GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə9/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   5   6   7   8   9   10   11   12   ...   368

1912-1919 YILLARINDA AZERBAYCAN EDEBİYATINDA TÜRKÇÜLÜK 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

bayrağındaki  üç rengi  bu  formülden  almıştı:  mavi  -Türklük,  yeşil  - 

İslam,  kırmızı  -  Muasırlaşmak.  Azerbaycan’da  A.  Hüseyinzâde  ile 

başlayan Türkçülük ve Turancılık ideolojisini bu devirde edebiyata en 

çok  yansıtan  ve  tebliğ  eden  şairler  A.  Sıhhat,  A.  Saik,  H.  Cavit,  C. 

Cebbarlı  ve  A.  Cevat  olmuştur.  Abdullah  Saik  kendisi  1927  yılında 

yazıyordu:  “Bugün  Azeri  edebiyatında  isimleri  hürmet  ve  iftiharla 

zikir edilmekte olan: Muhammed Hadi, Sabir, Sıhhat, hatta Cavad ve 

Cavit gibi kıymetli şairleri – Ali bey yetiştirdi”. (Cavad, 2.cilt, 1992, s. 

91) 


 A.Cevat’ın  Türkçülüğü  ve  Turancılığı  romantik  edebiyatımıza  bir 

başka  renk  katmıştır.  Şairin  yaratıcılığında  Azerbaycan  ve  istiklal  konusu 

bile,  Türkçülük,  Turancılık  ve  İslamcılıkla  mayalanmıştır.  Bu  yüzden 

diyordu:  



“Ey  büyük  Tanrı!  Türkler  senin  himayene  sığındılar.  Lütfünü 

görüp,  merhametini  tecrübe  ettiler.  Gönderdiğin  dinin  uğrunda 

dökülen  şehitlerimizin  kanı  hürmetine  olsun,  bizleri  meyus  etme!” 

(Cavad, 2.cilt, 1992, s. 84) 



 

Kaynaklar 

 

AĞAOĞLU, Ahmed bey, 2007, Seçilmiş Eserleri, Şark-Garp, Bakü 



AKÇURA,  Yusuf,  1976,  “ Üç  Tarz-ı  Siyaset”,  Türk  Tarih  Kurumu 

Yayınları VII. Dizi, Sayı: 73,  Ankara 

ALİYEVA  (KENGERLİ),  A.İ.  2002,  Azerbaycan  Romantiklerinin 

Yaratıcılığında Türkçülük, Elm, Bakü 

CAVAD,  Ahmed,  1992,  Seçilmiş  Eserleri,  Eserleri  (Transliterasyon, 

Tertip,  Mukaddime,  İzah  ve  Şerhlerin  müellifi:  Ali  SALEDDIN),  1.cilt, 

Azerneşr, Bakü 

CAVAD,  Ahmed,  1992,  Seçilmiş  Eserleri,  (Transliterasyon,  Tertip, 

İzah ve Şerhlerin müellifi: Ali SALEDDIN 2. cilt, Azerneşr, Bakü 

GARDAŞ  KÖMEĞİ,  2002,  (Tertip  ve  önsöz:  Nezaket  Gafgazlı), 

Nurlan, Bakü  

GÖYALP, Ziya, 1991, Türkçülüğün Esasları, Maarif, Bakü 

HÜSEYNZADE, ALİ BEY, 2008, Seçilmiş Eserleri (Transliterasyon, 

Tertip, Mukaddime, Şerh ve İzahların müellifi: Ofeliya BAYRAMLI), 1.cilt, 

Çaşıoğlu, Bakü 

MİRZA  BALA  1953:  İstiklal  Zaferinin  Destanı,  “A zerbaycan” aylık 

kültür dergisi, sayı 6 (18), yıl II, eylül 

MUHTASAR  AZERBAYCAN  EDEBIYATI  TARİHİ,  1944,  2.  cilt, 

Kızıl Şark, Bakü 

RESULZADE,  M.E. 1990, Azerbaycan Cumhuriyeti, Elm, Bakü 

SARAÇLI,  Eflatun,  2007,  Azerbaycan  Yazıcıları  Cumhuriyet 

Döneminde, Elm, Bakü 

SÜLEYMANOV,  M.  2000,  Azerbaycan’da  Türk  Şehitlikleri, 

Harbi Neşriyat, Bakü 

Sayfa 9 / 847



U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

GÜRCİSTAN’DA AŞIQ ƏDƏBİYYATINDAN BİR 



İSİM: 

AŞIQ MƏHƏMMƏD SADAXLI 

 

Akif XANSULTANLI

*

 

 



Xülasə:  

Bu  məqalədə  Borçalı’nın  ozan-aşıq  dünyasının  ustad  sənətkarlarından  biri  olan 

Aşıq  Məhəmməd  Sadaxlı’nın  həyat  və  yaradıcılığı  təhlil  olunmuşdur.  Onun  saz-solo 

ifaçı kimi yaradıcılığı incələnmiş və qısaca olaraq kitablarından örəklər önə çəkilmişdir. 

Aşıq Məhəmməd’in şeirləri və dastanları  milli-mənəvi dəyərlər baxımından süzgəcdən 

keçirilərək  Borçalı’nın  bugünkü  aşıq  ədəbiyyatında  yeri  və  rolu  aydınlatılmağa 

çalışılmışdır.  Bu  günə  sağ  qalan  sonuncu  nəhəng  el  sənətkarının  müasir  dövrdə, 

ömrünün 85-ci ilində hələ də yazıb yaratmaqla məşğul olduğu haqda müfəssəl bilgilər 

məqalədə öz əksini tapmışdır.  

Aşar Sözər: Borçalı, ozan,  Məhəmməd Sadaxlı, şeirlər və dastanlar, saz. 

 

GİRİŞ 

Azərbaycan  şifahi  və  yazılı  xalq  yaradıcılığının  ayrılmaz  tərkib  hissəsi 

olan  aşıq-ozan  sənətinin  hazırkı  durumu  tədqiqatçılar  tərəfindən  araşdırmalara 

cəlb  olunduğu  zaman,  Gürcüstanda  yaşayan  soydaşlarımızın  bu  mühitə  bəxş 

etdiyi  folklor  nümunələri  və  ayrı-ayrı  şəxslərə  məxsus  ədəbi  nümunələr 

Azərbaycan  xalq  ədəbiyyatı  silsiləsindən  çox  yüksək  dəyər  kəsb  etməkdədir. 

Gürcüstanda xüsusən Borçalı bölgəsində sazın tarixi bəzi ehtimallara görə Dədə-

Qorqud zamanına kimi gedib çıxır. Çünki "Kitabi - Dədə Qorqud" boylarında bir 

çox  yer  adlarının  eynən  Borçalı’da  da  olması  (Dumanın  Qalası)  ciddi 

araşdırmalar  tələb  edən  ilkin  işarətlər  kimi  çox  qiymətlidir.  Sazın  Borçalı’ya 

gəlişi və kamillik mərtəbəsinə yüksəlməsi XIX əsrin ortalaraından başlayaraq bu 

günümüzə kimi böyük bir yol keçdiyini görürük.  

Borçalı’nın  ustad  aşıq  və  söz  xridarı  olan  sənətkarlarından  Aşıq  Sadıq 

Sultanov, Şair Ağacan, Aşıq Məsim Bəyazidli, Alxas ağa Hacallı, Güllər Pərisi, 

Həsən Məcruh, Miskin Allahvedi, şair Nəbi Faxralı, Aşıq Musa Qaraçöplü, Aşıq 

                                                           

*

Ardahan Üniversiteti’nin doktorantı,“ Qarapapaqlar” aylıq-elmi dərginin baş redaktoru,Tiflis, 



(xansultanli@mail.ru) 

Sayfa 10 / 847




Akif XANSULTANLI 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

Xındı  Məmməd  və  başqaları  klassik  saz-söz  ənənələrinə  öz  sadiqliyi  ilə 



seçilmişdir.  Ana  sazımız  ifaçılıq  baxımından  solo  saz  ifa  tərzində  özünün  ən 

mükəmməl səviyyəsinə Borçalı’da çata bilmişdir. Bu bölgənin aşıqlarındakı söz 

xəzinəsi başqa regionlara nisbətən daha gəlişmiş formada olmaqla bərabər, daha 

çox  şifahi  olaraq  yayılmışdır.  Borçalı  ləmisi,  bölgəyə  məxsus  dastan-rəvayət 

söyləmək  üslub-tərzi,  müəllif  kimi  də  kamil  yaradıcılıq  nümunələrini  araya-

ərsəyə  gətirmək  Borçalı  aşıq  mühitinin  necə  sabit  və  rəngarəng  tərzdə  inkişaf 

etməsini gözümüz önündə canlandırır. Bir mənalı olaraq demək olar ki, Borçalı 

aşıq  mühiti  1950’inci  illərə  qədər  olan  yüz  illik  bir  dövrdə  çox  böyük  el 

aşıqlarının  ad-sanı  ilə  xalq  ədəbiyyatı  tariximizdə  dərin  iz  buraxa  bilmişdir. 

Borçalı’dakı ədəbi proseslər daha çox aşaq sənətinin simasında tarixi köklərini 

və  ənənələrini  qoruyaraq  öz  dəsti-xəttini  günümüzə  qədər  gətirib  çıxarda 

bilmişdir.  1950’inci  illərdən  sonra  isə  meydana  girən  aşıqlarımızdan  Aşıq 

Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar Əfəndiyev, Aşıq 

Alxan Qarayazılı, Aşıq Asdan Kosalı, Aşıq Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı 

və  Nurəddin  Qasımlı  kimi  azman  ustadlar  bu  günün  prizmasından  baxanda 

nəinki  Borçalı  miqyasında,  eləcədə  türk  dünyası  səviyyəsində  tanınan 

sənətkarlar olmuşlar. 

Borçalı’da aşıq deyən zaman göz önünə qaliferi şalvarda, xrom çəkmədə, 

enli  toqqalı  kəmərdə,  kəmərdən  asılan  gümüş  saplı  qəmədə  göz  önünə  gələn 

Dədə  ozanımız  dərhal  yaddaşımızı  silkələyir.  Burada  aşıqların  ustadlıq 

qabiliyyətionların  dastançı-aşıq  olması  ilə  seçilməlidir.  Əks  halda,  onu  sradan 

bir ustad aşıq deyil, saz ifaçısı kimi görürlər. Bütün zamanlarda aşığın saz solo 

ifaçılığı Borçalı mühiti üçün əsas amil olmuşdur. Lakin qeyd etmək lazımdır ki, 

Borçalı’da DƏDƏ imzalı sənətkarlar çox  böyük hörmət- izzətə sahiblənmişlər. 

Onların  sözünün  kəsəri,  el  arasında  indiki  halımızla  ifadə  etsək,  bir  nazir 

qədərindən  də  üstün olmuş,  xalq  o  kəslərə  daha  çox  inanıb,  sözünün dalınca 

getməyi  üstün tutmuşlar.  Ustad  sənətkarların  DƏDƏ  mərtəbəsi  isə  hər  aşığa 

nəsib  ola  bilməzdi.  Çünki  aşıqların  təsnifatında  xüsusi  olaraq  3  əsas  bölgü bu 

sahənin tədqiqatçıları tərəfindən daim diqqətdə saxlanır.  

I. Yalnız mahir saz ifacıları. 

II. Həm sazifaçısı həm də gözəl oxumaq qabiliyyəti. 

III.Sazda  ifa  etmək,  söz  söyləyib  saz  havalarını  oxumaq  və  yerindəcə 

bədahətən  söz  demək,  qıfılbənd-deyişmə  ilə  rəqibinə  öznün  mahir  bir  xalq 

bilicisi olduğunu göstərmək.  

Sayfa 11 / 847



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə