Gürcistan’da Aşıq Ədəbiyyatından Bir İsim:Aşıq Məhəmməd Sadaxlı
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
Üçüncü qrupa daxil olanlar adətən yaradıcı aşıqlar kimi saz dünyasında öz
dəsti-xətti ilə seçilmişlər. Onların şeir və dastan yaradıcılığı illərlə tədqiq
olunmuş, ağızdan-ağıza keçərək yaşamış və toplanaraq kitablar halında
oxuculara təqdim olunmuşdur.
Ozanların təsnifatından çıxış edərək deyə bilərik ki, saz solo ifaçılığı,
mükəmməl dastan söyləmə qabiliyyəti və şəxsi yaradıcılıq nümunəsinə malik
olmaqla bu üç xüsusiyyəti bir arada özündə cəm etmiş aşıqıqlarımızdan biri də
Aşıq Məhəmməd Sadaxlı’dır. Ozan dünyasına adını layiqincə həkk edən,
ümumilikdə, Azərbaycan aşıq sənətində qocaman ləngəri ilə hələ də sazından,
sözündən doyulmayan, 85 yaşını haqlamış, ustad dədələrimizdən biri kimi Aşıq
Məhəmməd Sadaxlı’nın yaradıcılığı və saz-söz dünyası indiyənə kimi etraflı
tədqiq edilməmiş və təəssüf ki, diqqətdən kənarda qalmışdır.
1. Âşık Mehemmed Sadaxlı’nın Həyatı ve Yaradıcılığı:
Aşıq Məhəmməd Sadaxlı (Məmmədov) 1930’uncu ildəGürcüstan’ın
Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. O, yedi illik orta
məktəb təhsili almışdır. Uşaqlıqdan saz sənətinə həvəs göstərməsi onu öz
üzərində çalışmağa, aşıq şeirini, xalq dastanlarını və aşıq havalarını dərindən
öyrənməyə sövq etmişdir. 1950’inci illərdən aşıqlıq sənətini kamilləşdirmək
məqsədilə Məhəmməd ustad yanına gedərək sənətin sirlərini öyrənməyə
başlamışdır. Məşhur Borçalı aşığı Xındı Məhəmməd’ə on iki il şagirdlik etməsi,
lap sonralar onunla bir yerdə el məclislərinə getməsi, Sadaxlı Məhəmməd’in
klassikvə milli ənənələrə bağlı aşıq kimi yetişməsinə böyük təsir göstərmişdir
(Ömeroğlu, 2009,3-4).
Borçalı aşıq mühitində aşıqlar ustadına və saz ifa etmə qabiliyyətinə və
avazla oxuma tərzinə, söz söyləmə bacarığına görə seçilirlər. Burada ustad aşıq
və onun şəyirdi arasında münasibət də çox fərqlidir. Prof. MəhərrəmQasımlı
haqlı olaraq göstərir ki, "digər aşıq mühitlərinə nisbətən Borçalı aşıq mühitində
şagirdlərin öz ustadlarından xeyir-dua alma, sərbəst aşıqlığa başlama prosesi
daha çox vaxt aparmışdır. Bu ənənə indinin özündə də qismən gözlənilir."
(Kasımlı,2003, 228)
Klassik saz havalarının mahir ifaçısıAşıq Məhəmməd Sadaxlı tədricən
oxuduğu sözlərdən və sazından ilhamlanaraq sonralar özü də şeirlər yazmış, real
hadisələrdən təsirlənərək xalq hekayələri, müəllif dastanları yaratmışdır.Bu günə
Sayfa 12 / 847
Akif XANSULTANLI
U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)
kimi aşıq Məhəmməd Sadaxlı’nın dörd kitabı işıq üzü görmüşdür. Bu
kitablarındakı şeirlərdə və yazdığı ondastan-hekayədə milli, dini, insanın əxlaqı,
tərbiyəsi, adət və ənənələrə sayğısıüstünlük təşkil edir. Əsas amil kimi klassik
aşıq poeziyasına sadiqlik, və klassik dastan yaradıcılığında tələb olunan
özəlliklər, bu günə qədər gələn şifahi xalq ədəbiyyatımızın qiymətli inciləri
sayılan dastanlarımızdakı abı-havanın qorunması Aşıq Məhəmməd Sadaxl’ının
yaradıcılıq qayəsi olmuşdur. İslami və milli adət və ənələrə, insani dəyərlərə
üstünlük verməsinişeirlərilə öyən və önə çıxaran Aşıq Məhəmməd Sadaxlı
ixtiyar yaşlarında olmasına baxmayaraq, bugün də el-obanın şənliklərinə qatılır.
Televiziya və radio proqramlarda canlı ifaları ilə minlərlə tamaşaçısını heyranlıq
içində qoyur. 85 yaşlı ustadın şəxsi keyfiyyətləri tamı-tamına əsl agsaqqalıq
mücəssəməsidir.
Aşq Məhəmməd Sadaxlı da bütövlükdə Tiflis, Başkeçid, Qarayazı,
Qaraçöp, Lori, Ağbaba və Kars aşıq ənənələrini bacardığı qədər əxz etməyə
çalışmış, Gəncəbasar, Göyçə, Urmiya, Təbriz ifaçılıq xüsusiyyətlərini də
bugünkü vəziyyətinə görə sazda ifa edərək fərqli cəhətlərini, xallarına, güllərinə
görə ayrıd etməyi bacaran tək-tük ustadlarımızdan biridir. Digər tərəfdən onu da
qeyd etmək lazımdır ki, Borçalı coğrafi arealı, yerləşmə xüsusiyyətlərinə görə
daim mərkəz rolunda diqqəti cəlb etmişdir.
Tiflis’in son iki yüz ildə uzun müddət Qafqaz’ın mədəniyyət beşiyi olması
və tarixi ipək yolunun əsas hissəsi kimi bu coğrafi ərazinin üstünlüyünü ayrıca
qeyd etməliyik.Tiflis ümumqafqaz mədəniyyətinin paytaxtı kimi özündən 5-10
km aralıdakı böyük türk toplumunun yaşadığı Borçalı’nın da aşıq-ozan
dünyasının paytaxtı səviyyəsinə qalxmasında özəl dəyərə malikdir. Çünki həmin
illərdə ayrı-ayrı aşıq məktəblərinin qovuşaq yeri Gürcüstan olmuşdur. Bugün
aşıq ədəbiyyatının əksər böyük tədqiqatçılarından Mürsəl Həkimov, Elxan
Məmmədli, Məhərrəm Qasımlı, Hüseyn İsmayılov və başqaları saz məktəb və
mühitlərini belə quruplaşdırırlar: Şirvan Aşıq məktəbi, Göyçə Aşıq məktəbi,
Gəncəbasar-Qazax aşıq məktəbi, Gədəbəy Aşıq mühiti, Təbriz-Urmiyə Aşıq
Məktəbi, Cıldır - Qars Aşıq mühiti və Axısqa-Borçalı Aşıq Məktəbi. Bunların
arasında sonuncu yəni Borçalı aşıq mühitinin bu qədər gəlişməsində əsas rolu
Tiflis şəhəri oynamışdır. Tiflis’in draxtınlarında və çayxanlarında həmişə saz
səsi gecənin ortasına kimi Kürün şaqraq səsinə qarışmışdır. Digər bir tarixi
mənbəyə əsasən, 1925’inci illərə kimi Tiflis’də yaşayan əhalinin nüfuz sayısı
daim Türklərin çoxluğu ilə mənbələrdə əksini tapmışdır. Beləki rəsmi
Sayfa 13 / 847