GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə12/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   8   9   10   11   12   13   14   15   ...   368

Akif XANSULTANLI 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

Bu  divani  şeir  parçasındakı  ifadələri  məzmun  etibarı  ilə  ciddi  təhlil 



etməyə  gərək  yoxdu.  Aşığın  İslam  dininə  sevgisi  və  sayğısı,  həmçinin  İslam 

dünyasındakı  tanınmış  şəxsiyyətlərin  adının  sadalanması  və  onların  ən  əziz 

bəndə  olduqlarını  dilə  gətirərək  özününü, “m ən  kiməm”  deyərək  sual  dolu 

mücərrədlikdə qaldığını aydın söyləmişdir. 

Onun  yaratdığı  dastanların  girişindəki  divani  şeirləri  və  sıradan  yazdığı 

divanilərində dini leytmotiv çox  qabarıq ifadə olunur. Dünyanın yaranma sirri, 

Haqtalanın  qüdrəti,  islam  inaclarına  dərin  hörmət,  dinimizin  müqəddəsliyi  bu 

kimi hallar Məhəmməd Sadaxlı’nın yaradıcılığında önəmli yer tutur. 

Onun  şeirlərinin  bir  qismi  təzadlı  məqamlarla  doludur.  xüsusən  bu 

təzadlar rədiflərdə oxucunu düşünməyə vadar edir. 

Mövzusu  İran  ədəbiyyatının  qəhrəmanlık  simvolu  olan  Rüstəm  Zal  və 

onun  oğlu  Zöhrab’ın  yaşadığı  həm  igidlik,  həm  ata-oğul  münasibətlərindən 

doğan  tarixi  rəvayətdən  bəhrələnərək,  Firdovsi’nin  "Şahnamə"  əsərinin  süjet 

xəttindən  müəyyən  paralelliyi  təkrar  yaşadaraq,  Aşıq  Məhəmməd’in  klassik 

dastan  ənənələrimizə  söykənib  bu  formada  yaratdığı  "Rüstəm  və  Zöhrab 

Dastanı"  əsərinin  girişindəcə  yazdığı  ustadnamələr  oxucusunu  ard-arda  iki 

təzadla baş-başa buraxır: 

 

“ Dünya çox şirindi insan oğluna



Axrını vəfasız, ağlar görmüşəm. 

Dünən fərəhlənib açan gülləri, 

Bu gün xəzan vurmuş bağlar görmüşəm. 

 

Dünən at belində cövlan vuranı, 



Bu gün qəddin əyib olub nurani

Dünən dosta hiylə tələ quranı 

Bu gün özü düşüb ağlar görmüşəm.” (Sadaxlı, 1999, 126) 

 

İkinci ustadnaməsində isə: 



 

“ Haqq-tala yaratdı çümlə aləmi 

Qüdrətin sirrini qanan görmədim. 

Bu dünya belədir ta yaranannan 

Namərdi heç vədə anan görmədim. 

Sayfa 17 / 847




Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

 



Oxuyub bilmişəm mən hər əsəri 

İlqara düz çıxar hər yüzdən biri 

Ölüm ayagında heç dönməz geri 

Mərdlər ilqarını danan görmədim.”(Sadaxlı, 1999, 127) 

 

Aşıq Məhəmməd’in qoşma və gəraylıları da tamamilə aşıq ədəbiyyatımıza 



məxsus  incəliklərlə  üst-üstə  düşür.  Aşıq  ədəbiyyatının  çətin  janrlarında  da 

qələmini  sınayan  Dədə Məhəmməd  bu  səpkidə  bir  birindən fərqli  qıfılbəndləri 

və təcnisləri ilə də oxucusunu heyrətləndirməyi bacarır. Onun sözə münasibəti, 

söz  sığalı  və  kəlmələrinin  məsuliyyətini  dərk  edərək  məna  etibarı  ilə 

uzlaşdırması qələminin qüdrətinə bağlıdır. Qıfılbəndlərində bir hadisənin təsviri 

müxtəlif tərəflərdən oxucuya işarət kimi göstərilir və müəyyən mənada çaşqınlıq 

yaradır. Amma əslində ustad yalnız bir olayı yaradılışdan sona kimi sıralayaraq 

insandan, oxucudan kamil dünyagörüşü tələb edir: 

 

“ Qıfılbənd 



Bir ana görmüşəm min balası var, 

Cəmisi də bir ailədə yaşayır. 

Hey çalışıb yorulmadan, durmadan 

Qzancların bir otağa daşıyır. 

 

Yaz olanda ala qumaşa batır, 



Ancaq matahını çox baha satır, 

Qış gələndə yaza kimi hey yatır 

Dözümü yox soyuqlarda üşüyür. 

 

Sadaxlı’yam yetemmedim sirrinə, 



Yaman mehribandı biri birinə, 

Qeyri yerdən biri gəlsə yerinə 

Görərsən ki, bir-birinə döşüyür.” (Sadaxlı, 2005, 15) 

 

Bu  qıfılbənddə  birinci  bəndin  açmasını  yüz  yerə  yozmaq  olar. 



Məsələn:Diqqetsizlik  edib  yanaşsan  bunu  bir  nar  meyvəsinə  oxşadar,  ana 

Sayfa 18 / 847




Akif XANSULTANLI 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

budaqdan bəhrələnib hamısının gecə gündüz qıdalanaraq böyüməsini düşünmək 



olar.  Eləcədə  ikinci  bənddə  elə  başa  düşürsən  ki,  bir  ayının  qışda  yaza  kimi 

yuxulamasını, soyuqdan qorxmasını təsvir edibdi ustad. Üçüncü bənddə isə bir 

döyüş və mehribanlıq ifadə edən böyük bir təzad var. Açmasını düşünən zaman 

bunun  hər  üç  bəndini  ard-arda  incələyərək  nəyə  işarət  olduğunu  anlamaq 

lazımdır. Ustad bu qıfılbənddə bir bal arısının ailəsini təsvir etmişdir. Minlərlə 

arı  bir  çalışır,  yazda  bal  yığıb  onu  matah-  diyərində  "baha  satır",  qışın 

soyuğunda üşüdüyündən yaza kimi yatır və arı yuvasına kənar arı daxil olarsa, 

həmən  onun  yuvadan  qovulması  üşün  bir-birinə  nəylə  bacardılarsa  onunla 

döşəyib evdən qovmaq lazım gəlir.  

Təcnisləri  sayca  az  olsa  da,  ustad  sənətkar  aşıq  ədəbiyyatında  az  az 

istifadə olunan dodaqdəyməz təcnis və cığalı təcnisləri ilə də poetik dünyasının 

sirlərini bizimlə bölüşməyi bacarmışdır. 

Söyləndiyi  zaman  dodaqların  bir  birinə  dəyməməsini  əsas  götürərək 

sadəcə söz yığınından ibarət şeir parçası yaratmaq aşıq Məhəmməd şəxsiyyətinə 

tamamilə  yaddır.  Dodaqdəyməz  şeir  parçasını  oxuyanda  görürsən  ki,  dədə 

ozanımız həddən ziyadə məsuliyyətli və sözün əsl mənasında yaradıcı aşıqdır.  

 

“ Qəzanın çəngəli keçsə sinənə 



Hey çalış ki çıxacaqsan hayana. 

Ah-nalən canında qalar çarəsiz 

Ağlarsan, deyərsən, - Ay ana, ana! 

 

Dide giryan sinə dağlar əlindən, 



Hazar eylər hərcayının əlindən 

Səyyadların şikar çıxsa əlindən 

Qalarlar dalınca a yana-yana! 

 

Sadaxlı, sinən də alışdı, yandı, 



Ah-nalən getdi ərşə dayandı, 

Hərcayının zatı qırıq  a yandı 

Çəkəcək dəstini ha yana-yana!” (Sadaxlı, 1997, 41) 

 

Aşıq Məhəmməd’in yaradıcılıgının kifayət qədər yönlərini təyin edərkən 



burada  ən  başlıca  bir  dəyəri  də  xüsusilə  qeyd  etmək  lazımdır.  Onun  aşıq 

Sayfa 19 / 847




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə