Фяхряддин вейсялли


Х. Д ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
281 
lənin kompleks xəbəri isə referensiya situasiyasının kateqorizasiya-
sıdır. 
GeniĢ mənada koqnitiv semantika məna və referensi yuxarıda 
izah edildiyi kimi götürür. Koqnitiv semantikanın obyekti koqnisiya 
elmindəkindən xeyli dardır. Bir tərəfdən koqnitiv semantika kateqo-
riyalaĢma  və  konseptuallaĢma  problemini,  digər  tərəfdən  isə  kate-
qoriyalaĢma dillə ifadə olunduğuna görə bizim koqnitiv sistemin bir 
hissəsini  təĢkil  edir.  Ona  görə  də  semantik  konseptləri  (dil  məna-
larını və semantik kateqoriyaları (denotasiyaları) ayrılıqda nəzərdən 
keçirsək, yaxĢı olar. 
Cümlələr təsdiq və inkar cütlər təĢkil edir. Sözlərdə də bu var: 
/həmiĢə/; /heç vaxt/; hər cümlə həm təsdiqdə, həm də inkarda olur. 
Deməli,  alternativ  var:  /Mən  yedim//,  /Mən  yemədim//  və  s.,  eləcə 
də  ümumi  sual  cümləsinə  binar  cavab  verilə  bilər:  /Məktəbə 
gedirsən? /Hə/,  /yox!/ Buna qütbləĢmə deyilir: /düz ≠  yalan/, /hə  ≠ 
yox/,  /gəlir  ≠  gəlmir/  və  s.  cümlələrin  əksəriyyəti  semantik 
presuppozisiyaya  malikdir.  Bu,  məntiqi  cəhətdən  qabaqcadan  bəlli 
Ģərtlərlə  bağlıdır.  Istənilən  halda  düz  və  ya  səhv  olduğunu 
müəyyənləĢdirmək  mümkündür:  seçim  məhdudiyyəti.  Məsələn, 
deyəndə  ki,  /Bu  yaĢıldır//,  deməli,  yaĢıl  rəngin  arqumentidir,  yəni 
rəng  görünür.  Görünməsə,  onda  artıq  söyləm  konteksti  köməyə 
gəlir. 
Deməli, qütbləĢmə bütün cümlə növlərinə aiddir. Məsələn, 
¿Niyə su soyuducuda deyil? 
¿Soyuducuda niyə su yoxdur? 
QütbləĢmə  təkcə  cümlə  üçün  deyil,  cümlənin  hər  bir  üzvü 
üçün mümkündür. 
/Siçan böyük bir dəni yeyir// 
Burada  hər  bir  üzv  predikasiya  olunur.  Hər  bir  üzvü  inkar 
etmək  olar.  Hər  bir  nəqli  cümləni  sual  cümləsinə  çevirmək  olar: 
/Əhməd  qazdır//,  ¿Əhməd  qazdır?  Bu  suala  cavabda  orta  vəziyyət 
yoxdur, çünki  ya həqiqi, ya da səhv olur. Təsəvvür edək ki, /Siçan 
böyük  bir  dən  yedi//  cümləsində  hər  bir  sözə  nisbi  mənada 
yanaĢsaydıq, onda qütbləĢmədən söhbət  getməzdi: 05, 10, 20 və s. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
282 
Burada  ikili  yox,  dərəcəli  ifadədən  danıĢmaq  düzgün  olardı.  Yəni 
gerçəklik  dəyəri  tam  olmayaydı.  Praqmatizmi  əsas  götürsək  onda 
çevrə üzrə o münasibəti belə verə bilərik (bax: Ģəkil 29). 
 
 
 
 
           
        
   real çevrə               çevrə         uyğunluq 
 
 
Şəkil 29. Semantik təsəvvür və gerçəklik 
 
ġəkildən aydın olur ki, real çevrə ilə onun təsəvvürümüzdəki 
əksi  real  referentə  uyğun  gəldiyindən  biz  çevrə  kateqoriyalaĢması 
üçün  qütbləĢməni  çevrə  kimi  qəbul  edirik.  Semantik  kateqoriyalar 
binardır,  ikitərəflidir  və  ya  həm  də  diskretdir.  Belədə  ortalığa  sual 
çıxır:  necə  olur  ki,  çox  kateqoriyaların  sərhədləri  dəyiĢən  olsa  da, 
aidilik  binar  prinsipə  əsaslanır?  Necə  olur  ki,  dünya  polar 
qarĢılaĢmaya – qara və ağa bölünür, təbiətən hissələrə bölünməyən 
fenomenlər  qarĢımızda  canlanır.  Birinci  suala  cavab  dəyiĢkənlik 
təsəvvürü  Ģəklində  olur.  Ikinci  suala  cavab  isə  ondan  ibarətdir  ki, 
təbii  dilləri  fərqləndirmək  üçün  böyük  miqdarda  imkanların  olma-
sındadır. 
Semantik  kateqoriyanın  dəyiĢkənliyi  onun  birbaĢa  söz 
mənasına, semantik təsəvvürə daxil olmamasıdır. Məsələn, /böyük/ 
sözü kontekstdən asılı olaraq çox müxtəlif məna verə bilər. Siçanın 
taxılın  böyüyünü  yeməsi  necə  izah  oluna  bilər:  doğrudanmı  dən 
böyük imiĢ. Böyük olduğu üçün siçan onu necə yeyib və, nəhayət, 
həqiqətən  böyük  olubmu.  Bütün  hallarda  /böyük/  bu  söz  üçün 
mövcud  norma  səviyyəsindən  artıq  olub.  Digər  tərəfdən  bu  sözə 
norma  baxımından  yanaĢdıqda  Ģkalada  kiçiklər,  sonra  böyüklər, 
sonra daha böyüklər yerləĢməlidir (bax: Ģəkil 30). 
 
 


Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
283 
 
 

 
 
 
 
   kiçiklər;   
              böyüklər;  
 
 lap böyüklər 
 
Şəkil 30. Böyük olmaq şkalası 
 
Bu da sözün kontekstdə iĢlənməsindən asılıdır. Rənglərdə də 
bu  belədir.  Dodaqlarını  qızardıb,  nə  dərəcədə  qırmızı  olduğu 
konkret  situasiyada  dəqiqləĢir.  Denotasiyanın  sərhədi  kontekstdə 
açılır.  /Cavan/  sözü  /insan/,  /kiĢi/  komponentləri  sabit,  yalnız 
üçüncüsü-/yaĢlı/  dəyiĢkəndir,  yəni  konkret  neçə  yaĢında  olması 
yalnız  kontekstdə  məlum  olur.  Eynilə  /fincan/  da  belə,  həcmi, 
forması,  materialı,  ölçüsünə  görə  və  s.  hər  zaman  situasiyada 
dəqiqləĢir. 
Lakin  bir  Ģey  də  var  ki,  dünya  qarĢımızda  heç  də  ikiyə 
bölünmüĢ  Ģəkildə  canlanmır.  Dilin  dünya  ənginliklərini  hər  cür 
ifadə etməyə daha üç vasitəsi var: 
1. Kateqoriyanın geniĢlənməsi və ya daralması. Məsələn, /Bu 
örtük  çarpayı  kimi  bir  Ģeydir//.  Çarpayı  deyil,  sadəcə  dəyiĢən 
təsəvvürdür.  Ancaq  /Əhməd  çox  yaxĢı  bağbandır//  cümləsində 
bağban Əhmədin fəaliyyətini çox daraldır. 
2.  Leksik  vasitələrə  ünsiyyətdə  ehtiyac  olduqda  çoxĢaxəli 
əlavələrlə mənaları dəyiĢdirmək mümkündür. 
/Alagöy/,  /göytəhər/,  /göyümtül/,  /göyəçalan/,  /açıq  göy/, 
/tünd göy/ və s. və ya yeni sözlər. /Səma kimi mavi/, /oliv/, /umbra/ 
və s. 
3.  Differensiyanın  bir  növü  də  kəmiyyət  parametrinə 
söykənir: /hər Ģey/≠ /heç nə/, /hər kəs/≠/heç kim/, və s. 
/Yumurtalar çiydir//≠ /Yumurtalar çiy deyil// 


F

 



 

 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə