67
De
- yil - dim m
ən sə - nə ma - il, sən et - din
əq - li - mi za - il.
M
ə - nə tən ey - lə - yən qa - fil
sə - ni gör -
-c
ək u - tan - maz - mı?
68
Fü – zu - li - rin -
dü şey - da - dır.
Fü – zu – li - rin -
dü .şey – da-
-
dır
H
ə - mi – şə xəl - qə rüs – va - dır, so-run kim bu nə sev – da-
-
dır
-
dır, bu sev – da - dan u – san- maz - mı? Bu sev- da - dan
u- san- maz -
69
-
mı?
So – run kim, bu n
ə sev-da - dır
So – run kim, bu n
ə sev – da -
-
dır,
bu sev- da - dan,
Bu sev – da - dan,
Bu sev- da - dan!
Bu sev – da - dan, bu sev- da - dan!
70
“SABİR” oratoriyası
C.Cahangirovun ikinci iri h
əcmli xor əsəri – solistlər, xor və simfonik orkestr
üçün b
əstələnmiş “Sabir” oratoriyasıdır. Əsər 1962-ci ildə, böyük
satirik-şairimiz
Sabirin yüz illik yübileyi
ərəfəsində yazılmışdır. Əsər özünün qeyri-adi quruluşu və
yaradıcı ideyanın orijinal şəkildə realizə olunması ilə diqqəti cəlb edir. Bəstəkarın
fikirl
ərinin bu səpkidə açıqlanmasına şübhəsiz ki, dahi satirik-şairimizin yaradıcı
siması, onun şerləri böyük təsir göstərmişdir. Sabirə qədərki klassik poeziyamız sanki
bir aşiqin və ya filosofun möhtəşəm monoloqudur. Sabirin poeziyası isə xalq və
“m
ən” arasında dialoq formasını alır. Sabirin şerləri əsl sosial satiranın parlaq
nümun
əsidir. Belə mövzu, problem yoxdur ki, şair ona toxunmasın. Sabirin bütün
yaradıcılığına hərəkətli, narahat, paradoksal bir kolorit, ritm, intonasiya xasdır. Bütün
bu xüsusiyy
ətlər çox böyük incəliklə Cahangirovun oratoriyasında öz təcəssümünü
tap
mışdır.
Oratoriya ardıcıl sərgilənən süjetə malik deyildir. O, ümumi əsas ideya ilə
birl
əşdirilmiş və eyni zamanda musiqi və ədəbi cəhətdən
kifayət qədər sərbəst olan
bir sıra nömrələrdən ibarətdir. Əsərin məna baxımından mərkəzini Sabirin obrazı
(tenorun solosu) t
əşkil edir ki, bütün hadisələr onun ətrafında cərəyan edir.
Əsər orkestr girişi ilə başlanır, daha sonra Abbas Səhhətin sözlərilə başlanan
birinci hiss
ə gedir. Girişin təntənəli musiqisi əsərin sonunda da təkrar olunur və
böyük şairimizin dühasını təsvir edir. Bu baş mövzunun əsasını yuxarıya doğru
qalxan v
ə “Sabir” sözünə uyğun olan intonasiyalar təşkil edir. Bu sekundalı quruluş
b
əstəkar tərəfindən əsər boyu çox məharətlə istifadə olunur: gah ironik, gah acı-
pessemistik, gah da alqışedici formada.
Bütöv melodik quruluşa əsaslanan “Fizuli” kantatasından fərqli olaraq, bu
əsərdə bəstəkar kompozisiyanın mozaika prinsipini əsas tutur, musiqi inkişafının
m
əntiqi poetik obrazın tam dəqiq ifadəsi məsələsinə tabedir. Musiqidə doğrunu,
düzgünlüyü t
ərənnüm edərək, bəstəkar nəinki şerlərin ümumi mənasını, hətta çox
vaxt ayrı-ayrı cümlələrin və sözlərin mənasını əks etdirən lazimi intonasiyaları
axtarıb-tapır. Bucür yanaşmanın həm müsbət, həm də mənfi cəhətləri var. Bir
71
t
ərəfdən xarakterlərin dəqiq və sərrast açıqlanması satirik əsərin ayrılmaz xüsusiy-
y
ətlərindəndir. C.Cahangirov “Sabir” oratoriyasında azərbaycan musiqi materialı
əsasında məhz bu məsələnin həllini tapır ki, bu da adətən süjetin monumentallığı və
ciddiliyi il
ə fərqlənən oratoriya janrı çərçivəsində dünyada misli olmayan bir iş idi.
Bu baxımdan oratoriyanı yazarkən bəstəkarın qarşısında duran məsələ çox çətin idi.
Aydındır ki, bu yeni, heç kəsin getmədiyi yol ilə gedən
bəstəkar bəzi səhvlərdən
qaçına bilməzdi. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, poetik sözlərin arxasınca çox
d
əqiq olaraq yürümə formanın qeyri-müəyyənliyinə gətirib çıxarmışdır.
Oratoriyada solo v
ə xor nömrələri növbələnir. Xorların məna baxımından rolları
müxt
əlfdir:
a) q
əhrəmanları ( daha doğrusu antiqəhrəmanları) təsvir edən xorlar;
b) şairi lənətləyən kütləni təsvir edən xorlar;
c) Sabirin xalqın taleyi və şairin rolu barəsində əhəmiyyətli konseptual ideyalarını əks
etdir
ən xorlar;
d) Sabiri alqışlayan xorlar.
Xorların bütün bu göstərdiyimiz funksiyalarından asılı olaraq bəstəkar hər bir
xorda lazımi fakturanı istifadə edir. Ən sadəsi – qəhrəmanın cinsindən asılı olaraq
xorun
qadın və ya kişi qruplarına bölünməsidir (xor partiyalarının personifikasiyası
prinsipi). M
əhz belə satirik fraqmentlərdə bəstəkar “meyxana” folklor janrına
əsaslanır ki, bu da cəld temp, rəqs ritminə yaxın səlis ritmdə öz əksini tapır. Belə
xorlarda b
əstəkar unison və ya asan ikisəsli fakturadan istifadə edir. Bunlar əsasən
ayrı-ayrı tipajların kollektiv portretlərinin təsviri olan xorlardır.
Şairi lənətləyən kütləni təsvir edən xorlarda isə bəstəkar imitasiyalı
quruluşlardan, xor qruplarının bir-birilə antifon şəkildə müqayisəsindən istifadə edir.
N
əhayət, alqışedici xorlarda C.Cahangirov dolğun unison və ya sıx akkord
fakturasından istifadə edir.
Oratoriyanın musiqi dili də çox rəngərəngdir və milli lad-tonallığa əsaslanır.