Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

89
ğa hazırlaşın.
Həkim bütün bunları danışdıqdan sonra bir az fasilə verdi və:
– Barış bəy, bunları etmək sizin üçün çətin olarmı?– deyə soruşdu. 
Barış bəy bir az fikirləşdi:
Çətin deməzdim, ancaq bir az detalları çoxdu. Çətinlik çəkəcəyimi 
güman etmirəm, ancaq fikirləşirəm ki, ardıcıllığını çaşdıra bilərəm.
Zeynəb xanım müdaxilə edib üzünü Barış bəyə tutaraq:
– Həkim bütün bu maddələri sənə yazılı şəkildə verəcək, ona görə də 
problem olmaz, – dedi.
Həkim kağızı Barış bəyə verdikdən sonra:
– Əvvəl-əvvəl kağıza baxaraq edəcəksiniz, sonrakı həftələrdə buna 
ehtiyacınız olmayacaq, – dedi. Sizdən istəyim panika gündəliyini tut-
maq və bu proqressiv əzələ boşalma metodunu tətbiq etməkdir. Gələn 
həftə altı addım proqramına davam edəcəyik.
Proqressiv əzələ boşaltma metodu 
1. Səssiz və rahat bir yer seçin.
2. Dərindən nəfəs alın, nəfəsinizi tutun, gərginliyin yox olduğunu düşü-
nün: 
3. Əllərinizi sıxın və sonra boşaldın: 
4. Qollarınızı gərginləşdirin və sonra boşaldın.
5. Çiyinlərinizi qaldırın, gərgin halda saxlayın və sonra buraxın. 
7. Bütün üzünüzü gərginləşdirin.
8. Boynunuzun arxasını gərgin hala gətirin və boşaldın.
9. Boynunuzun ön tərəfindəki əzələləri gərginləşdirin və sonra boşaldın.
10. Mədənizdəki və sinənizdəki əzələləri gərgin hala gətirin, gərginliyi 
davam etdirin, sonra boşaldın.
11. Kürəyinizi yay kimi gərginləşdirib sonra boşaldın.
12. Omba əzələlərinizi gərginləşdirib boşaldın.
13. Bud əzələlərinizi gərginləşdirib boşaldın.
14. Baldırlarınızı gərgin hala gətirin və boşaldın.
15. Barmaqlarınızı yavaşca bükün, gərgin vəziyyətdə saxlayın və sonra 
boşaldın.
16. Bütün bədəninizi nəzərdən keçirin.
17. Boşalma hissindən həzz almaq üçün bir neçə dəqiqə vaxt ayırın.
HƏYAT TƏRZİNİZ HƏLLEDİCİ AMİLDİR, RAHATLANMA (RELAKSASİYA) ÜSULLARI


PANİKA POZUNTUSU
90
***
Sabah həkimlə yenidən görüşməliydilər. Görüşdən əvvəl vəziyyəti 
müzakirə etmək istəyirdilər. Özləmin yanında xəstəlik barədə danışma-
maq üçün belə qərara gəldilər ki, dərsdən sonra görüşüb söhbət etsinlər. 
Evlərinin yaxınlığında yerləşən bir çay evində görüşdülər.
Barış bəy Zeynəb xanımın yanağından öpərək: 
– Gəl əzizim, belə oturaq, – dedi. 
Barış bəy ətrafına baxdı, gənclər çay içib söhbət edir, iki adam şən 
halda nərd oynayır, bir qadın qəzetdəki krossvordu həll edir, başqa bir 
qadın uşağına nəsə izah edirdi. “Bahar gəlib, təbiət də, insanlar da canla-
nıb”, – deyə fikirləşdi. Yoldaşına baxdı, “təravətli görünür, sanki dərisi də 
yenilənmiş kimidir” deyə öz-özünə fikirləşdi. Ofisiantdan çay istədilər. 
Zeynəb xanım: 
– Barış, əzizim, ümumiyyətlə, məncə getdikcə yaxşılaşırsan, nə de-
yirsən? 
– Mən də elə olduğunu fikirləşirəm. Deyəsən, müalicə bir az uzun 
çəkəcək, tək problem məncə budur.
– Təki sən yaxşı ol, eybi yoxdur, qoy uzun olsun. 
– Əvvəlkinə nisbətən artıq özümü təhlükədə hiss etmirəm. Mənə 
elə gəlir ki, bir daha tutma baş verməyəcək, bir tərəfdən də beynimin 
dərinliklərində elə bir hiss və fikir var ki, hər an bir tutma keçirəcəyəm.
– Ümid edirəm ki, bir daha olmaz. Mən də o qorxulu anları yenidən 
yaşamağını istəmirəm. Xatırlayırsan, evdəki tutma necə dəhşətliydi?
– Əlbəttə, heç unuda bilirəmmi? Lakin ilk tutma sanki daha qorxu-
luydu. Sanki ölümü yaşadım, bir an ağlıma gəldi ki, ölürəm.
Zeynəb xanım maraqla: 
– O daha şiddətli idi? –deyə soruşdu.
Ürəyim çox sürətlə döyünürdü, sanki boğulurdum, nəfəs ala bilmir-
dim, tərləmə, ölüm qorxusu, titrəmə, halsızlıq, ən pisi də çarəsizlik.
– İndi tutmalar və onların səbəbləri haqqında daha məlumatlıyıq. 
Əlimizdə silahlarımız var.
– Əslində, – dedi Barış bəy və bir az gözlədi, – hətta indi belə gizli bir 
qorxu var içimdə, birdən burada tutma baş verərsə, nə edərəm? 
O an Barış bəy üzünü turşutdu, çətinliklə: 


91
– Ürəyim, – deyə bildi. Önə doğru əyildi, sağ əlini ürəyinin üstünə 
qoydu. – Yəqin yenə olur. Bədənimə istilik gəldi.
Zeynəb xanım təşviş və qorxuyla yerindən qalxdı: 
– Barış, Barış, əzizim, nə baş verir?! 
– Ürəyim sıxılır, sanki boğuluram, – deyib bir tərəfdən də köynəyi-
nin yuxarı düyməsini açmağa çalışırdı. 
Zeynəb xanım düyməni açdı: 
– Nə etməyimi istəyirsən? – deyə soruşdu. 
Barış bəy çətinliklə: 
Heç bir şey, – deyə bildi. Ətrafına baxdı, insanlar vardı, lakin tam 
mənasıyla nə baş verdiyini, harada olduğunu qavraya bilmirdi. 
Vəziyyəti görən yan tərəfdəki gənclər dərhal yerlərindən qalxıb: 
– Bacı, nə olub, nə edə bilərik? İstəyirsiniz təcili yardıma zəng edək, 
– dedilər. 
Zeynəb xanım bir gözü Barış bəydə: 
– Təşəkkür edirəm, indi keçib gedər, siz oturun, – dedi. Üzünü Brış 
bəyə tutub: 
– Barış əzizim, tənəffüs məşğələsini etməyə çalış. Burnundan nəfəs 
alıb içində saxla. Bu, bir panika tutmasıdır, sənə zərər verə bilməz və 
ötüb keçəcək. Bilirsən, qanında adrenalinin miqdarı artıb. Lütfən dərin-
dən nəfəs almağa çalış və içində saxla.
Bu vaxt ofisiant yaxınlaşib: 
– Bacı, odekolon gətirim? – deyə soruşdu. 
– Təşəkkür edirəm, – dedi Zeynəb xanım, – ehtiyac yoxdur. 
Barış bəy tənəffüs məşğələsi etməyə çalışırdı. 
Bu səylərin nəticəsində Barış bəyin tənəffüsü yavaş-yavaş qaydaya 
düşürdü. 
– İndi özünü daha yaxşı hiss edirsən, əzizim? – deyə Zeynəb xanım 
soruşdu. 
– Bəli, narahat olma. Bax keçib getdi. Artıq mənə zərər verə bilməyə-
cəyini, niyə və necə baş verdiyini bilirəm. Əvvəlkinə nisbətən daha yün-
gül oldu sanki, yenə də çox pis idi; öləcəyimi fikirləşdim.
– Yaxşı, canım, bir az dincəl, sonra yavaş-yavaş gedərik.
– Oldu, Zeynəbim, təşəkkür edirəm. Nə yaxşı ki, sən yanımdaydın.
HƏYAT TƏRZİNİZ HƏLLEDİCİ AMİLDİR, RAHATLANMA (RELAKSASİYA) ÜSULLARI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə