Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

– Onun yanına gedəcəm, – K. bu sözləri fabrik sahibi ilə qapının ağzında vidalaşanda dedi. – 
Ya da, indi işim çox olduğu üçün məktub yazacam ki, bura gəlsin. 
– Bilirdim ki, ən yaxşı çıxış yolunu özünüz tapacaqsınız. Ancaq mən elə fikirləşirdim ki, 
məhkəmə barədə danışmaq üçün siz Titorelli kimi adamları banka çağırmazsınız. Belələrinin 
əlinə məktub vermək də həmişə xeyir gətirmir. Ancaq siz yəqin ki hər şeyi ölçüb-biçmisiniz 
və yaxşı bilirsiniz ki, nəyi etmək olar, nəyi yox... 
 
K. başını tərpədərək fabrik sahibini qəbul otağından ötürdü. Zahirən sakit görünsə də, özü 
özündən qorxdu: Titorelliyə məktub yazacağını yalnız dildə demişdi ki, bu məsləhətini 
qiymətləndirdiyini, Titorelli ilə görüşmək üçün o dəqiqə yollar axtardığını fabrik sahibinə 
çatdırsın, ancaq onun köməyini doğrudan da dəyərli hesab edərdisə, tərəddüd etmədən həmin 
məktubu yazardı. Lakin bunun necə təhlükəli olduğunu fabrik sahibinin sözlərindən sonra 
başa düşdü. Doğrudanmı daha öz sağlam düşüncə tərzinə etibar eləyə bilməzdi? Məgər 
direktor müavini ilə aralarında bircə qapı ola-ola öz məhkəməsi barədə məsləhət almaq üçün 
üstəlik də məktub yazıb kimliyi bəlli olmayan bir adamı banka dəvət etmək bəlkə də bunun 
başqa təhlükələr yaradacağını görməmək, daha doğrusu, özünü həmin təhlükələrin qoynuna 
atması demək deyildimi? Axı onun yanında həmişə kimsə olmurdu ki, xəbərdar etsin. İşə bax 
ki, məhz indi, bütün gücünü toplayıb işə girişmək istədiyi bir anda öz sayıqlığına hələ 
indiyəcən görmədiyi-tanımadığı bir şübhə yaranmışdı! Doğrudanmı bank işlərində rastlaşdığı 
çətinliklər indi də məhkəmədə başlayırdı? Artıq indi heç özü də başa düşmürdü ki, Titorelliyə 
məktub yazıb onu banka dəvət etmək haradan ağlına gəlmişdi... 
Xidmətçi ona yaxınlaşaraq qəbul otağındakı skamyada oturan üç nəfəri göstərəndə, K. hələ də 
başını bulayırdı. Onlar burda çoxdan oturub nə vaxt K.-nın qəbuluna düşəcəklərini 
gözləyirdilər. İndi xidmətçi onunla danışanda, onlar ayağa durdular və üçü də fürsətdən 
istifadə edib K.– ya birinci yaxınlaşmaq istədi. Bank tərəfindən hörmətsizlik olunduğu və bu 
qədər vaxt itirdikləri üçün onlar da hörmət saxlamaq istəmirdilər. Hətta onlardan biri dilə 
gəldi: 
– Cənab prokurist! 
Ancaq K. xidmətçiyə paltosunu gətirməyi tapşırmışdı və onun köməyilə geyinə-geyinə dedi: 
– Bağışlayın, cənablar, indi sizi qəbul etməyə vaxtım yoxdur. Sizdən çox-çox uzr istəyirəm, 
təcili işim var, getməliyəm. Özünüz də gördünüz ki, məni çox yubandırdılar. Lütfən sabah və 
ya başqa bir gün gələ bilməzsiniz? Bəlkə telefonla danışaq? Ya da, indi nə iş üçün gəldiyinizi 
mənə qısaca deyin, sizə yazılı şəkildə ətraflı cavab verim. Ancaq yaxşı olar ki, başqa vaxt 
gələsiniz. 
K.-nın təklifləri mənasız yerə gözlədiklərini anlamış cənabları elə təəccübləndirdi ki, söz 
tapmayıb bir-birinin üzünə baxdılar. 


– Deməli, razılaşdıq! – deyən K. şlyapasını gətirmiş xidmətçiyə tərəf döndü. K. otağının açıq 
qapısından bayırda qarın gücləndiyi görünürdü. Ona görə də K. paltosunun yaxalığını qaldırdı 
və onu boğazına qədər düymələdi.  
Elə həmin anda direktor müavini qonşu otaqdan çıxdı, K.-nın paltoda həmin cənablarla 
danışdığını görəndə təbəssümlə soruşdu: 
– Gedirsiniz, cənab prokurist? 
– Bəli, – K. qamətini düzəltdi, – iş dalınca gedirəm. 
Ancaq direktor müavini artıq müştərilərə tərəf dönmüşdü: 
– Bəs bu cənablar? Mənə elə gəlir, onlar çoxdan gözləyirlər. 
– Artıq biz razılığa gəlmişik, – dedi K. 
Ancaq kişilər daha özlərini saxlaya bilmədilər, K.-nı aralığa alıb izah etməyə başladılar ki, 
işləri çox vacib olmasaydı, bu qədər gözləməzdilər və ona görə də hər şeyi ətraflı, özü də 
təklikdə müzakirə etməlidirlər. Direktor müavini bir az onlara qulaq asdı, sonra əlindəki 
şlyapasının toz qonmuş yerlərini təmizləyən K.-ya baxıb dedi: 
– Cənablar, bunun çox sadə bir yolu var. Əgər rəva bilsəydiniz, cənab prokuristin əvəzinə 
özüm sizinlə söhbət edərdim. Əlbəttə, işiniz mütləq müzakirə olunmalıdır. Biz də sizin kimi iş 
adamlarıyıq və vaxtın iş adamı üçün nə demək olduğunu yaxşı bilirik. Bəlkə içəri 
buyurasınız? – və özünün qəbul otağının qapısını açdı. 
K.-nın məcburiyyət qarşısında qalıb əldən verdiklərini direktor müavini elə o dəqiqə də 
özününküləşdirirdi! Bəs K.-nın əldən verdikləri lazım olduğundan da çox deyildimi? İndi də 
çox qeyri-müəyyən, özü də etiraf eləməliydi ki, cüzi ümidlərlə tanımadığı-bilmədiyi bir 
rəssamın yanına gedə-gedə burdakı nüfuzuna sağalmaz yaralar vururdu. Bəlkə də ən yaxşısı 
bu olardı ki, paltosunu çıxarıb həmin adamlarla özü danışaydı. Bəlkə də həmin anda direktor 
müavinini öz otağında görməsəydi, bunu edərdi. Müavin sanki özünün iş otağındakı rəflərdə 
nəsə axtarırdı. Həyəcanlanmış K. qapıya tərəf gedəndə, o dedi: 
– Ah, siz hələ getməmisiniz! – üzünü K.-ya tərəf çevirəndə, sifətindəki çoxsaylı gərgin 
qırışlar yaş əlaməti kimi deyil, güc nişanəsi kimi göründü və o, yenidən axtarmağa başladı. – 
Müqaviləni axtarıram, firmanın nümayəndəsi deyir ki, sizdə olmalıdır. Bəlkə mənə kömək 
edəsiniz?! – K. bir addım da atdı, ancaq həmin anda müavin dedi: – Təşəkkür edirəm, 
tapdım... – və bir qalaq kağızı götürüb otağına qayıtdı. Yəqin ki orda müqavilədən əlavə 
başqa sənədlər də vardı. 
“İndi ona gücüm çatmaz”, – K. ürəyindən keçirdi. – “Qoy bu şəxsi işlərimi həll edim... Onda 
bunu birinci hiss eləyən o olacaq. Özü də əməlli-başlı hiss eləyəcək, payını alacaq...” Bu 
fikirdən sonra bir az yüngülləşən K. dəhlizin qapısını çoxdan açıq saxlayan xidmətçiyə 
tapşırdı ki, imkan düşəndə, direktora onun iş dalınca getdiyini çatdırsın və müəyyən vaxt 
ərzində yalnız öz işi ilə məşğul ola biləciyinə sevinərək bankdan çıxdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə