17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   2   3   4   5   6   7   8   9   ...   35

6

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə

regionu üzrə rəhbər qrupu

a

Rəşid Cavanşir

Prezident

Rəşid 2009-cu ilin sentyabr ayında 

prezident təyin olundu.

O, Böyük Britaniya, ABŞ və 

Azərbaycanda geoloji-kəşfiyyat 

işləri, əməliyyatlar, qrup strategiyası 

və əlaqələr üzrə böyük rəhbərlik 

təcrübəsinə malikdir. Geologiya və 

geofizika elmləri üzrə elmlər doktoru 

olan Rəşid Cavanşir Azərbaycan 

Elmlər Akademiyasının üzvüdür.



Əl Kuk

Şahdəniz işlənməsi üzrə vitse-

prezident

 

Əl Şahdəniz yatağının tammiqyaslı 



işlənməsinin başa çatdırılması üçün 

məsuliyyət daşıyır. O, Şimal 

dənizində, Vyetnam və Meksika 

körfəzində geoloji-kəşfiyyat və hasilat 

biznesinin inkişafı və layihələrin 

işlənməsi sahələrində rəhbər 

vəzifələrdə işləmiş və BP-nin London

Hyuston və Moskvadakı icra 

bölmələrində çalışmışdır.

Qəri Kristman

Quyular üzrə vitse-prezident

 

Qari quyuların mühəndis 



planlaşdırılması və istismara 

verilməsi də daxil olmaqla yeni 

quyuların təhvil verilməsi və 

quyuların təmiri üçün cavabdehlik 

daşıyır. O, dünyanın bir çox enerji 

hövzələrində böyük sənaye 

təcrübəsi qazanmışdır. Lap bu 

yaxınlarda o, BP-nin Alyaskada 

quyular üzrə direktoru vəzifəsində 

işləyib.


Pol Klayn

Ehtiyatlar üzrə vitse-prezident

 

Pol baza və rezervuarların idarə 



olunması, yeni quyuların 

planlaşdırılması, seysmik tədqiqat  

və texnologiya da daxil olmaqla 

bütün regionda yeraltı işlər və 

informasiya texnologiyası və 

xidmətlər üçün məsuldur. Şimal 

dənizinin İngiltərə sektorunda 

həyata keçirilən BP işlənmələrində 

operativ rəhbərlik təcrübəsinə malik 

olan Pol bundan əvvəl Alyaska, 

Kanada və Norveçdə işləyib.

Bryus Luberski 

İşlənmələr üzrə vitse-prezident

Bryus Azərbaycanda Azəri-Çıraq-

Dərinsulu Günəşli (AÇG) layihəsinin 

və kiçik layihələrin irəliləməsi üçün 

cavabdehdir. Bundan əvvəl o, AÇG 

layihəsinin və Şahdəniz (ŞD) və AÇG 

yataqlarında potensial layihələrin 

həyata keçirilməsi üçün cavabdeh 

idi. O, ABŞ-da əməliyyatlar və 

layihələr üzrə zəngin təcrübə əldə 

etmişdir.



Mark Tomas

Əməliyyatlar üzrə vitse-prezident

 

Mark altı dəniz hasilat platformasının 



və onlarla əlaqədar infrastrukturun 

təhlükəsiz, etibarlı və qaydalara 

müvafiq işinə cavabdehdir. O, BP-də 

işləyərək Böyük Britaniya, Şimal 

dənizində, Niderland, Trinidad və 

Tobaqo, həmçinin Şimali Amerikada 

böyük iş təcrübəsi əldə etmişdir.  

Qreq Rayli

b

Geoloji-kəşfiyyat üzrə vitse-

prezident

 

Qreq Xəzər regionunda BP 



qrupunun geoloji-kəşfiyyat və 

qiymətləndirmə işləri üçün 

cavabdehdir. O, 1991-ci ildə geoloq 

kimi Amoko şirkətində işə qəbul 

olunub və karyerada uğurlarının çox 

hissəsini Xəzər regionunda qazanıb.

a

 

2010-cu ilin sonuna olan məlumatlar.



b

 

Qreq geoloji-kəşfiyyat üzrə vitse-prezident 



vəzifəsinə 2010-cu ilin oktyabrında təyin olunub.

BP-nin Azərbaycanda fəaliyyəti




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

7

Can Süphi

Türkiyə üzrə vitse-prezident

Can Türkiyədə bütövlükdə bizim 

biznesin aparılması, eləcə də ölkə 

daxilində əlaqələr və risklərin idarə 

edilməsi üçün məsuliyyət daşıyır. O, 

BP-yə 1996-cı ildə qoşulub və 

2008-ci ildən bəri indiki vəzifəsində 

çalışır.


a

 

2010-cu ilin mayında Mayk Alyaska Strateji İcra 



Bölümünə SƏTƏM və mühəndislik üzrə vitse 

prezident təyin olunan Qreq Mətsonu əvəz etdi.

b

 

2010-cu ilin noyabrında Yan BP qrupu üzrə 



İşlənmələr şöbəsinə Baş maliyyə müfəttişi 

vəzifəsinə təyin olunan Devid Kvelhortsu əvəz etdi.



Kemp Koupland

Midstrim üzrə vitse-prezident

 

Kemp Səngəçal terminalının və 



Azərbaycan, Gürcüstan və 

Türkiyədə boru kəmərlərinin 

təhlükəsiz, etibarlı və effektiv 

əməliyyatları üçün cavabdehdir. 

O, Alyaska, İndoneziya və ABŞ-da 

əməliyyatlarla bağlı rəhbər 

vəzifələrdə işləyib.

Mayk Barns

Əməyin təhlükəsizliyi və əməliyyat 

riskləri üzrə vitse-prezident

  

Mayk Azərbaycanda, Gürcüstanda 



və Türkiyədə əməyin təhlükəsizliyi 

və əməliyyat risklərinin idarə 

edilməsinə görə məsuliyyət daşıyır. 

2007-ci ildə Azərbaycana 

gəlməzdən əvvəl o, ABŞ, Niderland, 

Danimarka, Kolumbiya, Argentina və 

Böyük Britaniyada uzun müddət 

əməliyyatlar və quyular üzrə zəngin 

təcrübə qazanıb. Lap bu yaxınlarda 

o, Səngəçal terminalında İcra 

bölümünün rəhbəri idi.

Syu Adlam-Hill

Əmək ehtiyatları üzrə vitse-prezident

Syu Azərbaycan-Gürcüstan-Türkiyə 

regionunda kadrlar şöbəsinə 

rəhbərlik edir. Onun eksperimental 

psixologiya və kadrların idarə 

edilməsi üzrə elmi dərəcələri və 

beynəlxalq kadrların idarə edilməsi 

sahəsində böyük təcrübəsi var.

Seymur Xəlilov

Əlaqələr, şirkətxarici işlər və 

təhlükəsizlik üzrə vitse-prezident 

Seymur ölkə daxilində BP-nin 

şirkətdən kənar əlaqələrinə, 

qeyri-texniki risklərin idarə 

edilməsinə, şirkətin nüfuzu və 

təhlükəsizliklə bağlı məsələlərə görə 

cavabdehlik daşıyır. O, 2006-cı ildə 

BP-yə hökumət və beynəlxalq 

QHT-lərlə əlaqələr üzrə cavabdeh 

şəxs kimi qoşulmuşdu. Bundan 

əvvəl isə o, Vaşinqton şəhərində 

ABŞ-Azərbaycan Ticarət Palatasının 

rəhbəri vəzifəsində işləmişdir.

Yan Saderland

b

Baş maliyyə müfəttişi

Yan 2005-ci ildə BP Azərbaycanda 

midstrim üzrə kommersiya 

məsələləri meneceri kimi işə 

başlamazdan əvvəl, Vyetnam və 

İndoneziyada maliyyə sahəsində 

yüksək vəzifələrdə çalışıb.



Deyvid Qrant

Baş hüquq müşavirinin köməkçisi



 

Deyvid Azərbaycan-Gürcüstan-

Türkiyə üzrə biznesin bütün sahələri 

ilə bağlı hüquqi xidmətlərin 

göstərilməsinə görə cavabdehlik 

daşıyır. O, Şimal dənizi, ABŞ və 

Kanada da daxil olmaqla, bir sıra 

ölkələrin yurisdiksiyası altında 

işləmişdir.

Rik Monikal

Təchizat-tədarük məsələləri üzrə 

menecer

Rik Azərbaycan-Gürcüstan-Türkiyə 



regionunda təchizat-tədarük 

sisteminin idarə edilməsi üçün 

cavabdeh şəxsdir. O, təchizat-

tədarük məsələləri üzrə geniş 

beynəlxalq təcrübəyə malikdir və 

Venesuela, Kolumbiya, Argentina, 

Braziliya və Nigeriya da daxil olmaqla 

bir sıra ölkələrdə işləmişdir.

BP-nin Azərbaycanda fəaliyyəti



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə