlərini qamaşdırdığı ücün qonaqları tanımadı. 
– Albertdir... Köhnə dostun... 
– Ah, Albert... – vəkilin başı təzədən yastığa düşdü, elə bil hiss etdi ki, bunların yanında 
özünü xəstəliyə vurmağın mənası yoxdur. 
– Doğrudan özünü pis hiss eləyirsən? – deyə kişi çarpayının kənarında oturdu. – İnanmıram... 
Yenə ürəyin tutub, həmişəki kimi keçib gedəcək. 
– Ola bilsin... – vəkil astadan dilləndi. – Ancaq əvvəlkilərdən betərdir, çətin nəfəs alıram, heç 
yata bilmirəm, günbəgün də zəifləyirəm. 
– Belə de... – Albert şlyapasını dizinə keçirib onu əli ilə aşağı basdı. – Bu heç yaxşı xəbər 
olmadı. Heç olmasa, sənə yaxşı baxırlar? Bura yaman gündədir, qaranlıqdır. Çoxdan buralara 
gəlmirəm, o vaxtlar yaxşı idi... Bu balaca frölayn da heç şən qıza oxşamır, ya da özünü belə 
aparır... 


Qız hələ də əlində şam qapının ağzında dayanmışdı və qeyri-müəyyən nəzərlərlə əmisindən 
çox K.-ya tərəf baxırdı, sanki indi onun haqqında danışan K. idi. K. isə kreslolardan birini ona 
yaxın çəkib oturmuşdu. 
– Mənim kimi xəstələrə sakitlik lazımdır, bura da pis deyil, – deyən vəkil sözünə azacıq ara 
verdi, sonra da əlavə etdi: – Leni mənə yaxşı baxır, qoçaq qızdır.  
Bu sözlər kişini inandıra bilmədi, onsuz da elə əvvəlcədən qızdan xoşu gəlməmişdi, ancaq 
xəstəyə də etiraz etmədi və elə həmin anda çarpayıya yaxınlışıb əlindəki şamı tumbanın 
üstünə qoyaraq xəstənin yastığını düzəldə-düzəldə ona nəsə pıçıldayan qızı ciddi nəzərlərlə 
süzdü. Sonra sanki burda xəstə olduğunu unudaraq ayağa durdu, qulluqçunun arxasında elə 
bir görkəmdə gəzişməyə başladı ki, əgər onun ətəyindən tutub geri dartsaydı, K. buna heç də 
təəccüblənməzdi. Özü isə sakitcə dayanıb baxırdı, hətta vəkilin xəstə olmasına bəlkə də 
sevinirdi, çünki əmisinin bu tələskənliyinə qarşı çıxa bilməmişdi və indi K.-nın köməyi 
olmadan onun diqqətinin bir az yayınması ürəyincə oldu. Həmin anda əmisi bəlkə də yalnız 
qızı incitmək xatirinə dedi: 
– Frölayn, lütfən bizi bir az tək buraxın, dostumla şəxsi bir məsələni müzakirə etmək 
istəyirəm. 
Xəstəyə tərəf bir az da əyilib divar tərəfdən döşəkağını düzəldən qulluqçu yalnız başını geri 
döndərib acığından əvvəlcə kəkələyən, sonra rəvan danışmağa başlayan kişidən fərqli olaraq 
sakit səslə dedi: 
– Görürsünüz ki, cənab xəstələnib, şəxsi məsələ müzakirə eləyə bilməz.  
Güman ki, qız onun sözlərini qeyri-ixtiyari təkrarladı, ancaq bu işə qarışacağı olmayan adam 
da ondakı istehzanı duyardı və məlum məsələ idi ki, əmisi yerindən oynadı: 
– Lənətə gəlmiş! – Hirsindən boğulduğu üçün bu sözləri elə dedi ki, heç başa düşülmədi. 
Təxminən buna bənzər nəsə gözləyən K. diksinərək ayağa durdu, əlləri ilə ağzını tutmaq üçün 
əmisinə tərəf tələsdi. Xoşbəxtlikdən, həmin anda xəstə dikəldi, üz-gözünü elə turşutdu ki, 
sanki nəsə acı bir şey uddu və sonra da sakitcə dedi: 
– Əlbəttə, biz hələ ağlımızı itirməmişik, əgər mənim istədiyim mümkün deyilsə, onu 
istəmərəm. İndisə, xahiş edirəm, çıxın gedin! 
Qız çarpayının önündə dikələrək kişiyə tərəf döndü və K.-ya elə gəldi ki, bir əli ilə vəkilin 
əlini sığallayır. 
– Leninin yanında hər şeyi danışa bilərsən, – vəkilin səsində təhrikedici bir xahiş vardı. 
– Söhbət məndən getmir, mənim sirrim deyil, – deyə o geri döndü, sanki bununla heç bir 
güzəştə getməyəcəyini, ona fikirləşmək üçün vaxt verdiyini demək istədi. 
– Bəs kimdən gedir? – vəkil getdikcə zəifləyən bir səslə soruşdu və təzədən uzandı. 
– Qardaşım oğlundan... Özünü də gətirmişəm. Və onu təqdim etdi: – Prokurist Yozef K. 


– Belə dee... – xəstə bir az canlandı və əlini K.-ya uzatdı, – bağışlayın, sizi görmədim. Sən 
get, Leni. 
Qız etiraz eləmədi, əlini vəkilə uzatdı, sanki uzun müddətə ayrılırdılar. 
– Belə çıxır ki, – vəkil barışıq əlaməti kimi ona daha yaxınlaşan kişiyə tərəf döndü, – məni 
yoluxmaq üçün deyil, işin olduğu üçün gəlibsən. 
Deyəsən, səhərdən bəri vəkilin əl-qolunu bağlayan kiminsə onu yoluxmağa gəlməsi fikri imiş, 
ancaq indi əməlli-başlı dirilmişdi, çətin də olsa, yerində dirsəklənmişdi, saqqalını 
tumarlayırdı. 
– İfritə gedəndən sonra sağ-salamat adama oxşayırsan, – deyə sözə başlayan kişi qəflətən 
dayandı, sonra pıçıldadı: – Mərc gələrəm ki, indi qapıda dayanıb bizə qulaq asır! – yerindən 
sıçrayaraq qapıya tərəf cumdu. Ancaq orda heç kəs yox idi və geri qayıdan kişidə heç bir 
məyusluq əlaməti hiss olunmurdu, çünki qızın qulaq asmaması ona daha çox təsir eləmişdi – 
çünki bu əsl kin-küdurət, daha doğrusu, amansızlıq idi. 
– Sən onu yaxşı tanımırsan... – vəkil bu sözlərdən sonra qızı bir daha müdafiə etməyə 
çalışmadı, sanki bununla onun heç bir müdafiəyə ehtiyacı olmadığını göstərmək istəyirdi. 
Ancaq onların halına yanırmış kimi sözünə davam etdi: – Oaldı sənin cənab qardaşoğlunun 
işinə – bu çətin işin öhdəsindən gəlməyə gücüm çatsaydı, özümü ən xoşbəxt adam sanardım. 
Çox qorxuram ki, gücüm çatmaya... ancaq bununla belə çalışacam... Gücüm çatmasa, bir 
başqasını da qoşarıq. Düzünü desəm, bu iş məni o qədər maraqlandırır ki, yox deyə bilmirəm. 
Əgər ürək dözməsə, ən azı, imtina etmək üçün layiqli bir əsasım olacaq. 
K.-ya elə gəldi ki, onun danışığından heç nə başa düşmədi, əmisinin üzünə baxdı ki, bəlkə 
oradan nəsə anladı, ancaq o sakitcə oturmuşdu, bir əli ilə də tumbanın üstündəki şamdan 
yapışmışdı, yapışan kimi də ordakı dərman şüşəsinə toxunub xalçanın üstünə salmışdı və 
vəkil nə deyirdisə, başını tərpədirdi, hamısı ilə razılaşırdı, hərdən də K.-ya elə baxırdı ki, 
sanki “Sən də razılaş!” – deyirdi. Bəlkə əmisi vəkilə əvvəlcədən məhkəmə barəsində nəsə 
demişdi? Yox, bu mümkün deyildi, çünki indiyəcən olanlar bunun tam əksini deyirdi. Buna 
görə də dedi: 
– Başa düşmürəm... 
– Bəlkə mən sizi düz başa düşmədim? – vəkil də K. kimi heyrətlə, pərt halda soruşdu, – bəlkə 
də tələsdim... Mənimlə nə barədə danışmaq istəyirdiniz? Elə bilirdim, söhbət sizin 
məhkəmənizdən gedir... 
– Əlbəttə! – deyən əmisi K.-dan soruşdu: – Özgə nə istəyirdin? 
– Mənim haqqımda, məhkəmə haqqında haradan bilirsiniz? 
– Belə de... – vəkil gülümsədi, – axı mən vəkiləm, məhkəmələrdə oluram, onlar haqqında 
deyilənləri eşidirəm və çox maraqlı olanlar, xüsusilə də dostunun qardaşı oğlu ilə bağlı 
deyilənlər yadımda qalır. Burda qəribə heç nə yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə