GəNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti



Yüklə 2,04 Mb.
səhifə5/23
tarix08.04.2018
ölçüsü2,04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

2.Genlərin bir xətt üzrə xromosomlarda yerləşməsi

T.Morqan genlərin xromosomlarda bir xətt üzrə ardıcıl yerləşdiyini və krossinqoverin tezliyinin genlər arasındakı nisbi məsafəni əks etdirir: əgər eyni genlər arasında krossinqover tez-tez baş verirsə, onda onlar xromosomda bir-birindən uzaqda yerləşir. Beləliklə, əgər bədənin qara rəngini əks etdirən gen ilə rudiment qanadları idarə edən genlər arasında rekombinasiyanın tezliyi 17%-sə deməli, bu miqdar müəyyən şəkildə xromosomda genlər arasında məsafəni xarakterizə edir.

Genlərin xromosomlarda bir xətt üzrə yerləşdiyinin sübutu kimi, Morqanın drozofil milçəyi üzərində apardığı klassik tədqiqatı misal çəkmək olar.

Bir-biri ilə ilişikli üç resessiv genlərə məxsus olan heteroziqot drozofil milçəyini, (bədəni sarı-y, gözlərin rəngi ağ-w və haça şəklində qanadlar-bi) həmin üç homoziqot genlərə məxsus erkək fərd ilə çarpazlaşdırdıqda nəsildə aşağıdakı nətijələr alınmışdır:1,2% y ilə w; 3,5% w ilə bi və 4,7% -y ilə bi arasında baş verən krossinqoverdir. Alınan nəticələri sxemdə aşağıdakı şəkildə əks etdirmək olar:


sarı (y)

1,2%


ağ (w) 4,7%

3,5%


haçalı (bi)
Alınan nəticələrdən aydın görünür ki, krossinqoverin faizi genlər arası məsafənin funksiyasıdır. Çünki kənarda yerləşən genlərin y və bi məsafəsi iki məsafənin cəminə – y və w, w və bi-yə bərabərdir, bu da onu göstərir ki, genlər xromosomlarda bir xətt üzrə ardıcıl yerləşir. Belə tədqiqatların təkrar nəticələri onu göstərir ki, hər bir gen xromosomda özünə məxsus yerdə (lokusda) yerləşir.
3.Bir və çox qat krossinqover
Genlərin xromosomlarda çox olmasını, onların xromosomlarda xətt üzrə ardıcıllığını və hər bir genin özünə məxsus yerləşməsi halını qəbul edərək T.Morqan homoloji xromosomlar arasında krossinqoverin eyni zamanda bir neçə nöqtədə getdiyini güman etmişdir. Bu fikir yenə də drozofil milçəyinin üzərində sübut edilmiş və sonra digər heyvanlar, bitkilər və mikroorqanizmlər üzərində bütünlüklə sübut olunmuşdur. Bir nöqtədə krossinqoveri bir qat, iki nöqtədə iki qat, üç nöqtədə üç qat, çox nöqtədə baş verən krossinqoveri çox qat krossinqover adlandırmışlar. Bunlardan birini konkret misalda nəzərdən keçirək.

Əgər, üç cüt ilişikli genlərlə fərqlənən iki qarğıdalı formasını çarpazlaşdırsaq: formaların birində cücərtilər sarı (v), parıldayan (gl), yarpaqları çapıq (sl), digərində cücərtilər yaşıl (v+), tutqun (gl+) yarpaqlar normal (sl+), alınan hibrid F1 aşağıdakı genotipə məxsus olajaq:



,

yə’ni cücərtilər yaşıl və tutqun, yarpaqlar isə normal. Həmin hibridi resessiv başlanğıc forma ilə analizedici çarpazlaşma apardıqda Fb nəslində səkkiz fenotipik siniflərə aid bitkilər alınacaq. F1 hibridin qametlərinin tipləri, Fb hibridlərin genotipləri və onların sayca nisbətləri 5-ci cədvəldə öz əksini tapmışdır. 726 bitkidən böyük əksəriyyəti, yə’ni 505 və yaxud 69,6% valideyn əlamətlərinə uyğun ikinci və dördüncü cüt siniflər vgl genlərinin arasında getdiyi krossinqoverin nəticəsində meydana gəlmiş və cəmi 16,8%+1,5%=18,3% təşkil etmişdir. Üçüncü və dördüncü cüt siniflər glsl genləri arasında gedən, krossinqoverin nəticəsidir (12,1%+1,5%=13,6%).

Əgər krossinqoverin bir faizini, genlər arası məsafənin vahidi kimi qəbul etsək, onda v gl genləri arasında məsafə 18,3%, lakin glsl 13,6% təşkil edəjək. Bir halda ki, krossinqoverin tezliyi, genlər arası məsafənin funksiyasıdır, onda vsl genlərinin arasındakı məsafə v-glgl-sl genlərinin arasındakı məsafənin cəminə bərabər olmalıdır, yə’ni 18,3%+13,6%=31,9%. Halbuki, v-gl genləri arasında bir qat krossinqoverin cəmi 16,8%+12,1%=28,9% təşkil edir (2-3-cü cüt siniflər), yə’ni gözlənildiyindən 31,9%-28,9%=3,0% az. Bu sanki bundan əvvəlki, drozofil milçəyi ilə aparıldığı tədqiqatın nəticəsi ilə uyğun gəlmir. Orada ybi genləri arasında krossinqoverin tezliyi (4,7%) y-w (1,2%) və w-bi (3,5%) genlərin arasındakı məsafənin cəmi ilə tam uyğun gəlirdi. Qeyd etmək lazımdır ki, drozofil ilə aparılan tədqiqatda genlər bir birinə yaxın məsafədə, qarğıdalı misalında genlər xromosomlarda bir birindən uzaqda yerləşirlər.

Hesablamada uyğunsuzluq bununla izah olunur ki, bir birindən uzaqda yerləşən genlərin arasında ikiqat krossinqover gedə bilər, bu da genlər arasındakı məsafəyə tam dəqiqliklə qiymət verməyə imkan vermir. İkiqat krossinqoverin nətijəsində (şəkil 41.4) vsl genləri eyni xromosomda qalajaq və onların arasındakı krossinqover özünü büruzə verməyəjək. Ona görə v sl genləri arasındakı krossinqover (28,9%), ikiqat krossinqoveri nəzərə almadıqda, vgl arasındakı və glsl arasındakı məsafənin cəmi (31,9%) olacaqdır.

İkiqat krossinqoveri nəzərə almaq üçün əlavə marker gen lazım gəlir (yə’ni iki tədqiq olunan genlərin arasında yerləşən gen). Müzakirə olunan misalda belə marker gen gl genidir. Vsl genlərinin arasındakı məsafənin müəyyən olunması aşağıdakı kimi həyata keçir: bir qat krossinqoverlərin faizinin cəmi (28,9%) iki dəfə artırılmış (1,5x2=3,0%) iki qat krossinqoverin faizi ilə eynidir. İki qat krossinqoverin faizinin iki dəfə artırılması onun üçün lazımdır ki, hər iki qat krossinqover, iki bir birindən asılı olmayan xromosomun iki nöqtədə sərbəst baş verən qırılmasının nətijəsidir. Beləliklə, bir birindən uzaq yerləşən vsl genlərin həqiqi məsafəsi 28,9%+3,0%=31,9% təşkil edəjək. Bu da iki sahədə olan genlərin v-gl və gl-sl krossinqoverinin faizinin cəminə bərabərdir.

İnterferensiya. Müəyyən olunmuşdur ki, xromosomun hər hansı bir sahəsində krossinqover baş verirsə, o nöqtəyə yaxın olan sahədə və ya lokuslarda krossinqover baş vermir. Bu hadisə interferensiya adlanır. İkiqat krossinqover zamanı genlərarası məsafə qısa olduqda interferensiya hadisəsi xüsusi ilə kəskin özünü büruzə verir, xromosomların qırılması bir birindən asılı olur. Bu asılılığın dərəcəsi qırılmaların məsafələri ilə müəyyən olunur: bu və digər qırılma nöqtəsindən uzaqlaşdıqca növbəti qırılmanın ehtimallılığı artır.

İnterferensiyanın dərəcəsini hesablamaq mümkündür. Xromosomlarda genlərin yerləşdiyi lokusları və onların ardıcıllığını bilsək, nəzəri olaraq ikiqat krossinqoverin tezliyini hesablamaq olar. Bunu, yuxarıda nəzərdən keçirdiyimiz qarğıdalı misalında izah edək:

Krossinqoverin tezliyini ölçərək, müəyyən olmuşdur ki, genotipində v gl genləri bir birindən 18,3%, lakin glsl-13,6% məsafədə yerləşir. Əgər v-gl gl-sl sahələrində qırılmalar bir birindən asılı olmayan hadisə kimi baş verirsə, onda vsl genləri arasında ikiqat krossinqoverin ehtimallığı v-glgl-sl sahələrinin vurma hasilinin krossinqover faizinə bərabər olmalıdır, yə’ni 18,3/100x13,6/100x100=2,5%. Lakin tədqiqatda ikiqat krossinqoverin nəticəsində cəmi 1,5% bitki alınmışdır. Tədqiqatda müşahidə edilən faiz (1,5%) nəzəri gözlənilən faizdən (2,5%) aşağıdır, belə hal interferensiyanın olması ilə izah olunur. İnterferensiyanın miqdarı, müşahidə edilən ikiqat krossinqoverin nəzəri gözlənilən nisbəti ilə ölçülür. Bu nisbət genetikada üst-üstə düşmək və yaxud koinsidensiya miqdarı adlanır və vahid hissə, ya da faiz ilə ifadə olunur.

Göstərilən misalda koinsidensiya 1,5:2,5, yə’ni 0,6, yaxud 60%-ə bərabərdir. Bu halda bir vahid hissə 100%-ə bərabərdir. Müxtəlif xromosomlarda və eyni xromosomun müxtəlif sahələrində koinsidensiyanın miqdarı müxtəlif olur. Genlərin xromosomlarda yerləşməsi, xromosomların quruluşu, habelə sentromerlərin yerləşməsi krossinqoverin tezliyinə tə’sir göstərir.


4.İlişikli qruplarin təyini
Əgər genlər xromosomlarda xətt üzrə düzülmüşlərsə və krossinqover tezliyi onlar arasındakı məsafəni ifadə edirsə, onda genlərin xromosomlarda yerləşdiyi yeri təyin etmək olar.

Genlərin yerini xromosomlarda təyin etməzdən əvvəl, mövjud genin hansı xromosomda yerləşdiyini müəyyənləşdirmək lazımdır. Eyni xromosomlarda yerləşən və birgə nəslə ötürülən genlər ilişikli qrup təşkil edir.

Hər bir növdə ilişikli qrupların miqdarı həmin növün xromosomlarının haploid sayına uyğun gəlir.

Hazırda, genetik nöqteyi nəzərdən dəqiq öyrənilmiş növlərdə, ilişikli qruplar müəyyən edilmişdir, bununla belə bütün hallarda ilişikli qrupların sayı, həmin növün xromosomlarının haploid sayına tam uyğun gəlir.

İlişikli qrupların miqdarının xromosomların haploid sayı ilə bir birinə uyğun gəlməsi, bir daha sübut edir ki, irsi informasiyanın maddi daşıyıcısı xromosomlardır. Genin bu və ya digər ilişikli qrupa mənsub olma prinsipi, həmin genin mə’lum ilişikli qrupda yerləşən digər genin irsilik xarakterinin müəyyənləşdirilməsinə gətirib çıxarır.

Belə təsəvvür edək ki, noxud bitkisində 7 ilişikli qrupun hər birində bir resessiv gen (b,c,d və s.) mə’lumdur və resessiv a genin hansı qrupa aid olduğunu müəyyən etmək lazım gəlir. Belə ki, a geni ilişikli qruplardan yalnız birinə aid olduğu halda qalan b qrupdan olan genlərdən asılı olmayaraq nəslə ötürülməlidir. İki genotipə malik fərdlərin çarpazlaşması nətijəsində x

ikinji nəsildə (F2) aşağıdakı parçalanma alınajaqdır: 9AADD: 3AAdd: 3aaDD: 1aadd. Lakin bir qayda olaraq 7 ilişikli qrupun bir geni, məsələn s geni, a geni ilə natamam ilişiklikdə olajaqdır.

Belə halda arasında çarpazlaşma F2-də gözlənilən dörd siniflərin hamısını-AACC, Aacc, aaCC və aacc verəjəkdir, lakin parçalanmanın nisbəti 9:3:3:1 olmayacaqdır. Burada valideyn formaları üstünlük təşkil edəcək: (AAcc və aaCC). Deməli, eyni xromosomda yerləşən genlər ilişikli qruplar təşkil etməsinə baxmayaraq, daima baş verən krossinqover hadisəsi ilişikliyin tamlığını pozur və yeni kombinasiya dəyişkənliklərin əmələ gəlməsinə səbəb olur.


5.Genlərin lokalizasiyasi
Genlərin xromosomda yeri əsasən iki prinsip ilə: birincisi, genlər xromosomda bir birindən nə qədər uzaqda yerləşirsə, onların arasında krossinqover ehtimalı bir o qədər də çox olur, ikincisi interferensiyanın nisbəti ilə və yaxud koinsidensiyanın miqdarı ilə müəyyən edilir.

Genin hansı ilişikli qrupda yerləşdiyini müəyyən edəndən sonra, analizin növbəti mərhələsinə, yə’ni genin ilişikli qrupda yerinin tə’yininə keçilir. Genin xromosomda yerini, krossinqoverin nəticələrinin hesablanması ilə həyata keçirirlər. Xromosomda, genin yerləşdiyi lokusu müəyyən etmək üçün, çarpazlaşmanı elə aparmaq lazımdır ki, ikiqat krossinqoverdə olduğu kimi krossinqover zamanı təyin olunan genin lokusu üçüncü nöqtədə olsun. Xromosomda üç lokusun markerləşməsi, genlərin sıra ilə yerləşməsini və onların arasında məsafəni müəyyən etmək üçün zəruridir. Drozofil milçəyi üzərində əvvəllər təhlil etdiyimiz misalda, krossinqoverin faizi yw 1,2%, wbi genləri arasında isə-3,5% olmuşdur. Bu göstərijilərlə y genin yerini w geninin sağına və ya soluna yerləşdiyini müzakirə etmək olmaz; bundan əlavə w genin bi geninə görə yeri də sual altındadır. Yalnız üçünjü jüt genlər arasında ybi krossinqoverin faizini müəyyən edəndən sonra (bizim misalda 4,7%) belə bir nəticəyə gəlmək olar ki, w geni mütləq ybi genləri arasında yerləşməlidir.

Bir halda ki, bu və digər gen ilişikli qrupda müəyyən lokusda yerləşir, bu hal genlərin hər bir xromosomda yerləşmə ardıcıllığına və xromosom xəritələrinin qurulmasına imkan verir.

6.Genetik xəritə və genetik xəritə haqqinda anlayiş

Məlum ilişikli qrupda olan genlərin nisbi yerləşmə sxemi xromosomun genetik xəritəsi adlanır. Bu xəritələr, genetik nöqteyi nəzərdən hələlik yaxşı öyrənilmiş obyektlərdə: drozofil, qarğıdalı, pomidor, siçan, neyrospor, bağırsaq çöpü və s.-də tərtib edilmişdir. Son illərdə insanın da genetik xəritəsi müəyyən olunub.

Genetik xəritələr hər bir cüt homoloji xromosomlar üçün tərtib edilir. İlişikli qruplar hər biri ayrılıqda nömrələnir. Məsələn, drozofildə X-xromosomunda genlərin ilişikli qrupu I rəqəmi ilə işarə olunub, iki uzun metasentrik (ikiçiyinli) xromosomlar müvafiq olaraq II və III və nəhayət ən kiçik xromosom IV ilişikli qrupa daxil edilir.

Genetik xəritələri tərtib etməkdən ötrü, çoxlu sayda genlərin irsiliyinin qanunauyğunluğunu öyrənmək lazım gəlir. Məsələn, drozofil milçəyində 4 ilişikli qrupda lokalizə olunmuş 500-ə yaxın genlər öyrənilib, qarğıdalıda -10 qrupda 400-ə yaxın gen və s.

Genetik xəritələrin tətbiq olunması tədqiqatçılara əlamətlərin irsən necə keçməsini qabaqcadan müəyyən etməyə imkan verir, seleksiya işində isə valideynlərin düzgün seçilməsini və çarpazlaşmanın aparılmasını asanlaşdırır.
7.Mikroorqanizmlərin genetik xəritəsi
Çoxhüceyrəli orqanizmlərdə genlərin rekombinasiyası resiprok şəkildə gedə bilər. Mikroorqanizmlərdə isə bu proses bir tərəfli olur. Belə ki, bir sıra bakteriyalarda, məsələn bağırsaq çöpündə (Escherichia coli) genetik informasiyanın ötürülməsi, hüjeyrələrin konyuqasiyası zamanı baş verir. Bakteriyanın halqa şəklində olan qapalı yeganə xromosomu, konyuqasiya zamanı həmişə müəyyən nöqtədən qırılır və bir hüjeyrədən digərinə keçir.

Bir hüceyrədən digərinə ötürülən xromosomun uzunluğu, konyuqasiyanın müddətindən asılıdır. Genlərin xromosomda ardıjıllığı daimidir. Bununla əlaqədar olaraq belə həlqəvi xəritədə genlərarası məsafə, krossinqover faizi ilə yox, dəqiqələrlə ölçülür. Bu da konyuqasiyanın müddətini əks etdirir


8.Krossinqoverin sitoloji sübutu
Genetik üsulla krossinqover hadisəsini sübut edəndən sonra homoloji xromosomların sahələri arasında mübadilə nəticəsində genlərin rekombinasiyasını bilavasitə göstərən dəlillərin əldə olunması tələb olunurdu.

Krossinqoverin dörd xromatid mərhələsində baş verməsini sübut edən genetik nəticələr, sitoloji müşahidələrlə tam üst-üstə düşür. Müxtəlif bitki və heyvanların xromosomları üzərində meyoz zamanı aparılan mikroskopik tədqiqatlar göstərmişdir ki, konyuqasiyada olan hər bir cüt xromosom müxtəlif nöqtələrdə xromosom boyu bir biri ilə xromatidlərlə çarpazlaşırlar. Bu çarpazlaşma nəticəsində X - ə bənzər fiqur alınır və alimlər bunu xiazm adlandırmışlar. Xiazmlar, əsasən meyozun diplotena mərhələsində homoloji xromosomlar bir-biri ilə ayrılmağa başlayanda aydın görünürlər. İlk dəfə 1909-cu ildə xiazmları dəqiq öyrənən belçikalı alim F.Yansen belə bir fikir irəli sürmüşdür ki, xiazm sahələrində homoloji xromosomlar öz sahələri ilə mübadilə edirlər. Sonralar T.Morqan xiazmları krossinqoverin mümkün ola bilən sitoloji mexanizmi kimi qiymətləndirirdi. Lakin, uzun müddət aydın deyildi ki, xiazm ilə krossinqover necə bir biri ilə bağlıdır. Belə bir fikir geniş yayılmışdır ki, xiazmlar krossinqoverin zəminidir, yə’ni krossinqover üçün zəmin yaradır. “Klassik” xiazm nəzəriyyəsinin xeyrinə meyozun başlanğıc mərhələlərində, sonuna nisbətən, xiazmların çox olması deyilirdi. Lakin sonralar müəyyən olmuşdur ki, xiazmın təbiətini belə fərz etmək səhvdir. Belə ki, xiazmlar əslində zəmin yox, krossinqoverin nəticəsidir. Sitoloji tədqiqatlarla sübut olmuşdur ki, krossinqover hadisəsi xiazmlardan əvvəl baş verir, belə ki, iki homoloji xromosomlar bölünüb dörd xromatidlər əmələ gətirən zaman bir-birinə o qədər yaxın olurlar ki, xiazmları hələ görmək mümkün olmur. Xiazmların düzgün şərh olunması 1920-1930-ju illərdə ingilis sitogenetiki S.Darlinqtonun işləri ilə əsaslandırılmış və sonralar bir çox tədqiqatlarla təsdiq edilmişdir. Xiazmların belə şərhi xiazmotipiya nəzəriyyəsi adlandırılmışdır.

Əvvəljə müəyyən olunmuşdur ki, meyozun gedişində xiazmların sayının azalması krossinqoverin baş verməsi ilə yox, sadəcə olaraq xiazmların tədricən sentromerlərdən xromosomların uclarına doğru hərəkəti nəticəsində baş verir. I-ci meyotik bölünmənin anafazasında, xromosomlar tədricən bir-birindən ayrılaraq, xiazmlar xromosomların uc tərəfinə doğru hərəkət edərək sanki ucdan sürüşüb düşür. Şəkil 47-dən göründüyü kimi bu prosesi xiazmların terminalizasiyası adlandırmışlar. Xiazmların terminalizasiyasının kəşfi ilə əlaqədar olaraq “klassik” nəzəriyyənin əsas arqumenti, yə’ni xiazmların əmələ gəlməsinin guya krossinqoverin zəmini olması fikri təkzib edilmişdir.
4
Çəyirtikədə meyozun diplotena mərhələsinin xiazmları (Darlinqtona görə). Səkkiz bivalentdə birdən üçə qədər xiazm görsənir. X-xromosom (sağ tərəfdə yuxarıdan sonunju) univalentdir.

Sonralar müəyyən olunmuşdur ki, xiazmların orta sayı, heç bir vaxt homoloji xromosomlarda, krossinqoverin orta sayından çox olmur, halbuki, “klassik” nəzəriyyəyə görə çox olmalıdır. Nəhayət, xiazmotipiya nəzəriyyəsini bir başa sübut edən sitoloji dəlillər alınmışdır, bu dəlillər onu göstərirdi ki, xiazmlar əvvəlki baş vermiş krossinqoverin nəticəsidir.

Əgər bu belədirsə, onda cütləşmiş xromatidlərdə, xiazmların hər iki tərəfində bacı xromatidlər olmalıdır, halbuki, “klassik” nəzəriyyə isbat edir ki, xiazmın bir tərəfi mütləq qeyri-bacı xromatiddən ibarət olmalıdır, çünki onlar müxtəlif xromosomlardan əmələ gəlir.

A



Шякил 47. Хиазмларын терминализасийасы:

А – акросентрик хромосом cцтляриндя;

Б – метасентрик хромосом cцтляриндя. Сентромерляр даиря иля эюстярилир.


Meyotik krossinqover. Yuxarıda qeyd olunmuşdur ki, I meyozun profaza mərhələsində xromosomlarda, krossinqoverin mexanizmi homoloji xromosomların hərəkət tərzindən asılıdır. Krossinqover hadisəsi dörd xromatid mərhələsində baş verir və xiazmların əmələ gəlməsinə səbəb olur.

Mə’lumdur ki, rekombinasiyanın faizini meyozların sayının çox olmasının əsasında tə’yin edirlər. Homoloji xromosomların eyni sahələri arasında mübadilə getməsi tədqiq olunan genlərin arasındakı məsafədən asılıdır. Genlər bir-birindən nə qədər uzaq yerləşirsə, bir o qədər də mübadilə üçün imkan artır. Lakin krossinqoverin faizi 50-dən artıq olmur. Fərz edək ki, birqat krossinqover baş verib, yeni bivalentdə cəmi bir xiazm əmələ gəlib və dörd xromatidlərdən yalnız iki qeyri-bacı xromatidlər arasında mübadilə gedib. Deməli, hər bir bivalentdə 50% xromatid, yə'ni gələjək xromosomlar rekombinant, 50% isə - qeyri-rekombinant olajaqlar.

İki meyotik bölünmənin nəticəsində, iki qamet valideyn tipinə məxsus, ikisi isə rekombinant olajaqlar (şəkil 48.). Buna görə də, meyoza mə’ruz qalmış bütün hüjeyrələrdə (yə’ni 100%) xromosomların hansısa bir sahəsində birqat krossinqover baş verərsə, belə halda da yalnız qametlərin 50%-i krossoverli xromosomlar daşıyacaq. Ancaq krossinqover, hesabda olan hər bir cüt xromosomun eyni sahəsində bütün hüceyrələrdə baş vermir və belə hüceyrələrin sayı, genlərarası məsafə nə qədər az olursa, bir o qədər azalır. Buna görə tədqiq edilən genlərə görə krossoverli xromosomların sayı həmişə az olur.

Əgər bir bivalentdə, bir yox iki və artıq mübadilələr baş verirsə, onda xiazmların sayı bir neçə olacaq. Bir halda ki, bivalentlərdə dörd xromatid olur, şübhəsiz ki, sahələrarası mübadilələrin ehtimallığı artır və mübadilədə iki, üç və yaxud dörd xromatid iştirak edə bilər.


1

2

Meyozun birinci bölünməsi



Meyozun ikinci bölünməsi

Qametlər


Bir qat krossinqoverdən sonra

Qametlərin əmələ gəlməsi sxemi:

1 – genlərin valideyn yerləşmələrinin qametləri;

2 – rekombinant.

İkiqat xiazmların sxemi və xromotidlərarası ikiqat mübadilə:

1 – qeyri-bacı xromotidlərarası resiprok ikiqat mübadilə (iki tel mübadilə olunub).

4 – bütün xromotidlərarsı komplementar mübadilə (dörd tel mübadilə olunub)

2,3 – ci dlərarası dioqanal mübadilə (üç tel mübadilə olunub).



Şəkildə belə mübadilələrin sxemi öz əksini tapmışdır. Şəklin birinci hissəsində yalnız iki xromatid arasında rekombinasiya baş verir, qalan ikisində isə heç bir mübadilə getmir, ikinci və üçüncü hissələrdə üç xromatid rekombinasiyaya uğrayır, hərəsində bir xromatid mübadilədə iştirak etmir, şəklin dördüncü hissəsində bütün dörd xromatidlər arasında rekombinasiya baş vermiş olur.

Xromosomların uzunluğu və xiazmlar arasında müəyyən asılılıq var. Çox qısa xromosomların bivalentlərində, cəmi bir xiazm olur, xromosomlar uzandıqca xiazmların sayı 10-a qədər artır.

Krossinqover hadisəsini izah etdikdə, biz bir qayda olaraq, yalnız qeyri-bacı xromatidlər arasında gedən krossinqoverdən söhbət etmişik, bacı xromatidlərarası gedən mübadilələr rekombinasiyaya gətirib çıxarmır, çünki onlar genetik nöqteyi nəzərdən eyni olurlar. Buna görə belə mübadilənin, kombinativ dəyişkənlikdə, bioloji mexanizm kimi heç bir əhəmiyyəti olmur.



Somatik krossinqover. Qeyd etdiyimiz kimi qametlərin əmələ gəlməsində I meyozun profaza mərhələsində krossinqover hadisəsi baş verir. Lakin, bununla yanaşı, canlı orqanizmlərin somatik hüceyrələrində də mitoz zamanı krossinqover hadisəsi baş verə bilər. Bunu mitotik krossinqover adlandırmışlar.

Mə’lumdur ki, mitozun profaza mərhələsində, homoloji xromosomlar arasında konyuqasiya getmir və onlar bir-birindən asılı olmayaraq qütblərə çəkilirlər. Lakin bə’zi hallarda homoloji xromosomlar arasında sinapsis hadisəsi müşahidə olunur və xiazmlara bənzər fiqurlar əmələ gəlir, amma, bununla yanaşı xromosomların sayının reduksiyası müşahidə olunmur.

Somatik krossinqover, əlamətlərin əmələ gəlməsində, mozaikliyə gətirib çıxara bilər. Bu hadisənin mexanizmini aşağıdakı misalla izah etmək olar. İlişikli resessiv y (bədənin rəngi sarı) və sn (ütülmüş tükjüklər) genlərinə malik olan dişi drozofil fərdlərinin bədəni boz və normal tükcüklərə malikdir. Əgər somatik hüjeyrələrdə resessiv ysn genləri daşıyan xromosomda krossinqover baş verirsə, fərdlərin bədənində, resessiv əlamətlərə məxsus olan xallar əmələ gələcək (

sarı bədəndüz qılçıq

Sn

Sn

Sn+



Sn+

у+

у+

у

у



Sn

Sn+

Sn

Sn+



у+

у

у



у

Boz bədən ütülmüş qılçıqlı

Somatik krossinqoverin nəticəsi kimi drozofildə bədənin mozaik sirləri:

1 – milçək qarıncıq sarı ləkə və normal qılçıqlar və boz ləkə olmayan tüklənmiş qılçıqlar ;

2 – somatik krossinqoverin sxemi:əmələ gəlmiş hüceyrələrin genotipləri öz aralarında və başlanğıc formadan fərqlənir.

1

2




Şəkildən görünür ki, əgər qeyri-bacı xromatidlər arasında mübadilə baş verirsə, mitotik krossinqoveri müəyyən etmək olar. Bir mitozun nətijəsi kimi əmələ gələn iki hüceyrə, çoxalma nəticəsində iki növ təxminən bərabər ölçüdə ləkə şəklində toxuma verəcək və bu toxumaların hüceyrələrində resessiv əlamətlərə məxsus olan əlamət meydana gələcək, çünki y sn genləri krossinqoverin nəticəsində homoziqot vəziyyətinə düşmüş olurlar:



Boz bədəni və normal tükcükləri olan drozofil milçəyinin bədənində sarı rəngli və normal tükcükləri olan bir ləkə, digər ləkənin isə boz rəngi və ütülmüş tükcükləri olacaq.

Bir halda ki, ləkələrin əmələ gəlməsi, dörd xromatid mərhələsində baş verən mübadilənin nəticəsidir, bu bir daha onu sübut edir ki, krossinqover xromosomların yox, xromatidlərin arasında gedir. Buna görə krossinqoverin mexanizmi və genetik təsirləri haqda danışdıqda asan olmaq üçün xromosomlararası mübadilədən söhbət gedir, əslində isə mübadilə bacı xromatidlər arasında baş verir.


: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə