GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə11/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   7   8   9   10   11   12   13   14   ...   368

Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

mənbələrdə əhali çoxluğunda birnci yerdə Tatarlar (Türklər) ikinci üçüncü yerdə 



isə  yunan,  erməni-və  gürcülərin  olduğu  haqda  kifayət  qədər  tarixi  bilgi  var. 

Deməli,  Tiflisin  Çıldır-Qars  yörələrindən  başlayaraq  Təbriz-Urmiyə  bölgəsinə 

kimi  ətrafındakı  bütün ədəbi-mədəni  mühitlərə  qucaq  açması,  musiqilərin  və 

musiqiçilərin  də  mübadiləsinə  təkan  vermişdir.  Tifılis  daim  ozanların  deyişmə 

və görüşüb bir birinə söz sandıqlarından nəyisə anlatmaq, ərmağan etmək üçün 

mühüm  mərkəz  olmuşdur.  Məhz  buna  görə  hər  məktəbin  müəyyən  özəllikləri 

Tiflis  mühitində  mübadil  olunaraq  sazın  sözün  sintezini  də  burada  həyata 

keçirməsinə təkan vermişdir. 

Saz  sənətinə  unikal  formada  sintez  olunan  sənət  deyilməsinin  əsas 

köklərindən biri də Borçalı aşıq mühitinin adı çəkilən bütün məktəbləri özündə 

sintez  etməsi  idi.  Bunun  sayəsində  burada  Ana  saz  9  Aşıq  Əmrah 

Gülməmmədov’un  sayəsində  ana  Sazımız  kimi  11  simli  musiqi  alətinə 

çevirilmişdir. məhz bu ustadın sazımız üzərində apardığı tədqiqlər əsasında ilk 

11  simli  sazı  onun  özü  düzəltmiş  və  həm  də  bu  sazda  en  kamil  ifaçı  kimi 

azərbaycan aşıq mühitində zirvəni fəth etmişdir.  

Borçalı’da  ustad  aşıqlar  öz  davamçılarını  uzun  müddətdə  hazırlayır, 

məclislərdə  sınaqdan  keçirir,  aşıqlığın  məsuliyyətini  tam  dərk  etdikdən  və  bu 

sənət yükünü daşımağa qabil olduqdan sonra “ xeyir-dua” verməyi lazım bilirlər. 

Borçalı’nın  tanınmış  ustadı  aşıq  Xındı  Məmməd  də  Məhəmməd’in  -  öz 

şagirdinin  (şəyirdinin)bu  mühüm  insani  keyfiyyətlərə  sahiblənməsi  üçün 

çalışmış  və  mənəviövladı  kimi  həyata  hazırlamışdır.  Aşıq  Məhəmməd  yeddi 

illlik  orta təhsilinin  davamı olaraqXındı Məmməd’in sayəsində böyük bir xalq 

universitetini  bitirmişdir.  Ona  görə  də,  aşıq  sonrakı  yetkin  vəahıl  çağlarında 

ustadından 

dərs 

aldığı 


zamanları 

“ böyük 


həyat 

məktəbi”adlandırmışdır(Ömeroğlu, 2009, 5). 

M.Sadaxlı  ustad-şəyird  ənənələri  haqda  "Qurban  Olum  Elimə"  adlı 

şeirində bunları belə qələmə alır: 

 

“ Arxamdadır Borçalı tək bir mahal, 



Mən xoşbəxtəm, Sadaxlı tək elim var, 

Xındı Məmməd qoyub məni yadigar

İnanın ki yalan gəlməz dilimə

Mən elinəm, qurban olum elimə. 

 

Sayfa 14 / 847




Akif XANSULTANLI 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

Borçalı bülüblü o Xındı Məmməd, 



Ölüncə hec kəsə etmədi minnət, 

Xudam qismət edə qoy ona cənnət

İncimərəm yükü düşsə belimə, 

Mən elinəm, qurban olum elimə.” (Sadaxlı, 1999, 5) 

 

Artıq  M.Sadaxlı’nın  sazla  yoldaşlığının  70  ili  yaxınlaşmaqdadır.  Ozan 



sənətinə  bunca  zaman  xidmət  etməsinə  baxmayaraq,  onun  yazdığışeirlər 

1970’inci  illərdən  etibarən,  az  da  olsa,  ölkənin  qezetlərində,  jurnallarında  və 

kitab-toplualmanaxlarında  çap  olunmuşdur.  1997’nci  ildə  “E lə  Bağlıyam” adlı 

ilk kitabında ona ön söz yazan şair Müzəffər Şükür Məchul bunları qeyd edir: 

“ ...Onun şeirləri sadədir. Lakin deyim tərzı ilə xalq dilində,daha doğrusu, 

saz  dilində  danışan  mənalı  nəğmələrdir.  Şeirlərindən  hiss  olunur  ki,  o  çox 

təvazökar,  abırlı,  həyalı,  əslaşıq  sənətinə,  saza,  sözə  layiq  bir  insandır.Kitab 

artıq, özünün dediyi kimi, yaşının ixtiyar çağına çatmış biraşığın zəngin, bütöv 

sənət  boxçasıdır...  Borçalının  çəmən-çayır  nəğmələridir,seçimli,  biçimli,  könül 

oxşamaları, səs telləridir. El-obadan qaynaqalan səslər isə ölməzdir, yanğılı və 

kövrəkdir.”(Sadaxlı, 1999, 3-4) 

Məhəmməd  Sadaxlı’nın  külliyatını  aşağıdakı  kimi  sıralamaq  olar: 

Qoşmalar,  gəraylılar,  müxəmməslər,  təcnislər,  dodaqdəyməzlər,divanilər, 

deyişmələr,  dastanlar.  Aşıq  Məhəmməd  Sadaxlı’nın  dastan  yaradıcılğı  və 

hekayələşdirilmiş əsərləri isə sonrakı kitablarında daha geniş formada oxucuya 

çatdırılır. 

Onun  1999’uncu  ildə  çıxan  “Qoşmalar,  Müxəmməslər,  Dastanlar” adlı 

kitabında  6  dastanı  (xalq  hekâyəsi)  yer  almışdır:“ Şahzadə  Nəriman  vəŞahzadə 

Fərman”,  “ Rüstəm  və  Söhrab”,  “ Abbas  və  Rəhilə”  dastanları,  “ Zaman  Xanın 

Dastanı”,  “ Lom  İsmayıl’ın  Dastanı”,  “ Rəhim  Çobanın  Dastanı”.  Bunların 

dördüşifahi  xalq  ədəbiyyatında  geniş  yayılmış  süjetli  hadisələrin  yeni  ifadədə 

oxucuya  çatdırılması  da  hesab  oluna  bilər.  Son  2  dastan  isə  aşığın  yaşadığı 

kənddə,  doğma  el-obasında  ömür  sürmüş,  igidlik  göstərmiş  insanların  real 

həyatından götürülmüşdür.

1

 

Bunlarla  yanaşı,  ustad  ozanın  yaradıcılığında  sonrakı  mərhələlərdə  dana 



iki  dastan-hekayəsi  “Aşıq  Məhəmmədin  Qars  Səfəri”  və  “Aşıq  Məhəmməd’in 

                                                           

1

 Daha geniş bilgi için adı geçen esere bakınız. 



Sayfa 15 / 847


Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

Tiflis Səfəri” adlı dastanları da "Şeirlər və Dastanlar" (2007)adlı  kitabında işıq 



üzü  görüb.  Türk  xalqına  məxsus  milli  qeyrət,  mübarizlik  simvolları    onun 

dastanlarının ana xəttini təşkil edir(Sadaxlı, 2007, 105). 

Aşıq  Məhəmməd’in  dastanlarından  yalnız  biri  “ Məhəmməd  və  Xumar 

Xanım” dastanı hələlik əlyazma şəklindədir və heç bir yerdə çap olunmayıb.  

Onun  “M ehralı  Bəy  Dastanı” isə  "Aşıq  Məhəmməd  Sadaxlı’nın  Şer  və 

Dastanları" adlı kitabında (2005) nəşr edilmişdir.  

Aşıq Məhəmməd’in klasik dastançılıq ənənələrinə sadiqliyini özü də etiraf 

edir.  Dastan  bilmək,  dastanı  ifa  etmək  aşığın  necə  bir  sənətkarolduğunu 

qiymətləndirməkdə,  üzə  çıxarmaqda  əvəzsiz  bir  meyardı.  Bu  dastançılıq 

ənənələri  isə  klassik  Azərbaycan-türk  dastanlarının  süjet  xəttinə,  dastan 

quruluşuna,  divani  ilə  başlayıb  müxəmməslə  bitirmə  özəlliyini  qorumaq 

prinsipinə  sadiqliyi  ilə  seçilmiş  “Koroğlu”,  "Abbas-Gülgəz",  "Aşıq  Qərib", 

"Qurbani",  "Əsli-Kərəm",  "Şah  İsmayıl",  "Məsum-Diləfruz",  "Mügim  şah", 

"Aslan şah", "Seyidi-Pəri" kimixalq dastanlarının ruhundan süzüldüyünü aydın 

göstərməkdədir. 

 

2. Âşığın Şeirlerinde Ele Aldığı Mövzular, Şeirlerinin Şekil ve Üslup 



Xususiyetleri: 

Aşıq Məhəmməd Sadaxlı’nın şeirlərində ozan dünyasına məxsus populyar 

mövzular çoxluq təşkil edir. Onun sevgi-məhəbbət, urfani-sufi yönümlü, haqq-

nahaq dünyasının təsviri, İslama aid dini motivlərilə zəngin poetik yaradıcılığı 

var.  

 

“ Ey Yaradan dərd veribsən, dərman səndə, mən kiməm? 



Dərdlilərin dərmanısan, xəlq edəndə mən kiməm? 

Sən yaratdın mən yarandım ver qisməti dolanım, 

Yaranmışa ruzusun ver, Xudavəndə, mən kiməm? 

 

Sadaxlı Aşıq Məhəmməd odur mərdin pənahı, 



Şahımərdan, on iki imam, bir də o qibləgahı, 

Dinim Məhəmməd dinidi, haqq bilirəm Allahı, 

O, kimsələr olub haqqa əziz bəndə, mən kiməm?” (Sadaxlı, 2007, 55) 

 

Sayfa 16 / 847




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə