Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

müttəhimin çıxdığı qapının ağzındaca onu sorğu-suala tutmalı olurlar və onların çox dolaşıq 
məlumatlarından nəsə öyrənib müdafiə qururlar. Ancaq bu, əsas məsələ deyil, çünki belə 
üsulla çox şey öyrənmək olmur, başqa yerlərdəki kimi, burda da yalnız ağıllı adamlar 
başqalarına nisbətən çox şey öyrənə bilər. Bütün bunlara baxmayaraq, vəkilin şəxsi əlaqələri 
burda çox böyük rol oynayır, müdafiənin dəyəri onlardan asılı olur. Yəqin ki K. orda 
gördüklərindən başa düşüb ki, bu məhkəmənin lap aşağı vəzifələrində xain, rüşvətxor 
məmurlar işləyir və elə onlara görə də çox qapalı saxlanılan sistemdə zəif yerlər əmələ gəlir. 
Çoxlu vəkil həmin zəif yerlərdən istıfadə edərək oraya yol tapır, rüşvətxorluq, qapı pusmaq 
başlayır, hətta bəzən, ən azı əvvəlki dövrlərdə, məhkəmə sənədlərinin oğurlanması halları da 
olub. Onu da danmaq olmaz ki, bu yolla, bəzən müvəqqəti də olsa, müttəhim üçün 
gözlənilməz müsbət nəticələr əldə etmək mümkündür və o vəkil kimilər də döşlərinə döyə-
döyə gəzir, özlərinə təzə müştərilər tapırlar, ancaq məhkəmənin sonrakı gedişində məlum olur 
ki, hamısı boş şeydir, hətta bəzən də nəticəsi pis olur. Yalnız səmimi şəxsi minasibətlər 
nəyəsə yarayır, özü də yüksək vəzifəli – əlbəttə, aşağı səviyyədəki yuxarı vəzifəli 
məmurlarla... Yalnız bu yolla məhkəmənin gedişinə, əvvəlcə hiss olunmasa da, sonralar aydın 
şəkildə təsir etmək olur. Bunu da, şübhəsiz ki, hər vəkil bacarmır və bu baxımdan K.-nın 
seçimi çox əlverişli olub. Doktor Huldun əlaqələri bəlkə də bir-iki hakimdə ancaq olar. Belə 
vəkillər həmin otağa yığışanlara qarışmırlar, onlarla heç bir əlaqələri yoxdur. Ancaq məhkəmə 
məmurları ilə əlaqələri çox yaxşıdır. Məsələn, doktor Hulda həmişə məhkəməyə getmək, 
təhqiqat müstəntiqlərinin gözləmə otaqlarında təsadüfi bir görüşə ümid etmək, onların 
ovqatından asılı olaraq zahiri bir uğur qazanmaq, bəzən heç bunu da qazanmamaq lazım 
gəlmir. Xeyr, K. özü də gördü ki, həmin məmurlar – aralarında kifayət qədər yüksək 
vəzifəlilər də olur – özləri gəlib könüllü şəkildə məlumat verirlər, bunu kimisi açıq şəkildə, 
kimisi də aydınca başa düşülən işarələlə edir, məhkəminin sonrakı gedişi barədə danışırlar, 
bəli, hətta bəzi hallarda onları nəyəsə inandırmaq da olur, Huldun fikrini qəbul edirlər. Ancaq, 
yeri gəlmişkən, sononcu məsələdə onlara çox da etibar etmək olmaz, çünki burda müdafiənin 
xeyrinə olan yeni fikirlər söyləyir, çıxan kimi də birbaşa dəftəxanaya gedir və səhəri gün 
dediklərinin tam əksi olan hökm çıxarırlar. Bəlkə də bu cəza müttəhim üçün əvvəlcə nəzərdə 
tutduğundan qat-qat ağır olur, halbuki burda fikirlərindən tamamilə daşındıqlarını deyirlər. 
Əlbəttə, buna qarşı çıxmaq da olmur, çünki ikilikdə olan söhbət o iki nəfərin də arasında 
qalmalıdır, hətta müdafiə o cənabların xeyrinə nəsə etmək niyyətində olsa da, müzakirəyə 
çıxarıla bilməz. Digər tərəfdən bu da düzdür ki, həmin cənablar yalnız insanlara məhəbbətdən, 
səmimiyyətdən müdafiə ilə – əlbəttə, söhbət əsil müdafiədən gedir – əlaqə yaratmırlar, həm də 
bu zaman daha çox öz xeyirlərini güdürlər. Elə əvvəlindən qapalı keçirildiyi üçün məhz bu 
anda məhkəmə sistemindəki çatışmazlıq üzə çıxır. Məmurların camaatla əlaqəsi yoxdur, 
ancaq adi, orta səviyyəlli məhkəmələrdə məlumatları yaxşı olur, belələri, demək olar ki, öz 
yolu ilə düz gedir, yalnız hərdən-birdən ona təkan vermək lazım gəlir, lakin bir də görürsən, 
adi hallarda, eləcə də çətin vəziyyətlərdə nə edəcəklərini bilmirlər, çünki insan 
münasibətlərinin mahiyyətinə varmaq əvəzinə bütün vaxtı gecəli– gündüzlü öz qanunlarına 
qapanıb qalırlar, ona görə də belə anlarda çətinə düşürlər. Onda məsləhət üçün vəkilin yanına 
gəlirlər və arxasınca da xidmətçiləri hamıdan gizli saxlanılan sənədələri gətirir. Bu pəncərənin 
önündə elə adamları görərəsən ki, heç birindən belə şey gözləməzsən: vəkil onlara yaxşı bir 
məsələhət vermək üçün bu stolun arxasına keçib həmin sənədləri nəzərdən keçirəndə, orda 
yazıq-yazıq dayanıb küçəyə baxırlar. Yeri gəlmişkən, məhz belə anlarda onların öz 


vəzifələrinə necə dəhşətli dərəcədə ciddi yanaşdıqları, öz təbiətlərinə uyğun olaraq, 
üzləşdikləri çətinliklərin öhdəsindən gələ bilməyəndə necə ümidsizliyə qapıldıqları aydınca 
görünür. Onların işi də asan deyil, onlara qarşı ədalətsizlik eləyib, “işləri asandır” demək də 
olmaz. Bu məhkəmədə kimin nə vəzifədə olduğu, burda nə qədər adamın işlədiyi bilinmir, 
hətta münəccim də bundan baş tapa bilməz. Məhkəmə istintaqları bütövlükdə aşağı çinli 
məmurlardan gizli saxlanılır, buna görə də özləri apardıqları işləri sonrakı mərhələlərdə tam 
şəkildə izləyə bilmirlər, iş onlara çatanda, çox vaxt haradan gəldiyindən xəbərləri olmur
sonra haraya getdiyi barədə də onlara məlumat verilmir. Beləliklə də, məhkəmənin 
gedişindən, çıxarılan hökmdən, belə bir hökmün nə üçün verildiyindən nəsə öyrənmək 
imkanını itirirlər. Onlar işin yalnız qanunun icazə verdiyi hissəsilə məşğul olur və çox vaxt 
onun sonrakı gedişi, gördükləri işin nəticəsi barədə, bir qayda olaraq, məhkəmənin axırına 
qədər müttəhimlə əlaqədə olan müdafiəçilərdən az bilirlər. Deməli, onlar bu istiqamətdə də, 
müdafiə vasitəsilə qiymətli məlumatlar əldə edə bilərlər. K. bütün bunları nəzərə alaraq, bəzən 
məmurların müştərilərlə necə əsəbi danışdıqlarına, xətirlərinə dəydiklərinə – bu, hamının 
başına gəlir – hələ çox təəccüblənəcək. Üzdən sakit görünsələr də, bütün məmurlar əsəbidir. 
Əlbəttə, bundan ən çox ziyan çəkən adi vəkilləridir. Məsələn, bütün bunların həqiqət 
olduğunu göstərən belə bir əhvalat danışırlar: sakit, yaxşı insan olan bir yaşlı məmurda 
vəkillərin öz vəkalətnamələrilə qarışdırdığı çətin bir məhkəmə işi olur. Kişi bir gün – bir gecə 
həmin işin üzərində çalışır – çalışqanlıqda heç kim bu məmurlara tay ola bilməz – səhərə 
yaxın, yəni iyirmi dörd saatdan sonra, güman ki, çox da yaxşı olmayan bir nəticə ilə giriş 
qapısına yaxınlaşır, onun arxasında dayanıb içəri girmək istəyən vəkilləri pilləkəndən bir-bir 
geri itələyir. Vəkillər pilləkən xanasına yığışıb, nə edəcəkləri barədə məsləhətləşirlər. Bir 
tərəfdən içəri keçməyə ixtiyarları olmadığından həmin məmura hüquqi cəhətdən heç nə eləyə 
bilməzlər və bayaq deyildiyi kimi, məmurları da özlərinə qarşı qaldırmaq olmaz, digər 
tərəfdən də məhkəmədə olmadıqları gün itirilmiş gün sayılır, ona görə də bir yol tapıb içəri 
girməyə çalışırlar. Axırda belə qərara gəlirlər ki, qoca məmuru yorub əldən salsınlar. Vəkillər 
bir-bir pilləkənlə yuxarı qalxır, “ciddi” müqavimət göstərsələr də, geri yıxılır, aşağıdakı 
yoldaşları da onu tutur. Bu, təxminən bir saat çəkir və onsuz da bütün gecəni işlədiyi üçün 
əldən düşmüş qoca məmur doğrudan da yorulur , otağına çəkilir. Aşağdakılar buna inanmır, 
əvvəlcə bir nəfər göndərirlər ki, onun doğrudan da qapının arxasında olub-olmadığını 
öyrənsin. Yalnız bundan sonra içəri doluşurlar və məlum məsələdir ki, orda cınqırlarının da 
çəkə bilmirlər. Cünki vəkillər – hətta ən adisinin də burdakı münasibətlərdən, qismən də olsa 
xəbəri var – məhkəmədə nəyisə dəyişməkdən, yaxşılaşdırmağa çalışmaqdan çox-çox 
uzaqdırlar, ancaq – buna ciddi fikir vermək lazımdır – hər bir müttəhim, hətta ən gicbəsəri də, 
məhkəməyə ayaq basan kimi nəsə bir dəyişiklik etmək üçün təkliflər vermək barədə düşünür, 
buna görə çoxlu vaxt, güc itirir, halbuki bunları daha yaxşı şeylərə sərf etmək olardı. Burda ən 
düzgün yol, mövcud vəziyyətlə barışmaqdır. Hətta bəzi xırda məsələləri düzəltmək mümkün 
olsa da, – bunun özü də mənasız bir xəyaldır – ən yaxşı halda, gələcək üçün nəsə qazansan da, 
kinli-küdurətli məmurların diqqətini cəlb etməklə özünə böyük ziyan vurmuş olursan. Diqqəti 
cəlb etmək olmaz! Lap ağlına batmayan şeylər də olsa, sakit dayanmalısan. Başa düşmək 
lazımdır ki, bu məhkəmə böyük bir orqanizm kimi həmişə müəyyən mənada göydən asılı 
vəziyyətdədir və əgər kimsə təkbaşına onun dayandığı yerdə nəyisə dəyişirsə, deməli, öz 
ayağının altını qazmış olur, ona görə də yıxılır, bu böyük orqanizm isə çox asanca başqa bir 
yerdə əvəz tapmaqla həmin xırda çatışmazlığın yerini doldurur, dəyişməz qalır, hətta bəlkə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə