GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə7/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   2   3   4   5   6   7   8   9   10   ...   58
dym word

Özlülük mayelərin xarici qüvvənin təsiri nəticəsində öz hissəciklərinin yerdəyişməsinə müqavimət göstərmək xassəsidir. Mühərrikin silindrinə püskürülən yanacağın tozlandırılma keyfiyyəti yanacağın özlülüyündən asılıdır. Belə ki, özlülük azaldıqca yanacağın tozlandırılma keyfiyyəti yaxşılaşır. Yanacağın özlülüyünü qiymətləndirmək üçün fiziki və yaxud şərti ölçü vahidlərindən istifadə olunur.
Kinematik özlülük ( ölçü vahidi sSt və ya mm2/san) fiziki kəmiyyət olub yanacağın dinamiki özlülüyünün (η) həmin temperaturda onun sıxlığına (𝜌𝑦)olan nisbətidir:

𝜇 = 𝜂 · 106⁄𝜌𝑦
, 𝑚𝑚2𝑠𝑎𝑛 (2.1)



Şərti özlülük viskozimetr adlanan xüsusi cihazlarda təyin edilir: məsələn, Enqler viskozimetrində ya Enqler dərəcəsi (0E) ya da ki, ona bərabər olan şərti özlülük dərəcələri (0BY) ilə. Şərti özlülük dedikdə 200 ml yanacağın Enqler cihazında xüsusi kalibrlənmiş deşikdən axdığı vaxtın 200 ml suyun 200 S-də həmin deşikdən axdığı vaxta nisbəti başa düşülür.
Xarici ölkələrdə şərti özlülüyün Enqler dərəcələri ilə ifadə olunması çox geniş yayılmışdır. Bundan başqa həmin ölkələrdə Redvud viskozimetri ilə təyin olunan şərti özlülük Redvud saniyələri ilə (R1 san) təyin edilir. Özlülük Redvud saniyələri ilə 50 ml yanacağın Redvud cihazının xüsusi kalibrlənmiş deşiyindən axdığı vaxta görə tapılır.
Gəmi dizellərində istifadə olunan bəzi yanacaqların özlülüyü aşağıdakı
hədlərdə dəyişir: distillat dizel yanacağı 200S-də - 1,5÷ 6 𝑚𝑚2𝑠𝑎𝑛 (sSt); motor

yanacaqları 500S-də - 20÷ 130 𝑚𝑚2𝑠𝑎𝑛 ;
35÷250 𝑚𝑚2𝑠𝑎𝑛.
mazutlar 500 S-də -

Dizel mühərriki üçün yanacağın növü istehsalçı – zavodun təkliflərinə, yanacaq sisteminin yanacağı təmizləmək və qızdırmaq imkanlarına və flotun texniki istismar şərtlərinə əsasən təyin edilir. Bir çox orta və kiçikdövrlü

mühərriklər özlülüyü 500S-də 350 𝑚𝑚2𝑠𝑎𝑛
işləmək üçün nəzərdə tutulmuşdur.
-yə qədər olan ağır yanacaqlarda

Temperatur artdıqca yanacağın özlülüyü azalır. Ağır yanacaqların keyfiyyətli tozlanmasını və boru kəmərlərində axa bilməsini təmin etmək üçün onlar 45÷1100S-yə kimi qızdırılmalıdır.
Donma temperaturu elə bir maksimal temperaturdur ki, bu temperaturda yanacaq öz axıcılıq qabiliyyətini itirir. Distillat yanacaqları nisbətən aşağı (-10÷- 600S), mazutlar isə yüksək donma temperaturuna (+100S-yə kimi) malikdirlər. Donma temperaturu yanacağı boru kəmərlərində nəql olunması nöqteyi-nəzərdən xarakterizə edir.
Yanacaq qızdırıldıqda onun səthində əmələ gələn buxarın hava ilə qarışığı müəyyən bir şəraitdə kənardan alov yaxınlaşdırıldıqda alışır. Bu zaman yanacağın malik olduğu temperatur alışma temperaturu adlanır. Alışma temperaturu yanacağın yanma keyfiyyətini təyin etmir. O, yanacağı yalnız yanğın təhlükəsi cəhətdən xarakterizə edir. Alışma temperaturu laboratoriya şəraitində Martens- Pensk metodu ilə təyin olunur. Yüngül dizel yanacaqlarının alışma temperaturu

40÷ 900 S, ağır yanacaqlarınkı isə 1600S-yə yaxın olur. Gəmi dizellərində istifadə olunan yanacaqların alışma temperaturu 610 S-dən az olmamalıdır.
Öz-özünə alışma temperaturu elə bir minimal temperaturdur ki, bu temperaturda heç bir kənar alışdırıcı mənbə olmadıqda yanacaq öz-özünə alışır və yanır. Öz-özünə alışma temperaturu başlıca olaraq yanacağın kimyəvi qrup tərkibindən və öz-özünə alışma baş verən mühitin şəraitindən asılıdır. Gəmi dizellərində istifadə olunan yanacaqlar üçün öz-özünə alışma temperaturu yanacaq püskürüldüyü anda oradakı təzyiq 3,5÷4,5 MPa olduqda 200÷2500S-yə bərabərdir.
Setan ədədi (S.Ə.) dizel yanacağının özüalışma keyfiyyətini xarakterizə edir və S.Ə. böyüdükcə özüalışma temperaturu azalır.
Yanacağın setan ədədi, sıxma dərəcəsi dəyişdirilə bilən xüsusi birsilindrli İT9-3 və yaxud İT9-3M markalı dizel mühərriki qurğusunda, həmin yanacağın etalon qarışığın özüalışma xassəsi ilə müqayisə etməklə təyin edilir. Etalon qarışıq asan alışan setandan (𝐶16𝐻34) və çətin alışan aromatik karbohidrogenlər sırasının nümayəndəsi olan 𝛼-metilnaftalindən (𝐶11𝐻10) hazırlanır. 𝛼-metilnaftalinin S.Ə. sıfır, setanınkı isə 100 qəbul olunmuşdur. Etalon qarışığın tərkibindəki setanın %- lə miqdarı qarışığın S.Ə. kimi qəbul edilir. Etalon qarışığın tərkibindəki birləşmələri müxtəlif nisbətlərdə götürməklə istənilən S.Ə.-li etalon qarışıq
hazırlamaq olar. Sınaq qurğusunda (İT9-3 və yaxud İT9-3M) yoxlanılan dizel yanacağı özüalışma xassəsinə görə götürülmüş etalon qarışıqla eyni səviyyədə olduqda, dizel yanacağının S.Ə. qarışığın tərkibindəki setanın %-lə miqdarına bərabər hesab edilir.
Yanacağın S.Ə. əsasən onun kimyəvi tərkibindən asılıdır. Yanacağın tərkibindəki alkanlar sırası karbohidrogenlərinin setan ədədi yüksək olduğundan özüalışma temperaturu aşağıdır. Aromatik birləşmələr isə çətin alışır, yəni onların setan ədədi azdır. Müasir dizel mühərriklərində istifadə edilən dizel yanacağının S.Ə. 40-60 vahid olur.
Gəmi dizellərində istifadə olunan distillat dizel yanacağının setan ədədi 45÷60, mazutlarınkı isə 25÷ 40 hadlərində dəyişir.
Yüksək setan ədədinə malik olan yanacaqlar əsasən yüksək dövrlü dizellər üçün nəzərdə tutulmuşdur. Çünki bu dizellərdə yanma prosesinə ayrılan vaxt çox azdır. Lakin setan ədədinin 60-dan çox olması da əlverişli deyil. Belə ki, bu zaman yanacaq damcıları hava ilə qarışana qədər alışacaqdır ki, bunun da nəticəsində natamam yanma artacaq, mühərrikin qənaətliliyi isə azalacaqdır.
Kokslaşma yanacağın mühərrikin silindr-porşen qrupu hissələrində, forsunkanın tozlandırıcısında və xaricetmə traktında qurum əmələ gətirməyə meylliliyini xarakterizə edir. Yanacaqlarda kokslaşma Konradson cihazında təyin edilir və faizlərlə qiymətləndirilir. Distillat dizel yanacaqlarında kokslaşma adətən 0,3÷0,5%-i keçmir, ağır yanacaqlarda isə hətta 10%-ə çatır.


    1. Yüklə 3,6 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə