Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

 
«Binəqədineft» NQÇİ-də vəziyyəti təmizləmək üçün müəyyən 
işlər görülür. Neft quyularının  ətraf  ərazisi təmizlənmiş, 
yanacaq dəzgahları xoş  təsərrüfat yapadan boyalarla 
rənglənmişdir.  İlk baxışından o qədər də böyük olmayan bir 
tədbir kimi qiymətləndirilən bu iş, həqiqətdə sahədə istehsal 
mədəniyyətinin artması, mədən avadanlıqlarının qorununb 
saxlanmasına böyük köməkdir. Bununla belə  mədənlərdə 
ekoloji vəziyyətin sağlamlaşdırılmasına geniş aspektdə 
yanşılmalıdır. Ekolaji mədəniyyət bütün sahələrdə  bərqərar 
olmalıdır. 
Respublikamızın neftçi alimləri mədən sahələrində 
vəziyyətin nisbətən sağlamlaşdırılması  məqsədi ilə bir sıra 
tədqiqatlar aparmış  və müəəyən təkliflər irəli sürmüşlər. 
B.Haciyevin
15
 fikrincə  çıxarıla bilə neft ehtiyatının 70%-ni 
özündə  cəmləşdirən məhsuldar qatın alt təbəqəsinin səmərəli 
işlənməsi həyata keçirmək üçün topalı, maili 
istiqamətləndirmiş qazma üsulundan istifadə etmək lazımdır. 
Bu zaman çınqıllı-yaraqlı süzgəclərin istifadəsi, istismar 
quyusunun süzgəcyanı hissəsinin qalınlığının böyüdülməsinə, 
alt təbəqədə qazılacaq quyuların sayının azalmasına, 
süzgəcyanı zonanın istismar ömrünün artırılmasına, quyu 
hasilatının bir neçə  dəfə çoxaldılmasına, quyuya daxil olan 
qumun qarşısının alınmasına və qum tıxaclarının  əmələ 
gəlməsi nəticəsində meydana çıxan  əngəlliklərin aradan 
qaldırılmasına imkan yaranır. Müəllif belə hesab edir ki, bu 
tədbirlər qazma işləri üçün ayrılan sahələri hazırda tətbiq edilən 
texnologiya nisbətən azaldar, mədən sahələrini artıq yerüstü 
avadanlıq və yüraltı xətlərdən təmizləyər, böyük ekoloji səmərə 
görər. Məlum olduğu kimi, son vaxtlar əksər neft yataqlarında 
xüsusi ilə Abşeron yarımadasında suvurma prosesi üzrə uzun 
müddət aparılmadığından, proses vaxtaşırı 
təkmilləşdirilmədiyindən yerüstü avadanlıqlar yararsız hala 
düşmüşdür.  İB-nin mütəxəssisləri vəziyyətdən çıxış yolunu 
                                                           
15
 Azərbaycan neft təsərrüfatı. №1-2, 1996. cəh. 66-69. 
 
87


 
təxirə salınmadan, proses aparılan bütün yataqlarda, cari 
vəziyyətləri nəzərə alınmaqla təmirin davam etdirilməsinin 
zəruriliyi müvafiq institutlar cəlb etdirilməklə tam araşdırılması 
və  tədbirlər proqramının hazırlanmasında görürlər. Ekoloji 
mühüti bərpa etmək üçün neft və neft məhsulları ilə çirklənmiş 
torpaqların təmizlənməsi üçün xüsusi qurğulardan istifadə 
etməklə müəyyən təmizləyici işlər apardıqdan sonra həmin 
sahələrə 20 sm. qalındığında təmiz torpaq səpilməsi 
məqsədəuyğun hesab edilir. Ümumiyyətlə, respublikada ekolaji 
mədəniyyətin yüksəldilməsi üçün mühüm tədbirlər 
görülməlidir. Kompleksdə ümumi ekolaci vəziyyəti 
yaxşılaşdırmaq üçün ekoloji fond yaradılmalı  və torpaqların 
rekultivasiya işi süətləndirilməlidir. Respublika Ekologiya və 
Təbiətdən Mühafizə Komitəsi öz səlahiyyətlərindən istifadə 
edərək bu kompleksə  nəzarəti gücləndirməli və müvafiq 
tədbirlərin həyata keçirilməsini təmin etməlidir. 
İqtisadi islahatların aparıldığı indiki şəraitdə quruda neft 
yataqlarının intensiv istismarıilə bağlı yaranmış  ağır ekoloji 
vəziyyətin tənzimlənməsinə kompleks yanaşılmalı, problemin 
həlli yaxın gedəcəyin prioritet istiqamətlərindən biri olmalıdır. 
Qeyd olunduğu kimi, neft mədənləri sahələrində ayrı-ayrı 
təşəbbüslərlə müəyyən işlər görülsə  də, bu son dərəcə kifayət 
sayıla bilməz. Məsələyə təkcə xərclər baxımından yanaşılması 
səhv olardı. Yanacaq sənayesində formalaşmış  fəhlə, 
mühəndis-texniki həyəti ordusu respublikamızıın milli 
sərvətlərinin tərkib hissəsi kimi nəzərə alınmalı, onun ixtisasını 
artırılması, yeni peşələrə yiyələnməsi, yeni yataqların 
mənimsənilmısi işinə  cəlb edilməsi sosial təminat məsələləri 
nəzərə alınmalıdır. Bütün bunlar şübhəsiz ki, ətraf mühitin 
sağlamlaşdırılmasına, ekolaci problemlərin həllinə  də öz 
müsbət tə`sirini göstərməkdədir. 
 
 
 
 
 
88


 
3.5. Neft-qaz sənayesində iqtisadi işin təşkili və səmərəliliyi 
 
İstehsalat Birliyində istehsal xərclərinin aşağı salınması 
zərurəti iqtisadi işin əməli sürətdə yaxşılaşdırması ilə bağlıdır. 
Lakin,. Bu günki tələblər baxşmşndan Azərbaycan neftinə 
dünyanın mərəğının  əhəmiyyətli dərəcədə artdığı bir şəraitdə 
iqtisadi işin təşkilində mütərəqqi meyllərə nail olmaq son 
dərəcədə zəruridir. Bu həmçinin onunla əlaqədardır ki, istər İB-
də, istərsə  də onun struktur təşkilatlarında iqtisadi xidmət işi 
keçmiş SSRİ dövlətinin plan sisteminə uyğun tərzdə yaradılmış 
və indiyədək davam etməkdədir. Çoxsaylı iqtisadçılar, əməyin 
təşkili,  əmək haqqı mütəxəssisləri, münasiblər  əvvəllərdə 
olduğu kimi indi də müəyyən dərəcədə hesabatların, statistik 
rəqəmlərin tərtibi ilə  məşğuldurlar.  İqtisadiyyatla bağlı bu 
mütəxəssislərin vəzifə  təlimatlarında istehsal xərclərinin aşağı 
salınması üzrə görüləsi işlər on planda verilsədə, bu 
istiqamətdə  işlərin təşkili qənaətbəxş sayıla biməz. Vəziyyəti 
yaxşılaşdırmaq üçün iqtisadiyyat xidmətində çalışanların 
mühtəzəm olaraq hər il keyfiyyətli attestasiyasının 
aparılmasına onların ixtisaslarının artırılmasına səy 
göstərməlidir. Bazar iqtisadiyyatı ideyalarını  qəbul edən və 
yeni iqtisadi şəraitdə  işləməyi bacaran idarəetmə kadrlarının, 
iqtisadçıların hazırlanmasına və onların ixtisasının artırılmasına 
xüsusi diqqət yetirilməlidir. Keçmiş Sovetlər  İttifaqında 
kadrların yetişdirilməsi, hazırlanması  və  tərbiyyə olunması 
istiqamətində xüsusi məktəb  ənənəsi mövcud olmuş, təhsil 
sistemi, kadrların təkmilləşdirilməsi prosesi ciddi təşkil 
edilmiş, bu işə daim qayğı  və diqqət göstərilmişdir. Təəsüflər 
olsun ki, respublikamızda kadrların xüsusi ilə iqtisadçı 
kadrların ixtisasının artırılması  səviyyəsi hazırda çox aşağı 
həddədir. Quruda neftqazçıxarma sənayesində hasilat və əmək 
məhsuldarlığının  artırılmasında heç şübhəsiz ki, kadrların 
düzgün yerləşdirilməsi də az əhəmiyyət daşımır. Bundan başqa 
iqtisadiyyat, maliyyə, mühasibat, marketinq işləri ilə  məşğul 
 
89


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə