Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

Onların nəsə eləyə biləcəkləri çox şübhəli idi. Şübhəli olduğu da ondan bilinirdi ki, məhkəmə 
neçə ay idi davam edirdi, ancaq ilkin vəkalətnamə hələ də təqdim olunmamışdı və vəkilin 
dediyinə görə də iş hazırda başlanğıc mərhələsində idi, başqa çür də ola bilməzdi, çünki 
müttəhimin başının altına yastıq qoymaq, əl-qolunu bağlamaq istəyirdilər ki, qəfildən hökmü 
oxusunlar, ya da ən azı istintaqın onun ziyanına başa çatıdığını, işin yuxarı instansiyalara 
göndərildiyini desinlər.  
K. mütləq özü işə qarışmalı idi. İndi bu qış günündə, özü də çox yorğun olduğu bir vaxtda, 
bütün bunların hamısını qeyri-ixtiyari xəyalından keçirdiyi bir anda əmin oldu ki, başqa cür 
alınmayacaq. Məhkəməyə qarşı əvvəlki nifrəti də artıq keçib getmişdi. Əgər özü bu dünyada 
tək olsaydı, məhkəməni heç vecinə almazdı və yeri gəlmişkən, belə məhkəmə, ümumiyyətlə, 
olmazdı. Ancaq indi əmisi gəlib onu vəkilin yanına aparmışdı, ailə söhbəti ortaya çıxmışdı. 
Artıq işdəki mövqeyi də hardasa məhkəmənin gedişindən asılı vəziyyətə düşmüşdü, özü 
ehtiyatsızlıq eləyib tanışlarının yanında anlaşılmaz arxayınçılıqla məhkəmədən söz açmışdı, 
bəziləri də naməlum yollarla ondan xəbər tutmuşdular, məhkəmənin gedişinə uyğun olaraq, 
frölayn Bürstnerə münasibətində də tərəddüd edirdi – bir sözlə, daha məhkəməni qəbul və ya 
rədd etmək seçimi qalmamışdı, artıq işin içində idi və özünü müdafiə etməli idi. Yorulsa, daha 
pis olardı... 
Ancaq, əslində, bu narahatçılığı belə şişirtməyə də əsas yox idi. Qısa bir vaxt ərzində bankda 
yüksək vəzifəyə qalxa bilmişdi, hamı tərəfindən qəbul olnduğu üçün də vəzifəsində qalmışdı, 
indi isə onu bu mənsəbə çatdıran bilik-bacarıqlarını bir az məhkəməyə yönəltməli idi, onda 
şübhəsiz ki, hər şey yaxşı qurtaracaqdı. Burda nəsə əldə eləmək üçün, hər şeydən əvvəl, 
hansısa bir günah işlədib-işlətmədiyin haqqındakı bütün fikirləri bəri başdan rədd etmək 
lazımdır. Heç bir günah da yox idi. Məhkəmənin özü də böyük bir ticarət işindən başaqa bir 
şey deyildi və özü bank üçün üstün cəhətləri çox olan xeyli iş görmüşdü. Belə işlərdə, bir 
qayda olaraq, gözə görünməyən çoxlu təhlükələr yatır və ilk növbədə onların qarşısını almaq 
lazımdır. Bunun üçün də özündə nəsə yalandan bir qünah axtarmaq əvəzinə, üstün cəhətlər 
tapıb, imkan daxilində, onlardan bərk yapışmaq daha yaxşıdır. Bu baxımdan da vəkilin 
köməyindən tezliklə – yaxşı olar ki, elə bu axşam – imtina etmək qaçılmazdır. Düzdür, vəkilin 
dediyinə görə, indiyəcən belə şey olmayıb, bəlkə də ona böyük təhqir kimi baxacaqlar, ancaq 
K. da daha dözə bilməz ki, məhəkəmədə onun bütün səyləri bəlkə də öz vəkili tərəfindən 
yaradılan maneələrə rast gəlsin. Hakim bir dəfə yaxşıca silkələnsə, vəkalətnamə o dəqiqə 
təqdim olunacaq və imkan daxilində, hər gün gedib onun nəzərə alınmasını tələb etmək 
mümkün olacaq. Əlbəttə, bunun üçün K.-nın da başaqaları kimi papağını skamyanın altına 
qoyub dəhlizdə oturması kifayət etməyəcək. Gərək özü də, qadınlar da, başqa nümayəndələri 
də məmurlara rahatlıq verməsinlər, onları məcbur etsinlər ki, barmaqlıqlar arxasından 
dəhlizləri güdmək əvəzinə, stollarının arxasında otuurub K.-nın vəkalətnaməsini oxusunlar. 
Bu cəhdlərə ara vermək olmaz, hər şey düzgün təşkil olunmalı və nəzarətdə saxlanılmalıdır, 
qoy məhkəmə görsün ki, öz hüququnu qorumağı bacaran müttəhim də var. 
K. bütün bunları həyata keçirə biləcəyinə nə qədər inanırdısa, vəkalətnamə hazırlayacağını 
düşünəndə də bir o qədər qorxurdu. Əvvəllər, təxminən bir həftə öncə nə vaxtsa belə bir 
vəkalətnaməni özü hazırlamalı olacağını ağlına gətirəndə untancaqlıq hissi onu bürüyürdü. 
Ancaq bunun necə çətin ola biləcəyi haqqında heç fikirləşmirdi. Yadına düşdü ki, bir dəfə 


günortadan əvvəl, işinin başından aşdığı bir vaxtda qəflətən qabağında olanların hamısını bir 
kənara çəkdi, qeyd dəftərçəsini götürdü ki, vəkalətnaməyə bənzər nəsə yazıb onu astagəl 
vəkilinə versin, ancaq elə həmin anda direktor müavinin qapısı açıldı və o ucadan gülə-gülə 
içəri girdi. Onda K.-nın kefi yaman pozuldu, halbuki dirketor müavini vəkalətnamə barədə 
heç nə bilmirdi və təbii ki, ona da gülmürdü. Əslində o, birja barədə yenicə eşitdiyi bir 
lətifəyə gülürdü, lətifəni başa düşmək üçün də nəsə çəkmək lazım idi və direktor müavini K.-
nın əlindən aldığı karandaşla vəkalətnaməni yazmağa hazırlaşdığı qeyd dəftərçəsinə nəsə 
çəkdi... 
Bu gün K.-da o utancaqlıq hisslərindən əsər-əlamət qalmamışdı, vəkalətnamə mütləq 
yazılmalı idi. Əgər iş yerində buna vaxtı qalmasa – yəqin belə də olacaqdı – onda gecələr 
evdə yazardı. Əgər gecələr də bəs eləməsə, məzuniyyət götürməli idi. Yarı yolda qalmaq 
olmazdı! Bu yalnız işgüzar əlaqələrdə deyil, hər yerdə, hər zaman ən mənasız iş hesab 
olunurdu. Düzdür, vəkalətnamə yazmaq, demək olar ki, sonu-sonucu görünməyən bir iş idi. 
Ola bilsin, heç qorxaq adam olmayasan, ancaq cox asanca belə bir fikrə gələsən ki, onu heç 
vaxt yazıb qurtarmaq mümkün olmayacaq. Ona görə yox ki, ya tənbəllikdən, ya da məkrdən 
vəkili yazmağa qoymursan... Ona görə ki, mövcud ittihamın nədən ibarət olduğunu, eləcə də 
sonra hansılarının qoşulacağını biməyə-bilməyə həyatında baş verən bütün hadisələri 
xırdalığına kimi yaddaşında canlandırmalı, təsvir etməli və onların hamısını da müxtəlif 
cəhətlərdən səciyyələndirməlisən. Üstəlik də, çox kədərli bir iş idi. Bəlkə də təqaüdə çıxandan 
sonra uşaqlaşmış qocalığını ovundurmaq, uzun çəkən günləri gödəltmək üçün yaxşı 
məşğuliyyət idi. Ancaq indi K. bütün fikrini-zikrini işə yönəltməli olduğu bir vaxtda, yel kimi 
uçub gedən hər saat ərzində yüksələ-yüksələ artıq direktor müavininə əsas rəqib olduğu halda, 
cavan oğlan kimi bu qısa gecələrdən, gündüzlərdən zövq almalı olduğu bir zamanda oturub 
vəkalətnamə yazmalı idi. Yenə xəyalında özünə yazığı gəldi. Demək olar ki, qeyri-ixtiyari, 
bütün bunların hamısına son qoymaq üçün barmaqlarını elektrik zənginin düyməsində 
gəzdirdi. Sonra onu basıb saata baxdı. On bir idi. Düz iki saat qiymətli vaxtını bu xəyallara 
sərf eləmişdi və əvvəlkindən də çox yorulmuşdu. Ancaq bunlar itirilmiş saatlar deyildi, 
çıxardığı qərarlar nə vaxtsa xeyirli ola bilərdi. Xidmətçilər gündəlik poçtdan əlavə, K.-nı 
çoxdan gözləyən iki cənabın vizit kartını da gətirdilər. Bankın vacib müştərilərindən olduqları 
üçün onları çox gözlətmək olmazdı. Axı niyə belə pis vaxtda gəlmişdilər, nə üçün -bunu sanki 
bağlı qapının o tərəfində oturan cənablar soruşurdu – yorulmaq bilməyən K. işin bu qızğın 
çağında öz şəxsi məsələləri ilə məşğul olurdu? İndiyəcən olanlardan da, bundan sonra 
olacaqlardan da yorulan K. ilk gələni qəbul etmək üçün ayağa durdu. 
Gələn cənab balacaboy, gülərüz, K.-nın yaxşı tanıdığı bir fabrik sahibi idi. O, K.-nı vacib 
işindən ayırdığı üçün üzr istədi, öz növbəsində K. da onu çox gözlətdiyi üçün üzrxahlıq elədi. 
Ancaq bu üzrxahlığı elə qeyri-ixtiyari, elə qəlp səslə elədi ki, fabrik sahibinin başı öz işlərinə 
qarışmış olmasaydı, bunu hiss edərdi. Ancaq o, tələsik çiblərindəki haq-hesab kağızlarını, 
cədvəlləri çıxarıb K.-nın qarşısına düzdü, ayrı-ayrı bəndlərə izahat verdi, hətta bir ötəri 
baxışla gözünə sataşan xırda hesablama səhvini də düzəltdi, K.-ya bir il bundan əvvəl oxşar 
bir iş gördüklərini xatırlatdı, sözgəlişi onu da dedi ki, başqa bir bank çox böyük güzəştlərlə 
onunla bu işi görmək istəyir və nəhayət, susdu ki, K.-nın fikrini öyrənsin. K. doğrudan da 
əvvəlcə fabrik sahibinin dediklərinə diqqətlə qulaq asdı, işin vacibliyi onu da tutdu, ancaq bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə