GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə10/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   6   7   8   9   10   11   12   13   ...   368

Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

Üçüncü qrupa daxil olanlar adətən yaradıcı aşıqlar kimi saz dünyasında öz 



dəsti-xətti  ilə  seçilmişlər.  Onların  şeir  və  dastan  yaradıcılığı  illərlə  tədqiq 

olunmuş,  ağızdan-ağıza  keçərək  yaşamış  və  toplanaraq  kitablar  halında 

oxuculara təqdim olunmuşdur.  

Ozanların  təsnifatından  çıxış  edərək  deyə  bilərik  ki,  saz  solo  ifaçılığı, 

mükəmməl  dastan  söyləmə  qabiliyyəti  və  şəxsi  yaradıcılıq  nümunəsinə  malik 

olmaqla bu üç xüsusiyyəti bir arada özündə cəm etmiş aşıqıqlarımızdan biri də 

Aşıq  Məhəmməd  Sadaxlı’dır.  Ozan  dünyasına  adını  layiqincə  həkk  edən, 

ümumilikdə,  Azərbaycan  aşıq  sənətində  qocaman  ləngəri  ilə  hələ  də  sazından, 

sözündən doyulmayan, 85 yaşını haqlamış, ustad dədələrimizdən biri kimi Aşıq 

Məhəmməd  Sadaxlı’nın  yaradıcılığı  və  saz-söz  dünyası  indiyənə  kimi  etraflı 

tədqiq edilməmiş və təəssüf ki, diqqətdən kənarda qalmışdır.  

 

1. Âşık Mehemmed Sadaxlı’nın Həyatı ve Yaradıcılığı: 

Aşıq  Məhəmməd  Sadaxlı  (Məmmədov)  1930’uncu  ildəGürcüstan’ın 

Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. O, yedi illik orta 

məktəb  təhsili  almışdır.  Uşaqlıqdan  saz  sənətinə  həvəs  göstərməsi  onu  öz 

üzərində  çalışmağa,  aşıq  şeirini,  xalq  dastanlarını  və  aşıq  havalarını  dərindən 

öyrənməyə  sövq  etmişdir.  1950’inci  illərdən  aşıqlıq  sənətini  kamilləşdirmək 

məqsədilə  Məhəmməd  ustad  yanına  gedərək  sənətin  sirlərini  öyrənməyə 

başlamışdır. Məşhur Borçalı aşığı Xındı Məhəmməd’ə on iki il şagirdlik etməsi, 

lap  sonralar  onunla  bir  yerdə  el  məclislərinə  getməsi,  Sadaxlı  Məhəmməd’in 

klassikvə  milli  ənənələrə  bağlı  aşıq  kimi  yetişməsinə  böyük  təsir  göstərmişdir 

(Ömeroğlu, 2009,3-4). 

Borçalı  aşıq  mühitində  aşıqlar  ustadına  və  saz  ifa  etmə  qabiliyyətinə  və 

avazla oxuma tərzinə, söz söyləmə bacarığına görə seçilirlər. Burada ustad aşıq 

və  onun  şəyirdi  arasında  münasibət  də  çox  fərqlidir.  Prof.  MəhərrəmQasımlı 

haqlı olaraq göstərir ki, "digər aşıq mühitlərinə nisbətən Borçalı aşıq mühitində 

şagirdlərin  öz  ustadlarından  xeyir-dua  alma,  sərbəst  aşıqlığa  başlama  prosesi 

daha  çox  vaxt  aparmışdır.  Bu  ənənə  indinin  özündə  də  qismən  gözlənilir." 

(Kasımlı,2003, 228) 

Klassik  saz  havalarının  mahir  ifaçısıAşıq  Məhəmməd  Sadaxlı  tədricən 

oxuduğu sözlərdən və sazından ilhamlanaraq sonralar özü də şeirlər yazmış, real 

hadisələrdən təsirlənərək xalq hekayələri, müəllif dastanları yaratmışdır.Bu günə 

Sayfa 12 / 847



Akif XANSULTANLI 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

kimi  aşıq  Məhəmməd  Sadaxlı’nın  dörd  kitabı  işıq  üzü  görmüşdür.  Bu 



kitablarındakı şeirlərdə və yazdığı ondastan-hekayədə milli, dini, insanın əxlaqı, 

tərbiyəsi,  adət  və ənənələrə  sayğısıüstünlük  təşkil edir.  Əsas  amil  kimi  klassik 

aşıq  poeziyasına  sadiqlik,  və  klassik  dastan  yaradıcılığında  tələb  olunan 

özəlliklər,  bu  günə  qədər  gələn  şifahi  xalq  ədəbiyyatımızın  qiymətli  inciləri 

sayılan  dastanlarımızdakı  abı-havanın  qorunması  Aşıq  Məhəmməd  Sadaxl’ının 

yaradıcılıq  qayəsi  olmuşdur.  İslami  və  milli  adət  və  ənələrə,  insani  dəyərlərə 

üstünlük  verməsinişeirlərilə  öyən  və  önə  çıxaran  Aşıq  Məhəmməd  Sadaxlı 

ixtiyar yaşlarında olmasına baxmayaraq, bugün də el-obanın şənliklərinə qatılır. 

Televiziya və radio proqramlarda canlı ifaları ilə minlərlə tamaşaçısını heyranlıq 

içində  qoyur.  85  yaşlı  ustadın  şəxsi  keyfiyyətləri  tamı-tamına  əsl  agsaqqalıq 

mücəssəməsidir.  

Aşq  Məhəmməd  Sadaxlı  da  bütövlükdə  Tiflis,  Başkeçid,  Qarayazı, 

Qaraçöp,  Lori,  Ağbaba  və  Kars  aşıq  ənənələrini  bacardığı  qədər  əxz  etməyə 

çalışmış,  Gəncəbasar,  Göyçə,  Urmiya,  Təbriz  ifaçılıq  xüsusiyyətlərini  də 

bugünkü vəziyyətinə görə sazda ifa edərək fərqli cəhətlərini, xallarına, güllərinə 

görə ayrıd etməyi bacaran tək-tük ustadlarımızdan biridir. Digər tərəfdən onu da 

qeyd  etmək  lazımdır  ki,  Borçalı  coğrafi  arealı,  yerləşmə  xüsusiyyətlərinə  görə 

daim mərkəz rolunda diqqəti cəlb etmişdir.  

Tiflis’in son iki yüz ildə uzun müddət Qafqaz’ın mədəniyyət beşiyi olması 

və tarixi ipək yolunun əsas hissəsi kimi bu coğrafi ərazinin üstünlüyünü ayrıca 

qeyd etməliyik.Tiflis ümumqafqaz  mədəniyyətinin paytaxtı kimi özündən 5-10 

km  aralıdakı  böyük  türk  toplumunun  yaşadığı  Borçalı’nın  da  aşıq-ozan 

dünyasının paytaxtı səviyyəsinə qalxmasında özəl dəyərə malikdir. Çünki həmin 

illərdə  ayrı-ayrı  aşıq  məktəblərinin  qovuşaq  yeri  Gürcüstan  olmuşdur.  Bugün 

aşıq  ədəbiyyatının  əksər  böyük  tədqiqatçılarından  Mürsəl  Həkimov,  Elxan 

Məmmədli,  Məhərrəm  Qasımlı,  Hüseyn  İsmayılov  və  başqaları  saz  məktəb  və 

mühitlərini  belə  quruplaşdırırlar:  Şirvan  Aşıq  məktəbi,  Göyçə  Aşıq  məktəbi, 

Gəncəbasar-Qazax  aşıq  məktəbi,  Gədəbəy  Aşıq  mühiti,  Təbriz-Urmiyə  Aşıq 

Məktəbi,  Cıldır  -  Qars  Aşıq  mühiti  və  Axısqa-Borçalı  Aşıq Məktəbi.  Bunların 

arasında  sonuncu  yəni  Borçalı  aşıq  mühitinin  bu  qədər  gəlişməsində  əsas  rolu 

Tiflis  şəhəri  oynamışdır.  Tiflis’in  draxtınlarında  və  çayxanlarında  həmişə  saz 

səsi  gecənin  ortasına  kimi  Kürün  şaqraq  səsinə  qarışmışdır.  Digər  bir  tarixi 

mənbəyə  əsasən,  1925’inci  illərə  kimi  Tiflis’də  yaşayan  əhalinin  nüfuz  sayısı 

daim  Türklərin  çoxluğu  ilə  mənbələrdə  əksini  tapmışdır.  Beləki  rəsmi 

Sayfa 13 / 847



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə