Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə3/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   51
704-converted

G Ġ R Ġ ġ


Menecment elminin elə mövzuları vardır ki, bunnlar öl- kənin mədəni-sosial vəziyyətindən, iqtisadi inkiĢaf səviyyəsin- dən asılı olmadan həmiĢə öz aktuallığını saxlayır. Ġdarəetmə qərarları məhz bu cür mövzulardandır.


Azərbaycanda aparılan iqtisadi islahatlar tez bir zamanda ölkəni rəqabətqabiliyyətli, səmərəli səviyyəyə qaldırmağa və çoxlu sayda müqayisəli üstünlüklər əsasında dünya təsərrüfat sisteminə inteqrasiya etməyə istiqamətləndirmiĢdir. Artıq ölkə- də bazar iqtisadi sisteminə xas olan komponentlər və infra- struktur elementləri formalaĢmıĢdır. Ġqtisadi mühitdə rəqabət mübarizəsinə rəvac verilməsi və iqtisadi subyektlərin seçim hü- ququnun dəstəklənməsi aparılan islahatların dəyərli nəticələri sayıla bilər.
Yeni iqtisadi münasibətlər Ģəraitində hər bir iĢgüzar təĢki- latın fəaliyyət göstərməsi, gözlənilən və gözlənilməyən dəyiĢik- liklərə adekvat reaksiya verməsi dövrün əsas problemi kimi or- taya çıxmıĢdır. Məsələnin münasib Ģəkildə həlli geniĢ qaydada strateji, kreativ, innovasiya və əməliyyat menecmentinin tətbiqi əsasında qərarların iĢlənməsini və reallaĢdırılmasını nəzərdə tutur.
Digər tərəfdən, mülkiyyətin dövlətdən özəl əllərə keçməsi yerli müəssisələri avtomatik Ģəkildə səmərəli, mənfəətli etməmiĢ- dir. Çünki xüsusi mülkiyyətçilərin necə sahibkar olmaları və bizneslərini necə idarə etmələri isə artıq onlarda sahibkar və me- necer keyfiyyətlərinin olması ilə müəyyənləĢir. Deməli, iĢgüzar təĢkilatların səmərəliliyi onun kimin mülkiyyətində olmasında deyil, daha çox menecmentdən: ali menecerlərin hazırladıqları strateji, operativ qərarların keyfiyyətindən və onların həyata keçirilməsində göstərilən inadkarlıq səviyyəsi ilə ölçülür. Yalnız ayrı- ayrı iĢgüzar təĢkilatlardakı menecment dayanıqlı və davamlı iqtisadi inkiĢafın təminatçısı kimi çıxıĢ edə bilər.
ĠĢgüzar təĢkilatların rəqabətqabiliyyətliliyi, bazarda uğur- lu mövqe qazanması isə düzgün və səmərəli menecment siste- minin olmasından çox asılıdır. Belə menecment sisteminin onurğa sütununu isə çevik və düzgün idarəetmə qərarları təĢkil edir. BaĢqa sözlə müəssisənin və istehsalın təĢkilindən baĢlaya- raq fəaliyyət profilinin, bazar payının, alıcının, təchizatçıların müəyyənləĢdirilməsi və digər strateji məsələlərin həllinin kö- kündə rəhbərlik tərəfindən iĢlənib hazırlanan və qəbul olunan idarəetmə qərarları durur. Yəni, rəhbərliyin iĢinin keyfiyyəti və səmərəliliyi onun qəbul etdiyi idarəetmə qərarlarında əks olu- nur. Eyni zamanda, idarəetmə qərarları müəssisənin rəqabət qa- biliyyətliliyi və mənfəətliliyinin əsas Ģərtidir.
Əlaqələndirici proses kimi çıxıĢ edən strateji və cari ida- rəetmə qərarlarının mühüm fərqləndirici əlamətləri vardır. Stra- teji qərarlar, adətən unikaldır və sahibkar təĢəbbüsü formasın- dadır. Bunlar nadir hallarda və uzun müddət üçün qəbul olunur. Çox zaman firmanın xarici mühitlə münasibətlərinə həsr edilir və tamamlanmayan, həddən artıq ümumiləĢmiĢ informasiyaya arxalandığından yüksək səviyyədə qeyri-müəyyənliklə və risk- lə əlaqəlidir. Cari, operativ qərarlar isə təkrarlanan və standart olur, nisbətən qısa müddətə hesablanır. Bu qərarlar cari rəqa- bətqabiliyyətliliyini saxlamaq üçün qəbul edilir, dəqiq, əsaslı informasiyaya söykənir və az riskli olur.
Beləliklə, yeni iqtisadi münasibətlər Ģəraitində idarəetmə qərarlarının hazırlanması, reallaĢdırılması iĢgüzar təĢkilatın fəaliyyətinin səmərəliliyini, menecmentin keyfiyyətini müəy- yən edən təkanverici amil və əlaqələndirici proses rolunu oyna- dığına görə onun hərtərəfli Ģəkildə araĢdırılması nəzəri, praktiki əhəmiyyət kəsb edir və aktual xarakter daĢıyır.
Müasir dünyagörüĢlü yüksəkixtisaslı menecerlərin hazır- lanmasına zəruri tələbin olması, son illərdə ölkəmizdə menec- ment sahəsindəki tədqiqatlara marağı artırmıĢdır.
Bunları nəzərə alaraq, müəlliflər dərslikdə müasir menec- mentdə idarəetmə qərarlarının yeri və rolunun müəyyənləĢdiril- məsi məsələlərini kompleks Ģəkildə tədqiq etmiĢlər.
Nəzərə almaq lazımdır ki, bu sahədə tədris prosesində əsasən xarici ölkələrdə nəĢr olunan dərslik və monoqrafiyalar- dan istifadə edilməkdədir. Belə təcrübə nə qədər faydalı olsa da, bizim gerçəkliyi olduğu kimi əks etdirə bilmir.
QarĢıda duran bu mühüm məsələnin həlli əhəmiyyətli də- rəcədə menecer kadrların hazırlanması prosesində istifadə olu- nan dərsliklərin menecment sahəsindəki bilikləri yerli reallıqla- ra uyğun olaraq səmərəli Ģəkildə təqdim edilməsindən asılıdır. Bu nöqteyi-nəzərdən təqdim edilən dərslik ali məktəblərdə me- necment, digər iqtisadi ixtisaslar üzrə mütəxəssislərin hazırlan- masına və yenidən təkmilləĢməsinə olan çağdaĢ tələblərə uy- ğun yazılmıĢdır.
Dərsliyin məqsədini müəyyən edərkən müəlliflər ondan istifadə edənlərin menecmentin bu sahəsi haqqında aydın tə- səvvür əldə edəcəklərinə, insan fəaliyyətinin belə mürəkkəb, çoxcəhətli istiqamətləri haqqında bilik və təcrübə toplayacaqla- rına ümid bəsləyirlər.
Müəlliflər dərslikdə menecmentin “Ġdarəetmə qərarları” sahəsinin nəzəri və praktiki problemlərinin həllinə yönəlmiĢ fərqləndirici konsepsiya verməyə cəhd etmiĢlər. Bunun üçün ardıcıllıq və elmi məntiqə uyğun olaraq nizamlı qaydada idarə- etmə qərarlarının iĢlənməsi, qəbulu və icrası mexanizmləri araĢdırılmıĢdır.
Ümid edirik ki, dərslik menecment elmini öyrənənlərə la- yiqli töhfə olacaqdır. Bizə ünvanlanacaq hər bir konstruktiv rəy və təklifə görə oxuculara əvvəlcədən minnətdarlığımızı bildiri- rik.

Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə