Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

Həmin anda qapının arxasından zərif, ürkək bir səs eşidildi: 
– Titorelli, indi gələ bilərik? 
– Yox! 
Həmin səs yenə eşidildi: 
– Tək mən də gələ bilmərəm? 
– Sən də gələ bilməzsən! – deyə rəssam qapıya tərəf gedib, onu arxadan bağladı. 
Bu aralıqda K. imkan tapıb otağa göz gəzdirmişdi və heç ağlına da gətirə bilməzdi ki, belə 
miskin balaca otağa emalatxana demək olar. Eni də, uzunu da heç iki addım olmazdı. Hər şey 
– döşəmə də, divarlar da, tavan da taxtadan idi və tirlərin arasında nazik şırımlar görünürdü. 
K. ilə üzbəüz divarın dibində üstünə rəngbərəng yataq dəsti salınmış çarpayı vardı. Otağın 
ortasındakı molbertin üstündə bir şəkil vardı və onun üzərinə qolları döşəməyə çatan köynək 
salınmışdı. Hava dumanlı olduğu üçün K.-nın arxasındakı pəncərədən yalnız qonşu binanın 
qarla örtülmüş damı görünürdü. 
Qapıdan gələn açar səsi K.-ya xatırlatdı ki, burdan tez getmək istəyirdi. Ona görə də fabrik 
sahibinin məktubunu cibindən çıxarıb rəssama verdi və dedi: 
– Haqqınızda bu cənabdan – tanışınızdan eşitmişəm və onun məsləhəti ilə gəlmişəm. 
Rəssam onu ötəri oxuyaraq çarpayının üstünə tulladı. Fabrik sahibi Titorellidən yaxın tanışı, 
onun sədəqəsinə möhtac olan kasıb bir adam kimi danışmamış olsaydı, doğrudan da elə 
bilərdin, rəssam fabrik sahibini heç tanımır və ya, ən azı, onu yadına sala bilmir. Hələ üstəlik 
də soruşdu: 
– Siz şəkil almaq, yoxsa şəklinizi çəkdirmək istəyirsiniz? 
K. heyrətlə rəssama baxdı. Görəsən məktubda nə yazılmışdı?  
K. elə bilmişdi ki, fabrik sahibi öz məktubunda onun məhkəmə barədə məlumat almaq 
istədiyini yazmışdı – başqa cür də ola bilməzdi! Çox tələsmiş, hər şeyi götür-qoy etmədən 
durub bura qaçmışdı! Ancaq indi rəssama nəsə cavab verməli idi və molbertə baxaraq dedi: 
– Hazırda şəkil üzərində işləyirsiniz? 
– Bəli, – deyə rəssam molbertin üzərinə çəkilmiş köynəyi götürüb çarpayının üstünə – 
məktubun yanına tulladı. – Portretdir, ancaq hələ tam hazır deyil.  
Göydəndüşmə bir təsadüf K.-ya məhkəmədən söz salmağa fürsət verdi, çünki bu, hansısa bir 
hakimin portreti olmalı idi. Yeri gəlmişkən, şəkil vəkilin iş otağında gördüyünə çox 
bənzəyirdi. Düzdür, burda tamamilə başqa bir hakim – kök, yanaqlarını görünməz edən qalın 
qara saqqallı bir kişi təsvir olunurdu, ancaq ordakı yağlı boya ilə işlənmişdi, bu isə rəngli 
karandaşlarla çəkildiyi üçün zəif, solğun çıxmışdı. Qalanlar isə eyni idi, çünki burda da hakim 
kreslosunun dirsəkaltından yapışaraq sanki qəzəblə ayağa qalxmaq istəyirdi. K. elə o dəqiqə 


“Bu ki hakimdir!” – demək istədi, ancaq hələlik özünü saxladı, bütün xırdalıqlarına baxmaq 
üçün şəklə yaxınlaşdı. Kürsünün arxa söykənəcəyinin düz ortasında təsvir olunmuş iri fiqurun 
nə olduğunu başa düşmədi, rəssamdan soruşdu. Rəssam dedi ki, onun üzərində bir az işləmək 
lazımdır və stolun üstündən rəngli bir karandaş götürüb fiqurun kənarlarını bir az işlədi, ancaq 
K. yenə də heç nə başa düşmədi. Nahayət, rəssam dilləndi: 
– Bu,ədalətdir! 
 
– İndi tanıdım, – dedi K. – bax bu gözlərini bağlamaq üçün təziər, bu da tərəzidir. Ancaq niyə 
qanadları ayaqlarındadır və sanki qaçır?  
– Elədir, sifariş əsaında belə çəkmişəm. Əslində, Ədalət və Zəfər ilahələri bir yerdə təsvir 
olunub. 
– O qədər də yaxşı ittifaq deyil, – K. gülümsədi, – Ədalət yerindən tərpənməməlidir, yoxsa 
tərəzi pozular, qərar ədalətli olmaz. 
– Bu məsələdə mən sifarişçidən asılıyam... 
– Elədir, – deyən K. sanki bu iradı ilə heç kimin xətrinə dəymək istəmədiyini bildirdi. – Bu 
fiquru elə çəkmisiniz ki, sanki doğrudan da kreslonun söykənəcəyində dayanıb. 
– Xeyr, mən nə fiqur, nə də hakim kreslosu görmüşəm, bunların hamısı təxəyyülün 
məhsuludur, ancaq nə çəkəcəyimi mənə demişdilər. 
– Necə yəni demişdilər? – K. özünü elə göstərdi ki, guya rəssamı yaxşı başa düşmür. – Bu, 
kreslosunda oturan hakim deyil? 
– Elədir, ancaq baş hakim deyil və heç vaxt da belə kresloda oturmayıb. 
– Ancaq buna baxmayaraq, belə təntənəli görkəmdə şəklini çəkdirir? Lap Ali Məhkəmənin 
sədri kimi oturub. 
– Bəli, bu cənablar yaman şöhrətpərəstdirlər. Ancaq belə şəkil çəkdirməyə yuxarılardan 
icazələri var. Hamısına dəqiq deyilib ki, şəkillərini necə çəkdirə bilərlər. Təəssüf ki, bu şəklə 
görə onların mantiyaları, kresloları barədə heç nə demək olmaz, rəngli karandaş belə təsvirlər 
üçün yaramır. 
– Elədir, ancaq qəribədir ki, bu şəkil rəngli karandaşla çəkilib. 
– Hakim özü belə istədi, qadına bağışlayacaq. 
Deyəsən, şəklin görünüşü rəssamı həvəsə gətirdi, köynəyinin qollarını çırmalayaraq bir neçə 
karandaş götürdü və K. karandaşların dalğavari hərəkətləri ilə hakimin baş tərəfində qırmızıya 
çalan kölgənin necə yarandığına, həmin kölgənin parıltısının şəklin kənarına tərəf uzandığına 
tamaşa elədi. Bu oynaq kölgə tədricən başa vurulan bəzəyə və ya taca oxşamağa başladı. 
Yalnız Ədalət ilahəsinin fiquru güclə nəzərə çarpacaq dərəcədə işıqlı qaldı və fiqur bu işıqda 


daha qabarıq görünməyə başladı. İndi o nə Ədalət, nə də Zəfər iilahəsinə bənzəyir, daha çox 
Ovçuluq ilahəsini xatırladırdı. Rəssamın necə işləməsi K.-nı istədiyindən də çox 
maraqlandırmışdı. Ancaq sonda özünü danladı ki, burda çox qaldı və öz işi üçün heç nə 
eləmədi. Qəflətən soruşdu: 
– Bu hakimin adı nədir? 
– Bunu deməyə ixtiyarım yoxdur, – deyən rəssam şəklə tərəf əyilmişdi, sanki bir az bundan 
əvvəl hörmətlə qarşıladığı qonağını indi tamam unutmuşdu. 
K. rəssamın bu hərəkətini şıltaqlıq hesab elədi və özünə acığı tutdu ki, niyə bu qədər vaxt 
itirdi. 
– Siz yəqin məhkəməyə mərhəm adamlardansınız, elə deyilmi? – deyə soruşdu. 
Rəssam o dəqiqə karandaşları yerinə qoydu, qəddini düzəldərək əllərini ovuşdurdu və 
təbəssümlə K.-ya baxdı: 
– Bəli, indi açıq danışmağın vaxtı yetib... Məktubda da yazıldığı kimi, siz məhkəmə barədə 
məlumat əldə eləmək istəyirsiniz və məni də öz tərəfinizə çəkmək üçün əvvəlcə şəkillər bardə 
söhbətə başalayırsınız... Ancaq incimirəm, axı siz hardan biləsiniz ki, bu yolla məni ələ almaq 
olmaz. Xahiş edirəm... – K.-nın etiraz etmək istədiyini görüb, ona aman vermədi və sözünə 
davam etdi: – Yeri gəlmişkən, tamamilə düz dediniz, mən məhkəməyə mərhəm adamam... – 
Sözünə ara verdi, sanki bununla K.-ya öz vəziyyətilə barışmağa imkan yaratdı. Qapının 
arxasından yenə də qızların səsi eşidildi. Çox güman ki, ora yığışıb ya açar deşiyindən, ya da 
aralı qalmış yerlərdən içəri baxırdılar. K. bu və ya digər şəkildə üzr istəmək fikrindən vaz 
keçdi, çünki onun fikrini mövzudan yayındırmaq istəmirdi və bir də ən çox onu istəmirdi ki, 
rəssam özünü çəkib dağın başına qoysun. Ona görə də soruşdu: 
– Siz orda rəsmi vəzifədəsiniz? 
– Xeyr! – rəssam qısa cavab verdi, sanki bu sual onu çox danışmağa qoymurdu. 
K. isə onun susmasını istəmirdi və ona görə dedi: 
– Ancaq çox vaxt qeyri-rəsmi vəzifədə olanların sözü rəsmi vəzifədə olanların sözlərindən 
keçərli olur. 
– Mənimki eləsindəndir, – deyə rəssam qaşlarını dartaraq başını tərpətdi. – Dünən fabrik 
sahibi ilə sizin işiniz barədə danışdıq. Məndən soruşdu ki, sizə kömək edə bilərəmmi. Dedim 
ki, həmin adam özü yanıma gəlsin və çox şadam ki, belə tez gəldiniz. Deyəsən, bu iş sizi çox 
narahat edir... Mən buna təəccüblənmirəm... Bəlkə əvvəlcə paltonuzu çıxarasınız? 
K. burda çox az qalmaq niyyətində olmasına baxmayaraq, rəssamın təklifi ürəyindən xəbər 
verdi. Otağın havası tədricən onu sıxmağa başlamışdı, tez-tez heyrətlə küncdəki balaca və 
şübhəsiz ki, yanmayan dəmir sobaya tərəf baxmışdı, ancaq içəridəki bürkünün hardan 
gəldiyini başa düşməmişdi. Paltosunu çıxarıb pencəyinin düymələrini açanda, rəssam 
üzrxahlıq elədi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə