Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

– Bura gərək həmişə isti olsun. Ancaq çox rahatdır, elə deyilmi? Bu cəhətdən otaq çox yaxşı 
yerdədir. 
K. dillənmədi, çünki onu narahat edən isti yox, içərinin boğuq, az qala nəfəs almağı 
çətinləşdirən havası idi, yəqin otağın havası çoxdan dəyişdirilməmişdi. Rəssam ondan 
çarpayının üstündə oturmasını xahiş edəndə, K.-nın narahatçılığı daha da artdı. O özü isə 
molbertin yanındakı yeganə stulda oturdu. Bundan əlavə də rəssam, deyəsən, K.-nın nə üçün 
çarpayının lap kənarında oturmasını başa düşmədi, tez-tez xahiş etdi ki, rahat əyləşsin və onun 
tərəddüd etdiyini görüb yerindən durdu, ona tərəf gəlib K.-nı çarpayının ortasına çəkdi. Sonra 
qayıdıb öz kreslosuna oturdu və nəhayət, işlə bağlı ilk sualını verdi, K. hər şeyi unutdu: 
– Heç bir günahınız yoxdur? 
– Yoxdur! 
Bu suala çox böyük bir sevinc hissi ilə cavab verdi, çünki cavab verdiyi mülki adam idi və 
onun qarşısında heç bir məsuliyyət daşımırdı. Hələ heç kəs bunu K.-dan belə açıq şəkildə 
soruşmamışdı. Bu sevincdən bir az da ləzzət almaq üçün əlavə etdi: 
– Mən tamamilə günahsızam! 
– Belə... – rəssam başını aşağı salaraq fikrə getdi, sonra qəflətən onu dikəldib dedi: – Əgər 
günahınız yoxdursa, iş asanlaşır. 
K.-nın baxışlarına yenə kədər qondu: guya məhkəməyə çox yaxın olan bu adam lap uşaq kimi 
danışırdı. 
– Mənim günahsızlığım işi asanlaşdırmır, – deyən K. buna baxmayaraq, qeyri-ixtiyari, 
gülümsədi və başını asta-asta buladı. – Elə incəliklər var ki, məhəkəmə orda uduzur. Ancaq 
sonradan hardansa nəsə tapır, o vaxt heç nə olan o şey indi böyük bir günaha çevrilir. 
– Bəli, bəli elədir... – rəssam özünü elə göstərdi ki, guya K. lazım olmadığı bir halda onun 
fikirləşməsinə mane oldu. – Axı siz günahsızsınız, elə deyilmi? 
– Elədir ki var! 
– Bu əsas məsələdir. 
Əks dəlillərlə ona təsir etmək mümkün deyildi, ancaq qətiyyətindən də bilinmirdi ki, 
dediklərinə innanır, yoxsa biganəlikdən belə deyir. K. ilk öncə bunu dəqiqləşdirmək istədi və 
ona görə də dedi: 
– Əlbəttə, siz məhkəməyə məndən yaxşı bələdsiniz, mənim bildiyim yalnız ondan-bundan 
eşitdiklərimdir, vəssalam. Ancaq bir məsələdə hamının fikri eynidir ki, boş yerdən ittiham 
irəli sürülmür, əgər məhkəmə ittiham irəli sürüsə, deməli müttəhimin günahkar olduğuna tam 
əmindir və onu bu inamından döndərmək çətin məsələdir. 


– Çətin məsələdir? – deyə qışqıran rəssam əlini göyə qaldırdı. – Məhkəməni bu inamından 
döndərmək, ümumiyyətlə, mümkün deyil. Əgər mən o hakimlərin hamısını bu kətana yığsam 
da, özlərini elə ordan müdafiə edəcəklər və əsil məhkəmədəkindən çox uğur qazanacaqlar. 
“Elədir ki var” – deyə öz-özünə fikirləşən K. unutdu ki, məqsədi yalnız rəssamın fikrini 
öyrənmək idi. 
Qızlardan biri yenə qapının arxasından soruşdu: 
– Titorelli, bəs o çıxıb getmək istəmir? 
– Susun! -Titorelli qapıya tərəf qışqırdı. – Görmürsünüz onunla vacib söhbətim var? 
Ancaq qız bununla razılaşmayıb soruşdu: 
– Onun şəklini çəkəcəksən? – rəssamın cavab vermədiyini görüb əlavə etdi: – Xahiş edirəm 
çəkmə, çox pis adamdır. 
Bayırdan anlaşılmaz sözlər eşidildi, ancaq bilinirdi ki, hamısı deyiləni təsdiqləyir. Rəssam 
qapıya tərəf cumub onu bir az açdı – ordan içəri dürtülmək istəyən qızların əl-qolları göründü 
– və dedi: 
– Əgər sakit olmasanız, hamınızı pilləkəndən aşağı tullayacam. Pilləkəndə oturun, özünüzü 
sakit aparın. – Deyəsən, qızlar onun sözünə o dəqiqə əməl eləmədilər, ona görə də komanda 
səsi eşidildi: 
– Pilləkəndə oturmaq! 
Yalnız bundan sonra ətrafa sakitlik çökdü. 
– Bağışlayın! – geri qayıdan rəssam uzr istədi. Həmin anda K. heç qapı tərəfə baxmamış, onu 
qoruyub-qorumayacağını, necə qoruyacağını rəssamın ixtiyarına buraxmışdı. İndi rəssam 
bayırda eşidilməsin deyə ona tərəf əyilib qulağına nəsə pıçıldayanda da yerindən 
qımıldanmadı. 
– Bu qızlar da məhkəməyə işləyir... 
– Necə? – K. başını yana çəkərək rəssama baxdı. O isə təzədən kreslosuna oturaraq 
yarızarafat, yarıciddi dedi: 
– İndi hamı, hər şey məhkəməyə işləyir... 
– Bunu hələ hiss eləməmişəm, – K. çox qısa cavab verdi və eşitdiyi bu ümumi sözlərdən 
sonra rəssamın qızlar haqqında dediklərinə çox da fikir vermədi. Ancaq bunula belə, bir 
anlığa qızların arxasında sakitcə oturduğu qapıya tərəf baxdı. Yalnız qızlardan biri yarıqdan 
içəri saldığı saman çöpünü aşağı-yuxarı çəkirdi. 
– Deyəsən, siz bu məhkəməyə yaxşı bələd deyilsiniz, – deyən rəssam ayaqlarını geniş 
aralayaraq barmaqlarının ucu ilə döşəməni döyəcləyirdi. – Ancaq günahsız olduğunuza görə 
bu sizə lazım olmayacaq. Sizi ordan yalnız mən çıxara bilərəm. 


– Bunu necə edəcəksiniz? – K. soruşdu. – Axı bayaq özünüz dediniz ki, məhkəmə heç bir 
dəlil-sübut qəbul etmir. 
– Yalnız məhkəməyə təqdim olunan dəlil-sübutları qəbul etmir! – rəssam şəhadət barmağını 
yuxarı qaldırdı, sanki bununla K.-nın hansısa bir incəliyi başa düşmədiyinə işarə etdi. – Bu 
baxımdan açıq məhkəmədən kənarda görülən işlər daha önəmli olur. Məsələn, müşavirə 
otaqlarında, dəhlizlərdə, ya da elə lap burda – emalatxanada... 
Rəssamın dedikləri K.– ya bu dəfə inandırıcı göründü, çünki başqalarından eşitdikləri ilə 
tamamilə üst-üstə düşürdü. Bəli, hətta çox ümidverici görünürdü. Əgər vəkilin dediyi kimi
şəxsi münasibətlərlə hakimlərə təsir etmək mümkün idisə, deməli, rəssamın o şöhrətpərəst 
hakimlərlə əlaqələri çox vacib idi, bunu qiymətləndirməmək olmazdı. Belə olan halda o, K.-
nın tədricən ətrafına topladığı köməkçilərə qoşulmuş olurdu. Bir dəfə bankda onun 
təşkilatçılıq qabiliyyətini çox tərifləmişdilər və indi özü ilə tək qaldığı bir anda bu 
istedadından yetərincə istifadə etməyə yaxşı fürsət yaranmışdı. Rəssam dediyi sözlərin K.-ya 
necə təsir etdiyini görəndə, deyəsən bir az qorxdu: 
– Sizə elə gəlmirmi ki, mən lap hüquqşünas kimi danışıram? Məhkəmədəki cənablarla çox 
oturub– durmağımdandır... Düzdür, mənə çox xeyiri dəyir, ancaq nitqin ifadəliliyini də az 
itirmir. 
– İlk dəfə hakimlərlə necə əlaqə yarada bildiniz? – K. onun xidmətindən istifadə etməmişdən 
əvvəl rəssamın etibarını qazanmaq istədi. 
– Çox sadə yolla! Bu əlaqələr mənə miras qalıb. Atam da məhkəmə rəssamı idi. Bu elə bir 
vəzifədir ki, irsən kiməsə keçir. Buraya həmişə təzə adam götürmək olmaz. Müxtəlif çinli 
məmurların şəkillərinin çəkilməsi üçün müxtəlif, həm də gizli qaydalar var və bunları da bəzi 
ailələrdən başqa heç kəs bilmir. Məsələn, o çəkməcədə atamın qeydləri var, onları heç kimə 
göstərmərəm. Yalız onlardan xəbəri olanlar hakimlərin şəklini çəkə bilərlər. Hətta onları 
itirsəm də, yaddaşımda gəzdirdiklərim bəs eləyər ki, heç kəsin mənə sözü ola bilməsin. Axı 
hakimlərin hamısı şəkillərini keçmişdəki böyük hakimlər kimi çəkdirmək istəyir və bunu da 
yalnız mən bacarıram. 
– Buna qibtə etmək olar! – deyən K. özünün bankdakı vəzifəsini xatırladı. – Belə çıxır ki, sizi 
yerinizdən tərpətmək olmaz. 
– Olmaz! – rəssam fəxrlə çiyinlərini çəkdi. – Ona görə də hərdən hansı bir yazığasa 
məhkəmədə kömək etməyə cəsarətim çatır. 
– Bəs bunu necə edirsiniz? – K. bunu elə soruşdu ki, deyərdin rəssamın indicə yazıq dediyi 
heç o deyil. Rəssam isə dediyindən dönmədi: 
– Məsələn, tamamilə günahsız olduğunuz üçün sizin işinizdə belə edəcəm... 
Tez-tez günahsız olmasının təkrarlanması K.-nı iyrəndirməyə başladı. Bəzən ona elə gəlirdi 
ki, rəssam belə sözlərlə məhkəmənin müsbət nəticəsini öz köməyi üçün əsas şərt hesab eləyir 
və belə olan halda da, həmin kömək mənasını itirirdi. Acaq bütün bu şübhələrə baxmayaraq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə