Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

 
olanların 
əmək haqqı 
məsələsinə, onların 
mükafatlandırılmasına diqqət artırılmalıdır. Müvafiq işlərlə 
məşğul olanların iş yerləri müasirləşdirilməli, onları yeni 
texniki avadanlıqlarla təchizi məsələsi ön plana çəkilməlidir. 
Azərbaycan Respublikası dövlət müstəqilliyini  əldə 
etdikdən sonra digər sahələr olduğu kimi mühasibat uçotu
audit işinin yenidən təşkili və təkmilləşdirilməsi problemləri ilə 
də üz-üzə dayanmışdır. Artıq respublikada «Mühasibat uçotu», 
«Auditor xidməti» haqqında qanunlar, qəbul edilmiş  və bu 
sahədə müəyyən normativ hüquqi aktlar , qərarlar, qərarlar 
təsdiq olunmudur. Uçot praktikasına «qeyri-maddi aktivlər», 
«maliyyə qoyuluşları», «icarə münasibətləri», «səhmlər», 
«istiqrazlar», kimi yeni uçot obyektləri daxil edilmiş, 
mühasibat uçotunun təşkilində bir sıra dəyişikliklər baş vermiş, 
«sərbəst mühasib», «müəssisənin uçot siyasəti» kimi anlayışlar 
yaranmışdır. Mühasibat uçotunun, audit işinin qarşısında duran 
vəzifələrin yeni iqtisadi sistemə uyğunlaşması prosesi 
sürətlənmişdir. Lakin bütün bunlarla yanaşı mühasibat 
uçotunun, audit işinin səviyyəsinin dünya standartlarına 
çatdırılması prosesi hələ  də özünün tam həllini tapmamışdır. 
Bunlardan mühasibat uçotunun hesablar planının bazar 
iqtisadiyyatının tələblərinə dolğun cavab verməməsi, bu 
istiqamətdə bir çox vacib uçot təlimatlarının tərtibinin 
sürətləndirilməməsi, müəyyən uçot əməliyyatların keçmiş 
Sovetlər  İttifaqının müvafiq təlimatları ilə  tənzimlənməsi 
prosesi davam etməsi, və bu kimi həllini gözləyən uçot 
atributlarının təkmilləşdiriməsinin ləng inkişafı, yeni iqtisadi 
şəraitdə mühasibat uçotu işinin təşkilində qüsurlu 
cəhətlərdəndir. 
Azərbaycan Dövlət müstəqilliyinin  əldə etdikdən sonra, 
dünyanın bir çox iri investorları, maliyyə  sənaye qrupları, 
ələxsus da zəngin neft ehtiyatları ilə  əlaqədar nəhəng neft 
şirkətləri respublikaya sərmayə qoyuluşlarına sürət vermişlər. 
Bu təşkilatlar kapital qoyuluşu prosesinin həyata 
 
90


 
keçirilməsində özlərinin maliyyə  işlərinin təşkilində, təmsil 
etdikləri dövlətlərin və ümumiyyətlə dünya biznesinin qəbul 
etdiyi mühasibat uçotunun norma və qaydalarına üstünlük 
verirlər. Bundan başqa Azərbaycanda investisiya qoyuluşu 
həyata keçirən maliyyə  nəhəngləri «Dünya Yenidənqurma və 
İnkişaf Bankı» «Avropa Yenidənqurma və  İnkişaf Bankı» 
digər iri banklar, maliyyə qrupları, iqtisadiyyatımıza sərmayə 
qoyuluşlarında respublikada maliyyə, uçot, audit işinin dünya 
standartlarına uyğunlaşmasını  və  əməliyyatların Avropa-
Amerikanın uçot qaydalarına müvafiq olaraq aparılmasını təgid 
və  təmin edilməsini  şərtləndirirlər. Dünya uçot praktikasında 
məqbul sayılan bu sistemlərə keçmək yüksək səviyyəli 
mütəxəssislərin, peşakarların mövcudluğunu tələb edir. Məhz 
buna görə  də respublikada maliyyə uçot işində beynəlxalq 
standartlara keçiddə mühasibat uçotu, audit işi üzrə kadrların 
hazırlanmasına xüsusi diqqət yetirməli, iqtisadçı kadrların 
təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülməlidir. 
Bununla qeyd etmək istərdik ki, neft sənayesində 
qanunvericilik işi ciddi təşkil edilməlidir. Sahənin normal 
fəaliyyəti üçün qanunvericilik bazası daim genişləndirilməli və 
təkmilləşdirilməlidir. Sahə üzrə  qəbun olunan qanunlar öz 
mükəmməlliyi, konkretliliyi və uzun ömürlüllüyü ilə 
fərqlənməlidir. Prezidentimiz H.Ə.Əliyevin Milli Məclisə 
ünvanladığı aprel 1998-ci il tarixli müraciətində qeyd olunduğu 
kimi «İqtisadiyyat sahəsinə aid olan qanunlar abstrakt modellər 
əsasında, qeyri-müəyyən  şərait üçün hazırlanmalıdır, həmin 
qanunlar müasir bazar iqtisadiyyatının tələblərinə uyğun 
olmaqla yanaşı mövcud olan konkret ictimai münasibətlərdən 
və xüsusiyyətlərdən yan keçə bilməzlər»
16

Azərbaycanda uzun müddət yüksək ixtisaslı iqtisadçı 
elmi kadrların sayı çox olmuşdur. Bu elmi kadrların əksəriyyəti 
iqtisad elminin ümumi nəzəri problemsləri üzrə 
                                                           
16
 «Azərbaycan» qəzeti H.Ə.Əliyevin Milli Məclisə müraciəti. 18 aprel 
1998-ci il. 
 
91


 
ixtisaslaşdırılmış, qiymət, maliyyə, mühasibat uçotu, 
beynəlxalq iqtisadiyyat və sair diqqət yetirilmişdir. Hazırda isə 
bazar iqtisadiyyatının tələblərinə ehtiyac daha da artmışdır. 
İndiki  şəraitdə bu xüsusi ixtisas tələb edən amillərin uzun 
müddət Azərbaycan Dövlət  İqtisad  İnstitutunda hazırlandığını 
burada müvafiq ənənənin mövcudluğunu nəzərə alaraq indiki 
şəraitdə  də mühasibat, maliyyə, audit kadrların mühüm 
hissəsinin bu elm ocağında hazırlanmasına üstünlük 
verilməlidir.Mühasibat uçotunun adaptasiyasına Qərbin 
qabaqcıl təcrübəsinə əsaslanaraq Azərbaycan iqtisadiyyatı üçün 
mümkün mühasibat, uçot prinsipləri qəbul olunmalıdır. Heç 
şübhəsiz ki, uçotunun təkmilləşdirilməsi prosesi 
iqtisadiyyatımızda sahibkarlığın, inkişafına biznes işinə kömək 
edəcək, istehsalın artmasının, dövlət büdcəsinin 
möhkəmləndirilməsini dövlətin iqtisadi siyasəti qüdrətini 
artmasını təmin edəcəkdir. 
Bütün bunlara nəzərən, respublikada müvafiq tədbirlərin 
həyata keçirilməsi, məqsədi ilə 
təkmilləşdirilmə, 
konkretləşdirmə proseslərinə daha ciddi təşəbbüslər 
edilməlidir. Mühasibat uçotu, audit işinin adaptasiyasına sürət 
verməklə təbii ki, vergi qanunvericiliyi məruz qalacaqdır vergi 
sistemində 
dəyişikliklərə uyğun mühasibat uçotunda 
hesatlandırma sistemində müvafiq işlərin görülməsi üçün 
operativlik təmin olunmalı, respublikada mühasiğbat uçotunun 
beynəlxalq standartlara uyğunlaşdırılmasının təşkilatı, texniki 
məsələləri bazar münasibətlərinin inkişaf səviyyəsi ilə 
əlaqələndirilməlidir. 
Biz dünya təcrübəsinə  əsaslanaraq qed etməyi lazım 
bilirik ki, iqtisadi islahatların lokomotivi zəngin təcrübəyə  və 
iqtisadi biliyə malik olan mütəxəssislər ordusu ola bilər. 
Akademik Z.Ə.Səmədzadənin qeyd etdiyi kimi, respublika 
sənayesində 
zəruri struktur dəyişiklikləri kadrların 
hazırkanması sistemində  də ciddi dəyişikliklərin edilməsini 
 
92


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə