GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə8/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   4   5   6   7   8   9   10   11   ...   58
dym word

Hava artıqlıq əmsalı

Mühərrik işləyən zaman yanma prosesində iştirak edən həqiqi hava miqdarı silindrdəki yanacağın yanması üçün tələb olunan nəzəri havanın miqdarından az və ya çox ola bilər. Bunu qiymətləndirmək üçün hava artıqlıq əmsalından istifadə olunur. Hava artıqlıq əmsalı dedikdə 1 kq yanacaq yandırıldıqda, yanmada iştirak edən həqiqi hava miqdarının (L və ya l ) 1 kq yanacağı tam yandırmaq üçün tələb olunan nəzəri və yaxud “stexiometrik” hava miqdarına (L0l0) olan nisbəti başa düşülür. Bu əmsal α ilə işarə olunur və ümümi halda aşağıdakı kimi təyin edilir:



  L
Lo
𝑙
𝑙 0
. (2.2)

Burada, L və 𝑙 - həqiqi havanın kmol kq-la miqdarı;



Lo
𝑙 0

  • nəzəri havanın kmol kq-la miqdarıdır.

Mühərrik işləyərkən yanmada iştirak edən həqiqi havanın miqdarı yalnız təcrübi yolla təyin edilə bilər. Nəzəri hava miqdarı isə hesablama yolu ilə tapılır. Lakin bunun üçün yanacağın orta elementar tərkibi məlum olmalıdır.Yanacağın orta elementar tərkibi dedikdə yanacağın tərkibində olan maddələrin hissə və ya faizlə miqdarları başa düşülür və aşağıdakı kimi ifadə olunur:


C H S O  1 (2.3)


C H S O  100% (2.4)



Burada
C, H , S
O -uyğun olaraq yanacağın tərkibindəki karbonun,

hidrogenin, kükürdün və oksigenin miqdarıdır.
Müxtəlif yanacaqların orta elementar tərkibləri ədəbiyyatlarda verilir.
Məsələn, dizel yanacağı üçün:

C  86,3%
H  13,3%
S  0,3%
O  0,1%
və yaxud 0,863;
və yaxud 0,133;
və yaxud 0,003;
və yaxud 0,001.

Yanacağın orta elementar tərkibi məlum olduqda nəzəri hava miqdarı aşağıdakı kimi təyin edilə bilər:



L 1
C H S


O ,


kmol
hava
(2.5)

0 0,21 12 4
32 32
kg yanacaq

𝑙  1 8 C  8H S O ,
kg hava
(2.6)

0 0,23 3
kg
yanacaq

(1.7) ifadəsindən göründüyü kimi hava artıqlıq əmsalı aşağıdakı qiymətləri ala bilər:



      1. L > L0 olduqda α > 1- bu halda yanma prosesinin tam getdiyi, yanıcı qarışığın isə kasıblaşmış olduğu qəbul olunur;

      2. L=L0 olduqda α=1 - bu halda yanma prosesinin tam getdiyi və yanıcı qarışığın normal olduğu qəbul olunur;

      3. L < L0 olduqda α < 1 - bu halda natamam yanma prosesi baş verir və yanıcı qarışığın zənginləşmiş olduğu qəbul edilir.

Dizel mühərriklərində hava artıqlıq əmsalı həmişə 1-dən böyük olur. Müxtəlif tip dizel mühərrilləri üçün hava artıqlıq əmsalı aşağıdakı hədlərdə qəbul edilir.

  1. Üstəlik üfürməsiz 4 taktlı dizel mühərrikləri üçün -   1,3  1,6 ;

  2. Üstəlik üfürməli 4 taktlı dizel mühərrikləri üçün -   1,5  2,2 ;

  3. İkitaktlı dizel mühərrikləri üçün -   1,5  2,2 .

Hava artıqlıq əmsalı mühərrikin işçi prosesini xarakterizə edən əsas parametrlərdən biridir. Eyni şərtlər daxilində mühərrikin tüstüləmədən işini təmin etmək şərtilə hava artıqlıq əmsalının kiçildilməsi mühərrikin işçi prosesinin daha təkmil olunduğunu və eləcə də onun gücünün artdığını göstərir. Dizel mühərrikində -nın daha çox kiçildilməsinə maneə törədən səbəblərdən biri və ən əsası, bu mühərrikdə yanıcı qarışığın hazırlanması üçün ayrılan vaxtın çox kiçik olmasıdır. Bu məsələni müəyyən qədər həll etmək üçün burulğan və ön yanma kamerli mühərriklərdən istifadə edilir.




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə