GəMİ daxiLİ yanma


Gəmi daxili yanma mühərriklərinin indikator diaqramları



Yüklə 3,6 Mb.
səhifə5/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   2   3   4   5   6   7   8   9   ...   58
dym word

Gəmi daxili yanma mühərriklərinin indikator diaqramları

Şəkil 1.3-də 4 taktlı nadduvsuz (üstəlik üfürməsiz) dizel mühərrikinin həqiqi indikator diaqramı verilmişdir.
Diaqramda aşağıdakı işarələrdən istifadə olunmuşdur:

    • a a - uyğun olaraq sorma klapanının açılmasını və bağlanmasını göstərən nöqtələr;

    • b r - xaricetmə klapanının açılmasını və bağlanmasını göstərən nöqtələr;

    • f – yanacağın silindirə püskürülməsi momenti;

    • c - yanmanın başlandığı nöqtə;

    • c - görünən yanmanın başlandığı nöqtə;

    • zh - silindirdəki təzyiqin maxsimum qiymət aldığını göstərən nöqtə;

    • z - yanma prosesinin sonunu göstərən nöqtə.


Şəkil 1.3 Dördtaktlı nadduvsuz (üstəlik üfürməsiz) dizel mühərrikinin həqiqi indikator diaqramı

Diaqramda aşağıdakı həqiqi və nəzəri proseslər göstərilmişdir (nəzəri proseslər mötərizədə göstərilib):



a r r a a

  • həqiqi sorma prosesi ( r a

-nəzəri);

a f c - həqiqi sıxma prosesi (a-c nəzəri);
c c zh z - həqiqi yanma prosesi (c-ƶ1 nəzəri);
z - b- həqiqi genişlənmə prosesi (ƶ-b nəzəri)

b b r r
həqiqi xaric prosesi ( b r
nəzəri).

Üstəlik üfürməsiz mühərrikdə havanın silindirə daxil olması porşen A.O.N.-ə doğru sürətlə hərəkət etdikdə silindirdə yaranan vakuumun (yəni silindrdəki təzyiqin ətraf mühüt təzyiqindən aşağı düşməsi) hesabına baş verdiyindən bu, sorma prosesi adlanır.
Üstəlik üfürməli mühərriklərdə isə havanın silindirə verilməsi xüsusi üfürmə nasosları vasitəsilə atmosfer təzyiqindən yuxarı təztiqlərdə həyata keçirilir. Bu mühərriklərdə havanın silindirə daxil olması sorma prosesi deyil doldurma prosesi adlanır. Belə mühərrikin indikator diaqramı üstəlik üfürməsiz mühərrikin

diaqramından aşağıdakı şəkildə göstərildiyi kimi doldurma və xaricetmə proseslərinin gedişi ilə fərqlənir.
Bu diaqramda da işarələr elə üstəlif üfürməsiz mühərrikdə olduğu kimi saxlanmışdır (şəkil 1.4).
Burada, Ps -resiverdəki təzyiqdir.
Şəkildən göründüyü kimi doldurma ( a r r a a ) və xaricetmə ( bb r r ) prosesləri atmosfer təzyiqindən yuxarı, resiverdəki təzyiqdən isə aşağı təzyiqlərdə həyata keçirilir.
Bildiyimiz kimi 2 taktlı mühərrikdə 1 işçi tsikl dirsəkli valın 1 tam dövründə və ya porşenin 2 gedişində baş verir. Bu mühərrikdə silindirin yanma məhsullarından təmizlənməsi və silindirə təmiz havanın daxil olması aşağı ölü nöqtə yaxınlığında silindirin ətrafındakı pəncərələr hesabına həyata keçirilir. Bu mühərrikin həqiqi indikator diaqramı şəkil 1.5-də göstərilmişdir.
Bu mühərrikin indikator diaqramında b a nöqtələri xaricetmə pəncərələrinin açılıb bağlanma momentlərini, m n nöqtələri isə üfürmə pəncərələrinin açılıb bağlanmasını göstərir.

Şəkil 1.4 Dördtaktlı nadduvlu (üstəlik üfürməli) dizel mühərrikinin həqiqi indikator diaqramı


İkitaktlı mühərriklər qaz axınının istiqamətinə görə 2 cür olur: düzaxınlı və əks axınlı. Şəkil 1.5- də göstərilən indikator diaqramı əks axınlı 2 taktlı mühərrikə aid olduğu üçün bu diaqramda b a nöqtələri xaricetmə pəncərələrinin açılıb- bağlanmasını göstərir.


Düz axınlı 2 taktlı mühərrikdə isə xaricetmə pəncərələri xaricetmə klapanları ilə əvəz olunduğundan və bu klapanlar silindir qapağında yerləşdiyindən diaqramda yalnız m n nöqtələri göstərilməlidir. Bundan başqa 2 taktlı mühərrikdə 4 taktlı mühərrikdən fərqli olaraq həndəsi və həqiqi həcmlər də vardır.
A.Ö.N. və Y.Ö.N. arasında qalan həcm, həndəsi işçi həcm, aşağı ölü nöqtədən silindirlər qapağına qədər olan həcm həndəsi tam həcm, xaricetmə pəncərələri bağlandıqdan sonra Y.Ö.N.-ə
qədər olan həcm həqiqi işçi həcm, xaricetmə pəncərələri bağlandıqdan sonra

silindir qapağına qədər olan həcm isə tam həqiqi həcm adlanır.
Vs həcmi həndəsi

işçi həcmin xaricetmə və üfürmə prosesləri üçün itirilən hissəsidir. Ona görə də 2 taktlı mühərrikdə aşağıdakı kimi təyin edilən həndəsi və həqiqi sıxma dərəcələri anlayışları vardır:
-həndəsi sıxma dərəcəsi

Va
Vc
(1.5)




Şəkil 1.5 İkitaktlı nadduvlu (üstəlik üfürməli) dizel mühərrikinin həqiqi indikator diaqramı



-həqiqi sıxma dərəcəsi


  Va
Vc

(1.6)


Həndəsi işçi həcmin itirilmiş hissəsini göstərən
Vs həcminin həndəsi işçi

həcmə s olan nisbəti işçi həcmin itirilmiş hissəsini göstərən əmsal adlanır:



  Vs

s
s V
(1.7)

YOXLAMA SUALLARI





  1. Ölü nöqtə nə deməkdir?

  2. Porşenin gedişi nədir və onunla dirsəkli valın fırlanma radiusu arasında hansı əlaqə var?

  3. Yanma kamerasının, silindrin işçi və tam həcmləri nədir?

  4. Sıxma dərəcəsi nədir və hansı düsturla təyin edilir?

  5. Takt, işçi tsikl nədir? 2 və 4-taktlı mühərriklərdə işçi tsikl dirsəkli valın neçə dövrü ərzində baş verir?

  6. Daxili yanma mühərriklərinin silindirində baş verən tsikillər şərti olaraq neçə yerə bölünür və hansılardır?

  7. İdeal tsikillər hansı xarakterik xüsusiyyətlərə malikdir?

  8. Nəzəri tsikillər hansı xarakterik xüsusiyyətlərə malikdir?

  9. Həqiqi tsikillər hansı xarakterik xüsusiyyətlərə malikdir?

  10. 4 taktlı üstəlik üfürməsiz dizel mühərrkinin həqiqi indikator diaqramında hansı proseslər baş verir?

  11. 4 taktlı üstəlik üfürməli dizel mühərrkinin həqiqi indikator diaqramında hansı proseslər baş verir?

  12. 2 taktlı dizel mühərrkinin həqiqi indikator diaqramında hansı proseslər baş verir?

  13. Üstəlik üfürməli və üstəlik üfürməsiz dizel mühərriklərinin həqiqi indikator diaqramları nə ilə fərqlənir?

  14. 4 taktlı 2 taktlı dizel mühərriklərinin həqiqi indikator diaqramları nə ilə fərqlənir?

  15. 2 taktlı mühərrikdə həqiqi və həndəsi sıxma dərəcələri nədir?

  16. Həndəsi işçi həcmin itirilmiş hissəsini göstərən əmsal hansı hədlərdə dəyişir?


Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə