1912-1919 YILLARINDA AZERBAYCAN EDEBİYATINDA TÜRKÇÜLÜK
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
bayrağındaki üç rengi bu formülden almıştı: mavi -Türklük, yeşil -
İslam, kırmızı - Muasırlaşmak. Azerbaycan’da A. Hüseyinzâde ile
başlayan Türkçülük ve Turancılık ideolojisini bu devirde edebiyata en
çok yansıtan ve tebliğ eden şairler A. Sıhhat, A. Saik, H. Cavit, C.
Cebbarlı ve A. Cevat olmuştur. Abdullah Saik kendisi 1927 yılında
yazıyordu: “Bugün Azeri edebiyatında isimleri hürmet ve iftiharla
zikir edilmekte olan: Muhammed Hadi, Sabir, Sıhhat, hatta Cavad ve
Cavit gibi kıymetli şairleri – Ali bey yetiştirdi”. (Cavad, 2.cilt, 1992, s.
91)
A.Cevat’ın Türkçülüğü ve Turancılığı romantik edebiyatımıza bir
başka renk katmıştır. Şairin yaratıcılığında Azerbaycan ve istiklal konusu
bile, Türkçülük, Turancılık ve İslamcılıkla mayalanmıştır. Bu yüzden
diyordu:
“Ey büyük Tanrı! Türkler senin himayene sığındılar. Lütfünü
görüp, merhametini tecrübe ettiler. Gönderdiğin dinin uğrunda
dökülen şehitlerimizin kanı hürmetine olsun, bizleri meyus etme!”
(Cavad, 2.cilt, 1992, s. 84)
Kaynaklar
AĞAOĞLU, Ahmed bey, 2007, Seçilmiş Eserleri, Şark-Garp, Bakü
AKÇURA, Yusuf, 1976, “ Üç Tarz-ı Siyaset”, Türk Tarih Kurumu
Yayınları VII. Dizi, Sayı: 73, Ankara
ALİYEVA (KENGERLİ), A.İ. 2002, Azerbaycan Romantiklerinin
Yaratıcılığında Türkçülük, Elm, Bakü
CAVAD, Ahmed, 1992, Seçilmiş Eserleri, Eserleri (Transliterasyon,
Tertip, Mukaddime, İzah ve Şerhlerin müellifi: Ali SALEDDIN), 1.cilt,
Azerneşr, Bakü
CAVAD, Ahmed, 1992, Seçilmiş Eserleri, (Transliterasyon, Tertip,
İzah ve Şerhlerin müellifi: Ali SALEDDIN 2. cilt, Azerneşr, Bakü
GARDAŞ KÖMEĞİ, 2002, (Tertip ve önsöz: Nezaket Gafgazlı),
Nurlan, Bakü
GÖYALP, Ziya, 1991, Türkçülüğün Esasları, Maarif, Bakü
HÜSEYNZADE, ALİ BEY, 2008, Seçilmiş Eserleri (Transliterasyon,
Tertip, Mukaddime, Şerh ve İzahların müellifi: Ofeliya BAYRAMLI), 1.cilt,
Çaşıoğlu, Bakü
MİRZA BALA 1953: İstiklal Zaferinin Destanı, “A zerbaycan” aylık
kültür dergisi, sayı 6 (18), yıl II, eylül
MUHTASAR AZERBAYCAN EDEBIYATI TARİHİ, 1944, 2. cilt,
Kızıl Şark, Bakü
RESULZADE, M.E. 1990, Azerbaycan Cumhuriyeti, Elm, Bakü
SARAÇLI, Eflatun, 2007, Azerbaycan Yazıcıları Cumhuriyet
Döneminde, Elm, Bakü
SÜLEYMANOV, M. 2000, Azerbaycan’da Türk Şehitlikleri,
Harbi Neşriyat, Bakü
Sayfa 9 / 847
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
GÜRCİSTAN’DA AŞIQ ƏDƏBİYYATINDAN BİR
İSİM:
AŞIQ MƏHƏMMƏD SADAXLI
Akif XANSULTANLI
*
Xülasə:
Bu məqalədə Borçalı’nın ozan-aşıq dünyasının ustad sənətkarlarından biri olan
Aşıq Məhəmməd Sadaxlı’nın həyat və yaradıcılığı təhlil olunmuşdur. Onun saz-solo
ifaçı kimi yaradıcılığı incələnmiş və qısaca olaraq kitablarından örəklər önə çəkilmişdir.
Aşıq Məhəmməd’in şeirləri və dastanları milli-mənəvi dəyərlər baxımından süzgəcdən
keçirilərək Borçalı’nın bugünkü aşıq ədəbiyyatında yeri və rolu aydınlatılmağa
çalışılmışdır. Bu günə sağ qalan sonuncu nəhəng el sənətkarının müasir dövrdə,
ömrünün 85-ci ilində hələ də yazıb yaratmaqla məşğul olduğu haqda müfəssəl bilgilər
məqalədə öz əksini tapmışdır.
Aşar Sözər: Borçalı, ozan, Məhəmməd Sadaxlı, şeirlər və dastanlar, saz.
GİRİŞ
Azərbaycan şifahi və yazılı xalq yaradıcılığının ayrılmaz tərkib hissəsi
olan aşıq-ozan sənətinin hazırkı durumu tədqiqatçılar tərəfindən araşdırmalara
cəlb olunduğu zaman, Gürcüstanda yaşayan soydaşlarımızın bu mühitə bəxş
etdiyi folklor nümunələri və ayrı-ayrı şəxslərə məxsus ədəbi nümunələr
Azərbaycan xalq ədəbiyyatı silsiləsindən çox yüksək dəyər kəsb etməkdədir.
Gürcüstanda xüsusən Borçalı bölgəsində sazın tarixi bəzi ehtimallara görə Dədə-
Qorqud zamanına kimi gedib çıxır. Çünki "Kitabi - Dədə Qorqud" boylarında bir
çox yer adlarının eynən Borçalı’da da olması (Dumanın Qalası) ciddi
araşdırmalar tələb edən ilkin işarətlər kimi çox qiymətlidir. Sazın Borçalı’ya
gəlişi və kamillik mərtəbəsinə yüksəlməsi XIX əsrin ortalaraından başlayaraq bu
günümüzə kimi böyük bir yol keçdiyini görürük.
Borçalı’nın ustad aşıq və söz xridarı olan sənətkarlarından Aşıq Sadıq
Sultanov, Şair Ağacan, Aşıq Məsim Bəyazidli, Alxas ağa Hacallı, Güllər Pərisi,
Həsən Məcruh, Miskin Allahvedi, şair Nəbi Faxralı, Aşıq Musa Qaraçöplü, Aşıq
*
Ardahan Üniversiteti’nin doktorantı,“ Qarapapaqlar” aylıq-elmi dərginin baş redaktoru,Tiflis,
(xansultanli@mail.ru)
Sayfa 10 / 847
Akif XANSULTANLI
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
Xındı Məmməd və başqaları klassik saz-söz ənənələrinə öz sadiqliyi ilə
seçilmişdir. Ana sazımız ifaçılıq baxımından solo saz ifa tərzində özünün ən
mükəmməl səviyyəsinə Borçalı’da çata bilmişdir. Bu bölgənin aşıqlarındakı söz
xəzinəsi başqa regionlara nisbətən daha gəlişmiş formada olmaqla bərabər, daha
çox şifahi olaraq yayılmışdır. Borçalı ləmisi, bölgəyə məxsus dastan-rəvayət
söyləmək üslub-tərzi, müəllif kimi də kamil yaradıcılıq nümunələrini araya-
ərsəyə gətirmək Borçalı aşıq mühitinin necə sabit və rəngarəng tərzdə inkişaf
etməsini gözümüz önündə canlandırır. Bir mənalı olaraq demək olar ki, Borçalı
aşıq mühiti 1950’inci illərə qədər olan yüz illik bir dövrdə çox böyük el
aşıqlarının ad-sanı ilə xalq ədəbiyyatı tariximizdə dərin iz buraxa bilmişdir.
Borçalı’dakı ədəbi proseslər daha çox aşaq sənətinin simasında tarixi köklərini
və ənənələrini qoruyaraq öz dəsti-xəttini günümüzə qədər gətirib çıxarda
bilmişdir. 1950’inci illərdən sonra isə meydana girən aşıqlarımızdan Aşıq
Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar Əfəndiyev, Aşıq
Alxan Qarayazılı, Aşıq Asdan Kosalı, Aşıq Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı
və Nurəddin Qasımlı kimi azman ustadlar bu günün prizmasından baxanda
nəinki Borçalı miqyasında, eləcədə türk dünyası səviyyəsində tanınan
sənətkarlar olmuşlar.
Borçalı’da aşıq deyən zaman göz önünə qaliferi şalvarda, xrom çəkmədə,
enli toqqalı kəmərdə, kəmərdən asılan gümüş saplı qəmədə göz önünə gələn
Dədə ozanımız dərhal yaddaşımızı silkələyir. Burada aşıqların ustadlıq
qabiliyyətionların dastançı-aşıq olması ilə seçilməlidir. Əks halda, onu sradan
bir ustad aşıq deyil, saz ifaçısı kimi görürlər. Bütün zamanlarda aşığın saz solo
ifaçılığı Borçalı mühiti üçün əsas amil olmuşdur. Lakin qeyd etmək lazımdır ki,
Borçalı’da DƏDƏ imzalı sənətkarlar çox böyük hörmət- izzətə sahiblənmişlər.
Onların sözünün kəsəri, el arasında indiki halımızla ifadə etsək, bir nazir
qədərindən də üstün olmuş, xalq o kəslərə daha çox inanıb, sözünün dalınca
getməyi üstün tutmuşlar. Ustad sənətkarların DƏDƏ mərtəbəsi isə hər aşığa
nəsib ola bilməzdi. Çünki aşıqların təsnifatında xüsusi olaraq 3 əsas bölgü bu
sahənin tədqiqatçıları tərəfindən daim diqqətdə saxlanır.
I. Yalnız mahir saz ifacıları.
II. Həm sazifaçısı həm də gözəl oxumaq qabiliyyəti.
III.Sazda ifa etmək, söz söyləyib saz havalarını oxumaq və yerindəcə
bədahətən söz demək, qıfılbənd-deyişmə ilə rəqibinə öznün mahir bir xalq
bilicisi olduğunu göstərmək.
Sayfa 11 / 847