Akif XANSULTANLI
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
Bu divani şeir parçasındakı ifadələri məzmun etibarı ilə ciddi təhlil
etməyə gərək yoxdu. Aşığın İslam dininə sevgisi və sayğısı, həmçinin İslam
dünyasındakı tanınmış şəxsiyyətlərin adının sadalanması və onların ən əziz
bəndə olduqlarını dilə gətirərək özününü, “m ən kiməm” deyərək sual dolu
mücərrədlikdə qaldığını aydın söyləmişdir.
Onun yaratdığı dastanların girişindəki divani şeirləri və sıradan yazdığı
divanilərində dini leytmotiv çox qabarıq ifadə olunur. Dünyanın yaranma sirri,
Haqtalanın qüdrəti, islam inaclarına dərin hörmət, dinimizin müqəddəsliyi bu
kimi hallar Məhəmməd Sadaxlı’nın yaradıcılığında önəmli yer tutur.
Onun şeirlərinin bir qismi təzadlı məqamlarla doludur. xüsusən bu
təzadlar rədiflərdə oxucunu düşünməyə vadar edir.
Mövzusu İran ədəbiyyatının qəhrəmanlık simvolu olan Rüstəm Zal və
onun oğlu Zöhrab’ın yaşadığı həm igidlik, həm ata-oğul münasibətlərindən
doğan tarixi rəvayətdən bəhrələnərək, Firdovsi’nin "Şahnamə" əsərinin süjet
xəttindən müəyyən paralelliyi təkrar yaşadaraq, Aşıq Məhəmməd’in klassik
dastan ənənələrimizə söykənib bu formada yaratdığı "Rüstəm və Zöhrab
Dastanı" əsərinin girişindəcə yazdığı ustadnamələr oxucusunu ard-arda iki
təzadla baş-başa buraxır:
“ Dünya çox şirindi insan oğluna,
Axrını vəfasız, ağlar görmüşəm.
Dünən fərəhlənib açan gülləri,
Bu gün xəzan vurmuş bağlar görmüşəm.
Dünən at belində cövlan vuranı,
Bu gün qəddin əyib olub nurani,
Dünən dosta hiylə tələ quranı
Bu gün özü düşüb ağlar görmüşəm.” (Sadaxlı, 1999, 126)
İkinci ustadnaməsində isə:
“ Haqq-tala yaratdı çümlə aləmi
Qüdrətin sirrini qanan görmədim.
Bu dünya belədir ta yaranannan
Namərdi heç vədə anan görmədim.
Sayfa 17 / 847
Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
Oxuyub bilmişəm mən hər əsəri
İlqara düz çıxar hər yüzdən biri
Ölüm ayagında heç dönməz geri
Mərdlər ilqarını danan görmədim.”(Sadaxlı, 1999, 127)
Aşıq Məhəmməd’in qoşma və gəraylıları da tamamilə aşıq ədəbiyyatımıza
məxsus incəliklərlə üst-üstə düşür. Aşıq ədəbiyyatının çətin janrlarında da
qələmini sınayan Dədə Məhəmməd bu səpkidə bir birindən fərqli qıfılbəndləri
və təcnisləri ilə də oxucusunu heyrətləndirməyi bacarır. Onun sözə münasibəti,
söz sığalı və kəlmələrinin məsuliyyətini dərk edərək məna etibarı ilə
uzlaşdırması qələminin qüdrətinə bağlıdır. Qıfılbəndlərində bir hadisənin təsviri
müxtəlif tərəflərdən oxucuya işarət kimi göstərilir və müəyyən mənada çaşqınlıq
yaradır. Amma əslində ustad yalnız bir olayı yaradılışdan sona kimi sıralayaraq
insandan, oxucudan kamil dünyagörüşü tələb edir:
“ Qıfılbənd
Bir ana görmüşəm min balası var,
Cəmisi də bir ailədə yaşayır.
Hey çalışıb yorulmadan, durmadan
Qzancların bir otağa daşıyır.
Yaz olanda ala qumaşa batır,
Ancaq matahını çox baha satır,
Qış gələndə yaza kimi hey yatır
Dözümü yox soyuqlarda üşüyür.
Sadaxlı’yam yetemmedim sirrinə,
Yaman mehribandı biri birinə,
Qeyri yerdən biri gəlsə yerinə
Görərsən ki, bir-birinə döşüyür.” (Sadaxlı, 2005, 15)
Bu qıfılbənddə birinci bəndin açmasını yüz yerə yozmaq olar.
Məsələn:Diqqetsizlik edib yanaşsan bunu bir nar meyvəsinə oxşadar, ana
Sayfa 18 / 847
Akif XANSULTANLI
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
budaqdan bəhrələnib hamısının gecə gündüz qıdalanaraq böyüməsini düşünmək
olar. Eləcədə ikinci bənddə elə başa düşürsən ki, bir ayının qışda yaza kimi
yuxulamasını, soyuqdan qorxmasını təsvir edibdi ustad. Üçüncü bənddə isə bir
döyüş və mehribanlıq ifadə edən böyük bir təzad var. Açmasını düşünən zaman
bunun hər üç bəndini ard-arda incələyərək nəyə işarət olduğunu anlamaq
lazımdır. Ustad bu qıfılbənddə bir bal arısının ailəsini təsvir etmişdir. Minlərlə
arı bir çalışır, yazda bal yığıb onu matah- diyərində "baha satır", qışın
soyuğunda üşüdüyündən yaza kimi yatır və arı yuvasına kənar arı daxil olarsa,
həmən onun yuvadan qovulması üşün bir-birinə nəylə bacardılarsa onunla
döşəyib evdən qovmaq lazım gəlir.
Təcnisləri sayca az olsa da, ustad sənətkar aşıq ədəbiyyatında az az
istifadə olunan dodaqdəyməz təcnis və cığalı təcnisləri ilə də poetik dünyasının
sirlərini bizimlə bölüşməyi bacarmışdır.
Söyləndiyi zaman dodaqların bir birinə dəyməməsini əsas götürərək
sadəcə söz yığınından ibarət şeir parçası yaratmaq aşıq Məhəmməd şəxsiyyətinə
tamamilə yaddır. Dodaqdəyməz şeir parçasını oxuyanda görürsən ki, dədə
ozanımız həddən ziyadə məsuliyyətli və sözün əsl mənasında yaradıcı aşıqdır.
“ Qəzanın çəngəli keçsə sinənə
Hey çalış ki çıxacaqsan hayana.
Ah-nalən canında qalar çarəsiz
Ağlarsan, deyərsən, - Ay ana, ana!
Dide giryan sinə dağlar əlindən,
Hazar eylər hərcayının əlindən
Səyyadların şikar çıxsa əlindən
Qalarlar dalınca a yana-yana!
Sadaxlı, sinən də alışdı, yandı,
Ah-nalən getdi ərşə dayandı,
Hərcayının zatı qırıq a yandı
Çəkəcək dəstini ha yana-yana!” (Sadaxlı, 1997, 41)
Aşıq Məhəmməd’in yaradıcılıgının kifayət qədər yönlərini təyin edərkən
burada ən başlıca bir dəyəri də xüsusilə qeyd etmək lazımdır. Onun aşıq
Sayfa 19 / 847
Dostları ilə paylaş: |