Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
284 
/Yumurtaların bəzisi çiydir//≠ /Yumurtaların çoxu çiydir// 
Buna kvantor deyilir: hamısı, bəzisi və s. kəmiyyətin ifadəsinə 
xidmət  edir.  dil  iĢarələri,  bütöv  qruplar,  sərhədlənmiĢ  klasslar  kimi 
təcrübələrlə  əlaqəli  olmalıdır  ki,  ünsiyyət  yarana  bilsin.  Bunu  hələ 
vaxtilə  E.Sepir  yazırdı.
13
  Koqnisiyada  klass  və  qruplara  kateqoriya 
uyğun  gəlir.
14
  Burada  Ģəxs  fərdi  biliklə  ümumi  bilik  arasında  fərq 
qoymalıdır. Məsələn, alma haqqında bilik və bizim biliyimiz. Amma 
biliyimizin  bir  qismi  aid  olduğumuz  cəmiyyətin  ümumi  malıdır. 
Məsələn,  alma  meyvədir,  görünüĢü,  ümumi  dadı,  vitamin  tərkibi, 
yetiĢdiyi  məkan,  alındığı  və  satıldığı  yer  və  s.,  bütün  bunları  fərdi 
biliklərdən  fərqli  olaraq  mədəni  biliklər  adlandırmaq  olar.  Mədəni 
bilikləri mədəni kateqoriyalar kimi tərifləndirirlər ki, bu da cəmiyyətin 
qeyd-Ģərtsiz  qəbul  etdikləridir.  Bunu  K  iĢarəsilə  göstərmək  olar:  A
k
 
(alma kateqoriyası). Almanın kimyəvi tərkibi, becərmənin aqrotexniki 
Ģərtləri A
k-
ya daxil deyildir. Fərdi bilik mədəni biliyin böyük hissəsini 
əhatə edir. Ancaq bütün cəmiyyətə xas olan mədəni bilikləri o, əhatə 
edə  bilməz.  Əlbət  ki,  biz  buraya  dünya  haqqında  biliyi  və  ya 
ensiklopedik biliyi aid etmirik. Almanın mənası yalnız A
k
 ilə üst-üstə 
düĢürmü? Əlbət ki, yox. Elə ona görə də sözün mənası yalnız mədəni 
təsəvvürün bir qismini təĢkil edir. Konkret iĢlənəndə mədəni biliklərin 
böyük hissəsi kənarda qalır. Semantik bilik (məna haqqında bilik) və 
dünya  biliyi  (mədəni  bilik),  onların  fərqləndirilməsi  ənənəvi 
semantikanın doqmasına çevrilmiĢdir. 
Strukturalistlər  semantik  fikirləri  dil  sisteminin  təhlilindən 
əldə edirdilər. Əslində düzgün olan odur ki,  hər  hansı  bir məfhum 
(alma, siçan) haqqında məlumat almaq üçün tam mədəni bilik əldə 
etmək  gərək  deyil,  yəni  ―alma,  siçan  nə  deməkdir?‖  sualına  cavab 
vermək üçün bütün mədəni biliklərə yiyələnmək vacib deyil. 
Koqnitiv  istiqamət  tələb  edir  ki,  heç  belə  fərq  qoyulmasın. 
Bizim dil bilgimiz sıx Ģəkildə ümumi koqnitiv sistemlə bağlıdır, ona 
görə onların ayrılmasına ehtiyac yoxdur. Sözün mənası da o zaman 
tam  açılar  ki,  konsept  bizim  koqnitiv  sistemdə  dolğun  strukturlara 
ayrılsın.  Bu  yanaĢmanın  özü  strukturalizmlə  paralel  aparmaq  de-
məkdir.  Ancaq  bu  yanaĢma  izah  edir  ki,  bizim  kateqoriya  sistem-


Х. Д
ИЛ ИШАРЯЛЯРИНИН СЕМАНТИК САЩЯЛЯР ЦЗРЯ ТЯЩЛИЛИ
 
 
285 
lərimiz,  o  cümlədən  semantik  kateqoriyalar  dünyanın  bizim  koq-
nitiv  modelimizə  necə  bağlanmasını,  necə  onu  qəbul  edib  Ģərh 
etməyimizi  açıqlayır.  Amma  buna  baxmayaraq  mədəni  bilik  və 
semantik bilik bir-birindən ayrı nəzərdən keçirilməlidir. 
Ənənəvi  dilçilk  /alma  Ģirəsi/ndə  əsas  komponent  kimi  ikinci 
hissəni  götürürdü.  Ancaq  son  illərin  təcrübəsi  göstərdi  ki,  məna 
baxımından  bu  belə  deyil.  Ancaq  bu  yeni  təsəvvürdür,  ona  görə 
alma  Ģirəsi  haqqında  dünya  biliyi  bu  tərkibə  daxil  olan 
komponentlərin  heç  birinin  haqqındakı  dünya  biliyinə  uyğun 
gəlməməlidir.  Axı  referentlər  tamam  baĢqadır.  Alma  Ģirəsi  tamam 
yeni  referentdir.  Alma  Ģirəsinin  mənası  yalnız  /Alma  Ģirəsi/ 
semantik  konseptin  bir  hissəsidir.  Bunu  əyani  olaraq  semiotik 
üçbucaqda belə göstərmək olar (bax: Ģəkil 31). 
 
 
 
deməkdir   
 
ifadə edir 
 
 
 
təyin edir 
 
təmsil edir 
 
 
Şəkil 31. Məna semantik konseptin tərkib hissəsi kimi. 
 
―Mədəni‖ semantika aĢağıdakıları izah edir: 
- mədəni söz mənalarının relativ sabitliyini
- mədəni söz mənalrının relativ abstraktlığını; 
- mədəni söz mənalarının kommunikativ qənaətini; 
- məna əlaqələrinin sadəliyini. 
Mədəni  biliklər  daim  dəyiĢiklikdədir.  Məsələn,  telefon  və 
kompyuter  son  10  ildə  necə  dəyiĢildi.  Ancaq  bugünkü  telefon  və 
kompyuter  T
s
  və  C
s
  semantik  kateqoriyaların  elementləri  olaraq 
ifadə 
mədəni konsept 
məna 
denotasiya 
mədəni 
kateqoriy
a



Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
286 
qalmaqdadır.  Düzdür,  indi  mobil  telefonlar  və  PC-lər  yaranıb.  Lakin 
sözlərin mənası bu gün də həmindir. Deməli, daim dəyiĢiklik olsa da, 
məna  möhkəmlənərək  sabit  qalır.  Leksikonda  bu  dəyiĢikliyi  əks  et-
dirən  hallar  da  vardır.  Öz  təcrübəmizdən  bilirik  ki,  neologizmlər  və 
sözün məna ilə birlikdə keçmələri leksikonda həmiĢə özünə yer tapır. 
Semantik  konsept  (təsəvvür)  aktual  mədəni  konseptin 
konseptual  təzyiqindən  azad  olduğu  üçün  onlar  abstraktdır.  Bizim 
adi  təcrübə  üfüqümüzdən  kənara  çıxdıqlarından  baĢqa  mədəni 
kontekstlərdə onların tətbiqini görmək olar. Məsələn, elə alma Ģirəsi 
bunu sübut edir. 
Ünsiyyətdə əlavə mədəni bilik mühüm rol oynayır. Biz bilirik 
ki,  semantik  konsept  relevant  mədəni  biliyi  aktivləĢdirir. Bu ondan 
bəlli  olur  ki,  dil  daĢıyıcısı  deyiləni  kontekstdə  yoxlayır  və  bununla 
da  təcrübə  əlaqələrini  canlandırır.  O  da  deyiləni  minimum 
informasiya ilə məhdudlaĢdırmağa imkan verir (eyni zamanda arxa 
plandakı bilikdən maksimum yararlanırıq). 
Əgər  /Alma  Ģirəsi  balkondadır//  cümləsində  dəqiqləĢdirmə 
lazım  gəlirsə,  onda  əlavə  məlumat  verilir:  /Alma  Ģirəsi  kağız 
qablarda  balkondadır//.  Məlumdur  ki,  /kağız  qablarda/  alma  Ģirəsi 
birləĢməsinin  mənasına  daxil  deyildir.  Bəzən  qənaət  xətrinə  belə 
əlavələr  edilmir:  söz  mənası  kontekstdən  asılı  olur  və  ümumi 
mədəni biliklərin bir hissəsini təĢkil edir. 
YekunlaĢdıraq:  konsept  və  denotasiyanı  kateqoriya  kimi 
koqnisiya  elminə  gətirdik.  Burada  əsas  məsələ  kateqoriyalaĢmanın 
müəyyən  edilməsidir.  Ənənəvi  semantikada  bir  kateqoriyaya  aidilik 
zəruri Ģərtlərin sabit çoxluğunun olmasıdır. Bu zaman /hə/ və ya /yox/ 
üsulu  aidiliyi  müəyyən  edir,  yəni  istənilən  bir  əĢya  verilmiĢ 
kateqoriyaya ya aid olur, ya da yox. Burada bütün üzvlərin statusu eyni 
olur  və  dəqiq  sərhəd  üzvləri  qeyri-üzvlərdən  ayırılır.  Bu  yanaĢmanı 
prototip  nəzəriyyəsi  radikal  Ģəkildə  Ģübhə  altına  aldı.  Prototip 
nəzəriyyəsinə  görə  sərhədlər  aydın  deyil.  Kateqoriyanın  üzvləri, 
xüsusilə ən yaxĢı nümunələr eyni hüquqlu deyil. Deməli, baĢqa üzvlər 
də  var.  ƏĢyanın  kateqoriyaya  aidiliyi  dərəcəli  olur.  Deməli,  aidilik 
Ģərtlər siyahısı ilə deyil, prototiplə müqayisədə mümkündür. 
Ancaq faktlar və təcrübələr məsələnin heç də təsvir olunduğu 
kimi olmadığını göstərir. Dərəcəli yanaĢmadan çoxlu problem çıxır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə