Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

K. özünü zorla da olsa saxlayır, rəssamın sözünü kəsmirdi. Qəti qərara gəlmişdi ki, rəssamın 
köməyindən imtina etməsin, çünki ona elə gəlirdi ki, bu kömək vəkilin vəd etdiyi köməkdən 
də müəmmalı deyildi. K. rəssamın köməyini vəkilinkindən üstün hesab edirdi, çünki ziyansız 
idi, səmimi idi... 
Rəssam kreslosunu çarpayıya yaxın çəkərək boğuq səslə soruşdu: 
– İndiyəcən soruşmaq yadımdan çıxıb ki, siz necə bəraət istəyirsiniz? Onun üç növü var: tam 
bəraət, elüzəri bəraət və bir də süründürməçi bəraət. Əlbəttə, ən yaxşısı tam bəraətdir, ancaq 
məsələnin bu çür həllinə gücüm çatmaz. Yəqin ki burda əsas rolu müttəhimin günahsızlığı 
oynayır. Siz günahsız olduqları üçün, doğrudan da, yalnız öz günahsızlığınıza bel bağlaya 
bilərsiniz. Belə olan halda, sizə nə mənim, nə də başqasının köməyi lazım deyil. 
Bu dəqiq təsvir əvvəlcə K.-nı çaş-baş saldı, ancaq sonra o da rəssam kimi alçaqdan dedi: 
– Mənə elə gəlir ki, dediyinizdə ziddiyyətlər var. 
– Hansı ziddiyyətlər? – səbrlə soruşan rəssam gülümsəyərək geri söykəndi.  
Bu təbəssüm K.-da elə təsəvvür yaratdı ki, sanki indi rəssamın sözlərində deyil, ümumiyyətlə 
bütün məhkəmə sistemində ziddiyyətlər axtarmalıdır. Ancaq buna baxmayaraq, geri 
çəkilmədi: 
– Əvvəlcə dediniz ki, məhkəmə heç bir dəlil-sübut qəbul etmir, sonra bunu yalnız açıq 
məhkəməyə aid etdiniz, indi isə deyirsiniz ki, günahsız adama heç bir kömək lazım deyil. Bu, 
ziddiyyətin biri... Bundan əlavə, əvvəlcə dediniz ki, hakimlərə şəxsən təsir etmək olur, ancaq 
indi bunu inkar edirsiniz ki, adına tam bəraət dediyiniz həmin azadlığı şəxsi təsirlə əldə 
eləmək heç cür mümkün deyil. Bu da ikinci ziddiyyət... 
– Bu ziddiyyətlərin çox asan bir izahı var. Söhbət burda iki müxtəlif məsələdən gedir, yəni 
qanunda yazılandan və bir də mənim öz təcrübəmdə gürdüklərimdən – bunları qarışdırmayın. 
Qanunda, əlbəttə, bir tərəfdən yazılır ki, – düzdür, mən onu özüm oxumamışam – müttəhimə 
bəraət vermək olar, digər tərəfdən də orda yazılmır ki, hakimlərə təsir etmək olar. Ancaq 
təcrübədə mən həmişə bunun əksini görmüşəm. Mən kiməsə tam bəraət verildiyini hələ 
eşitməmişəm, ancaq təsirlərin çox şahidi olmuşam. Əlbəttə, belə də ola bilər ki, mən şahid 
olduqlarımın heç birində günahsız adam olmayıb. Ancaq bu inandırıcı görünürmü? Bu qədər 
işdə bircə nəfər də günahsız adam olmadı? Uşaq vaxtı atam evdə məhkəmədən danışanda, ona 
çox diqqətlə qulaq asırdım. Onun emalatxanasına gələn hakimlər də çox vaxt ondan 
danışırdılar, ümumiyyətlə, bizim dairələrdə bütün söhbətlər yalnız məhkəmə barədə olur. 
Özümün məhkəmələrə getmək imkanım yarananda, onun hamısından istifadə etdim, saysız-
hesabsız məhkəmələrin ən vacib mərhələlərini izlədim, onların açıq keçirilən iclaslarında 
iştirak etdim və etiraf etməliyəm ki, kiməsə bəraət verildiyinin şahidi olmadım. 
– Deməli, bircə dəfə də olsun bəraət verilmədi... – deyən K. sanki özü ilə, qəlbindəki 
ümidlərlə danışırdı. – Bu mənim məhkəmə haqqındakı düşüncələrimi bir daha təsdiqləyir. 
Deməli, bu nöqteyi-nəzərdən də onun heç bir mənası yoxdur. Bircə cəllad bütün bir 
məhkəməni əvəz edə bilər. 


– Belə ümumiləşdirmək olmaz, – rəssam narazılıqla dilləndi, – mən yalnız öz təcrübəmdən 
danışdım. 
 
– Elə bunun özü də kifayətdir... Yoxsa əvvəllər kiməsə bəraət verildiyi barədə eşidibsiniz? 
– Yəqin ki kimlərəsə nə vaxtsa bəraət verilib. Ancaq onları dəqiqləşdirmək çox çətindir. 
Məhkəmələrin qətnamələri heç vaxt çap olunmur, hətta onları hakimlərə də göstərmirlər, ona 
görə də o keçmiş məhkəmələrdən yalnız əfsanələr qalıb. Yeri gəlmişkən, bu əfsanlərdə 
çoxlarına tam bərat verildiyindən danışılır, onlara inanmaq olar, ancaq təsdiq etmək mümkün 
deyil. Bütün bunlara baxmayaraq, deyilənlərə heç məhəl qoymamaq da olmaz, çünki onlarda 
da müəyyən həqiqətlər var, özü də çox gözəldirlər, hətta mən özüm də həmin mözularda bir 
nebə şəkil çəkmişəm. 
– Mənim fikrimi belə lətifələrlə dəyişmək olmaz! Yəqin heç məhkəmədə də bu lətifələrə 
əsaslanmaq olmaz, elə deyilmi? 
Rəssam güldü: 
– Xeyr, olmaz... 
– Elə isə, bu barədə danışmağa da dəyməz, – deyən K. hələlik onun dediklərinə inanmasa da, 
eşitdikləri bildiklərinin əksi olsa da, rəssamın nə fikirləşdiyinin hamısını öyrənmək istəyirdi. 
Onsuz da indi onun dediklərinin nə dərəcədə düzgün olub-olmadığını yoxlamağa, etiraz 
eləməyə vaxtı yox idi və əgər rəssamı, lap cüzi də olsa, nədəsə, hardasa kömək etməyə razı 
sala bilmişdisə, deməli, artıq istədiyinə nail olmuşdu. Ona görə də dedi: 
– Yaxşı, tam bəraəti bir kənara qoyaq, ancaq daha iki bəraət növünün adını çəkdiniz... 
– Elüzəri bəraət və bir də süründürməçi bəraət. Amma bunlar haqqında danışmamışdan əvvəl 
bəlkə pencəyinizi çıxarasınız? Yəqin istilənmiş olarsınız. 
– Elədir, – deyən K. indiyə qədər onun dediklərindən başqa heç nəyə fikir verməmişdi, ancaq 
rəssam bürkü adı çəkən kimi alnında iri bir tər damcısı düyünləndi. – Demək olar ki, 
dözülməzdir. 
Rəssam başını tərpətdi, sanki K.-nın nə çəkdiyini yaxşı başa düşürdü. 
– Pəncərəni açmaq olmaz? – K. soruşdu. 
– Xeyr, çərçivəyə bərkidilmış şüşədir, açmaq olmur. 
İndi K.-nın yadına düşdü ki, bütün vaxtı ya rəssamın ya da özünün pəncərəyə tərəf cumub onu 
taybatay açacaqlarına ümid edirdi. Hazırlaşmışdı ki, hətta içəri dolacaq dumanı da acgözlüklə 
içinə çəksin. Ona elə gəldi ki, artıq havası çatmır və başı hərləndi. Əlini yavaşca yanındakı 
tük döşəyə toxunduraraq zəif səslə dedi: 
– Burda heç dayanmaq olmur, cana da ziyandır... 


– Xeyr, xeyr, – rəssam öz pəncərəsinin müdafiəsinə qalxdı, – açılmadığı üçün, adicə təkqat 
şüşə olsa da, içərini ikiqat pəncərədən isti saxlayır. Havanı dəyişmək istəyəndə – taxtaların 
arasındaki yarıqlardan həmişə təmiz hava gəldiyi üçün bu heç lazım olmur – qapılardan birini, 
ya da ikisini də açıram. 
– Rəssamın dediklərindən, az da olsa, təsəlli tapan K. ikinci qapının yerini öyrənmək üçün 
yan-yörəsinə baxdı. Bunu hiss edən rəssam dilləndi: 
– Arxanızdadır, çarpayı ilə qabağını kəsmişəm... 
K. divardakı balaca qapını yenicə gördü. 
– Emalatxana üçün balacadır, çox şey də artıqlıq eləyir, – rəssam sanki K.-nı qabaqlamaq 
istədi, – ancaq gərək bura yerləşəydim. Əlbəttə, qapının qabağındakı çarpayı çox pis yerdə 
durub... Məsələn, indi şəklini çəkdiyim hakim həmişə bu qapıdan gəlir və açarın birini də ona 
vermişəm ki, mən evdə olmayanda içəri girib gözləsin. Ancaq o da, adətən, səhər tezdən – 
mən yatanda gəlir. Əlbəttə, nə qədər bərk yatsam da, çarpayının yanındakı qapı açılan kimi, 
ayılıram. Səhər-səhər çarpayımın üstünə çıxanda ona necə lənətlər yağdırdığımı eçitsəydiniz, 
hakimlərə olan bütün hörmətinizi itirərdiniz. Düzdür, açarı geri ala bilərəm, ancaq pislikdən 
başqa qazancım olmayacaq. Burdakı qapıları heç bir əziyyət çəkmədən çərçivəsindən 
çıxarmaq olur... 
Rəssam danışan anda K. pencəyini çıxarıb-çıxarmayacağı barədə düşündü və axırda başa 
düşdü ki, bunu eləməsə, burda çox qala bilməyəcək, ona görə də çıxarıb dizinin üstünə qoydu 
ki, söhbəti qurtaran kimi geyinib gedə bilsin. Pencəyi çıxaran kimi qızlardan biri qışqırdı: 
– Artıq pencəyini çıxarıb! 
Və bu tamaşaya baxmaq üçün qızların qapıdakı yarıqların qabağına necə düzüldükləri 
eşidildi. 
– Qızlar elə bilir, şəklinizi çəkəcəm, ona görə soyundunuz. 
– Belə de... – K. rəssama fikir vermədi, çünki indi köynəkdə oturmasına baxmayaraq, hələ də 
özünü yaxşı hiss eləmirdi və demək olar ki, mızıltı ilə soruşdu: – O iki imkanın adı necə oldu? 
Həmin ifadələri yenə unutmuşdu... 
– Elüzəri bəraət, bir də süründürməçi bəraət. Hansını istəyirsiniz, onu da seçin. Hər ikisini 
mənim köməyimlə almaq olar. Əlbəttə, heç biri asan başa gəlməyəcək, fərq yalnız orda olacaq 
ki, elüzəri bəraət üçün az vaxt, ancaq gərgin əmək, süründürməçi bəraət üçünsə az əziyyət, 
lakin çox vaxt tələb olunacaq. Deməli, elüzəri bəraətdən başlayırıq. Əgər siz bunu istəsəniz, 
onda mən bir vərəq kağız götürüb, orda sizin günahsız olduğunuza zəmanət verirəm. Bu 
zəmanətin mətni mənə atamdan qalıb və ona əl gəzdirmək lazım deyil. Sonra onu götürüb 
tanış hakimlərin yanına gedirəm. Deməli, indi şəklini çəkdiyim hakimdən başlayıram, bu 
axşam iclasa gəlsə, ona verirəm. Verəndə də deyirəm ki, sizin heç bir günahınız yoxdur və 
günahsız olduğunuza zəmanət verirəm. Bu, elə-belə zəmanət deyil, əsil zəmanətdir, nəyisə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə