Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
mənbələrdə əhali çoxluğunda birnci yerdə Tatarlar (Türklər) ikinci üçüncü yerdə
isə yunan, erməni-və gürcülərin olduğu haqda kifayət qədər tarixi bilgi var.
Deməli, Tiflisin Çıldır-Qars yörələrindən başlayaraq Təbriz-Urmiyə bölgəsinə
kimi ətrafındakı bütün ədəbi-mədəni mühitlərə qucaq açması, musiqilərin və
musiqiçilərin də mübadiləsinə təkan vermişdir. Tifılis daim ozanların deyişmə
və görüşüb bir birinə söz sandıqlarından nəyisə anlatmaq, ərmağan etmək üçün
mühüm mərkəz olmuşdur. Məhz buna görə hər məktəbin müəyyən özəllikləri
Tiflis mühitində mübadil olunaraq sazın sözün sintezini də burada həyata
keçirməsinə təkan vermişdir.
Saz sənətinə unikal formada sintez olunan sənət deyilməsinin əsas
köklərindən biri də Borçalı aşıq mühitinin adı çəkilən bütün məktəbləri özündə
sintez etməsi idi. Bunun sayəsində burada Ana saz 9 Aşıq Əmrah
Gülməmmədov’un sayəsində ana Sazımız kimi 11 simli musiqi alətinə
çevirilmişdir. məhz bu ustadın sazımız üzərində apardığı tədqiqlər əsasında ilk
11 simli sazı onun özü düzəltmiş və həm də bu sazda en kamil ifaçı kimi
azərbaycan aşıq mühitində zirvəni fəth etmişdir.
Borçalı’da ustad aşıqlar öz davamçılarını uzun müddətdə hazırlayır,
məclislərdə sınaqdan keçirir, aşıqlığın məsuliyyətini tam dərk etdikdən və bu
sənət yükünü daşımağa qabil olduqdan sonra “ xeyir-dua” verməyi lazım bilirlər.
Borçalı’nın tanınmış ustadı aşıq Xındı Məmməd də Məhəmməd’in - öz
şagirdinin (şəyirdinin)bu mühüm insani keyfiyyətlərə sahiblənməsi üçün
çalışmış və mənəviövladı kimi həyata hazırlamışdır. Aşıq Məhəmməd yeddi
illlik orta təhsilinin davamı olaraqXındı Məmməd’in sayəsində böyük bir xalq
universitetini bitirmişdir. Ona görə də, aşıq sonrakı yetkin vəahıl çağlarında
ustadından
dərs
aldığı
zamanları
“ böyük
həyat
məktəbi”adlandırmışdır(Ömeroğlu, 2009, 5).
M.Sadaxlı ustad-şəyird ənənələri haqda "Qurban Olum Elimə" adlı
şeirində bunları belə qələmə alır:
“ Arxamdadır Borçalı tək bir mahal,
Mən xoşbəxtəm, Sadaxlı tək elim var,
Xındı Məmməd qoyub məni yadigar,
İnanın ki yalan gəlməz dilimə,
Mən elinəm, qurban olum elimə.
Sayfa 14 / 847
Akif XANSULTANLI
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
Borçalı bülüblü o Xındı Məmməd,
Ölüncə hec kəsə etmədi minnət,
Xudam qismət edə qoy ona cənnət,
İncimərəm yükü düşsə belimə,
Mən elinəm, qurban olum elimə.” (Sadaxlı, 1999, 5)
Artıq M.Sadaxlı’nın sazla yoldaşlığının 70 ili yaxınlaşmaqdadır. Ozan
sənətinə bunca zaman xidmət etməsinə baxmayaraq, onun yazdığışeirlər
1970’inci illərdən etibarən, az da olsa, ölkənin qezetlərində, jurnallarında və
kitab-toplualmanaxlarında çap olunmuşdur. 1997’nci ildə “E lə Bağlıyam” adlı
ilk kitabında ona ön söz yazan şair Müzəffər Şükür Məchul bunları qeyd edir:
“ ...Onun şeirləri sadədir. Lakin deyim tərzı ilə xalq dilində,daha doğrusu,
saz dilində danışan mənalı nəğmələrdir. Şeirlərindən hiss olunur ki, o çox
təvazökar, abırlı, həyalı, əslaşıq sənətinə, saza, sözə layiq bir insandır.Kitab
artıq, özünün dediyi kimi, yaşının ixtiyar çağına çatmış biraşığın zəngin, bütöv
sənət boxçasıdır... Borçalının çəmən-çayır nəğmələridir,seçimli, biçimli, könül
oxşamaları, səs telləridir. El-obadan qaynaqalan səslər isə ölməzdir, yanğılı və
kövrəkdir.”(Sadaxlı, 1999, 3-4)
Məhəmməd Sadaxlı’nın külliyatını aşağıdakı kimi sıralamaq olar:
Qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər, dodaqdəyməzlər,divanilər,
deyişmələr, dastanlar. Aşıq Məhəmməd Sadaxlı’nın dastan yaradıcılğı və
hekayələşdirilmiş əsərləri isə sonrakı kitablarında daha geniş formada oxucuya
çatdırılır.
Onun 1999’uncu ildə çıxan “Qoşmalar, Müxəmməslər, Dastanlar” adlı
kitabında 6 dastanı (xalq hekâyəsi) yer almışdır:“ Şahzadə Nəriman vəŞahzadə
Fərman”, “ Rüstəm və Söhrab”, “ Abbas və Rəhilə” dastanları, “ Zaman Xanın
Dastanı”, “ Lom İsmayıl’ın Dastanı”, “ Rəhim Çobanın Dastanı”. Bunların
dördüşifahi xalq ədəbiyyatında geniş yayılmış süjetli hadisələrin yeni ifadədə
oxucuya çatdırılması da hesab oluna bilər. Son 2 dastan isə aşığın yaşadığı
kənddə, doğma el-obasında ömür sürmüş, igidlik göstərmiş insanların real
həyatından götürülmüşdür.
1
Bunlarla yanaşı, ustad ozanın yaradıcılığında sonrakı mərhələlərdə dana
iki dastan-hekayəsi “Aşıq Məhəmmədin Qars Səfəri” və “Aşıq Məhəmməd’in
1
Daha geniş bilgi için adı geçen esere bakınız.
Sayfa 15 / 847
Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
Tiflis Səfəri” adlı dastanları da "Şeirlər və Dastanlar" (2007)adlı kitabında işıq
üzü görüb. Türk xalqına məxsus milli qeyrət, mübarizlik simvolları onun
dastanlarının ana xəttini təşkil edir(Sadaxlı, 2007, 105).
Aşıq Məhəmməd’in dastanlarından yalnız biri “ Məhəmməd və Xumar
Xanım” dastanı hələlik əlyazma şəklindədir və heç bir yerdə çap olunmayıb.
Onun “M ehralı Bəy Dastanı” isə "Aşıq Məhəmməd Sadaxlı’nın Şer və
Dastanları" adlı kitabında (2005) nəşr edilmişdir.
Aşıq Məhəmməd’in klasik dastançılıq ənənələrinə sadiqliyini özü də etiraf
edir. Dastan bilmək, dastanı ifa etmək aşığın necə bir sənətkarolduğunu
qiymətləndirməkdə, üzə çıxarmaqda əvəzsiz bir meyardı. Bu dastançılıq
ənənələri isə klassik Azərbaycan-türk dastanlarının süjet xəttinə, dastan
quruluşuna, divani ilə başlayıb müxəmməslə bitirmə özəlliyini qorumaq
prinsipinə sadiqliyi ilə seçilmiş “Koroğlu”, "Abbas-Gülgəz", "Aşıq Qərib",
"Qurbani", "Əsli-Kərəm", "Şah İsmayıl", "Məsum-Diləfruz", "Mügim şah",
"Aslan şah", "Seyidi-Pəri" kimixalq dastanlarının ruhundan süzüldüyünü aydın
göstərməkdədir.
2. Âşığın Şeirlerinde Ele Aldığı Mövzular, Şeirlerinin Şekil ve Üslup
Xususiyetleri:
Aşıq Məhəmməd Sadaxlı’nın şeirlərində ozan dünyasına məxsus populyar
mövzular çoxluq təşkil edir. Onun sevgi-məhəbbət, urfani-sufi yönümlü, haqq-
nahaq dünyasının təsviri, İslama aid dini motivlərilə zəngin poetik yaradıcılığı
var.
“ Ey Yaradan dərd veribsən, dərman səndə, mən kiməm?
Dərdlilərin dərmanısan, xəlq edəndə mən kiməm?
Sən yaratdın mən yarandım ver qisməti dolanım,
Yaranmışa ruzusun ver, Xudavəndə, mən kiməm?
Sadaxlı Aşıq Məhəmməd odur mərdin pənahı,
Şahımərdan, on iki imam, bir də o qibləgahı,
Dinim Məhəmməd dinidi, haqq bilirəm Allahı,
O, kimsələr olub haqqa əziz bəndə, mən kiməm?” (Sadaxlı, 2007, 55)
Sayfa 16 / 847
Dostları ilə paylaş: |