GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə10/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   6   7   8   9   10   11   12   13   ...   58
dym word

MÜHAZİRƏ № 3
Mühərrikin işçi tsiklinin hesabı. Doldurma (sorma) prosesinin gedişi. Doldurma (sorma) prosesinin sonundakı təzyiq və temperatur. Qalıq qazlar və doldurma əmsalları
Mühazirənin planı:

  1. Doldurma prosesinin gedişi;

  2. Ətraf mühitin təzyiq və temperaturunun qəbul edilməsi;

  3. Doldurma (sorma) prosesinin sonundakı təzyiin təyin edilməsi;

  4. Qalıq qazların təzyiq və temperaturunun qəbul olunması;

  5. Doldurma prosesinin sonundakı temperaturun təyin edilməsi.

  6. Üstəlik üfürməsiz 4 taktlı mühərriklərdə qalıq qazlar əmsalının təyin edilməsi;

  7. Üstəlik üfürməli 4 taktlı mühərriklərdə qalıq qazlar əmsalının təyin edilməsi;

  8. 2- taktlı mühərriklərdə qalıq qazlar əmsalının qəbul olunması;

  9. Doldurma əmsalının hesabi üsulla təyin edilməsi;

  10. Doldurma əmsalının təcrübə yolu ilə təyin edilməsi.



3. Mühərrikin işçi tsiklinin hesabı

Mühərrikin işçi tsiklinin hesabı dedikdə silindirdə baş verən ayrı-ayrı proseslərin sonundakı təzyiq və tempraturların, mühərrikin indikator və effektiv göstəricilərin, o cümlədən mühərrikin onun əsas ölçüləri olan silindirin diametrinin və porşenin gedişinin təyin edilməsi, eləcə də indikator diaqramının qurulması və istilik balansının yerinə yetirilməsi başa düşülür.





    1. DOLDURMA (SORMA) PROSESI




      1. Doldurma prosesinin gedişi

Doldurma prosesi sorma klapanının açıq olduğu müddətdə porşen əsasən Y.Ö.N.-dən aşağı ÖN-ə hərəkət edərkən baş verir. Bu müddət ərzində silindirə təmiz hava daxil olur. Üstəlik üfürməsiz mühərrikdə havanın silindirə daxil olması porşen aşağıya doğru hərəkət edərkən silindirdə yaranan seyrəklik hesabına baş verir. Odur ki, bu mühərriklərdə bu proses sorma prosesi adlanır. Nadduvlu müh- də isə havanın silindirə daxil olması üfürmə nasosları vasitəsilə məcburi şəkildə həyata keçirilir. Ona görə də bu mühərrikdə doldurma prosesi adlanır. Aşağıdakı


şəkillərdə sorma və doldurma proseslərində silindirdəki təzyiqin dəyişməsi göstərilmişdir.

Doldurma (sorma) prosesi hər 2 mühərrikdə nəzəri olaraq
r a
xətti üzrə sabit

təzyiqdə baş verir. Lakin həqiqətdə isə doldurma prosesi sorma klapanının açıldığı

andan bağlandığı ana qədər
a r r a a
xətti üzrə və təzyiqin dəyişməsi ilə baş

verir (şəkildə bu qırıq xətlə göstərilmişdir). Buradan göründüyü kimi həqiqətdə sorma klapanı vaxtından qabaq açılır və vaxtından gec də bağlanır. Sorma klapanının tez açılması qabaqlama bucağı ilə, gec bağlanması isə gecikmə bucağı ilə qiymətləndirilir. Sorma klapanının açılmasının qabaqlama bucağı 4 taktlı dizel



        1. b)

Şəkil 3.1. Sorma (doldurma) proseslərində silindrdəki təzyiqin dəyişməsi: a)-sorma prosesi; b)-doldurma prosesi

mühərriklərində 20-300 hədlərində, bağlanmasının gecikmə bucağı isə 40-600 hədlərində dəyişir. Bu o deməkdir ki, sorma klapanı porşen yuxarı Y.Ö.N.-ə 20- 300-ə qalmış açılır. A.Ö.N.-dən 40-600-ə keçmiş isə bağlanır. Qabaqlama və gecikmə bucaqları mühərrikin sürətindən asılıdır. Belə ki, dövrlər sayı artdıqda bu bucaqlar da böyüyür. Sorma klapanının tez açılması aşağıdakı amillərlə bağlıdır. Əvvəla, sorma klapanının açıldığı zaman şəkildən də göründüyü kimi xaric klapanı da açıqdır və buna görə də xaric olunan yanma məhsulları sorma klapanı yerləşən həcmdə seyrəklik yaradır ki, bu da “ejeksiya” nəticəsində porşenin yuxarıya doğru qalxmasına baxmayaraq sorma klapanından silindirə təmiz hava daxil olmasına səbəb olur. Bu isə silindirin yanma məhsullarından daha yaxşı təmizlənməsinə kömək edir.


İkincisi isə, porşen yuxarı ölü nöqtə ətrafında hərəkət etdikdə sorma klapanının qalxma hündürlüyü dirsəkli valın dönmə bucağından asılı olaraq çox az

dəyişdiyindən, havanın silindirə daxil olması zamanı müqaviməti azaltmaq məqsədilə porşen Y.Ö.N.-ə çatdıqda klapanda müəyyən keçid sahəsinin əldə olunmasıdır. Sorma klapanının gec bağlanmasında məqsəd silindirə daxil olan havanın miqdarının artırılmasıdır. Şəkildən göründüyü kimi porşen Y.Ö.N.-ə doğru qalxarkən a-nöqtəsindən d-nöqtəsinə qədər silindirdəki təzyiq ətraf mühit təzyiqindən azdır. Ona görə də bu müddət ərzində havanın silindirə daxil olması
davam edəcəkdir. d-nöqtəsindən a II nöqtəsinə qədər isə silindirdəki təzyiqin ətraf
mühit təzyiqindən çox olmasına baxmayaraq, silindirə daxil olan hava kütləsi öz ətaləti hesabına silindirə doğru hərəkəti davam etdirir. Bu isə öz növbəsində sorma klapanı bağlanana qədər silindirə daha çox hava daxil olmasına səbəb olur.
Aşağıdakı şəkildə əks axınlı 2 taktlı mühərrikdə qaz mübadiləsi, yəni silindirin yanma məhsullarından təmizlənməsi və silindirə təmiz havanın daxil olması prosesləri göstərilmişdir.
Bu mühərrikdə, porşen A.Ö.N.ə təxminən 80-900 dərəcə qalmış xaricetmə pəncərəsi açılır ( b ) və silindirlə ətraf mühit arasında təzyiqlər fərqi hesabına yanma məhsulları sürətlə silindirdən xaric olmağa başlayır (sərbəst xaricetmə). Bundan bir qədər sonra porşen A.Ö.N.-ə təxminən 40-500 dərəcə qalmış üfürmə
pəncərələri də açılır ( a1 nöqtəsi) və üfürmə nasosları vasitəsilə silindirə təmiz hava
vurulur. Bundan sonra həm xaricetmə, həm də üfürmə prosesləri eyni zamanda davam edir. Porşen A.Ö.N.-ə çatıb, Y.Ö.N.-ə doğru qaldıqdan təxminən 40-50-ə sonra üfürmə pəncərələri bağlanır ( a II ) və silindirə təmiz havanın doldurulması başa çatır. Bundan bir qədər sonra isə, A.Ö.N.-dən təxminən 80-900 keçmiş

xaricetmə pəncərələri də bağlanır (a-nöqtəsi) və xaricetmə prosesi də qurtarır.
a II

nöqtəsindən a-nöqtəsinə qədər olan müddətdə silindirdəki təmiz havanın da bir hissəsi itirilərək yanma məhsulları ilə birlikdə silindirdən xaric olur.





Şəkil 3.2. İkitaktlı mühərrikdə qaz mübadiləsi prosesi




      1. Yüklə 3,6 Mb.

        Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə