Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

adamlardır, bu barədə danışmırlar, mənə yazıqları gəlir, ancaq son məqamda onlar da özlərini 
məcbur eləyə bilmirlər və iş barədə danışa bilmədikləri üçün susurlar. Xeyli sakitcə oturduq, 
qulağımız qapıda qaldı ki, bəlkə qayıdasan. Ancaq xeyri yoxdur. Axırda istədiyindən də çox 
oturmuş dəftərxana müdiri ayağa durur, vidalaşır, mənə kömək edə bilmədiyinə təəssüflənir, 
hətta ağıla sığmayan bir iltifatla qapıda bir az da ləngiyir, sonra çıxıb gedir. Əlbəttə, onun 
getdiyinə çox sevindim, çünki artıq havam çatmırdı. Xəstə vəkilə bütün bunlar daha çox təsir 
etdi, yazıq kişi mənimlə vidalaşanda, danışa da bilmədi. Bəlkə də bu hərəkətinlə onun axırına 
çıxdın, işin keçdiyi bir adamın ölümünü tezləşdirdin. Və məni – öz əmini yağışın altında 
saatlarla gözlədirsən, bir bax, suyun içindəyəm, əzab verirsən...   
 
 
YEDDİNCİ FƏSİL 
Vəkil. Fabrik sahibi. Rəssam 
 
Bir qış günü nahardan əvvəl – bayırda hava tutqun idi, qar yağırdı – hələ tez olsa da, K. çox 
yorğun halda iş otağında oturmuşdu. Heç olmasa, aşağı vəzifəli məmurlardan canını 
qurtarmaq üçün xidmətçiyə tapşırmışdı ki, yanına adam buraxmasın, vacib işlə məşğuldur. 
Ancaq işləmək əvəzinə kresloya söykəndi, yavaş-yavaş əlinin altındakı şeyləri bir tərəfə 
çəkdi, özü də bilmədən qollarını geniş açaraq stolun üstünə qoydu, başını aşağı əydi, beləcə 
də oturub qaldı... 
Artıq məhkəmə məsələsini beynindən çıxara bilmirdi. Bir neçə dəfə fikirləşmişdi ki, bəraət 
məktubu hazırlasın, onu məhkəməyə təqdim etsin. Bu məktubda da qısa şəkildə keçdiyi həyat 
yolunu təsvir etsin, vacib hesab elədiyi bəzi anları önə çəksin, nə üçün belə hərəkət elədiyinin 
səbəbini göstərsin, həmin hərəkətləri indi necə qiymətləndirdiyini açıqlasın, nəyi niyə 
elədiyinin izahını versin. Şübhəsiz ki, belə bir bəraət məktubunun vəkilin o qədər də qüsursuz 
olmayan adi müdafiəsindən üstünlükləri çox idi. Axı K. indi də bilmirdi ki, vəkil onun üçün 
nə iş görür, hər halda, çox iş görmürdü, bir ay idi ki, heç yanına da çağırmırdı, elə əvvəlki 
söhbətlərində də K. hiss etmişdi ki, bu adam onun üçün cox iş görə bilməyəcək. Hər şeydən 
əvvəl də, K.-dan işi barədə, demək olar ki, heç nə soruşmamışdı, halbuki soruşulmalı çox şey 
vardı. K.-ya elə gəlirdi ki, burda vacib olan sualları o özü verməlidir. Vəkil isə, əksinə, sual 
vermək əvəzinə özü nəsə danışır, ya da lal-dinməz onunla üzbəüz otururdu, hərdən də ona 
tərəf əyilirdi, yəqin pis eşitdiyi üçün belə eləyirdi, saqqalını dartışdırırdı, xalçaya – bəlkə də 
elə onun Leni ilə uzanmış olduğu yerə baxırdı. Bəzən də onu uşaq kimi qabağına qoyub 
mənasız nəsihətlər verirdi. Haqq-hesab çəkiləndə, K. nə bu mənasız nəsihətlərə, nə də 
cansıxıcı nitqlərinə görə ona bircə qəpik də verməyəcək! Vəkil əmin olanda ki, onu kifayət 
qədər alçaldıb, adəti üzrə, bir az ürəkləndirməyə başlayırdı. Deyirdi ki, dəfələrlə buna bənzər 
işləri ya tamamilə ya da qismən udub. Hətta mahiyyət etibarilə belə ağır iş olmasalar da, ilk 
baxışda ümidsiz görünən məhkəmləri də... Hamısının da siyahısı onun siyirməsindədir – belə 
deyəndə, əlini çəkməcələrdən birinə vurudu , ancaq təəsüf ki, onları göstərə bilməz, çünki 


söhbət burda məhkəmə sirrindən gedir. Buna baxmayaraq, belə məhkəmlərdə topladığı 
təcrübə, şübhəsiz ki, K.-nın xeyrinə olacaq. Əlbəttə, o elə həmin dəqiqədən bu iş üzərində 
çalışmağa başlayıb və ilkin vəkalətnamə hazırdır. Bu vəkalətnamə çox vacibdir, çünki onun 
yaratdığı təəssürat əksər hallarda məhkəmənin istiqamətini tamamilə dəyişir. Ancaq təəssüf 
ki, K.-nın diqqətini bir məsələyə də cəlb etmək istəyir ki, bəzən ilkin vəkalətnamələri 
məhkəmədə heç oxumurlar. Onları, sadəcə olaraq işə tikirlər və deyirlər ki, hələlik müqəssirin 
istintaqı, müşahidənin nəticələri orda yazılanlardan daha vacibdir. Şikayətçi əl çəkməyəndə də 
əlavə edirlər ki, bununla bağlı bütün sənədlər toplanandan sonra, hökm çıxarılmazdan əvvəl 
bunlara da baxılacaq. Təəssüf ki, əksər hallarda bu sözlər də düz çıxmır, çünki ilkin 
vəkalətnamə, adətən ya başqa sənədlərin arasına düşür, ya da heç tapılmır, hətta sona qədər 
orda olsa da, eşitdiyi şayiələrə görə, oxunmur. Bütün bunların hamısı təəssüf doğurur, ancaq 
əsassız da deyillər. K. unutmamalıdır ki, istintaq qapalı şəkildə aparılır və belə də ola bilər ki, 
məhkəmə lazım bilsə, açıq da aparılar, ancaq qanunda onun açıq aparılması nəzərdə 
tutulmayıb. Buna əsasən də məhkəmənin materialları, hər şeydən əvvəl də ittihamnamə nə 
müttəhimə nə də onun müdafiəçisinə verilir, ona görə də adam bilmir, ya da dəqiq bilmir ki, 
ilk vəkalətnaməni hansı istiqamətdə yazsın və belə olan halda, orada yalnız təsadüfən işin 
xeyrinə nəsə ola bilir. Əsil təqdimatlar, dəlil-sübutlar müqəssirin istintaqı zamanı ittihamın 
səbəbləri, onları əsaslandıran məqamlar üzə çıxandan və ya təsəvvür ediləndən sonra yazılır. 
Belə bir şəraitdə müdafiəni qurmaq, əlbəttə, çətinləşir. Bunu da qəsdlə eləyirlər. Əslində, 
qanunla müdafiəyə icazə verilmir, sadəcə olaraq, ona dözürlər, ancaq qanunun həmin 
maddəsində dözmək haqqında nəyinsə olduğu da mübahisəlidir. Ciddi götürəndə, elə buna 
görə də, məhkəmə tərəfindən tanınan vəkil yoxdur və orda vəkil kimi çıxış edənlərin hamısı, 
əslində, ara vəkilləridir. Bu da ordakı durumu gözdən salır və K. gələn dəfə dəftərxanaya yolu 
düşəndə, bütün bunları öz gözləri ilə görmək üçün vəkillər otağına baxsın. Yəqin ki ora 
toplaşanları görəndə dəhşətə gələcək. Elə onlara ayrılmış o dar, alçaq hücrə məhkəmənin 
vəkillərə necə nifrət etdiyindən xəbər verəcək. Oraya işıq lap hündürdə qoyulmuş deşikdən 
düşür, kimsə çölə baxmaq istəyəndə, onun yaxınlığındakı sobanın tüstüsü burnuna dolur, üz-
gözü qapqara olur, gərək bir adm tapasan ki, onu çiyninə alıb apara. Döşəməsi bir ildən 
çoxdur ki, deşilib – oradakı vəziyyətə ən yaxşı misal! – əlbəttə, elə böyük deyil ki, adam 
ordan aşağı düşə, ancaq bir ayağı düşər. Vəkillər otağı ikinci çardaqdadır, kiminsə ayağı ora 
düşündə, birinci çardaqda necə sallandığı görünür. Özü də müştərilər gözləyən dəhlizdə... 
Vəkillər öz aralarında bu şəraiti rüsvayçılıq hesab eləyirlər və onları qınamaq da olmaz. 
Rəhbərliyə verilən şikayətlərin hamısı nəticəsiz qalıb, bunun əvəzində vəkillərə öz hesablarına 
bu otaqda hər hansı bir dəyişiklik etmək ciddi şəkildə yasaq olunub. Ancaq vəkillərlə bu cür 
rəftar etməyin də öz səbəbləri var. Bununla, imkan daxilində, müdafiənin qarşısını alırlar, hər 
şeyi müttəhimin öz boynuna atırlar. Əslində, pis mövqe deyil, ancaq bundan belə nəticə 
çıxarmaq olmaz ki, bu məhkəmədə müttəhimə vəkil lazım deyil. Əksinə, bu məhkəmədə vəkil 
o biri məhkəmələrdəkinə nisbətən daha çox lazımdır. Məsələ burasındadır ki, məhkəmə 
materialları yalnız ictimaiyyət üçün deyil, həm də müttəhim üçün qapalıdır. Düzdür, bunu 
müəyyən həddə qədər eləmək mümkündür, ancaq onlar istədiklərini çox geniş miqyasda 
həyata keçirə bilirlər. Müttəhim məhkəmə materialları ilə tanış ola bilmir və xüsusilə də, 
istintaqlar vasitəsilə həmin materiallardan nəticə çıxara bilmir, çünki qorxur, bundan əlavə də, 
qayğıları çox olduğuna görə fikri dağılır. Belə vəziyyətdə vəkil işə qarışır. Ümumiyyətlə 
götürəndə, vəkillər istintaqda iştirak etmir, ona görə də istintaqdan sonra, imkan daxilində, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə