Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

haqqında yaxşı fikirdə idi, bəlkə də məhkəmə barədə eşitsə, onun işini yüngülləşdirmək üçün 
əlindən gələni edərdi, ancaq məlum məsələ idi ki, indi o da heç nə eləyə bilməzdi, çünki 
direktorun xəstəhal vəziyyətindən istifadə edərək öz hakimiyyətini möhkəmlətməyə çalışan 
müavinlə müqayisədə K.-nın indiyəcən olan üstünlüyü zəifləməyə başlamışdı. Bəs K. nəyə 
ümid edə bilərdi? Kim bilir, bəlkə də belə fikirlərlə özünün müqavimət gücünü azaldırdı, 
ancaq nəyəsə uyub aldanmaq da olmazdı, hazırkı anda hər şeyə bacardığı qədər ayıq 
nəzərlərlə baxması da vacib idi. 
Heç bir səbəb olmadan, yalnız yazı stoluna yaxınlaşmamaq xatirinə pəncərəni açmaq istədi. 
Ancaq çətin açıldığı üçün dəstəyi ikiəlli burmalı oldu. Elə həmin anda da otağa açıq yerin eni
uzunu boyda tüstü qarışıq duman doldu, yüngülcə yanıq iyi hiss olundu. Külək bir-neçə qar 
dənəciyini də içəri sovurdu.  
– Yaman pis payız oldu, – arxa tərəfdən Fabrik sahibinin səsi eşidildi. Direktor müavivinin 
otağından cıxaraq hiss olunmadan içəri girmişdi. K. başını tərpətdi və narahatlıqla onun 
qoltuğundakı qovuluğa baxdı: yəqin indi ordakı kağızları çıxarıb müavinlə apardığı 
danışıqların nəticəsi barədə məlumat verməyə başlayacaq! Fabrik sahibi onun baxışlarını 
tutdu, əlini qovuluğun üstünə vura-vura, onu açmadan dedi: 
– Siz indi danışıqların nəticəsini bilmək istəyirsiniz. Demək olar ki, imzalanmış müqavilə 
artıq cibimdədir. Sizin bu direktor müavini qiyamət adamdır, ancaq həm də təhlükəlidir... – o 
güldü, K.-nın əlini sıxaraq onu da güldürməyə çalışdı. Fabrik sahibinin kağızları göstərmək 
istəməməsi K.-nı şübhələndirdi və ona görə də burda gülməli heç nə görmədi. -Cənab 
prokurist, yəqin hava sizə pis təsir eləyir, bu gün çox qəmginsiniz... 
– Elədir, – deyən K. əlini gicgahına apardı. – Başım ağrıyır... Ailə qayğıları... 
– Çox düz deyirsiniz! – hövsələsiz olduğu üçün heç kəsə sakitcə axıra qədər qulaq asa 
bilməyən fabrik sahibi dilləndi. -Hərənin öz dərdi var... 
K., qeyri-ixtiyari, qapıya tərəf yönləndi, sanki fabrik sahibini bayıracan ötürmək istəyirdi. O 
isə dedi: 
– Cənab prokurist, sizə deyiləsi bir sözüm də var. Bəlkə də bununla sizə bu gün çox əziyyət 
vermiş oluram, çünki son vaxtlar iki dəfə yanınıza gəlmişəm, ancaq ikisində də yadımdan 
çıxıb deməmişəm. Gələn dəfəyə də saxlasam, yəqin ki mənasını tamam itirmiş olacaq. Ola 
bilər, mənim indi deyəcəyim sözün sizə xeyiri dəyər, ona görə də sonradan təəssüflənməli 
olarıq... – K. cavab verməyə macal tapmamış fabrik sahibi ona bir az da yaxınlaşaraq 
yumruqladığı əlini yüngülcə onun sinəsinə toxundurdu və astadan dedi: – İşiniz 
məhkəmədədir, elə deyilmi? 
K. geri çəkilərək fikirləşmədən dedi: 
– Bunu sizə direktor müavini deyib! 
– Xeyr, xeyr, direktor müavini hardan bilərdi? 
– Bəs siz hardan bilirsiniz? – K. artıq sakitləşmişdi. 


– Hərdən mənə məhkəmə barədə bəzi xəbərlər çatır, sizə demək istədiyim də elə bu 
xəbərlərdən biridir. 
 
– Bu məhkəmə ilə nə yaman çox adamın əlaqəsi varmış... – Başını aşağı salmış fabrik sahibini 
yazı stoluna tərəf apardı. Onlar bvayaqkı kimi üzbəüz oturdular və fabrik sahibi dedi: 
– Təəssüf ki sizə çox şey deyə bilməyəcəm, ancaq belə məsələlərdə ən xırda şeyləri də 
nəzərdən qaçırmaq olmaz. Bundan əlavə, köməyi lap az da olsa, sizin üçün mütləq nəsə etmək 
istəyirəm. İndiyə qədər biz çox yaxşı tərəfdaş olmuşuq, elə deyilmi? Elə isə... – K. bu günki 
müzakirə zamanı etdiyi hərəkətə görə üzrxahlıq eləmək istədi, ancaq fabrik sahibi ona sözünü 
kəsməyə imkan vermədi. Govuluğu bərk-bərk qoltuğuna sıxmaqla tələsdiyini göstərdi və 
sözünə davam etdi: – Sizin məhkəməniz barədə Titorelli adlı bir nəfərdən eşitmişəm. 
Rəssamdır, Titorelli də ləqəbidir, əsil adını isə bilmirəm. İki ildir ki, hərdən mənim yanıma 
gəlir, xırda şəkillər gətirir, mən də əvəzində bir növ sədəqə verirəm, özü də, demək olar ki, 
dilənçi kökündədir. Ancaq şəkillər qəşəng olur: çəmənlik mənzərələri, buna bənzər təsvirlər... 
Alverimiz çox yaxşı gedirdi və ikimiz də buna öyrəşmişdik. Ancaq axır zamanlarda tez-tez 
gəlməyə başladı və mən də bunu ona irad tutdum, maraqlandım ki, təkcə rəssamlıqla necə 
dolana bilir. Eşidəndə ki, onun əsas gəlir mənbəyi portret çəkməkdəndir, çox təəccübləndim. 
Dedi ki, məhkəmə üçün işləyir. Hansı məhkəmə olduğunu soruşdum. Və o, məhkəmə barədə 
mənə xeyli danışdı. Eşitdiklərimə necə təəccübləndiyimi siz daha yaxşı təsəvvür edərsiniz. 
Həmin vaxtdan bəri hər dəfə gələndə məhkəmə barədə nəsə bir yenilik eşidirdim və beləliklə 
də onun haqqında müəyyən təsəvvürüm olurdu. Düzdür, Titorelli bir az boşboğazdır, onu tez-
tez başdan eləməyim də yalnız yalan danışdığına görə deyil, ən çox da ona görədir ki, öz 
qayğıları içində itib-batan bir iş adamı kimi başqa şeylərlə maraqlanmağa vaxtım yoxdur. 
Bunu sözgəlişi dedim... Bəlkə – elə indi ağlıma gəldi – Titorellinin sizə nədəsə köməyi dəydi, 
hakimlərin çoxunu tanıyır... Özü elə sözükeçən adam olmasa da, nüfuzlu şəxslərlə əlaqə 
yaratmaq üçün məsləhətlər verər. Ola bilsin, bu məsələhətlər heç nəyə yaramasın, ancaq 
zənnimcə, onları bilmək xeyrinizə olar. Axı sizin özünüz də, demək olar ki, vəkilsiniz. Mən 
həmişə deyirəm: prokurist K., demək olar ki, vəkildir. Məhkəməniz sarıdan da heç bir 
narahatçılığım yoxdur. Titorellinin yanına getmək istəyirsiniz? Mənim tövsiyəmlə əlindən 
gələni sizin üçün edəcək. Mənə doğrudan da elə gəlir ki, onun yanına getməlisiniz. Əlbəttə, 
elə vacib deyil ki, bu gün gedəsiniz... Başqa vaxt gedin... İmkan düşəndə... Ancaq onu da 
deyim ki, mən məsləhət bildiyimə görə Titorellinin yanına getməniz məcburi deyil. Xeyr, əgər 
sizə elə gəlirsə, Titorellisiz də keçinə bilərsiniz, bu daha yaxşı, onda getməyin. Bəlkə daha 
dəqiq planınız var, Titorelli maneçilik edər. Xeyr, elə isə, heç vaxt getməyin! Belələrindən 
məsləhət almağa da gərək özünü məcbur edəsən. Yaxşı, necə istəyirsiniz, elə də eləyin. Bax, 
bu tövsiyə məktubu, bu da onun ünvanı... 
Pərt olmuş K. məktubu alıb cibinə dürtdü. Bu məsləhət nə qədər xeyirli olsa da, ziyanı bundan 
çox idi və həmin ziyan da ondan ibarət idi ki, fabrik sahibi məhkəmədən xəbər tutmuşdu, 
rəssam da şayələri yaymaqda davam edirdi. Özünü güclə məcbur edib, artıq qapıya tərəf 
gedən fabrik sahibinə təşəkkür əlaməti kimi bir-iki xoş söz deyə bildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə