Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

çox çəkmədi, bir az keçəndən sonra daha qulaq asmadı, bir az da fabrik sahibinin ucadan 
dediklərinə başını tərpətməklə cavab verdi, axırda heç bunu da eləmədi və yalnız onun 
kağızlara tərəf əyilmiş daz başına baxmaqla kifayətləndi, eyni zamanda özü-özündən soruşdu 
ki, görəsən bu adam öz danışdıqlarının mənasız olduğunu nə vaxt anlayacaq. Fabrik sahibi 
nəhayət susdu və K.-ya doğrudan da elə gəldi ki, bu, özbaşına belə olmadı, kişi ona imkan 
yaratdı ki, qulaq asmaq iqtidarında olmadığını özü etiraf etsin. Yalnız təəssüf hissi ilə fabrik 
sahibiinin bütün etirazlara hazır olan gərgin baxışlarından duydu ki, bu işgüzar müzakirə 
davam etdirilməlidir. Əmrə tabe olan adam kimi başını aşağı əydi, karandaşın ucunu yavaş-
yavaş kağızın üstündə gəzdirməyə başladı, hərdən onu saxladı, diqqətlə hansı rəqəməsə baxdı. 
Fabrik sahibi bunu nəyəsə etiraz əlaməti kimi qəbul etdi, bəlkə doğrudan da rəqəmlər düz 
deyildi, bəlkə də onlar heç nəyi dəyişnirdi, ancaq hər halda əlini kağızın üstünə qoraraq K.-ya 
bir az da yaxın dayandı, işin ümumi mahiyyətini təzədən izah etməyə başladı. 
– Çətindir, – deyən K. dodaqlarını büzdü, fabrik sahibi əli ilə kağızın üstünü örtdüyü üçün nə 
edəcəyini bilməyib geri söykəndi. Hətta direktorun qapısı açılıb, onun çöl tərəfində sanki tül 
pərdənin arxasında dayandığı üçün güclə seçilən direktor müavini görünəndə də başını tam 
qaldırmadı. Müavinin qapıda görünməsinə çox da fikir verməyən K. bu görüntünün 
yanındakına necə təsir etdiyini müşayiət etməklə kifayətləndi və sevindi. Çünki fabrik sahibi 
tez kreslosundan hoppanıb qalxdı, direktor müavininə tərəf tələsdi. K.-dan olsaydı, o lap qaça-
qaça gedərdi, qorxurdu ki, birdən ona çatmaz. Sən demə, qorxusu əbəs imiş, onlar üzbəüz 
gəldilər, əl verib görüşdülər və birlikdə K.-nın yazı stoluna tərəf gəldilər. Fabrik sahibi 
şikayətə başladı ki, onun təklif etdiyi işə prokurist o qədər də maraq göstərmədi və direktor 
müavinin baxışları altında başını kağızlara tərəf əyən K.-nı göstərdi. Sonra ikisi də yazı 
stoluna söykənəndə və fabrik sahibi direktor müavinini öz tərəfinə çəkmək istəyəndə, K.-ya 
elə gəldi ki, son dərəcə cüssəli görünən bu iki kişi başı üzərindən onun haqqında danışır. 
Yavaş-yavaş, ehtiyatla gözlərini qaldırdı ki, yuxarıda nələr baş verdiyini görsün, o tərəfə 
baxmadan stolun üstündəki kağızlardan birini götürdü, onu ovcunun içinə alıb özü də dikəldi. 
Həmin anda heç nə barədə düşünmürdü, beynində yalnız bircə fikir dolaşırdı: özünü elə 
aparmalıdır ki, guya vəkalətnaməni yazıb qurtarıb, tamanilə yüngülləşib. Fabrik sahibinə çox 
diqqətlə qulaq asan direktor müavini ötəri kağıza baxdı, orda yazılanı heç oxumadı, çünki 
prokurist üçün vacib olan şeylər onun üçün əhəmiyyətsiz idi və kağızı K.-nın əlindən alaraq 
dedi: 
– Təşəkkür edirəm, mən artıq hər şeyi bilirəm. – və onu sakitcə qaytarıb stolun üstünə qoydu. 
K. çəp nəzərlərlə onu süzdü, müavin isə bunu görmədi, görsə də vecinə almadı, tez-tez ucadan 
güldü, hətta bir dəfə öz hazırcavablığı ilə fabrik sahibini pərt elədi, elə o dəqiqə də könlünü 
alıb işi sona çatdırmaq üçün onu otağına dəvət etdi:  
– Vacib işdir, mən buna gərək yaxşı-yaxşı baxam. Bu işdən onu azad etsək, – əslində, bunu da 
fabrik sahibinə deyirdi – yəqin cənab prokuristin də ürəyincə olar. Elə işdir ki, ona gərək 
arxayınçılıqla baxasan. Ancaq, deyəsən, onun işi bu gün çoxdur, qözləmə otağında da bir neçə 
nəfər çoxdan oturub. 
K. üzünü ondan çevirib, öz mehriban, ancaq donuq təbəssümlə yalnız fabrik sahibinə 
baxmaqdan özünü güclə saxladı, onların işinə qarışmadı, bir az irəli əyilərək hər iki əli yazı 


stoluna söykəndi, bu iki cənabın danışa-danışa kağızları stolun üstündən necə götürdüklərinə, 
direktorun otağında gözdən itdiklərinə baxdı. Ancaq qapıya çatanda, fabrik sahibi geri döndü
dedi ki, hələ xudahafisləşmir, müzakirənin uğurlu nəticəsi barədə, əlbəttə, cənab prokuristə 
məlumat verəcək, bundan əlavə də, ona deyiləsi bir-iki sözü var. 
Nəhayət, K. tək qaldı. Daha kimisə qəbul etmək barədə düşünmürdü və qeyri-ixtiyari 
sevinirdi ki, nə yaxşı bayırdakılar onun hələ də fabrik sahibi ilə söhbət etdiyini düşünürlər və 
buna görə də heç kəs, hətta xidmətçi də içəri girə bilməz.  
Pəncərəyə tərəf gedib ona söykəndi, bir əli ilə onun dəstəyindən tutub meydana baxdı. Qar 
hələ də yağır, hava da açılmırdı ki açılmırdı. 
Niyə narahat olduğunu bilmədən, uzun zaman beləcə oturdu, yalnız hərdən geri dönərək 
çiyinləri üzərindən səksəkə ilə qəbul otağının qapısına baxdı, elə bildi, ordan səs gəlir. Ancaq 
heç kəsin gəlmədiyini görüb sakitləşdi, əlüzyuyana tərəf gedib soyuq su ilə yuyundu, ayıq 
başla təzədən pəncərənin önünə qayıtdı. Müdafiəsini öz üzərinə götürmək qərarı ona 
əvvəlkindən də məsuliyyətli göründü. Nə qədər ki müdafiəni vəkilin boynuna qoymuşdu, elə 
bil məhkəmənin ona aidiyyatı yox idi, onu uzaqdan müşahidə edirdi, birbaşa bağlılıq hiss 
eləmirdi , istəsəydi onun nə yerdə olduğu ilə maraqlana bilərdi, istəməsəydi də çəkilib bir 
kənarda durardı. Ancaq artıq müdafiəsini öz üzərinə götürdüyü üçün, ən azı, indiki vaxda 
özünü bütövlükdə məhkəməyə həsr etməli idi və burda qazanacağı uğurla gələcəkdə 
tamamilə, biryolluq azad olacaqdı, lakin buna nail olmaq üçün özünü hələlik əvvəlkindən də 
betər təhlükələrin qoynuna atmalı idi. Əgər qərarına şübhəsi olsaydı da, direktor müavini və 
fabrik sahibi ilə keçirdiyi anlar bunun əksini deyəcəkdi. Hər şey bir yana, eləcə müdafiəsini 
öz üzərinə götürmək qərarına gələndən sonra onların yanında necə oturmuşdu?! Elə bil, hər 
şey qurtarıb getmişdi... Bəs sonrası necə olacaqdı? Onu daha nələr gözləyirdi? Bütün bu 
çətinliklərin arasından onu uğurlu sonluğa aparan yolu tapa biləcəkmi? Özünü istənilən 
şəkildə müdafiə etmək – qalanları boş şey idi – hə, özünü istənilən şəkildə müdafiə etmək 
həm də, imkan daxilində, bütün işlərindən əl çəkmək məcburiyyətində qalmaq demək 
deyildimi? Bunların öhdəsindən gələ biləcəkmi? Bankda işləyə-işləyə bunları bacara 
biləcəkmi? Axı söhbət burda yalnız vəkalətnamənin yazılmasından getmirdi ki, məzuniyyət 
götürəydi, halbuki məhz indi məzuniyyət istəməyin özü böyük risq idi – əslində, söhbət burda 
nə vaxt qurtaracağı bilinməyən bir məhkəmədən gedirdi! Gör K. qəfildən öz həyat yolunda 
hansı çətinliklə üz-üzə qaldı! 
Bütün bunlardan sonra indi bankın işlərini görməli idi? Yazı stolunun üstünə baxdı... İndi 
müştəriləri qəbul edib onlarla danışıglar aparmalı idi? Məhkəməsi getdiyi bir vaxtda, 
məmurların çardaqdakı otaqlarında oturub onun sənədlərini araşdırdığı bir zamanda özü bank 
üçün işləməli idi? Məgər bunun özü məhkəmənin icazəsilə elə bu məhəkəmə ilə bağlı ona 
verilən işgəncəyə oxşamırdımı?! Bəs görəsən bankdakı işinə qiymət verilərkən onun indiki 
vəziyyətini nəzərə alan olacaqmı? Yox, heç kim heç vaxt almayacaq! Demək olmazdı ki, 
onun məhkəməsindən heç kəsin xəbəri yox idi, aydın şəkildə olmasa da, bilirdilər, ancaq 
kimin bilməsi, nə dərəcədə bilməsi məlum deyildi. Güman ki, şayələr direktor müavininə 
qədər gedib çatmamışdı, yoxsa həmkarı olduğuna baxmazdı, ona yazığı gəlməzdi və bundan 
K.-nın əleyhinə necə istifadə etdiyi də aydınca görünərdi. Bəs direktor? Əlbəttə, o, K. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə