GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə3/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   2   3   4   5   6   7   8   9   ...   58
dym word

Mühazirənin planı:

    1. Ümumi anlayış və təyinatlar;

    2. Daxili yanma mühərriklərinin tsiklləri;

      1. İdeal tsikllər;

      2. Nəzəri tsikllər;

      3. Həqiqi tsikllər;

    3. Gəmi daxili yanma mühərriklərinin indikator diaqramları;

      1. Dördtaktlı nadduvsuz (üstəlik üfürməsiz) dizel mühərrikinin həqiqi indikator diaqramı;

      2. Dördtaktlı nadduvlu (üstəlik üfürməli) dizel mühərrikinin həqiqi indikator diaqramı;

      3. İkitaktlı nadduvlu (üstəlik üfürməli) dizel mühərrikinin həqiqi indikator diaqramı.


    1. Ümumi anlayışlar



Yuxarı ölü nöqtə (Y.Ö.N.) dedikdə porşenin alın hissəsinin dirsəkli valın oxundan ən uzaq məsafədə dayandığı nöqtə, aşağı ölü nöqtə (A.Ö.N.) dedikdə isə porşenin alın hissəsinin dırsəkli valın oxundan ən yaxın məsafədə dayandığı nöqtə başa düşülür. Bu nöqtələrdə porşen öz hərəkət istiqamətini dəyişdiyinə görə onun sürəti 0-a bərabər olduğundan həmin nöqtələr ölü nöqtələr adlandırılır.
Porşenin 1 ölü nöqtədən digər ölü nöqtəyə hərəkəti onun gedişi adlanır.
Takt dedikdə porşenin bir gedişi ərzində baş verən proses başa düşülür.
Taktlar bir ölü nöqtədə başlayır və digər ölü nöqtədə başa çatır.
Ardıcıl olaraq təkrar olunan proseslər (sorma, sıxma, yanma, genişlənmə və xaricetmə) toplusu işçi tsikl adlanır.



    1. Daxili yanma mühərriklərinin tsiklləri

Daxili yanma mühərriklərinin silindirində baş verən tsikillər şərti olaraq 3 yerə bölünür:

  1. İdeal tsikillər;

  2. Nəzəri tsikillər;

  3. Həqiqi tsikillər.

İdeal tsikillər ən sadələşdirilmiş tsikl olub aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

  1. Bu tsikillər qapalı dönən tsikillər olub, ideal istilik maşınlarında həyata keçirilir;

  2. Bu tsikillərdə istifadə olunan qaz ideal qazdır, onun tərkibi və miqdarı dəyişmir;

  3. İdeal tsikildə istifadə olunan işçi cismin yəni ideal qazın istilik tutumu temperaturdan asılı deyildir;

  4. İdeal tsikildə xaricetmə prosesi istiliyin soyuq mənbəyə verilməsi ilə əvəz olunur;

  5. Bu tsikldə ətraf mühitə istilik verilmir, sıxma və genişlənmə proseləri adiabatikdir;

  6. İdeal tsikildə yanma prosesi yoxdur və bu proses istiliyin isti mənbədən işçi cismə verilməsi ilə əvəz olunur. İstiliyin verilməsi 3 yolla həyata keçirilir:

    1. İstiliyin sabit həcmdə verilməsi (V const,Otto tsikli) ;

    1. İstiliyin sabit təzyiqdə verilməsi

(P const,


Dizel tsikli) ;

    1. İstiliyin qarışıq üsulla, yəni qismən sabit həcmdə və qismən də sabit təzyiqdə verilməsi ( P const;V const,Trinkler tsikli).

  1. İdeal tsikildə klapanların açılıb bağlanması yoxdur.

Dizel mühərriklərində istifadə olunan tsikl qarışıq ideal tsiklə oxşardır. Şəkil 1.1-də qarışıq ideal tsiklin diaqramı və aşağıdakı proseslər göstərilmişdir:
a c -sıxma prosesi;
c zz -yanma prosesi - istiliyin işçi cismə verilməsi: ƶ-b -genişlənmə prosesi;
b a -istiliyin soyuq mənbəyə veilməsi.
Şəkildən göründüyü kimi işçi cismə verilən istiliyin ( Q1 ) bir hissəsi sabit həcmdə ( Q1 ), bir hissəsi isə ( Q1 ) sabit təzyiqdə verilir.

Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə